Məhkəmə qərarları › İş №2(102)-4295/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4295/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4295/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 vəkili X5 oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vnun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Məhkəməsinin (hakim G.Şirino v) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçılar X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus yaşayış evinə köçürməklə iddiaçıya məxsus mənzildən çıxarma” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X2 məxsus Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 nömrəli binanın 48 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Mehtiyev, L.Süleymanov, A.Bayramov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X2 məxsus Naftalan şəhəri, H.Əli yev küçəsi, 29 nömrəli binanın 48 nömrəli mənzilindən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar X3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus yaşayış evinə köçürməklə iddiaçıya məxsus mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların uşaqlarının onlara məxsus E saylı fərdi yaşayış evinə köçürülməklə, onların mülkiyyətində olan B nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şi kayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Pozuntu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü və Mülki Prosessual Məcəllənin 76.2 və 217.4-cü maddələrinin tələblərinə riayət edilməsində özünü göstərir. Məhkəmə cavabdehlərin təhrif edilmiş izahatları ilə bağlı verilmiş protokola qeydlə bağlı ərizəni, həmçinin Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi, 2 saylı küçə, ev 10-nun cavabdehlərin mülkiyyətində olub-olmaması barədə vəsatəti təmin etməmişdir. Bununla da qətnamə qəbul edilərkən hərtərəfl i, tam və obyektiv araşdırma aparılmamışdır. Cavabdehlərin adına hər hansı daşınmaz əmlak yoxdur və onlar kirayədə yaşayırlar. Bu faktı DƏDRXnin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 2252 saylı arayışı təsdiq edir. Kirayədə yaşamaları ilə bağlı kirayə müqaviləsini isə həmin evin dövlət qeydiyyatına alınmaması ilə əlaqədar təqdim edə bilmirlər. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar X3, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cav abdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili X5 oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı X3 məhkəməyə kasasiya şikayətinə yazılı etiraz ünvalayaraq, şikayətin təmin edilməməsini, Gən cə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 217.2 və 217.3cü maddələrinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MM-in) 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn i stifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair’’ xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyy ətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi lə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan q alxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən stifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdehlər uzun müddət həmin evdə yaşasalar da, artıq mübahisəli mənzilə ehtiyacları aradan qalxmışdır. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, E saylı fərdi yaşayış evi Cavabdeh1 adına qeyd edilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, B saylı qeyri-yaşayış sahəsinə Cavabdeh1 və Qurbanov Kamil ismayıl oğlu hüquq sahibləri kimi qeyd edilmişlər. Beləliklə də cavabdehlər in adına yaşayış sahəsinin olması müəyyən edildiyinə görə hazırki mülkiyyətçi olan İddiaçı1 evində onların yaşaması onun mülkiyyətindən dinc istifadə etməsinə maneə törədir. Bu səbəbdən də birinci instansiya məhkəməsi əsaslı olaraq mülkiyyətçinin mənafeyindən çıxış edərək iddiaçının mülkiyyət hüququnu müdafiə etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər kasasiya şikayətində kirayədə yaşadıqlarını, adlarına daşınmaz əmlakın olmadığını qeyd etsələr də, bu iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təkzib olunur. Cavabdehlərin kasasiya şikayətinə əlavə etdikləri arayışa gəldikdə isə qeyd edilməlidir ki, həmin arayış hazırki mərhələdə digər s übutlarla yanaşı qiymətləndirilə bilməz. Çünki kasasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələblərinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar