Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4287/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiyaları Kollecinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1186/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhə ri Nərimanov rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(005)-2595/2018 saylı 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiyaları Kollecinin 16 mart 2018-ci il tarixli 65/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiyaları Kollecinin baş laborantı vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddi a tələbi rədd edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin qanunsuz hesab edilməsi və əmrin ləğv edərək İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci il tarixdən Cavabdehndə baş laborant vəzifəsində işə başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2012-ci il tarixdən analıq məzuniyyətinə çıxmış və 12.02.2018-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Hazırda öz ailəsi ilə birlikdə Qazaxıstan Respublikasında yaşayır və həm anadan olan uşağın səhhəti ilə əlaqədar, həm də hazırda hamilə olduğu üçün həmin ölkədən Azərbaycan Respub likasına gələ bilmir. 12.02.2018-ci il tarixdə körpə uşağının səhhəti ilə əlaqədar Qazaxıstan Respublikası Şimali X4 Səhiyyə İdarəsinin 2 saylı Şəhər poliklinikasının Təsərrüfat hesablı kommunal tibb müəssisəsinin arayışını da əlavə etməklə analıq məzuniyyətinin uzadılması barədə xahişlə müraciət etmişdir. Lakin Cavabdeh 16 mart 2018-ci il tarixdə 65/K saylı əmrlə onunla bağlanan əmək müqaviləsinə Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişdir. Bu barədə bildiriş 29.03.2018-ci il tarixdə təqdim edilmişdir. O, cavabdehin bu mövqeyi ilə razı deyil və hesab edir ki, öz ərizələrində işə çıxa bilməməsini üzrlü səbəblərlə əsaslandırmışdır. Lakin cavabdeh həmin əsaslara məhəl qoymadan əsassız olaraq 70-ci maddənin “ç” yarımbəndinə əsaslanmışdır. Göstəril ənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Birinci instasnıya məhkəməsi qətnanmə qəbul edərkən düzgün olaraq, belə qənaətə gəlmişdir ki, Bakı İdarəetmə və Texnalogiyya Kolleci iddaiçı İddiaçı tutduğu v əzifədən azad edərkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, 16.03.2018-ci il tarxidə, yəni “işdən azad olunma barədə” əmr qəbul olunan tarixdə, iddaçı İddiaçı hamiləlik müddəti 30 həftə təşkil etmişdir. Bu hal isə öz növbəsində onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsin “ç” bəndi ilə xitam verilməsini bilavasitə qadağan edir. Başqa sözlə cavabdeh Bakı İdarəetmə və Texnologiya Kolleci iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə ƏM-nin 79-cu maddəsinin tələbləsini pozmaqla xitam vermişdir. İddaçının hamilə olmasını, onun işə çıxmamasını ƏM-nin 7l-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsi qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə iddiaçının Əmək Müqaviləsinə, ƏM-nin 70-c i maddəsinin “ç” bəndi ilə xitam verilməsini qanunsuz hesab etmiş və Bakı İdarəetmə və Texnalogiyya Kollecinin 16.03.2018-ci il tarixli, 65/k nömrəli əmrini qəbul etməklə, İddiaçı Bakı İdarəetmə və Texnalogiyya Kollecinin baş laboranti vəzifəsinə bərpa edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq ƏM-nin müddəalarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, “ç” bəndi ilə xitam verilməsi istisna edən hal müəyyən edilmədiyindən Cavabdeh tərəfındən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiylinin tələblərinə uyğun olmuşdur. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X3 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiyaları Kollecinin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və nümayəndəsinin vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslar a görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh 03 aprel 2017-ci il tarixli 122/k nömrəli əmri ilə Kollecin baş laborantı, İddiaçı 04.04.2017-ci il tarixdən 11.02.2018-ci il tarixədək (uşağın 3 yaşı tamam olanadək), uşağa qulluq etməklə əlaqədar olaraq, qismən ödənişli sosial məzuniyyət verilmiş və onun 12.02.2018-ci il tarixdən işə başlaması müəyyən edilmişdir. Şimali Qazaxıstan vilayəti hakimliyinin Sahiyyə İdarəsi “2 saylı şəhər poliklinikası” Təsərrüfat hesabı kommunal dövlət müəssisəsi tərəfindən Cavabdehnə təqdim edilməsi üçün verilmiş 08.02.2018-ci il arayışın tərcümə və notarial qaydada təsdiq edilmiş surətinə əsasən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı övladı, 11.02.2015-ci il təvəllüdlü X7 “2 saylı şəhər poliklinikası” TH KDM-də “Onurğanın boyun nahiyəsinin qeyri-stabilliyi. Qida borusunun kimyəvi yanığından sonrakı vəziyyət, Yüksək sinir reflektor oyanıqlıq sindromu” diaqnozu ilə nəzarətdədir. Cavabdeh İddiaçı ünvanlanmış 80 nömrəli, 27.02.2018-ci il tarixli məktubuna əsasən İddiaçı iş buraxma səbəbi barədə tez bir zamanda məlumat verilməsi tələb edilmiş, əks təqdirdə onun barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə ona məlumat verilmişdir. Cavabdeh HİK-nə ünvanlanmış 12.03.2018-ci il tarixli təqdimatın surətinə əsasən 1 aydan artıq müddətin keçməsinə baxmayaraq işçi İddiaçı tərəfindən “işçini işdən azad etməyə əsas verən” heç bir sənəd təqd im olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh HİK-nın 15.03.2018-ci il tarixli 04 saylı iclasının protokolundan çıxarışın surətinə əsasən Komissiya Kollecin baş laborantı İddiaçı 12.02.2018-ci il tarixdən 15.03.2018ci il tarixədək işə çıxmamasını və yaşadığı ünvanda heç bir kəsin yaşamadığı üçün məktubun geri qaytarılmasını əsas tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. Cavabdeh 16 mart 2018-ci il tarixli, 65/k saylı əmrinin surətinə əsasən Kollecin baş laborantı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16.03.2018-ci il tarixdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh 16 mart 2018-ci il tarixli 115 nömrəli İddiaçı ünvanlanmış bildirişin surətinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Kollecin 16 mart 2018-ci il tarixli, 65/k saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi barədə məlumat verilmiş və əmək kitabçasının götürülməsi xahiş olunmuşdur. İddiaçı uşağın üç yaşı tamam olanadək qulluq etməyə görə müavinətlə bağlı haqqhesabın çıxarışından görünür ki, İddiaçı 01.07.2017-ci il tarixdən 31.10.2017-ci il tarixədək və 01.11.2017-ci il tarixdən 10.02.2018-ci il tarixədək müavinəti Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən onun hesabına köçürülmüşdür. Hazırki işə birinci instansiya qaydasında baxılarkən həkim-konsultasiya komissiyası tərəfindən verilmiş 24.05.2018-ci il tarixli, 9 nömrəli rəyin tərcümə və təsdiq edilmiş surətinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı hamiləlik müddəti 12.03.2018-ci il tarixdə 30 həftə təşkil etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin olunmuşdur. Birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı İdarəetmə və Texnologiya Kolleci İddiaçı tutduğu vəzifədən azad edərkən və onunla bağlanmış əmək müqaviləsini xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, 16.03.2018-ci il tarixdə, yəni “işdən azad ol unma barədə” əmr qəbul edilən tarixdə, İddiaçı hamiləlik müddəti 30 həftə təşkil etmişdir. Bu hal isə öz növbəsində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilavasitə qadağa edir. Başqa sözlə, cavabdeh Bakı İdarəetmə və Texnologiya Kolleci iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmaqla xitam vermişdir. İddiaçının hamilə olması onun işə çıxmamasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması kimi qiymətləndirilməsini də qeyrimümkün edir. Bu səbəbdən məhkəmə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini qanunsuz hesab etmiş və Cavabdeh 16.03.2018-ci il tarixli, 65/k nömrəli əmrini ləğv etməklə, İddiaçı Bakı İdarəetmə və Texnologiya Kollecinin baş laborantı vəzifəsinə bərpa edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndini rəhbər tutmuşdur. Həmin maddənin tələbinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan maddənin məzm ununda işçiyə heç bir əsas göstərmədən işə gəlməməsinin səbəbləri, o cümlədən hamilə olması ilə əlaqədar işəgötürənə məlumat vermək öhdəliyindən azad olmasının nəzərdə tutulmadığına diqqət yetirməmişdir. Hazırda iş materiallarından mübahisəsiz qaydada görünür ki, Cavabdeh 03 aprel 2017ci il tarixli, 122/k nömrəli əmri ilə Kollecin baş laborantı, İddiaçı 04.04.2017-ci il tarixdən 11.02.2018-ci il tarixədək (uşağın 3 yaşı tamam olanadək), uşağa qulluq etməklə əlaqədar olaraq, qismən ödənişli sosial məzuniyyət verilmiş və onun 12.02.2018-ci il tarixdən işə başlaması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı sosial məzuniyyəti (digər uşağı ilə əlaqədar verilmiş sosial məzuniyyəti) bitdikdən sonra o, 12.02.2018-ci il tarixdən etibarən işə başlamalı idi. Lakin İddiaçı iş yerinə lazımi qaydada heç bir məlumat vermədən 03 aprel 2017-ci il tarixli əmrlə müəyyən edilmiş tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq əmək fəaliyyətinə davam etməmiş, bununla da əmək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallanı alavə olunmuş 12.02.2018-ci il tarixli ödənişli məzuniyyət verilməsi barədə ərizəyə münasibət bildirən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ərizə iddiaçının atası tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş, cavabdeh orqana təqdim olunması faktı təsdiq olunmamışdır. Digər tərəfdən həmin ərizənin məzmununda iddiaçının hamilə olması ilə bağlı hər hansı məlumat da öz əksini tapmamışdır. Əksinə, həmin ərizə ilə iddiaçı ona uşağının xəstə olması ilə bağlı 11.02.2018-ci il tarixdən uşağının 4 yaşı tamam olanadək ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh orqan iddiaçının işə çıxmalı olduğu tarixdə işə çıxmamasının səbəblərinin onun uşağının xəstə olması ilə bağlı olduğunu və onun hamilə olması barədə hər hansı sənədin təqdim olunmadığını bildirsə də, birinci instansiya məhkəməsi bu məlumatın sanki işəgötürənə verildiyi halda sonuncu tərəfindən bu halın nəzərə alınmadan iddiaçının əmək fəaliyyətinə xitam verildiyi kimi qəbul etmiş və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulduğu qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, iddiaçı 12.02.2018-ci il tarixdə işə çıxmalı olduğu halda, nəinki işə çıxmamış, bunun hamilə olması ilə əlaqədar olduğunu məhkəmə prosesində bildirsə də, bu barədə hər hansı sənədi işəgötürən ə təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh İddiaçı 80 nömrəli, 27.02.2018-ci il tarixli məktub ünvanlanlayaraq İddiaçı işin buraxmağı səbəbi barədə tez bir zamanda məlumat verməsini tələb edilmiş, əks təqdirdə onun barəsində qanunvericiliyə uyğun tədbir görülməsi barədə ona məlumat vermişdir. Cavabdeh HİK-nə ünvanlanmış 12.03.2018-ci il tarixli təqdimatın surətinə əsasən 1 aydan artıq müddətin keçməsinə baxmayaraq işçi İddiaçı tərəfindən “işçini işdən azad etməyə əsas verən” heç bir sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh HİK-nın 15.03.2018-ci il tarixli, 04 saylı iclasının protokolundan çıxarışın surətinə əsasən Komis siya Kollecin baş laborantı İddiaçı 12.02.2018-ci il tarixdən 15.03.2018-ci il tarixədək işə çıxmamasını və yaşadığı ünvanda heç bir kəsin yaşamadığı üçün məktubun geri qaytarılmasını əsas tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 12.02.2018-ci il tarixdə və bundan bir aydan çox müddət keçdikdən sonra belə, 16.03.2018-ci il tarixdə iddiaçının hamilə olması əmək qanunvericiliyin tələblərinə görə onu verilmiş sosial məzuniyyət müddəti bitdikdən sonra - 12.02.2018-ci il tarixdə işə çıxmaq və hamilə olması barədə işəgötürənə məlumat vermək vəzifəsindən azad etmir. Belə ki, əmək qanunvericiliyində hamilə qadının əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndi ilə xitam verilməsi bilavasitə qadağan olunsa da, hamilə qadının bu barədə işəgötürənə məlumat verməmək və belə məlumatı vermədən də işə çıxmamaqda haqlı olduğuna dair hər hansı müddəa öz əksini tapmamışdır. Belə olan halda hazırki mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu madddəsinin 1-ci bəndinin tətbiq edilməsi istisna olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 10-cu maddəsinin “a” və “b” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə daxildir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin Azərbayca n Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini istisna edən hal müəyyən edilmədiyindən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən də irəli sürülmüş, məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1186/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4287/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4287/2019
24.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver