Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4293/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarlması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2(103)1341/2023 saylı qərardadından İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023- cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1.İddiaçı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 46.000 manat, hüquqi yardım agörə ödədiyi 150 manat, dövlət rüsumu üçün ödədiyi 240 manat, həmçinin mənəvi ziyana görə 1.000 olmaqla, cəmi 47.390 manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2882/2022 saylı mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli beh müqaviləsinin və 19 yanvar 2021-ci il tarixli beh müqaviləsinə əlavə üzrə Cavabdeh1 46.000 manat məbləğində pulun və 160 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1341/2023 saylı mülki iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(005)-2882/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən – 19 yanvar 2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqavilə üzrə 15.000 manat məbləğin iki mis linin Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilməklə Cavabdeh1 İddiaçı xeyrinə 15.000 manat tutulması, 24 dekabr 2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə ödənilmiş 8.000 manatın iki mislinin, yəni 16.000 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılması, apellyaya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun 24 manatının İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.
5. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunub, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)13 41/2023 saylı qərardadı ilə (hakimlər Sabit Bəhramzadə (məruzəçi), Məhəmməd Rüstəmli və Elnur Həsənov ) kassasiya şikayəti geri qaytarılmışdır.
7. İddiaçı yenidən qətnamədən kassasiya şikayəti vermiş və 25 aprel 2023-cü il tarixdə kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
8. Daha sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(130)-1341/2023 nömrəli qərardadından şikayət və prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 fevral 2023cü il tarixli, 2(103)-1341/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti nin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 may 2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(103)1341/2023 saylı qərardadı ilə şikayət və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.
11. İddiaçı yenidən 03 aprel 2023-cü il tarixli qərardaddan kassasiya şikayəti təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)1341/2023 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
12. Bu qərardaddan da iddiaçı kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli, 2(103)-134 1/2023 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
13. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qərardadından kassasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qərardadı ilə İddiaçı verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə verilir.
16. Hazırkı şikayət isə, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli qərardadında n şikayət olsa da, kassasiya şikayəti kimi verilməli olmasına baxmayaraq, apellyasiya şikayəti kimi verilmiş, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmışdır.
17. Bundan əlavə, şikayətdən görünür ki, mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan forması ilə bağlı imperativ tələblərinə əməl edilməmiş, şikayətdə bir sıra maddi və prosessual hüquq normalarının adı çəkilsə də, bu normaların pozulmasının və ya düzgün tətbiq olunmamasının nədən ibarət olduğu göstərilməmişdir.
18. Halbuki, MPM-in qeyd olunan maddələri imperativ formada tələb edir ki, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması aydın şəkildə göstərilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaç ı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 2(103)-1341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayəti verilsə də, apellyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin əlavə edilmədiyinə görə şikayəti geri qaytarmışdır. Məhkəmə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qərardad qəbul edərək şikayəti geri qaytarmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 376, 389, 442, 491 və 492.2-ci maddələrinin tələblərinin pozulması 5-ci qrafada qeyd edilmişdir və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməm əsinə dair dəlillər olan qrafada və şikayətin mətn hissəsində göstərilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:
23. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
24. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;
25. Maddə 402.2.3. Kassasiya şikay ətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
26. Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
27. Maddə 402.2.5. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında;
28. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir;
29. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
30. Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məh kəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
31. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir;
32. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
33. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu i mzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
34. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.
35. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı verdiyi kassasiya şikayətini geri qaytararkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə verilir. Hazırkı şikayət isə, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli qərardadından şikayət olsa da, kassasiya şikayəti kimi veri lməli olmasına baxmayaraq, apellyasiya şikayəti kimi verilmiş və Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı şikayətini nəzərdən keçirib qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan forması ilə bağlı imperativ tələblərə əməl edilməmiş, şikayətdə bir sıra maddi və prosessual hüquq normalarının adı çəkilsə də, bu normaların pozulmasının və ya düzgün tətbiq olunmamasının nədən ibarət olduğu göstərilməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir və Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətindəşikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı his sədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.
43. Həmçinin kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmalıdır.
44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prsessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
45. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2(103)-1341/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.