Məhkəmə qərarları › İş №2(102)-4284/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4284/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4284/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4284/2023 (Açar sözlər: İstifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X26 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” ilk iddiası, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının 2(106)-1033/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Əli-Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 07 nömrəli orderə əsasən, Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili X7 verilmişdir. Oredrdə ailənin tərkibi kimi oğlu İddiaçı, qızları Cavabdeh və İmanova Könül qeyd olunmuşlar.

2. Ölüm haqqında şəhadətnaməyə əsasən, X18 28 yanvar 1991-ci il tarixdə ƏliBayramlı şəhərində vəfat etmişdir.

3. Ölüm haqqında şəhadətnaməyə əsasən, X1 4 15 sentyabr 2012-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir.

4. Doğum haqqında şəhadətnaməyə əsasən, xx xxxxx 1966-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş İddiaçı X3, anası X8r. 5. 02 iyun 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş Akta əsasən, aktı imzalayan qonşular X15, X12, Şahid2 bildirirlər ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində yaşamış İddiaçı anası X14 15 sentyabr 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İddiaçı ödəmişdir. Həmçinin anası X5 dəfn xərclərini oğlu çəkmişdir. İddiaçı və onun həyat yoldaşı X16 hal-hazırda həmin ünvanda yaşayırlar. 6. "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin və “Mənzil kommunal xidməti” üçün qəbzlərinə əsasən, kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir.

7. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 iyun 2021-ci il tarixli 3263 saylı arayışına əsasən, İmanov X13 şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadır.

8. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli 59 saylı arayışına əsasən, Cavabdeh Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadır. 9. 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən, Əli-Bayramlı şəhəri Səməd Vurğun küçəsi ev 4, mənzil 16-da yaşayan X4-Bayramlı şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli 3 otaqlı mənzilini qızı Cavabdeh vəsiyyət etmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini n Dövlət Notariat Arxivinin 02 fevral 2023-cü il tarixli məktubuna əsasən, Dövlət notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. X2 tərəfindən Şirvan şəhəri 2 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 2V-94 reyestr nömrəsi ilə qoyulmuş vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

11. Şirvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubuna əsasən, Şirvan şəhər Səməd Vurğun küçəsi 4 saylı binanın 16 saylı mənzilinə ev sahibi X2nın ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları. Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun X3 anası İmanova (Qarayeva) Raziyə Tapdıq qızı ilə təxminən 1959-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahından 07 övladları dünyaya gəlmişdir. 1) xx.xx.1960-ci il təvəllüdlü X9 (1999-cu ildə vəfat edib), 2) xx.xx.1960-ci il təvəllüdlü Hüseynova (İmanova) Çimnaz Mirdamət qızı (2009-cu ildə vəfat edib), 3) xx.xx.1961-ci il təvəllüdlü İskəndərova (İ manova) Gülgəz Mirdamət qızı (Hacıqabul rayonunda yaşayır), 4) xx.xx.1964-cü il təvəllüdlü Şahid1 (Bakı şəhəri, Binəqədi rayonunda yaşayır), 5) xx.xx.1968-ci il təvəllüdlü Sadıqova (İmanova) Könül Mirdamət qızı (2019-cu ildə vəfat edib), 6) xx.xx.1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh (2012-ci ilin fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yaşayır) və 7) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı. X3 xx.xx.1991ci il tarixdə, anası X14 isə xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. X1 məxsus ünvan 1 ünvanda yerləşən 47,05 kv.m. təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur. xx.xx.1993cü il tarixli 07 nömrəli orderə əsasən Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti Başçısını n 29 yanvar 1993-cü il tarixli, 102 nömrəli Sərəncamı ilə həmin mənzil X6 verilmiş və orderdə ailə üzvləri kimi o, və bacıları 1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh və 1968-ci il təvəllüdlü Könül İmanova qeyd edilmişdir, Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Cavabdeh isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. O, anasına məxsus mənzildə fasiləsiz yaşamış, həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və anası rəhmətə gedən gündən bu günədək ailə üzvləri olan həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Anasının yas mərasimini özü vermiş, mənzilin kommunal borclarını öd əmiş, mənzili 22.000 (iyirmi iki min) manat civarında əsaslı təmir etdirmiş və o vaxtdan bu günədək evin kommunal xərclərini özü ödəmişdir. Bu barədə qonşuların iştirakı ilə tərtib edilmiş akt və yaşayış yerindən arayış ərizəyə əlavə olunur. İddiaçı həmin mənzili öz adına özəlləşdirmək istəyir lakin, orderdə kirayədarın ailə üzvü kimi Cavabdeh adı qeyd edildiyi üçün və həmin mənzildə pasport qeydiyyatında olduğu üçün bu hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Birinci instansiya məhkəməsində Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 16 saylı mənzil anası X14 tərəfindən 19 sentyabr 2004-cü il tarixli Əli Bayramlı şəhər 2 saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Orada qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. 2-ci qrup əlildir, sahə polikilinkasında da qeydiyyatdadır, bu barədə də Şirvan şəhər Mərkəzi xəstəxanasında ona verilmiş tibbi arayışı da ərizəyə əlavə etmişdir. Hazırda ikinci qrup əlil və xəstə olmaql a, onun həmin ünvandan başqa yaşayış yeri yoxdur. Müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. O, mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O, da buna etiraz etməmişdir. Son bir neçə aya kimi evin açarının bir nüsxəsi də onda olmuşdur. Daha sonra qardaşı evin açarını dəyişdirərək ona açar verməmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, təmsil etdiyi şəxsin X3 xx.xx.1991-ci il tarixdə, anası X14 xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişlər. X25 məxsus ünvan 1 ünvanda yerləşən 47,05 kv.m. təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur. 1993-cü il tarixli 07 nömrəli orderə əsasən Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti Başçısının 29 yanvar 1993-cü il tarixli, 102 nömrəli Sərəncamı ilə həmin mənzil X6 verilmiş və həmin orderdə ailə üzvləri kimi 1966-cı il təvəllüdlü hüquqlarını müdafiə etdiyi İddiaçı və bacıları 1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh və 1968-ci il təvəllüdlü Könül İmanova qeyd edilmişdir. Orderdə adı olan 3 nəfər şəxsdən bacısı Könül İmanova 2019-cu ildə vəfat etmiş, bacısı Cavabdeh isə hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsindəki evdə yaşayır. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddia tələbində Şirvan şəhəri, Səməd Vurğun küçəsi ev 04, 16 nömrəli mənzilə Cavabdeh adına xx.xx.2004-cü il tarixdə notariusda bağlanmış vəsiyyətnamənin olduğu bildirilir. Həmin vəsiyyətnamə ilə bağlı qeyd olunmalıdır ki, əvvəla həmin vəsiyyətnamə etibarsızdır ona görə ki, vəsiyyət edən tərəflərin anası X14 mənzili vəsiyyət edən zaman həmin mənzilin mülkiyyət sənədləri olmamış, vəsiyyət edən mülkiyyət hüququ ilə özünə məxsus olmayan əmlakı vəsiyyət etmişdir. Bu gün də həmin mənzilə hər hansı bir mülkiyyət sənədi yoxdur. Mənzil dövlət mənzil fonduna aid özəlləşdirilməmiş mənzildir və mənzilin orderində sahiblik və istifadə hüququ ilə 3 nəfər şəxsin adları qeyd edilmişdir ki, onlardan biri Raziyyə İ manova, digərləri isə iş üzrə tərəflərdir. Həmçinin, X14 xx.xx.2012-cı il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Raziyyə İmanova vəfat edən gündən həmin mənzildə İddiaçı öz ailəsi ilə birlikdə yaşamış, mənzilin bütün kommunal xərclərini o vaxtdan bu günədək ödəmiş və ödəməkdədir. Mənzili 22 min manatdan çox xərc çəkərək əsaslı təmir etdirmiş və halhazırda da ailəsi, uşaqları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamaqda davam edirlər. Göründüyü kimi İddiaçı miras əmlak belə hesab edilsə mənzili qəbul edib, Cavabdeh isə iddia müddətini bu barədə ötürmüşdür. Raziyə İmanovanın vəfatından 10 ildən artıq vaxt keçib. Lakin cavabdeh tərəf (qarşılıqlı iddiaçı) vəsiyyətnamə ilə baglı notariat orqanına müraciət etməyərək qanunla nəzərdə tutulmuş ümumi iddia müddətini belə ötürmüşlər. G öründüyü kimi hər iki əsasla baxılarsa vəsiyyətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu əqd əhəmiyyətsiz əqddir, etibarsızdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) düzgün olmayan sübutları məhkəməyə təqdim edərək bu mülki işə görə 10 illik həyat yoldaşından boşanır.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 4 ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzil X14 tərəfindən 19 sentyabr 2004-cü il tarixli Əli Bayramlı şəhər 2 saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə təmsil etdiyi şəxsə vəsiyyət edilmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Təmsil etdiyi şəxs həmin evdə qeydiyyatdadır. Bu fakt Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışa əsasən təsdiq olunur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O, mütəmadi olaraq ona vəsiyyət olunan evə gedib-gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O, da buna etiraz etməmişdir. İddiaçının nümayəndəsinin dediyi düzgün olmayan sübutları məhkəməyə təqdim olunmasına etiraz edir. Təmsil etdiyi şəxs bu mülki işə görə boşanmır. 15 il ailəli olub boşanan insanlar var.

18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, 25 ildirki İddia çı ilə qonşudur. Cavabdeh təxminən 10-12 il olarki qeydiyyatda oluğu mənzildən çıxıb getmişdir. Hal-hazırda Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzildə İddiaçı öz ailəsi ilə birgə yaşayırlar. Cavabdeh mübahisəli mənzilə gəlməsinin şahidi olmamışdır.

19. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib bildirmişdir ki, Cavabdeh onun bacısıdır. Cavabdeh 2012-ci il tarixdə ailə həyatı quraraq Bakı şəhərinə ər evinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzildə yaşadığı müddətdə anası Raziyəni döymüşdür, lakin bununla bağlı heç bir orqana şikayət etməmişlər. Hal-hazırda Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Onun anası tərəfindən verilmiş vəsiyyətnamədən məlumatı olmamışdır. Özü 5 ildən artıqdır ki, Bakı şəhərində yaşayır. Cavabdeh mübahisəli mənzilə gəlməmiş, gəlsə qardaşı ona orda yaşamağına etiraz etməz.

20. Şirvan Şəhər Məhkəməsinin 2(032)-126/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 4, 16 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 4, 16 nömrəli mənzilə köçürülməsi qət olunmuşdur.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsindən isti fadə hüququnun mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Göründüyü kimi bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, dövlət mənzil fonduna aid olan Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili 1993-cü il tarixli order əsasında X14 əldə etmiş, orderdə ailənin tərkibi qrafasında qızı Cavabdeh adı qeyd edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.

22. Məhkəmə daha sonra qeyd etmişdir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ hissəsinə əsasən yaşayış sahəsi icarədarın ailə üzvlərinə onunla birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri, habelə icar ədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər aiddir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mərhum anası icarədar Cavabdeh ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, icarədarın ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmamışdır. Habelə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, Raziyə İmanova 15 sentyabr 2012-ci il tarixdə ölmüş və həmin vaxt, yəni miras açılan zaman onun adına daşınar və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müəyyən edilməsə də, 07 saylı 29 yanvar 1993-cü il tarixli order əsasında Şirvan şəhər Səməd Vurğun küçəsi 4 saylı binanın 16 sa ylı mənzil uşaqları İddiaçı qızları Cavabdeh və Könüldən ibarət üç nəfər ailə üzvünün daimi istifadəsinə verilmişdir. Həmin mənzil dövlət mülkiyyətində olsa da Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli qanununa əsasən, Raziyə İmanovanın orderdə adı olan ailə üzvləri birlikdə əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olmuşdur. Bu hüququ xəyalı deyil, real “gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə Əli-Bayramlı (indiki Şirvan) şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli 3 otaqlı mənzili qızı Cavabdeh vəsiyyət etmişdir.

23. Məhkəmə hesab etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh gələcəkdə vərəsəlik h üquqlarının həyata keçirməsi üçün evə köçürülməsini tələb etmək hüququ vardır.

24. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzilə köçürülməsi onun miras əmlak üzərində vərəsə kimi mülkiyyət hüquqlarının tanınması anlamına gəlmir. Mübahisəli miras əmlak üzərində mülkiyyət hüquqları vərəsəlik haqqında şəhadətnamə verildikdən sonra müəyyənləşəcək.

25. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139.1.1.3, 157.4, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

26. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndə si və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan, yanlış hüquqi nəticəyə gəlmişdir. Cavabdeh tərəf notariat orqanına 10 ildən çox müddətdir ki, müraciət etməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş 10 il olan iddia müddətini belə ötürmüşdür. İddiaçı tərəf işdə olan q onşuların iştirakı ilə tərtib edilmiş aktla da sübut edir ki, mübahisəli mənzilin icarədarı olan anası Raziyə İmanova vəfat etdikdən sonra həmin mənzildə bu günədək o, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamış, mənzilə miras əmlak deyə bilinərsə həmin əmlakı faktiki qəbul etmiş, idarə etmiş, mənzilin kommunal xərclərini ödəmiş və ödəməkdədir. Mənzilə 22.000 manatdan çox xərc qoyub əsaslı təmir etdirmişdir. Belə olduğu təqdirdə cavabdehin gələcəkdə vərəsə kimi iddia qaldırmaq və onun vərəsə kimi hüquqlarının tanınması halı çox böyük əsaslarla şübhəli məqamdır və mövcud olmayan şübhəli hüquqlara əsaslanaraq mənzilə köçürülmə əsaslarını bununla əsaslandırmaq və belə bir mövqedə olmaq, nəticəyə gəlmək düzgün mövqe, hüquqi nəticə deyildir. Mübahisəli əmlak bir neçə şəxsin istifadəsində və sahibliyində olan özəlləşdirilməmiş dövlət əmlakı olsa belə, məhkəmə icarədarın əmlaka qanuni gözləntisi kimi mülkiyyət hüquqlarının mövcud olduğu qənaətinə gələrək miras əmlakın kütləsinə aid olmayan əmlak barədə öz fərziyyəsi əsasında miras əmlak kimi qiymətləndirmiş və bir neçə şəxsin ümumi sahibliyində və istifadəsində olan mənzil barədə özəlləşdirilməmiş, mülkiyyətində olmadığı, digər istifadəçilərin razılığı olmadan icarədar Raziyə İmanovanın verdiyi vəsiyyətnaməni düzgün hesab etmiş və göstərilənlərə diqqət etməmişdir. İddiaçı cavabdehin istifadə hüququnun olmaması məsələsini mübahisələndirmir, onun istifadə hüququnun olduğunu tanıyır. Lakin, rəsmi ailə qurub Bakı şəhərinə ər evinə gəlin köçüb yaşaması, 10 ildən çox müddət ərzində fasiləsiz olaraq həmin mübahisəli mənzildə yaşamamas ı, gəlin köçdüyü həyat yoldaşına yaxud qaynatasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evdə yaşaması və bu səbəbdən mübahisəli mənzildə formal olaraq qeydiyyatda olması halı üzrə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. İddiaçı tərəf olaraq onlar, məhkəmə qətnaməsində qeyd edilən “cavabdehin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmamışdır” fikrinə tənqidi yanaşırlar və bu fikri qərəzli hesab edirlər. Çünki iş materialları ilə tamamilə sübut olunur ki, Cavabdeh 2012-ci il tarixdə rəsmi ailə quraraq Bakı şəhərinə gəlin köçmüş və o, vaxtdan bu günədək orada yaşayır və o vaxtdan bir gün də olsun mübahisəli mənzildə yaşamamışdır. İş üzrə mövcud olan qonşuların iştirakı ilə tərtib edilmiş və icra nümayəndəliyi tərəfin dən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktda, məhkəmədə şahid qismində dindirilmiş 1 nəfər qonşu Şahid2 Əvəz oğlunun və şahid qismində dindirilmiş tərəflərin bacısı Şahid1 izahatları ilə bu fakt təsdiq edilir.

28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1033/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (X33 (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman Cavabdeh mənzildən istifadə hüququ olmuşdur. Bunu iddiaçı tərəf də inkar etmir. Cavabdeh, ailə üzvləri ilə birgə ona məxsus evdə doğulmuş, orada yaşamışdır. Həmin ev onun daimi yaşayış yeridir. Onun evdə istifadə hüququ olmuşdur.

30. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca yaşayış sahəsinə malik olması müəyyən edilməmişdir. İddiaçı tələbində cavabdehin 2012-ci ildə ərə köçdüyünü iddia etsə də, hələ nikahdan əvvəldən cavabdehin ərinə məxsus olmuş mənzilə onun (ilkin iddia üzrə cavabdehin) mülkiyyət hüququnun olduğu müəyyən edilmir. Üstəlik təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh əri ilə boşanma ərəfəsindədir. Bundan başqa, müəyyən edilir ki, mübahisəli mənzil 29 yanvar 1993-cü il tarixli order əsasında iddiaçı və cavabdehin anasına və İddiaçı, qızları Cavabdeh və Könüldən ibarət ailə üzvünün daimi istifadəsinə verilmişdir. Mənzil dövlət mülkiyyətində olsa da “Azərbaycan Respublikasınd a mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Raziyə İmanovanın və orderdə adı olan ailə üzvlərinin əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüquqları olmuşdur. Bu hüquq xəyali deyil, real “gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Raziyə İmanovanın 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə mənzili qızı Cavabdeh vəsiyyət etmişdir.

31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə2) kass asiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, işdə olan sübutlar əsasında ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi tərəflərin mənzildən istifadə ilə bağlı hüquqları 1993-cü ildə yaranmışdır və bu səbəbdən mübahisə 2009-cu ilədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. xx.xx.2009cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə i carədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəs inin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mübahisəyə baxarkən şəxslərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə gedib-getməməsi halı araşdırılmalı və bu qətnamədə əsaslandırılmalıdır. Çox təəssüf ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu xüsusatlara düzgün qiymət verilməmiş və qəbul edilən qətnamədə bu hallar əsaslandırılmamışdır. Cavabdehin səsləndirdiyi əsassız fikirlər hakim tərəfindən fakt kimi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

34. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 yazılı etiraz vermiş, etirazında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası.

35. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

37. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sıra sından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

38. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

39. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

40. Maddə

85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır.

41. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqə sinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar ə sasında yaranan hüquq istisna olmaqla).

44. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

45. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

46. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

47. Maddə1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

48. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

50. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdi kdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

53. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində mü ayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırki kassasiya şikayətində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edili b-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

71. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili Əli-Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 07 nömrəli orderə əsasən X7 verilmişdir. Orderdə ailə üzvləri kimi oğlu İddiaçı, qızları Gülşən və Könül İmanovalar qeyd olunmuşlar. Raziyə İmanova 15 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. 02 iyun 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş Akta əsasən, aktı imzalayan qonşular X15, X12, Şahid2 bildirirlər ki, Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilində yaşamış İddiaçı anası X14 15 sentyabr 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İddiaçı ödəmişdir. Həmçinin anası X5 dəfn xərclərini oğlu çəkmişdir. İddiaçı və onun həyat yoldaşı X16 halhazırda həmin ünvanda yaşayırlar. "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin və “Mənzil kommunal xidməti” üçün qəbzlərinə əsasən, kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışlara əsasən, İddiaçı və Cavabdeh Şirvan şəhəri Səməd Vurğun küç əsi 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadırlar.

72. Həmçinin müəyyən edilmişdir ki, 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən, X4-Bayramlı şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli 3 otaqlı mənzilini qızı Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 02 fevral 2023-cü il tarixli məktubuna əsasən, Dövlət notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. X2 tərəfindən Şirvan şəhəri 2 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 2V-94 reyestr nömrəsi ilə qoyulmuş vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ş irvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubuna əsasən, Şirvan şəhər Səməd Vurğun küçəsi 4 saylı binanın 16 saylı mənzilinə ev sahibi X2nın ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir.

73. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman Cavabdeh mənzildən istifadə hüququ olmuşdur. Bunu iddiaçı tərəf də inkar etmir. Cavabdeh, ailə üzvləri ilə birgə ona məxsus evdə doğulmuş, orada yaşamışdır. Həmin ev onun daimi yaşayış yeridir. Onun evdə istifadə hüququ olmuşdur.

74. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) daimi yaşam aq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca yaşayış sahəsinə malik olması müəyyən edilməmişdir. İddiaçı tələbində cavabdehin 2012ci ildə ərə köçdüyünü iddia etsə də, hələ nikahdan əvvəldən cavabdehin ərinə məxsus olmuş mənzilə onun (ilkin iddia üzrə cavabdehin) mülkiyyət hüququnun olduğu müəyyən edilmir. Üstəlik təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh əri ilə boşanma ərəfəsindədir. Bundan başqa, müəyyən edilir ki, mübahisəli mənzil 29 yanvar 1993-cü il tarixli order əsasında iddiaçı və cavabdehin anasına və İddiaçı, qızları Cavabdeh və Könüldən ibarət ailə üzvünün daimi istifadəsinə verilmişdir. Mənzil dövlət mülkiyyətində olsa da “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Raziyə İmanovanın və orderdə adı o lan ailə üzvlərinin əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüquqları olmuşdur. Bu hüquq xəyali deyil, real “gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Raziyə İmanovanın 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə mənzili qızı Cavabdeh vəsiyyət etmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin maddi əsası kimi Mülki Məcəllənin 1151.1-ci maddəsinə istinad etmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca yaşayış sahəsinə malik olmasının, hab elə ərinə məxsus olmuş mənzilə onun (ilkin iddia üzrə cavabdehin) mülkiyyət hüququnun olduğunun müəyyən edilməməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş materiallarında olan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamış və qiymət verməmişdir. 76. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarınd a göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

77. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddia tələbində qеyd оlunan Şirvan şəhəri Səməd Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzili, Əli-Bayramlı (indiki Şirvan) şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 07 nömrəli orderə əsasən X7 və onun ailə üz vlərinə verilsə də, mülkiyyət hüququ ilə Raziyə İmanovaya məxsus olmamış, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən onun həmin mənzili əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, sonuncu vəfat etdiyi 15 sentyabr 2012-ci il tarixə kimi qeyd olunan hüququndan istifadə etməmişdir. Eyni zamanda Raziyə İmanova mübahisəli mənzili 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən qızı Cavabdeh vəsiyyət etsə də, mənzil miras kütləsinə daxil edilməli əmlak olmadığından Cavabdeh mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edə bilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 02 fevral 2023-cü il tarixli məktubuna əsasən, Dövlə t notariat arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Odur ki, bu halda mübahisəli mənzilin Mülki Məcəllənin 1151.1-ci maddəsində qeyd olunan miras əmlak kimi qiymətləndirilməsi barədə məhkəmələrin gəldikləri nəticə əsaslı olmamışdır.

78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2012-ci il tarixdə X19 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildən çıxıb Bakı şəhərinə köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslə r göstərib-göstərmədiyidir. Təbii ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2012-ci il tarixdə X19 ilə ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Ailə qurmuş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 2012-ci ildən etibarən əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada 10 ildən artıq olan uzun müddət ərzində yaşaması ilə bağlı hallar məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmiş, bu halın sonuncunun başqa yerdə daimi yaşayış yerinin olmasına dəlalət edən hal olubolmamasına heç bir münasibət bildirilməmişdir. Hazırda cav abdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh əri ilə boşanma ərəfəsində olması barədə məhkəmələrin istinad etdikləri hala gəldikdə isə, Cavabdeh 10 ildən artıq müddət əvvəl ailə quraraq onunla bir yerdə yaşadığı şəxslə nə vaxtsa nikahını pozacağını əvvəlcədən proqnozlaşdırması ağlabatan deyildir. Odur ki, göstərilən halın Cavabdeh tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olması kimi qiymətləndirilməsi barədə məhkəmələrin gəldikləri nəticə əsassızdır.

79. Bundan başqa cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlməsini qeyd etsə də, onun həmin mənzilə hansı qaydada gedib-gəlməsi, mənzillə davamlı əlaqələrinin nə şəkildə olması apellyasiya instans iya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.

80. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi “O.X17rşı” iş üzrə ərizənin qəbul edilənliyi haqqında və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 82. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 maddəsində göstərilir k i, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından suiistifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. 84. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslər in iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir.

85. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzilə dair hüququna münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin müddəalarının tətbiq edilməli olması əsaslıdır.

86. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daim i qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olm ayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

87. Göstərlənlərdən aydın olur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 88. xx.xx.2012-ci il tarixdə ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının aradan qalıbqalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçübköçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.

89. Beləliklə, məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

90. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

91. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, işin müəyyən edilmiş hallarına uyğ un gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.

92. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1033/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar