Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4294/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pulun qaytarılması, mənəvi zərərin ödənilməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-839/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiy a şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 18 aprel 2017-ci il tarixli xüsusi lisenziya əsasında kənd təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olur.
2. İddiaçının Gürcüstan Respublikasının “X1 LTD” şirkətindən şəhadətnamə əsasında aldığı “Organica” aqrokimyəvi maddə 5 il müddətinə dövlət qeydiyyatına alınmış və iddiaçıya onu dövriyyəyə buraxmaq icazəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, satılan gübrənin dəyəri olaraq ödənilməli olan 32.133 manat pulun, dəymiş maddi ziyan olaraq 15.000 manat, mənəvi zərər kimi isə 5000 manat məbləğində pulun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh 28 yanvar 2019-cu il tarixli qaimə-faktura ilə iddiaçıdan 32.133 manat dəyərində “organica” gübrəsi təhvil almış və bu məbləği 2 ay ərzində müddətində qaytaracağına söz vermişdir. O vaxtdan iki ildən çox müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də sözügedən məbləği ödəməmişdir.
5. Cavabdeh gübrəni iki ildən çox qanunsuz formada özündə saxladığına görə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Dəfələrlə cavabdehə zəng etsə də, iddiaçıya olan borc ödənilməmişdi r.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 22.2, 567, 600.1, 601.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(076)-2955/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən – 32.133 manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi hissəsində təmin olunmuş, qalan hissədə isə təmin olunmamışdır. (hakim Zaman İmanov)
8. Birinci instansiya məhkəməsi işdəki 28 yanvar 2019-cu il tarixli qayimə-fakturaya istinadən müəyyən etmişdir ki, iddiaçı cavabdehə 32133 manatlıq gübrə məhsullarını nisyə qaydada satmış, məhsul cavabdehə təhvil verilsə də, sonuncu məhsulun dəyərini iddiaçıya ödəməmişdir.
9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu halına görə 32133 manatlıq hissdə iddia tələbinin təmin edilm əli olması nəticəsinə gəlmişdir.
10. İddianın 15000 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, bu iddia təmin edilə bilməz, çünki iddiaçı ona maddi və mənəvi zərər dəyməsini sübut edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 567, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh 01 yanvar 2018-ci il tarixdən 31 oktyabr 2019-cu il tarixədək Şəmkir rayonunda fəaliyyət göstərən “X2 ” MMC-də mühasib vəzifəsində işləyib. İddiaçı 2019-cu ilin yanvar ayında cavabdehin işlədiyi MMC-yə məxsus olan soyuducuya MMC-nin rəhbərliyinin razılığı ilə gübrə məhsulları yerləşdirmişdir. İddiaçı malların saxlanması üçün cəmiyyətə heç bir ödəniş etməmiş, bu barədə müqavilə də imzalamamışdır. İddiaçı həmin malları qısa müddət üçün anbara yerləşdirmiş, cavabdehin cəmiyyətdə işlədiyi dövr ərzində malın çox hissəsi iddiaçı tərəfindən anbardan götürülmüşdür; - 31 oktyabr 2019-cu il tarixində cavabdeh işlədiyi MMC-dən çıxmış və vergi müfəttişi vəzifəsinə daxil olmuşdur. İşdən çıxdıqdan sonra iddiaçının əri zəng etmiş, cavabdeh iddiaçını ərinə, işdən çıxdığını və malları MMC-nin rəhbərliyindən istəməsini demişdir; - cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamamış, iddiaçı qarşısında öhdəlik götürməmişdir; - bundan əlavə, iddiaçı dövlət orqanlarına yazdığı şikayət ərizələrində cavabdehdən 32.130 manat pulun 7.650 manatını geri ala bilmədiyini qeyd etmişdir ki, bu da hazırki iddianın əsassız olmasını göstərir.
14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, malların qaimə-faktura ilə satıldığını, qış ayında malın soyuducuda saxlanmasının ağlabatan olmadığını, malın geri götürüləndə qaimə-faktura tərtib olunmalı olduğu halda, belə bir qaimə fakturanın mövcud olmadığını bildirmiş, əlavə olaraq göstərmişdir ki, o, Şəmkir rayonunda başqa sahibkarlara da gübrələr vermiş, 7650 manat borcu həmin sahibkarlardan gələn məbləğ olaraq qeyd etmişdir. Lakin, daha sonradan məlum olmuşdur ki, geri qayıtmış gübrələrin cavabdehlə əlaqəsi olmamışdır.
15. Apellyasiya baxışında iddiaçının əri şah id qismində ifadə verərək iddia tələbində göstərilən halları təsdiq etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(104)-839/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov)
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbində qeyd olunan mallar həm qayimə-faktura, həm izahatlar, həm də şahid ifadələri ilə öz əksini tapdığı halda, cavabdehin şikayətində qeyd etdiyi hallar heç bir sübut növü ilə təsdiq olunmamışdır. Cavabdeh gübrəni mühasib olaraq işlədiyi cəmiyyətə məxsus soyuducu anbara saxlanc üçün qəbul etməsini, habelə iddiaçının gübrələrin əksər hissəsini geri gotürməsini təsdiq edən heç bir sübut növü təqdim etməmiş, həmin izahat heç bir sübutla təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılıb: - qətnamədə sadəcə iddiaçının qeyd etdikləri göstərilmiş, cavabdehin sübutlarına münasibət bildirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilənin olmaması, iddiaçının cavabdeh barəsində müxtəlif orqanlara yazdığı şikayət ərizəsinə qiymət verilməmişdir. Həmin ərizədə iddiaçı cavabdehin ona 7650 manat borcu olmasını bildirib. Bu barədə apellyaisya şikayətində bildirsə də, apellyasiya instansiyası buna əhəmiyyət verməmişdir; - iddiaçı tərəfindən təqdim edilən qayimə sübut kimi qiymətləndirilirsə, cavabdehin sübut kimi təqdim etdiyi iddiaçının şikayət ərizəsində qeyd edilərlərə də sübut kimi qiymət verilməli idi; - həmçinin iddiaçının təqdim etdiyi qayimə-fakturanın saxta olması ilə bağlı cavabdehin bildirdiklərinə də əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmuşdur. etiraz apellyasiya şikayətinə qarşı verilmiş etirazla eyni məzmunlu olmuşdur. Bundan əlavə, qeyd edilmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunan qaimə fakturanın saxta olmama sı bəllidir. Şikayət ərizələrində cavabdehin 7650 manat borcu olmasınə göstərməsini səbəbi Şəmkir rayonunda Rövşən adlı digər sahibkara da eyni çəki və qiymətlə gübrə satmağı olmuşdur. Rövşən ödəmələr etsə də, bu, səhvən cavabdehin adına getmişdir. Cavabdeh irəli sürdüyü dəlilləri sübuta yetirə bilmədiyindən kassasiya şikayəti təmin olunmamalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddə t nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanı lmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamə nin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, mə hkəmə kollegiyası qətnaməni tam yoxlayır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
25. Belə ki, işdən görünür ki, iddiaçı gübrə məhsullarına görə cavabdehdən 32133 manat pul tələb etməsinin təsdiqi kimi cavabdehin imzaladığı qayimə-fakturaya, cavabdeh isə apellyasiya şikayətində iddianı, ümumiyyətlə, qəbul etməməklə yanaşı, iddiaçının onun barəsində yazdığı şikayət ərizəsində borcun məbləğinin 7650 manat olmasını qeyd etməsinə istinad etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi cava bdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, yalnız iddiaçı özü 7650 manat borcun Rövşən adlı digər şəxsə məxsus olmasını demiş, qeyd edilən dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini aydınlaşdırmamış, bu barədə iddiaçıya hər hansı sual belə verməmişdir.
27. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
28. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
29. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaql a kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
30. Cavabdehin qeyd edilən dəlilinə qiymət verilmədiyi və həmin dəlil açıq qaldığı üçün məhkəmə kollegiyası qətnamənin də əsaslı olub-olmamasına qiymət verə bilmir.
31. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
34. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgü n olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
35. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunverc iliyin müəyyən etdiyi tələblərə cavab vermir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, eləcə də tərəflərin sahibkar statusunun olub-olmamasını araşdırmalı, bundan irəli gələrək məhkəmə aidiyyatı məsələlərinə diqqət yetirməli, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
37. Yuxarıda göstəril ənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-839/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.