Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4284/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: mübahisənin məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanı olduğu halda, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin yolverilməzliyi, iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraat xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3803/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi məhkəməyə müraciət edərək (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı), Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən ərizəçi İddiaçı 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi ayrılmışdır. Xeyli vaxtdır daimi və ailəvi olaraq həmin bağ sahəsindən istifadə edir. Bağ sahəsinə görə yerli vergiləri ödəməklə yanaşı, vaxtlı-vaxtında işıq, su və sair kommunal xərclərini də ödəyir. Sözügedən bağ sahəsinin özəlləşdirmək üçün 2016-cı ilin may ayında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə 31 may 2016-cı il tarixli imtina cavabı verərək İdarənin arxivində bağ sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyini göstərmişdir. Ərizəçi DƏDRXin imtina cavabını 2 saylı Bakı İnzibati Məhkəməsində mübahisələndirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, sənədin arxiv məlumatları yoxdur, hətta sənədin əsli də itirilib. Həmin məhkəmə iclasında DƏDRX-nin nümayəndəsi ərizəçiyə bildirmişdir ki, arxiv məlumatı olmadığı üçün ərizəçi yalnız ümumi məhkəməyə bağ sahəsinin ayrılması və bağdan istifadə edilməsi faktının müəyyən olunması ilə bağlı ərizə verməlidir. Bu təkliflə razılaşaraq iddia ərizəsini geri götürmüş və hazırki ərizə ilə ümumi məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Ərizəçini 10 ildən artıqdır ki tanıyır. Belə ki, ərizəçi onunla qonşuluqda yerləşən sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin sahibidir. 2005-ci ildən həmin bağ sahəsindən istifadə edir. Həmin bağ sahəsi ona Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi ilə bağlanmış müqaviləyə əsasən verilmişdir. Bir daha təsdiq edir ki, sözügedən bağ sahəsinin istifadəçisi 2005-ci ildən bu günə kimi ərizəçidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 və Əfsanə Hüseynova şahid X3 ifadəsinə uyğun ifadələr vermişdir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin (hakim Elçin Ağayev) 2(010)-5318/2017 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ərizəçiyə sözügedən bağ sahəsinin ayrılması və həmin bağ sahəsindən onun istifadə etməsi faktını təsdiq edən kifayət qədər sübutlar vardır, həmin halların başqa cür təsdiq edilməsi mümkün deyil, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və ərizə əsaslı olduğu üçün təmin edilərək sözügedən hüquqi əməhiyyəti olan fakt müəyyən olunmalıdır Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 700.1, 700.2, 706.1,706.2, Torpaq Məcəlləsinin 48, 50, 51, 58, 81, 84, Mülki Prosessual Məcəlləni n 4.1, 14.2, 305.1.1, 307.1, 308 və 311-ci maddələri ilə əsaslandırmışdır. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Məmməd Məmmədov) 2(103)-371/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş və ərizə rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahə si 0,12 ha olan 45q saylı bağ sahəsinin 62 kvadrat metr hissəsinin qərb sərhəddi tərəfdən **********39 reystr nömrəsi ilə X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin tələb etdiyi faktın müəyyən edilməsi mümkünsüzdür. Çünki ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin bir hissəsi Gülnar Nuriyevanın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və hüquqi faktın müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, Mülki Prosessual Məcəllənin 305.1.1 və 308-ci maddələri ilə əsaslandırmışdır Həmin qətnamədən ərizəçi kasasiya şikayəti v ermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Aqil Abbasov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Vüqar Həsənov) 08 fevral 2021-ci il tarixli, 2(102)-143/2021 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi Mülki Prosessual Məcəllənin 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktlar ı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanının olub-olmamasını apellyasiya məhkəməsi müəyyən etməmişdir. Nəticədə belə halın müəyyən ediləcəyi halda ərizənin Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbləri baxımından həll edilməsinin mümkün olub-olmaması da araşdırılmamışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, ərizəçi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və ParkX5 Departamenti X2 Birliyi ilə bağladığı 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə istinad etmiş və həmin müqavilənin kserosurətini iş material larına əlavə etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin müqavilənin əslinin və ya müqavilənin verilməsinə əsas olan hər hansı sənədin əldə edilməsi ilə bağlı heç bir hərəkət etmədən ərizəni təmin, apellyasiya məhkəməsi isə torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olması əsası ilə rədd etməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə əməl etməmiş, bununla da hazırki ərizədə göstərilən xahişin məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olub-olmaması araşdırmadan kənarda qalmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilib ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilə n Qərarın 1.3-cü bəndinə görə isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş müqavilənin əslinin və ya müqavilənin verilməsinə əsas olan hər hansı sənədin olub-olmaması hazırki əri zənin Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının kontekstində qiymətləndirilməsi baxımından zəruri olmuşdur. Buna baxmayaraq məhkəmələr tam araşdırma aparmadan ərizəni mahiyyəti üzrə həll edib qətnamə çıxarmaqla səhvə yol vermişlər. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 05 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanının olubolmamasını birinci instansiya məhkəməsi müəyyən etməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini istədiyi halın məhkəmədən kənar başqa qaydada müəyyən etmək imkanı olduğundan MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, sənəd kserosurətdir və arxiv məlumatı aşkar edilməmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, bu hal MPM-nin 307, 308-ci maddəsi ilə tənzimlənir və xüsusi icraat qaydasında həll olunur. Arxiv məlumatı olmadığı təqdirdə sənədin bərpa edilməsi yalnız xususi icraat qaydasında həyata keçirilə bilər. Mülki Prosessual Məcəlləyə görə işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə arxiv məlumatı qalmadığı təqdirdə sənədin əslini almaq üçün hansı orqana müraciət edə bilməsini qətnamədə göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçinin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən ərizəçi qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada a la bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə o lmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizəsinə baxmağın mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsi düzgün qənatə gəlmişdir. Kassasiya şikayətində ərizəçi məhkəmənin onun hansı orqana müraciət etməsini göstərmədi yini qeyd etmişdir. Ərizəçi ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən ona ayrılması faktının və həmin bağ sahəsindən istifadə etməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ona bağ sahəsinin ayrılıb-ayrılmamasını müvafiq inzibati orqana müraciət edərək müəyyən edə bilər. Həmin orqanın qərarından razı olmadığı halda İnzibati məhkəmədə orqanın qərarını mübahisələndirmək hüququ vardır. Bağ sahəsindən istifadə etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi isə MPM-nin 307.2.6-cı maddəsinə görə yalnız həmin bağ sahəsinə mülkiyyət hüququ üzrə mümkündür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ap ellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3803/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.