Məhkəmə qərarları › İş №2(102)-4294/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4294/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4294/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdeh X10 və cavabdehlərin vəkili X11 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Samux Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(058)-693/2019 saylı qət naməsi ilə (hakim N.X.Hümbətov) İddiaçı cavabdehlər X7 və X4rşı 21200 manatın cavabdehlərdən tutulub ona ödənilməsinə dair iddiası qismən təmin edilmiş, qətnaməyə əsasən cavabdehlər X1 və X5 müştərək qaydada 3250 manatın tutularaq İddiaçı qıznın xeyrinə verilməsi, cavabdehlərdən X1 13000 (on üç min) manatın və 2500 (iki min beş yüz) ABŞ dollarının milli manat ekvivalentində tutularaq İddiaçı qıznın xeyrinə verilməsi, cavabdehlər X1 və X5 əlavə 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən, məruzəçi), R.Muradov və Ə.Məmmədov, 2(104)4494/2019 saylı mülki iş) hazırkı iş üzrə Samux Rayon Məhkəməsinin xx xx xxxxxx 2019cu il tarixli, 2(058)-693/2019 saylı qətnaməsi iddia tələbinin cavabdehlər X7 və X5 13000 (on üç min) manatın və 2500 (iki min beş yüz) ABŞ dollarının milli manat ekvivalentində tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər X7 və X4rşı 21200 manatın cavabdehlərdən tutulub ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olmuş pul vəsaitindən 13.000 manat və 2500 ABŞ dolları saxlamaq üçün cavabdehlər olan bacısına və kürəkəninə vermiş, əlavə olaraq onlara 5000 manat borca pul vermiş, cavabdehlər verilən borcdan 1750 manat ona qaytarsalar da saxlamaq üçün verdiyi pulları və borca verdiyi pulun qalıq hissəsini ona qaytarmaqdan i mtina edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehlərin ondan saxlamaq üçün tələb olunan məbləğdə pulu götürmələri, bunu etiraf etmələri və borcu qaytarmaq üçün özlərinə məxsus avtomaşını satacaqları barədə səs yazılarını özündə əks etdirən diski (səs yazısını) sübut kimi qəbul etməmiş, prosessual normaların tələblərini pozmuşdur. Həmin səs yazısı heç kimin şəxsi sirri deyil. İddiaçı özünün iştirakı ilə aparılan danışığın səs yazısını diskə köçürmüşdür. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı X9 və onun vəkili X3 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişlər. Cavabdeh X10 və cavabdehlərin vəkili X14 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İddiaçının cavabdehlərə 5000 manat borc verməsi və hə min məbləğdən 1750 manatın qaytarılması, qalıq borcunun 3250 manat təşkil etməsi işin mübahisəsiz halıdır və tərəflər bununla bağlı mübahisəni davam etdirmirlər. İddiaçı saxlamaq üçün cavabdehlərə verdiyi 13.000 manat və 2500 ABŞ dolları ilə bağlı iddianın rədd edilməsini mübahisələndirir. İddianı həmin hissədə rədd etmiş Apellyasiya Məhkəməsi qənaətini onunla formalaşdırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, tələb etdiyi pul məbləğini caxlmaq üçün cavabdeh tərəfə verməsini sübuta yetirə bilməmişdir. İşdə olan Samux rayon Polis şöbəsində toplanmış materiallardan görünür ki, İddiaçı həm xx xxxx 2019-cu il tarixdə Samux rayon Polis şöbəsinə rəsmi ərizə yazaraq, həm də, xx xxxx 2019-cu il tarixdə DİN-nin 102 xidmətinə şikayət edərək bildirmişdir ki, cavabdehlərə saxlamaq üçün verdiyi 21000 manat pulu cavabdehlər itirdiyini bildirib ona qaytarmaqdan imtina edirlər. Həmin materiallara əlavə edilmiş X2 və X6 izahatlarından görünür ki, onların hər ikisi İddiaçı 5000 manat aldıqlarını və ondan 1750 manatı qaytardıqlarını, lakin onlara 13000 manat və 2500 ABŞ dolları pul verilmədiyini göstərmişlər. İddiaçı mübahisələndirdiyi hallarla bağlı iki sübut təqdim etmişdir-şahidləri məhkəməyə dəvət etmiş, bacısı və kürəkəni ilə borcun qaytarılması barədə danışıqlarının gizli yazıldığı səs yazılarını əks etdirən diski məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş qonşuların heç biri iddiaçının saxlamaq üçün cavabdehə pul vermələrinin bilavasitə şahidi olmalarını təsdiq etməmişlər. Onlar bu barədə iddiaçıdan eşitdiklərini təsdiq etmişlər. Ona görə məhkəmə haqlı olar aq həmin ifadələrə tənqidi yanaşmışdır. Səs yazıları ilə bağlı Apellyasiya Məhkəməsi qiymətləndirmə apararaq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların və vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludurlar. Həmin Məcəllənin 95.2-ci maddəsinin tələblərinə görə isə qanunla icazə verilən hallardan başqa, gzli yolla əldə edilmiş səs və ya vido yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə kollegiyası hər iki mübahisəli halla bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı sayır. Beləki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər aras ında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı yuxarıda qeyd olunan prosessual normaların tələblərinə riayət etməklə sübutemə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün kassasiya şikayətinin təmin olunması əsasları müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı k assasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar