Məhkəmə qərarları › İş №2(102)-4286/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4286/2021

02.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4286/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-747/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19.01.2003-cı il tarixli bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin baş direktoru X4 31.05.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmiş və İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin X1 rəisi vəzifəsini icra edən X2 İddiaçı və digər şəxslər barədə Cavabdeh MMC-nin baş direktoru X7 24.04.2020ci il tarixli 1/139 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, 23.04.2020-ci il tarixdə saat 22:15 radələrində texnik İddiaçı və digər işçilər iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verərək, qeyri-iş vaxtında qovşağın inzibati binasında müəyyən qruplaşma yaradaraq, alkoqollu içkilər qəbul etmiş və sərxoş vəziyyətdə bir sıra kazino oyunları oynamışlar. Həmin məktubda İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmçinin, həmin hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Ağcabədi rayon X8 Bölməsinin 04.05.2020-ci i l tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmişdir. Bu qərarla təsdiq edilir ki, iddiaçı iş yerində qumarxana təşkil etməmiş və qumar oyunları oynamamışdır. 23.04.2020-ci il tarixdə iddiaçı digər iş yoldaşları ilə qumar oyunları deyil, sadəcə «duraki» adlanan kart oyunu oynamışlar. Lakin həmin oyun əmək funsiyalarının icrasına maneçilik törətməmiş və iddiaçı bütün əmək vəzifələrini layiqincə yerinə yetirmişdir. Cavabdeh MMC-nin baş direktoru X4 31.05.2020-ci il tarixli 510 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMCnin X1 Həmkarlar İttifaqı Komissiyası öz razılığını vermişdir. Bu barədə Cavabdeh MMCnin X1 H əmkarlar İttifaqı Komissiyasının sədri Məlik Paşayevin sədrliyi ilə 21.05.2020-ci il tarixdə iclas keçirilmiş və protokol tərtib edilmişdir. Lakin iddiaçı həmin iclasda iştirak etməmiş və onun izahatı alınmamışdır. Həmkarlar ittifaqının razılığı formal şəkildə tərtib olunmuşdur. Həmçinin barəsində mübahisəli əmr verilənədək onun izahatı alınmamış, əmri əmək intizamının pozulmasından bir ay keçənədək, yəni 23.05.2020-ci il tarixədək verməli olduğu halda, artıq 1 ay 8 gün keçdikdən sonra, yəni 31.05.2020-ci il tarixdə verilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, hüquqları pozulmuş və onun barəsində işdən azad olunması barədə əmri əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 03 sentyabr 2020ci il tarixli, 2(004)-3941/2020 saylı qətnaməsi ilə iddia tələ bi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 23.04.2020-ci il tarixdə saat 22:00 radələrində iddiaçı da daxil olmaqla bir qrup şəxs Cavabdeh MMC-nin X1 inzibati binasında qumar oyunu təşkil etmişlər. Axşam saatlarında qovşaqda işin gedişinə nəzarət etmək məqsədilə qovşağa gələn rəis vəzifəsini icra edən Elməddin Mamedov tərəfindən qeyd olunan hadisə (hal) müəyyən edilərək 24.04.2020-ci il tarixli 1/139 nömrəli məktubla Cavabdeh MMC-nin baş direktoru S.Paşayevə müraciət edilmiş, iddiaçı və digər şəxslərin barədə tədbir görülməsi xahiş olunmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı müəssisədaxili normativ sənədlərin, nizam-intizam qaydalarının, həmin dövrdə ölkədə mövcud olan (Covid-19) xüsusi karantin qaydalarının, o cümlədən normativ hüquqi aktların tələblərinə zi dd hərəkətlərə yol vermiş və Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin baş direktorunun 31.05.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı 23.04.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxslə (Qovşağın əməkdaşları X13, X3, X9, X5 və iş yeri olan HMİ-nin əməkdaşları X6, X10) Cavabdeh MMC-nin X1 inzibati binasında pulla “duraki” oyunu, yəni qumar oynadığına görə, 31.05.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlan mış əmək müqaviləsinə xitam verilməklə, vəzifəsindən azad edilmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 Həmkarlar İttifaqı Komissiyası öz razılığı vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 Həmkarlar İttifaqı Komissiyasının sədri Məlik Paşayevin sədrliyi ilə 21.05.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış 21.05.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X7 göndərilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışinski) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə ap ellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı 23.04.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxslə Cavabdeh MMC-nin X1 inzibati binasında pulla “duraki” oyunu, yəni qumar oydığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edilən tarixdə bir qrup şəxslə kartla oyun (“duraki”) oynamasını qəbul etsə də, pulla oynamadıqlarını bildirmişdir. Məhkəmə iddiaçının həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan sübutlara və məhkəmə qərarlarına (Ağcabədi rayon X8 Bölməsinin 30.07.2020-ci il tarixli qərarı, Ağcabədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarı, Ağcabədi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qərarı və s.) əsasən iddiaçının 23.04.2020-ci il tarixdə bir qrup şəxslə Cavabdeh MMC-nin X1 inzibati binasında kartla qumar oynaması, bu səbəbdən də İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə olunması tam təsdiq olunub. İddiaçı Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında 05.11.2020-ci il tarixli qərarından şikayət verməsini bildirsə də, məhkəmə qərarının ləğv olunması (və ya şikayətinin icraata qəbul edilərək baxılması) ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində işdən azad olunan zamanı qanunvericiliyin tələblərinə zidd olaraq onun izahatının alınmaması bildirsə də, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işdə olan 30 aprel 2020-ci il tarixli izahatdan görünür ki, iddiaçıdan hadisə ilə bağlı izahat alınmış, sonuncu izahatında 23 aprel 2020-ci il tarixdə kart («duraki») oynamasını göstərmişdir. İddiaçı apellyasiya baxışı zamanı həmin izahatın onun tərəfindən yazılmasını təsdiq etmişdir. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində işdən azad olunan zamanı qanunvericiliyin tələblərinə zidd olaraq həmkarlar komitəsinin razılığının alınmamasını göstərsə də, işdən görünür ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 Həmkarlar İttifaqı Komissiyası öz razılığını vermiş, bu barədə Cavabdeh MMC-nin X1 Həmkarlar İttifaqı Komissiyasının sədri Məlik Paşayevin sədrliyi ilə 21.05.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış 21.05.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X7 göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmışdır. İddiaçı Cavabdeh MMC-nin X1 Həmkarlar İttifaqı Komissiyasının razılığının formal olmasını, səlahiyyətli olmamasını və s. bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, etirazlarını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçı apellyasiya şikayətində onun işdən çıxarılmasının əsassız və qanunsuz olmasını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı (Vəkil) kassasiya şika yəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Aztelekom" MMCnin 23.05.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş "Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxsl ərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 02.09.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları"nın 5.4-cü bəndinə əsasən işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət ver ilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Həmin Qaydaların 6.34-cü bəndinə əsasən işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, Qaydaların 6.35-ci bəndinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması hal ları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qərarı ilə iddiaçının iş yerində digər şəxslərlə birlikdə qumar oynaması faktı təsdiq edilmişdir. Belə olan halda cavabdehin Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi barədə əmri qanuni olmuş, işə baxan məhkəmələr iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-747/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar