Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4287/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış reyestr qeydinin və müqavilənin etibarsızlığı, çıxarışın ləğvi, miras əmlakda vərəsə olaraq iddiaçının payının müəyyən edilməsi, ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmə dov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış reyestr qeydinin və müqavilənin etibarsızlığı, çıxarışın ləğvinə, miras əmlakda vərəsə olaraq payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4126/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 noyabr 2023-cü ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 029663 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Tağızadə küçəsindəki 40 №-li yaşayış evinin 52 saylı mənzili X8 mülkiyyətində olmuşdur.
2. X17 xx.xx.2021-ci il tarixdə, arvadı X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş şəhadətnamədə X8 vərəsəsi olaraq qardaşı Cavabdeh3 göstərilmişdir və ona çatası əmlak olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.2 kv/m, yaşayış sahəsi 40.2 kv/m, 3 otaqlı olan mənzil qeyd edilmişdir. 4. ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ əmlakın dövlət reyestrində reyestr kitabının 96246 nömrəli vərə qində qeydiyyata alınmışdır.
5. Mübahisəli mənzil Bakı şəhəri 14 saylı DNK-da bağlanmış 4Ə/1956 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan 5 üzərində qeydiyyata alınmış re yestr qeydinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mirasqoyan xx.xx.1949-cu il təvəllüdlü X18 iddiaçının ata tərəfdən babasıdır. Belə ki, iddiaçının atası – xx.xx.1977-ci il təvəllüdlü Ağayev Rüstəm Fərhad oğlu iddiaçının anası Qanuni nümayəndə Qınyaz qızı ilə xx.xx.2004-cü ildə nikah bağlamış və nikahları Səadət Sarayında 155 nömrəli ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçının validey nlərinin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuş və nikahın pozulması Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 443 nömrəsi ilə qeydə alınmışdır.
8. İddiaçının babası X18 xx.xx.2021-ci il tarixdə “Covid-19 virusu” diaqnozundan ölmüş və mərhumun ölümü xx.xx.2021-ci il tarixdə Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən 838 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının babası Fərhad Ağayev öldüyü anda adına Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili olmuşdur. Həmin mənzil üzərində mərhumun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1996-cı il tarixdə 96246 reyestr nömrəsi qeydiyyata alınmışdır.
9. Mərhumun öldüyü anda birinci növbəli vərəsələri aşağıdakı şəxslər olmuşlar: xx.xx.1955-ci il təvəllüdlü arvadı X19 – xx.xx.2022-ci il tarixdə ölmüşdür; xx.xx.1977-ci il təvəllüdlü oğlu – Ağayev Rüstəm Fərhad oğlu – xx.xx.2022-ci il tarixdə ölmüşdür. X2 öldüyü anda və ondan sonra arvadı Olqa Ağayeva və iddiaçının atası Rüstəm Ağayev mirasqoyanla bir ünvanda yaşamaqla həmin miras qalmış mənzildə qeydiyyatda olmuşlar. İddiaçı yetkinlik yaşına çatmadığından və qanuni nümayəndəsi vərəsəlik işinin açılıbaçılmamasının, ümumiyyətlə vərəsəlik işinin hansı notariat ofisində aparılmasının müəyyən edilməsinin yollarını bilmədiyindən, iddiaçının qanuni nümayəndəsi olan Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə vəkilə müraciət edərək, vərəsəlik işi ilə bağlı sübutların toplanması işi üzrə onlara hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamışdır.
10. Vəkil sorğusuna əsasən Bakı şəhəri 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 60 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili mərhum X14 məxsus olmuşdur. Qeyd olunan arayış və digər ilkin zəruri sənədlər toplanaraq xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 43 saylı Notariat ofisinə yazılı şəkildə müraciət olunsa da, 10 gündən çox müddət ərzində müsbət cavab olmadığından, iddiaçının və onun qanuni nümayəndəsinin vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən notariat ofisinə müraciət edilmişdir.
11. Notariusun təklifi ilə vərəsəlik işinin açılmasının rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə yenidən notariat ofisinə gəldikdə, məlum olmuşdur ki, həmin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə mirasqoyanın ikinci növbəli vərəs əsi olan qardaşı – Cavabdeh3 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı məktub verilmişdir.
12. Eyni zamanda, vəkil sorğusuna əsasən həmin vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Notariat Ofisindən xx.xx.2022-ci il tarixdə alınmış vərəsəlik işinin materiallarından müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8İ-12947 reyestr nömrəli ərizə ilə Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət edərək mərhum X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi – yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adını qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir.
13. Notariat ofisindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzil üzərində mübahisələndirdikləri “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında cavabdehin mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X19 və oğlu Ağayev Rüstəm Fərhad oğlu qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin 1/2 hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Lakin Cavabdeh3 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən, vərəsələrdən mirasqoyanla bir ünvanda qeydiyyatda olaraq yaşamış xx.xx.2022-ci il tarixdə ölmüş Rüstəm Ağayevə münasibətdə sonuncunun oğlu İddiaçı adını bəyan etməməklə, həmin xüsusatı notariat ofisindən gizlətmişdir. Nəticədə həmin vərəsə miras əmlakdan pay almaq hüququndan məhrum olmaqla, onun konstitusion hüquqları pozulmuşdur.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133, 1134.1, 1145, 1146, 1243.1, 1243.2, 1244, 1251, 1252, 1255, 1256, 1269 və 1300-cü maddələrinə istinad etmişdir.
15. İddiaçı sonradan ərizə verərək Cavabdeh4 da cavabdeh qismində işə cəlb edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Yeni tələb üzrə iddiaçı qeyd etmişdir ki, iddiaçı qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçının vəkili tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş xx.xx.2022-ci il tarixli 230 nömrəli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli **********56 nömrəli cavab məktubundan məlum olmuşdur ki, iddiaçı – yetkinlik yaşına çatmayan İddiaçı babası mərhum X14 məxsus olmuş ünvan 3 ünvanında yerləşən 3 otaqlı 52 nöm rəli mənzil üzərində mirasqoyanın qardaşı – Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra, sonuncu həmin mənzili Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin götürülməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 274 nömrəli sorğu ilə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edilmiş və notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən məlum olmuşdur ki, Cavabdeh3 mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” aldıqdan sonra, həmin şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı 52 nömrəli mənzil üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldırmışdır. Bundan sonra, Cavabdeh3 miras qalmış əmlakı qaçırmaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə dəyərindən aşağı qiymətə, yəni 85000 manata Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 4Ə1956 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır və hazırda həmin mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Cavabdeh3 iddiaya yazılı etiraz vermiş və həmin etirazı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili müdafiə edərək bunları göstərmişdir: - mənzilin kirayəçisi cavabdehin atası Ağarza Ağayev olmuşdur. Mənzildə cavabdeh və qardaşı Fərhad Ağayev yaşamışlar. Sonra hər ikisi evlənmiş və onların ailəsi də orada yaşamışdır. Ataları öləndən sonra mənzili xx.xx.1996-cı ildə qardaşı Fərhad Ağayev öz adına özəlləşdirmişdir. Onlar razılığa gəlmişdilər ki, mənzili satıb pulunu bərabər bölüşəcəklər; - mənzili özəlləşdirəndən sonra qardaşı Fərhad Ağayev cavabdehə demişdir ki, mənzilin sahibi odur və onları evdən çıxarda bilər. İddiaçı cavabdehin ailəsini mənzilə qeydiyyata aldırmırdı. Axırda cavabdehin həyat yoldaşı X1 Rayon Məhkəməsində mənzildən istifadə hüququnun tanınması barədə iddia qaldırmış və Nəsimi Rayon Məhkəməsi xx.xx.2000-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-İ xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - X18 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun iki vərəsəsi qalmışdır, arvadı X19 və oğlu Rüstəm Ağayev. - X19 Fərhad Ağayevin ölən günü mənzildə yaşayırdı, ancaq oğlu Rüstəm Ağayev mənzildə yaşamırdı və qeydiyyatda yox idi; - cavabdehin qardaşı ilə araları soyuq olmasına baxmayaraq, onun bütün dəfn mərasimini, qəbir üstü daşını, cümə axşamlarını - hamısını onların ailəsi etmişdir. Vərəsələrdən heç biri mirası qəbul etməmişdir. - Ağayev Rüstəm Fərhad oğlu xx.xx.2022-ci il tarixdə, X19 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - Ağayev Rüstəm Fərhad oğlunun və X11 dəfn mərasimini, qəbir üstü daşını və hüzrlə əlaqədar digər xərclərini də onlar etmişlər. - iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8İ-12947 reyestr nömrəli ərizə ilə Bakı şəhəri, 43 saylı Notariat ofisinə müraciət edərək mərhum Cavabdeh3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi – yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adını qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının göstərdikləri cavabdehə şamil edilə bilməz. Cavabdeh hesab edir ki, İddiaçı birinci növbə vərəsə deyil. İddiaçı, ümumiyyətlə, bu işdə vərəsə deyil və ola da bilməz. X2 xx.xx.2021-ci ildə vəfat etmişdir. Oğlu Ağayev Rüstəm Fərhad oğlu xx.xx.2022-ci ildə, yəni bir il bir ay bir gündən sonra vəfat etmişdir və bu müddət ərzində vərəsəliyi qəbul etməmişdir. Mirasqoyanın arvad ı X19 da xx.xx.2022-ci ildə vəfat etmişdir. O da təxminən bir il dörd ay ərzində vərəsəliyi qəbul etməmişdir. Demək olar ki, onlar hər ikisi mirasdan faktiki imtina etmişlər; - İddiaçı mirasqoyan Fərhad Ağayevə münasibətdə qohumluq münasibətlərinə görə Fərhad Ağayevin nəvəsidir. Qanunun tələbinə görə nəvə və nəticələr o halda vərəsə ola bilərlər ki, mirasın açılma anında onların qanun üzrə birinci növbədə vərəsə ola bilən valideynləri sağ olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, yəni mirasqoyan olmasın; - miras açılan zaman, yəni mirasqoyan Fərhad Ağayevin xx.xx.2021-ci il tarixdə öldüyü vaxt qanun üzrə 1-ci növbə vərəsəsi olan oğlu, İddiaçı isə atası Rüstəm Ağayev sağ olmuşdur. Odur ki, işin bu cür halında hazırkı iş üzrə İddiaçı qanun üzrə birinci növbəli vərəsə ola b ilən şəxslər kateqoriyasına daxil deyildir; - İddiaçı atası Rüstəm Ağayev isə mirasın açıldığı xx.xx.2021-ci il tarixdən, öldüyü xx.xx.2022-ci il tarixədək (bir il bir ay bir gün) mirasın qəbuluna dair notariat kontoruna ərizə verməmiş, həmçinin, miras əmlak kütləsinə daxil olan evdə yaşamamış, bununla da mirası nə rəsmi, nə də faktiki qəbul etməmişdir; - miras əmlakı üzərində Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir; - bundan əlavə, cavabdeh evin satılmasından əldə edilən pulun 6(altı) min manatını üç nəfərin dəfn mərasiminə xərcləmiş, Fərhad Ağayevin banka 2900 manat borcunu ödəmişdir. 4000 manatı evin təmirinə xərcləmişdir. 1000 manat Olqanın borcunu ödəmişdir. Mənzilin sənədləşməsinə 1000 manat, dəllal pulu 2000 manat, izafi xərclər 1000 manat və Rüstəm Ağayevin müəyyən borcları üzrə təxminən 1000 manat pul ödəmişdir. Bütün bunlar 18000 manat təşkil edir. 20000 manatı bankda X12 xahişinə görə İddiaçı adına saxlayıblar. Cavabdeh istəyir ki, hər şey halallıqla olsun; - mənzili qanuni vərəsə kimi öz adına sənədləşdirdikdən sonra cavabdeh satmışdır. mənzilinin alıcısı Cavabdeh4dur. Cavabdeh4 vicdanlı alıcıdır, çünki mənzil satılarkən Dövlət notariusu qanunla müəyyən olunan bütün tədbirləri görmüşdür.
17. Birinci instansiya məhkəməsində Cavabdeh4 nümayəndəsi və vəkili ona qarşı iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh 2022-ci ilin oktyabr ayının axırları noyabr ayının əvvəllərində Hüseyn adlı əmlakçıya müraciət edərək, ona satın almaq üçün mənzil tapılmasında kömək etməsini xahiş etmişdir. Hüseyn də cavabdehə bir neçə yeni təmirli və kö hnə təmirli mənzil göstərmişdir. Baxdığı mənzillərdən hazırda mübahisələndirilən mənzili cavabdeh bəyənərək almaq qərarına gəlmişdir. Cavabdeh bu mənzili ona görə seçmişdir ki, təmiri köhnə idi və alıb özü istədiyi kimi təmir etmək istəyirdi. Mənzili cavabdehə Hüseynlə birlikdə Nizami adlı ev sahibi göstərmişdir. Onlar təxminən 2-3 gün ərzində qiymət barədə razılaşıb, notariusa getmiş və alqı-satqı etmişlər. Alqı-satqıdan bir müddət sonra Nizami mənzili boşaltmış və cavabdeh təmirə başlamışdır. Mənzilin təmirinə təxminən 30000 manat qədər xərc çəkmişdir. Həmin mənzilə baxarkən, eləcə də, alqısatqı edərkən, mənzilin vərəsəlik əsasında Nizamiyə məxsus olması barədə cavabdehə heç kim heç nə deməyib, ümumiyyətlə, mənzilin mübahisəli olması barədə cavabdehin məlumatı olmayıb. Mənzilin sənədi (r eyestrdən çıxarış) Nizaminin adına olmuşdur. Notariusda da mənzilin sənədləri yoxlanılıb, hər hansı bir şübhəli hal olmayıb. Belə bir hal olsaydı, cavabdeh heç vaxt həmin mənzilə yaxın durmazdı, mənzili almazdı. Belə olan halda, yəni cavabehin mənzillə bağlı kimlərinsə arasında mübahisə yarada biləcək halın olmasını, mənzil üzərində başqalarının da hüququ olduğunu bilmədiyi vəziyyətdə satın aldığı mənzilə münasibətdə cavabdeh vicdanlı alıcı (əldə edən) hesab olunur, buna görə də mənzilin alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Vicdanlı alıcı olaraq cavabdehə münasibətdə İddiaçı iddiasının təmin edilməsi cavabdehin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə edilmiş olar.
18. Birinci instansiya mə hkəməsində cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X15 bildirmişdir ki, qanun üzrə vərəsəliklə əmlakın keçməsi zamanı elektron portalda mirasqoyanın ölümü barədə məlumat olsa da, onun nəvəsi barədə məlumat aşkar edilməmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-615/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Cavabdeh3 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********6105101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci i l tarixdə vəfat etmiş X2nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Səməd Cəfərov)
20. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Ağayev X16 rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilinə tam mülkiyyət hüququ ilə malik olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə, onun oğlu Ağayev Rüstəm Fərhad oğlu isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Rüstəm Ağayevin xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adında vərəsəsi vardır. Bundan başqa, mərhum X8 Cavabdeh3 adlı qardaşı da vardır. X8 ölüm ündən sonra Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilə mülkiyyət hüququ qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə Cavabdeh3 keçmişdir. Daha sonra Cavabdeh3 həmin əmlakı Cavabdeh4 satmışdır. İddiaçı qanun üzrə vərəsə qismində tanınması ilə bağlı notariusa müraciət edilsə də, bunun artıq mümkün olmadığı bildirilmişdir. Ağayev Rüstəm Fərhad oğlu ilə Qanuni nümayəndə nikahı pozulmuşdur. Qanuni nümayəndə xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qanuni nümayəndəsi qismində çıxış edir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X8 ünvan 4 ünvanındakı mənzili onun xx.xx.2021-ci il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə qardaşı Cavabdeh3 mülkiyy ətinə keçmişdir. Miras əmlakı əldə edən zaman Cavabdeh3 öz ərizəsində mirasqoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etmiş və onun birinci növbəli vərəsəsi olan, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Ağayev Rüstəm Fərhad oğluna çatmalı olan və daha sonra irsi transmissiya qaydası ilə Rüstəm Ağayevin oğlu İddiaçı qalacaq əmlakın onun tərəfindən əldə edilməsinə mane olmuşdur. Cavabdeh3 qeyd edilmiş miras əmlakı əldə etdikdən sonra onu Cavabdeh4 adına özgəninkiləşdirmişdir.
22. Birinci instansiya məhkəməsi Cavabdeh3 iddiaya etiraz olaraq miras açıldıqda iddiaçının atası Rüstəm Ağayevin sağ olmasına baxmayaraq, mirasın əldə edilməsi üçün müraciət etməməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notar iat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X19 və oğlu Ağayev Rüstəm Fərhad oğlu qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin ½ hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və d igər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir.
23. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Cavabdeh3 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi hissəsində iddia təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi və onun adına verilmiş çıxarışın ləğvi tələbinə münasibətdə göstərmişdir ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında qeyd edilən müqavilə əsasında Cavabdeh4 mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində reyestr qeyd aparılmışdır. Həmin reyestr qeydinin etibarsız hesab edilməsi üçün qeyd edilən müqavilənin etibarsızlığı zəruridir. Lakin Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh3 ünvan 5 saylı əmlakın qanunsuz əsasla mülkiyyətçisi olması, həmin əmlakı vicdanlı əldə edən Cavabdeh4 ilə aralarında olan müqavilənin və onun əsasında verilmiş icra qeydinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Bu səbəbdən, iddia bu hissədə təmin oluna bilməz.
26. Eyni zamanda miras əmlakın alqı-satqısı zamanı Cavabdeh4 tərəfindən Cavabdeh3 ödənilmiş 85.000 manatın restitusiya qaydasında tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiy a məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində bununla bağlı hər hansı xahişin olmaması, təmir işlərinin satışdan öncə və ya sonra aparılması, habelə əmlakın məbləğinin mübahisəli olması ilə bağlı hallar nəzərə alınaraq məsələyə ayrıca məhkəmə icraatı qaydasında baxılması məqsədə müvafiqdir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 182.1, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1252, 1253.1, 1255, 1300, 1318, 1321.1, 1321.2, 1322, 1324 və 1325-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci i l tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi,ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi və onun adına verilmiş çıxarışın ləğvinə dair hissəsinin də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 izahatında tarixlərlə bağlı vermiş olduğu məlumatlar işin halları ilə ziddiyyət təşkil edir. Cavabdeh4 mənzilə 2022-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində baxdığını, mənzilin sənədinin Nizaminin adına olmasını göstərməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və istənilən halda, Cavabdeh4 mənzilin sahibinin Cavabdeh3 olmasını təsdiq edən sənədi görmüşdüsə, onda bu xx.xx.2022-ci il tarixdən sonra baş verə bilərdi. Bundan başqa, məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri, 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X6 Cavabdeh4la olan səmimi söhbətlərindən müəyyən olunurdu ki, onlar əvvəlcədən birbiriləri ilə tanış idilər. Nəzərə alınsa ki, cavabdehlər Cavabdeh4la Cavabdeh3 arasındakı mənzilin alqı-satqısına dair müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış və həmin əməliyyatın aparılmasına Bakı şəhəri 43 saylı Notariat ofisinin hər hansı bir aidiyyəti olmadığı halda, həmin notariat ofisinin əməkdaşı ilə Cavabdeh4 bir-birlərini tanımamalı idilər. Bütün bunlar isə ona dəlalət edir ki, həqiqətən də Cavabdeh3lə Cavabdeh4 2022-ci ilin oktyabr ayının sonunda, sonuncu vərəsə Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə öldükdən sonra, mənzilin satılması məqsədilə tanış olsalar da, Cavabdeh4 Cavabdeh3 mənzilin mübahisəli olduğunu bilmiş və mənzili vərəsə olan İddiaçı yayındırılması üçün müxtəlif qanunsuz yollarla cavabdehlərdən Bakı şəhəri 43 saylı Notariat ofisinin əməkdaşı Nüşabə Musayeva və digəriləri ilə cinayət əlaqəsinə girərək, qanunsuz üsullarla cəmi 5 gün ərzində mübahisəli mənzilin üzərində qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh3 adına şəhadətnamə almışlar. Daha sonra isə Cavabdeh3 digər Cavabdeh4la əvvəlcədən razılaşdıqları kimi, mənzili miras əmlak olaraq vərəsədən qaçırtmaq üçün öz aralarında mənzilin bazar dəyərindən aşağı q iymətə satılmasına dair alqı-satqı müqaviləsi bağlamışlar. Bütün bunlar Cavabdeh4 mənzilin mübahisəli olmasını əvvəlcədən bilməsinə və mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olmamasına dəlalət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət versə idi, iddianın həmin hissəsini də təmin etməli idi. Birinci instansiya məhkəməsi cavabdeh Ağayev X27 ilə Cavabdeh4 izahatlarında göstərdikləri “vasitəçi Hüseyn” adlı şəxsin şəxsiyyətini müəyyən etmədən, həmin şəxsi məhkəməyə dəvət edib izahatını almadan, öz şəxsi qənaətini nümayiş etdirərək, Cavabdeh4 vicdanlı əldə edən olması qənaətinə gəlmişdir.
30. Cavabdeh3 da apellyasiya şikayəti verərək, iddia tələbinin 20% təmin edilməsini xahiş etmişdir.
31. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmış dır ki, qanuna əsasən İddiaçı mirasqoyan Fərhad Ağayevə münasibətdə qohumluq münasibətlərinə görə Fərhad Ağayevin nəvəsidir. Qanunun tələbinə görə nəvə və nəticələr o halda vərəsə ola bilərlər ki, mirasın açılma anında onların qanun üzrə birinci növbədə vərəsə ola bilən valideynləri sağ olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, İddiaçı atası Rüstəm Ağayev sağ olmuşdur. Odur ki, işin bu cür halında İddiaçı qanun üzrə birinci növbəli vərəsə ola bilən şəxslər kateqoriyasına daxil deyildir. İddiaçı atası Rüstəm Ağayev isə mirasın açıldığı 16 iyun 2021-ci il tarixdən, öldüyü 17 iyul 2022-ci il tarixədək (bir il bir ay bir gün) mirasın qəbuluna dair notariat kontoruna ərizə verməmiş, həmçinin miras əmlak kütləsinə daxil olan evdə yaşamamış, bununla da mirası nə rəsmi, nə də ki faktiki qəbul etməmişdir. Mirasqoyanın arvadı X19 04 noyabr 2022-ci ildə vəfat etmişdir. O da təxminən 1 il 4 ay müddətində mirası hüquqi cəhətdən qəbul etməmişdir. Demək olar ki, onlar hər ikisi mirasdan imtina etmişlər. Cavabdeh Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən mirasqoyanın ikinci növbə vərəsəsi kimi qanuni olaraq vərəsəlik şəhadətnaməsi alıb mənzili adına sənədləşdirib satmışdır. Mülki Məcəllənin 1263-cü maddəsinin tələblərinə əməl edərək vərəsəliyi sənədləşdirmişdir. Odur ki, Mülki Məcəllənin 1279-1.1-ci maddəsinə müvafiq olaraq susmuş vərəsə hesab edilərək həmin Məcəllənin 1262-ci maddəsinə müvafiq olaraq cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında çıxarış verilmişdir. Göründüyü kimi miras əmlakı üzərində Cavabdeh3 qanunla müəyyən edilmiş qayd ada mülkiyyət hüququ əldə etmişdir. Mərhum Rüstəm Ağayev mirası, ümumiyyətlə, qəbul etməyib ölmüşdür. O bütün müddətləri üzrsüz səbəbdən buraxmışdır, faktiki olaraq mirasdan imtina etmişdir. Yaranmış vəziyyətdə irsi transmisiya yoxdur. Mülki Məcəllənin qeyd olunan maddəsinin iddiaçının xeyrinə tətbiq edilməsi qanunsuzluqdur. Ağayev Rüstəm Fərhad oğlu mirasın mülkiyyətçisi deyil. Çünki miras açıldıqdan 1 il 1 ay 1 gün keçib mirası qəbul etməyib. Odur ki, onun oğlu iş üzrə iddiaçı varis sayıla bilməz. İddiaçı ancaq mərhum nənəsi X11 1/2 payına vərəsə ola bilərdi, ancaq o zaman ki, Olqa Alekseyevnanın vəsiyyəti olmasa idi. Tərəflərindən məhkəməyə sübut növü kimi diskə yazılmış səs yazısı təqdim edilmiş, lakin həmin səs yazısı məhkəmə prosesində səsləndirməmiş və qətnamədə bununla əlaqədar heç nə əks olunmamışdır. Həmin diskdə X19 deyir ki, “satılan evin pulundan 20% nəvəmə verərsiz”. Onlar isə iddiaçı üçün 20% dən artıq pay saxlamışlar.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4126/2023 saylı, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-615/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh3 85.000 manatın alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədə n saxlanılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsa slarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən, X9 ünvan 4 ünvanındakı mənzili onun xx.xx.2021-ci il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qardaşı Cavabdeh3 mülkiyyətinə keçmişdir. Miras əmlakı əldə edən zaman Cavab deh3 öz ərizəsində mirasqoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etmiş və onun birinci növbəli vərəsəsi olan və xx.xx.2022-ci il tarixdə vəfat etmiş Ağayev Rüstəm Fərhad oğluna çatmalı olan və daha sonra irsi transmissiya qaydası ilə Ağayev Rüstəmin oğlu İddiaçı qalacaq əmlakın onun tərəfindən əldə edilməsinə mane olmuşdur. Halbuki, qanunda göstərildiyi kimi vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X19 və oğlu Ağayev Rüstəm Fərhad oğlu qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin 1/2 hissədə payı olmuşdur. Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən xx.xx.2022-ci ildə ölmüşlər.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının atası tərəfindən mirasın faktiki olaraq qəbul edilməməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, işin faktiki hallarına əsasən mərhumun arvadı X19 və oğlu Rüstəm Ağayev öldükləri vaxta qədər ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamışlar.
36. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayət müəllifi İddiaçı vərəsəliyi qanunvericiliyə uyğun olmadan qəbul etməməsini göstərsə də, şi kayətin sonunda onun vərəsəliyi 20 faiz qəbul etməsini göstərməsi faktiki olaraq sonuncunun vərəsəliyi qəbul etdiyini və müddəti də buraxmamasını bir növ etiraf etmişdir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunduğundan və miras əmlakı əldə edən zaman Cavabdeh3 öz ərizəsində mirasqoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etdiyindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və Cavabdeh3 mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101- 093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
37. Bununla belə, apellyasiya instansiyası məhk əməsi mənzil üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və mövqeyini belə əsaslandrımışdır ki, həmin tələbə qiymət verilməsindən öncə iddia tələbinin təmin edilməyən - cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi və onun adına verilmiş çıxarışın ləğvi tələbinə nəzər yetirilməsi mütləqdir. Çünki məhz birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, Cavabdeh3 ünvan 5 saylı əmlakın qanunsuz əsasla mülkiyyətçisi olsa da həmin mənzilə dair alqı-satqı bağlanan zaman mənzili əldə edən Cavabdeh4 vicdanlı alıcı olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddaçı tərəf bunun əksini, yəni Cavabdeh4 vicdanlı alıcı olmadığını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, Cavabdeh4 mənzili əldə edən zaman Cavabdeh3 həmin mənzilə münasibətdə qanunsuz əsaslarla mülkiyyətçi olmasından məlumatlı olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 mənzil 52 üzərində reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıx arışın ləğv edilməsinə dair hissəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilləri ilə qismən razılaşıraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və Cavabdeh3 mənzil üzərində reyestr qeydinin etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlsə də, mənzil üzərində İddiaçı tam payının müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbi mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan, yəni Cavabdeh4 mənzilə dair vicdanlı alıcı kimi tanındığından həmin mənzilə dair İddiaçı payı müəyyən edilə bilməz.
40. Bu səbəbdən apellyasiya inst ansiyası məhkəməsi kollegiyası hesab etmişdir ki, iddia tələbi mənzil üzərində İddiaçı tam payı müəyyən edilməsi” hissəsində rədd edilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin miras əmlakın alqı-satqısı zamanı Cavabdeh4 tərəfindən Cavabdeh3 ödənilmiş 85.000 manatın restitusiya qaydasında tutularaq iddiaçıya ödənilməsi məsələsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd etmişdir ki, mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməsə belə, iddiaçı həmin mənzilə münasibətdə birinci növbə vərəsə olmuş və həmin mənzil satılarkən mənzildən məhrum olmuşdur ki, buna görə də məhrum olduğu 85.000 manat məbləğ əsassız varlanma müddəalarına uyğun olaraq Cavabdeh3 tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzili Cavabdeh4 85000 manata əldə etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 alqı-satqı yolu ilə mübahisəli mənzili əldə etməkdə vicdanlılığının təsdiqini tapmasını nəzərə almaqla yanaşı, iddiaçıya izah etmişdir ki, o, vərəsəliklə ona düşən payı, yəni tam mənzili cavabdehin hərəkətləri nəticəsində əldə etməklə ona öz mülahizəsi üzrə sərəncam vermək hüququndan faktiki olaraq mərhum olunduğuna görə, mənzili qanunsuz yolla əldə edərək özgəninkiləşdirən Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia qaldırmaq hüququna sahibdir.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091, 1092.1.1, 1092.1.2, 1092.2, 113 3.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1252, 1253.1, 1255, 1300, 1318, 1321.1, 1321.2, 1322, 1324, 1325-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək iddia tələbinin “ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi və Cavabde h4 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissələrinin də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırlıb: - həm birinci, həm də apellyasiya məhkəməsi Cavabdeh4 vicdanlı alıcı olmaması ilə bağlı dəlillərinə obyektiv yanaşmamışlar. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, Cavabdeh4 məhkəməyə vermiş olduğu izahatında göstərmişdir ki: “2022-ci ilin oktyabr ayının axırları noyabr ayının əvvəllərində Hüseyn adlı əmlakçıya müraciət edərək, ona satın almaq üçün mənzil tapılmasında kömək etməsini xahiş etmiş və sonuncu ona bir neçə yeni təmirli və köhnə təmirli mənzil göstərmişdir. Baxdığı mənzillərdən hazır da mübahisələndirilən mənzili bəyənmiş və almaq qərarına gəlmişdir. Qeyd edir ki, mənzili ona Hüseynlə birlikdə Nizami adlı ev sahibi göstərmişdir. Onlar təxminən 2-3 gün ərzində qiymət barədə razılaşıb, notariusa getmiş və alqı-satqı etmişlər. Mənzilin mübahisəli və ya vərəsəlik əsasında olmasından məlumatı olmamış, mənzilin sənədi Nizaminin adına olmuşdur.” Məhkəmələr nəzərə almamışdır ki, Cavabdeh4 izahatında tarixlərlə bağlı vermiş olduğu məlumatlar işin halları ilə ziddiyyət təşkil edir. Cavabdeh4 mənzilə 2022-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində baxdığını, mənzilin sənədinin Nizaminin adına olmasını göstərməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və istənilən halda, Cavabdeh4 mənzilin sahibinin Cavabdeh3 olmasını təsdiq edən sənədi görmüşdüsə, onda bu, xx.xx.2022-ci il tarixdən sonra baş verə bilərdi; - bundan başqa, məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X6 Cavabdeh4la olan səmimi söhbətlərindən müəyyən olunurdu ki, onlar əvvəlcədən bir-biriləri ilə tanış idilər. Nəzərə alınsa ki, Cavabdeh4la Cavabdeh3 arasındakı mənzilin alqı-satqısına dair müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış və həmin əməliyyatın aparılmasına Bakı şəhəri 43 saylı Notariat ofisinin hər hansı bir aidiyyəti olmayıb, belə olan halda, həmin notariat ofisinin əməkdaşı və Cavabdeh4 bir-birlərini tanmamalı idilər; - bütün bu göstərilənlər ona dəlalət edir ki, həqiqətən də Cavabdeh3lə və Cavabdeh4 2022-ci ilin oktyabr ayının sonunda, sonuncu vərəsə Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə öldükdən sonra, mənzilin satılması məqsədilə tanış olsalar da, Cavabdeh4 Cavabdeh3 mənzilin mübahisəli olduğunu bilmiş və mənzili vərəsə olan İddiaçı yayındırılması üçün müxtəlif qanunsuz yollarla cavabdehlərdən Bakı şəhəri 43 saylı Notariat ofisinin əməkdaşı Nüşabə Musayeva və digərləri ilə cinayət əlaqəsinə girərək, qanunsuz üsullarla cəmi 5 gün ərzində mübahisəli mənzilin üzərində qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh3 adına şəhadətnamə almışlar. Daha sonra isə Cavabdeh3 digər Cavabdeh4la əvvəlcədən razılaşdıqları kimi, mənzili miras əmlak olaraq vərəsədən qaçırtmaq üçün öz aralarında mənzilin bazar dəyərindən aşağı qiymətə satılmasına dair alqı-satqı müqaviləsi bağlamışlar. Bütün bu göstərilənlər Cavabdeh4 mənzilin mübahisəli olmasını əvvəlcədən bilməsinə və mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olmamasına dəlalət edir. Bu səbəbdən məhkəmələr işin faktiki hallarına düzgün qiymət versə idilər, iddianın “Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığı və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissəsini də təmin etməli idilər; - məhkəmələrin vicdanlı alıcı hesab etdiyi Cavabdeh4 qeyd edilən izahatından da görünür ki, o, birmənalı olaraq vicdanlı alıcı hesab edilə bilməzdi. Həm onun izahatındakı ziddiyyətli məqamlar, həm də mənzilin bazar dəyərindən kifayət qədər aşağı qiymətdə satılması onun mənzilin mübahisəli olmasından xəbərdar olmadığını istisna edir. Odur ki, məhkəmələr Cavabdeh4 vicdanlı alıcı hesab edilməsi qənaətinə gələrkən yalnışlığa yol vermiş və həmin hal işin faktiki halları ilə də uyğun gəlməmişdir; - məhkəmələrin vicdanlı alıcı hesab etdikləri Cavabdeh4 özü birinci instansiya məhkəməsində vermiş olduğu izahatında mübahisəli mənzilə daha əvvəldən baxış etdiyini etiraf etmişdir. Göstərilən hal onun vicdanlı alıcı olmadığını təsdiq edən mahiyyətdə olmaqla birlikdə, iddiaçı tərəfi də bu halı sübut etmə vəzifəsindən azad edir. Lakin məhkəmələr yanlış qənaətdə olmuş və bu xüsusata düzgün yanaşmamışlar. Apellyasiya məhkəməsi şikayətdə irəli sürülmü ş əsaslı arqumentləri əsassız arqumentlərlə rədd etmişdir; - məhkəmə apellyasiya şikayətində Cavabdeh4 izahatında qeyd etdiklərinə istinad edərək irəli sürülmüş dəlillərə münasibət bildirməmiş, həmin şəxsin vicdanlı alıcı olmaması ilə bağlı mötəbər sübut irəli sürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, həmin şəxs öz izahatı ilə vicdanlı alıcı olmasını şübhə altına almış, lakin məhkəmələr bu faktı araşdırmaq əvəzinə formal olaraq qətnamə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə qismən – iddianın “ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi və Cavabdeh4 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair ” təmin edilməməsi hissələrində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissələrdə tam yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin ünvan 5 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi və Cavabdeh4 ünvan 5 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissələrini təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir.
51. Belə ki, Mülki Mə cəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
52. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyr i-dəqiq olmasını bilmiş olsun.
53. İddiaçı iddia ərizəsində, eləcə də apellyasiya və kassasiya şikayətlərində Cavabdeh4 mənzili əldə edərkən vicdanlı alıcı olmamasını sonuncunun mənzilə 2022-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində baxması, mənzilin sənədinin Cavabdeh3 adına olmasını göstərməsi, lakin işdə olan sənədlərə əsasən mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınması, həmçinin məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X6 Cavabdeh4la olan səmimi söhbətlərindən onların əvvəlcədən bir-biriləri ilə tanış olmaları və mənzili dəyərindən aşağı qiymətə – 85000 manata alması ilə əsaslandırmışdır.
54. Apellyasiya instansiyası məhkəməsinin müəyyə n etdiyi işin hallarından isə görünür ki, Cavabdeh4 mənzili əldə edən zaman Cavabdeh3 həmin mənzilə münasibətdə qanunsuz əsaslarla mülkiyyətçi olmasından məlumatlı olması təsdiqini tapmamışdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən şərtlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar)
57. Buna görə də işin müəyyən edilən hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Cavabdeh4 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh3 arasında 17 noyabr 2022-ci il tarixdə bağlanmış mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişlər.
58. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinin dispoziya şərtlərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi və əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi hallarının sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşür.
59. Bundan əlavə, cavabdehlər Cavabdeh4la Cavabdeh3 arasında 17 n oyabr 2022ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi nəticəsinə gəlindiyi üçün həmin mənzil üzərində iddiaçının tam payının müəyyən edilməsi barədə iddianın təmin edilməməsi də düzgün olmuşdur. Əks halda iddiaçının başqa şəxsin qeydə alınmış mülkiyyəti üzərində hüquqları tanınmış olardı.
60. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin satış dəyəri olan 85000 manatın Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli olması barədə gəldiyi nəticəni və iddiaçının mənzili qanunsuz yolla əldə edərək özgəninkiləşdirən Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia qaldırmaq hüququna sahib olması barədə izahını əsaslı saymır.
61. İşdən gör ünür ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 tutulmalı olan 85000 manatı alqı-satqı müqaviləsində göstərilən qiymət əsasında müəyyən etmişdir. İddiaçı isə alıcının vicdanlı əldə edən olmaması baxımından həmin mənzilin real dəyərindən aşağı qiymətə satılmasına dair dəlil irəli sürməklə, müqavilədə göstərilən qiyməti mübahisələndirmişdir.
62. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1092.1.2-ci maddəsinə görə varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarma vəzifəsi əldə edən şəxsin qəsdən əldə etmədiyinə də şamil edilir.
63. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi hazırki icraat çərçivəsində zərər olaraq müqavilə üzrə mənzilin satışından əldə edilən pulun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlib, belə olan halda, mənzilin dəyərind ən aşağı qiymətə satılması barədə iddiaçının dəlillərinə də qiymət verməli, çəkişmə prinsipinə əməl etməklə tərəflərin bu barədə mülahizələrini öyrənməli, mənzilin müqavilədə göstərilən qiymətinin real olub-olmamasına aydınlıq gətirməli, iddiaçının dəlilləri təsdiqini tapmadığı halda müqavilədəki qiyməti əsas götürməklə prosessual qənaət prinsipi baxımından mübahisəni tam həll etməli idi. Belə olduqda, iddiaçının cavabdehə qarşı maddi və mənəvi zərər tələbi ilə bağlı ayrıca məhkəməyə müraciət etməsinə, əlavə məhkəmə çəkişməsinə də zərurət qalmaz.
64. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusata qiymət verməmiş, çəkişmə prinsipinə əməl etməklə tərəflərin bu barədə mülahizələrini öyrənməmiş, mənzilin müqavilədə göstərilən qiyməti və satıldığı vaxtdakı real dəyərinə aydınlıq gətirmək üçün prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin edə bilər.
65. Buna görə də mənzilin satış dəyəri olan 85000 manatın Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli olması barədə gəlinən nəticə düzgün sayıla bilməz.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – Cavabdeh3 85000 manatın alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əs ası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4126/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh3 85000 manatın alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qayta rılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.