Məhkəmə qərarları › İş №2(102)-429/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-429/2022

31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-429/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığının əsasları, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Va hid Süleyman oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-25/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 bağ sahəsində 0,18 ha bağ sahəsi və üzərində sahəsi 22,4 kv.m olan 1 otaqdan ibarət bina Azərbaycan SSR-nin Bakı şəhəri X9 İcraiyyə Komitəsinin nizamnaməsi əsasında fəaliyyət göstərən X5 və İstismarı birliyi tərəfindən 14 noyabr 1990-cı il tarixli müqavilə ilə xxx oğluna icarəyə verilmişdir. İddiaçı xxx oğlunun vərəsəsidir. xxx bağ sahəsi, 575 saylı bağ evi üzərində xxx oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyest rində qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən ünvan 1 bağ sahəsində 0,12 ha olan 576a nömrəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X5 və İstismarı birliyi tərəfindən 17 aprel 2007-ci il tarixli müqavilə ilə X2, ünvan 1 bağ sahəsində 0,07 ha olan 576 nömrəli bağ sahəsi isə 17 aprel 2007-ci il tarixli müqavilə ilə X7 icarəyə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı tərəfindən zəbt edilmiş xxx ərazisində yerləşən 576 və 576a nömrəli bağ sahələrinin məcburi qaydada boşaldılması, İddiaçı vurulmuş maddi ziyanın əvəzi 1120 manatın və ödə nilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın alınaraq xxxya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilmiş, İddiaçı maddi ziyanın əvəzi qismində 794 manatın xxxnın xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2017-ci il tarixli rəyinə əsasən 0,18 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 575 saylı bağ sahəsi kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Lakin 576a və 576 nömrəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri və cizgi planının koordinatları barədə məlumat olmadığına görə onların harada yerləşməsini və üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 noyabr 2019-cu il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətində 0,18 ha torpaq sahəsi rəsmiləşdirilsə da, faktiki istifadəsində 1561 kv.m torpaq sahəsinin olması müəyyən olunur. Belə olan halda, çatışmayan 239 kv.m torpaq sahəsinin qonşular tərəfindən istifadə edilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilir. Lakin ünvan 1 bağ sahəsində 576a və 576 nömrəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri və cizgi planının koordinatları barədə məlumat olmadığına görə iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq hansı hissədə və kim tərəfindən istifadə edil məsi barədə tədqiqatın aparılması mümkün olmadı. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 may 2021-ci il tarixli rəyinə əsasən iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinin 58,6 kv.m hissəsi texniki pasporta əsasən iddiaçının mülkiyyətindədir, faktiki olaraq qonşu bağ sahəsinin gediş-gəliş yolu kimi istifadə olunur. Faktiki olaraq iddiaçının istifadəsində 1840,0 kv.m torpaq sahəsi var, iddiaçının 2 tərəfdən gediş-gəliş yolu var. Əgər iddiaçı hasarını tam olaraq texniki pasporta uyğun tikərsə, qonşu bağın (qeydiyyatdan keçməmiş) gediş-gəliş yolu bağlanır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. İş üzrə qəbul edilmiş məh kəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X8 ilə xxx bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli bağ müqavilələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ev iddiaçının şəxsi mülkiyyətində olan bağ sahəsidir. Bağ sahəsi uzun illərdir ki, daş hasarla bağlanmışdır. Ağır xəstə olması ilə əlaqədar bir müddət ölkə xaricində olmuş, geri döndükdə bağında parnik əkilməsini və kənar şəxsləri görmüş, onlardan çıxmalarını tələb etmişdir. Has arı uçurulmuş, onun sənədli torpağından dalan kimi yol hörülmüş və istifadə etdiyi 574 saylı bağın bir hissəsi və əlavə torpaq sahəsi zəbt olunmuşdur. O, öz mülkiyyətini müdafiə etmiş, torpağındakı hasarı uçurmuş, adamları bağından çıxarmışdır. Daha sonra isə onu məhkəməyə vermişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən məlum olmuşdur ki, 2007-ci ildə bağ sahəsinə dair kimlərəsə sənəd verilmişdir. Həmin sənədlərin saxta, yaxud düz olduğunu bilmir. Düzdürsə də istifadəsində olan, hələ 60-cı illərdən hasarladıqları torpağı yalnız onlara verə bilərdilər. X4 və X6 adlarına Vişnyovka-2 bağ sahəsində 576 və 576a saylı bağ sahələrinə aid arxiv sənədlərinin ona verilməsi və həmin sənədlərin ləğv olunması barədə Cavabdehnə rəsmi məktubla müraciət edilmiş, lakin müsbət nəticəsi olmam ışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)90/2018 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir iki, iddiaçı mübahisələndirilən əqdlər üzrə hansı şərtlərin pozulmasını və nə üçün əqdin etibarsız hesab olunmasını sübut edə bilməmişdir. Həmçinin tərəflər arasında qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur, iddiaçı əqdləri mübahisələndirməkdə müddəti ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)-90/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 14 iyul 2021-ci il tarixli, 2(103)25/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)-90/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əqdləri mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, həmin əqdlərin onun maraqlarına toxunmasını əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə MPM-in 82.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, eyni tərəflər arasında eyni predmet üzrə, yəni Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X8 ilə xxx bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli müqavilələrə dair məhkəmə qətnamələri olmuş, müəyyən hallara hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, təyin olunmuş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatları zamanı da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri ilə mübahisələndirilən müqavilələrdə göstərilən torpaq sahələrinin sərhədlərinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, ekspertizalar üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qonşu bağ sahibləri tərəfindən gediş-gəliş yolu kimi istifadə olunması müəyyən edilsə də, məhkəmə kollegiyası bu hala hüquqi qiymət verməyi məqsədəmüvafiq hesab etmir. Çü nki, iddiaçının iddia tələbi yalnız əqdlərin mübahisələndirilməsi ilə bağlı olmuş, hər hansı şəxsin torpaq sahəsindən çıxarılması və s. bu istiqamətdə digər tələb irəli sürməmişdir. İddiaçı apellyasiya şikayətində yeni tələblər irəli sürərək, mülkiyyətində olan torpaq sahəsinin 4,5 sot hissəsinin boşaldılmasını, mübahisələndirdiyi müqavilələrdə öz əksini tapmış torpaq sahələrinin onun bağ ərazisinə aidiyyətinin olmaması barədə qətnamə çıxarılmasını tələb etmiş, lakin iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X8 ilə xxx bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli bağ müqavilələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyas ı hər bir halda apellyasiya şikayətində irəli sürülmüş yeni tələblərlə bağlı qeyd etmişdir ki, MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-25/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilərək, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində 0,18 ha torpaq sahəsi olsa da, onun bir hissəsi qonşu bağ sahəsinin gediş-gəliş yolu kimi istifadə olunur. Bununla da müəyyən olunmuşdur ki, mübahisələndirilən icarə müqavilələri iddiaçının hüquqlarını və qanuni mənafelərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsası nda həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs v ə video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razıdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq hazırki mübahisə üzrə sübutetmə vəzifəsini Azərbaycan Respublikası MPMin 77.1-ci maddəsinə əsa sən iddiaçının üzərinə qoymuş və sonuncunun mübahisələndirilən əqdlərin etibarsızlığına səbəb ola biləcək qanunun tələblərinin pozulmasına dair hər hansı sübutu təqdim etmədiyindən iddianı rədd etmişlər. Digər tərəfdən, torpaq sahələrinin cavabdehlərin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı tarixli qətnaməsi qəbul edilərkən həmin məhkəmə hesab etmişdir ki, “mübahisəli bağ sahələrinin qanuni əsaslarla iddiaçının (hazırki iş üzrə cavabdeh X3) istifadəsinə (icarəsinə) verilmiş olması, onun həmin sahə üzərində mülkiyyət kimi qorunmalı olan hüquqlarının yaranmasına səbəb olduğundan o, bu hüquqların tanıdığı imkandan istifadə edərək, cavabdehin (hazırki işdə iddiaçının) qeyd edilən sahəd ən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındak ı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli müqavilələrlə üçüncü şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinə keçid yolu kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə olunması həmin müqavilələrin etibarsız olması üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki h allarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)25/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar