Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4295/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına, Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına, Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4618/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) 37.264 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank) ödənilməlidir. İddiaçının mülkiyyətində olan və Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş “Hyundai Santa FE” minik markalı, 2012-ci il buraxılışlı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) açıq hərracda satılmalı və Banka olan borc ödənilməlidir.
2. İddiaçının mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş avtomobilin açıq hərracda satılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)5303/2017 nömrəli icra vərəqəsi və Cavabdeh1 (bundan sonra – İcra İdarəsi) xx.xx.2021-ci il tarixli, 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Hərrac Mərkəzi) tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli (sənəddə yanlış olaraq “xx.xx.2021-ci il” kimi qeyd olunmuşd ur) 752/21 nömrəli protokol tərtib edilməklə, ilkin satış qiyməti 17.000 manat müəyyən edilmiş avtomobil 10.837,50 manata ipotekasaxlayan Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – Kredit Təşkilatı) tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Kredit Təşkilatına, İcra İdarəsinə və Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan avtomobilin satışı üçün Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş “ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilərək, avtomobilin yenidən qiymətləndirilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan avtomobilin 17.000 manata qiymətləndirilməsindən və 10.837,50 manata Kredit Təşkilatına təklif olunmasından xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Avtomobilin açıq hərraca çıxarılması, hərracların keçirilməsi barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmişdir. Qeydiyyatda olduğu və yaşadığı ünvan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20A/29, mənzil 34 olduğu halda, İcra İdarəsi xx.xx.2021-ci il tarixli sifariş məktubunda və xx.xx.2023-cü il tarixli 972/14 saylı məktubda onun ünvanını ünvan 2zilin ünvanı düzgün göstərilmədiyinə görə keçirilən hərraclar barədə ona bildiriş gəlməmişdir. Hərracların keçirilməsindən məlumatı olmamış və hərracda iştirak edə bilməmişdir. H ərrac Mərkəzi onu hərraca dəvət etməmiş, hüquqlarını pozmuş və əmlakının dəyərdəyməzə satılmasına səbəb olmuşdur. Mülkiyyətində olan avtomobilin bazar qiyməti təxminən 30.000 manata yaxın olduğu halda 17.000 manata qiymətləndirilmiş, 10.837,50 manata isə ipotekasaxlayana təhvil verilmişdir. Nəticədə onun Kredit Təşkilatına 30.889 ABŞ dolları qalıq borcu yaranmışdır.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1529/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə olan bildirişlər iddiaçının rəsmi qeydiyyatda olduğu Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20A/29, mənzil 34 ünvana deyil, ünvan 3krorayon, e v 20A/29, mənzil 49 ünvanlarına göndərilmişdir. İcra vərəqəsində də iddiaçının ünvanı səhvən ünvan 5rəsi və Hərrac Mərkəzi özlərinin imkanlarından istifadə edərək elektron informasiya sistemindən iddiaçının ünvanını dəqiqləşdirməmiş, ona SMS bildirişi göndərməklə, hərracın keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən məlumat verməmişlər. Yəni, hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməsini təsdiq edən sənədlər mövcud deyildir. Hərracın keçirilməsi və avtomobilin qiymətləndirilməsi aparılan zaman iddiaçının iştirakı təmin edilməmiş, hərracın keçirilməsi qaydasına əməl edilməmiş, ipoteka qoyan – borclu iddiaçının alıcı qismində iştirak etmək hüququ pozulmuşdur. İddiaçı hərracın keçirilməsindən xx.xx.2023-cü il tarixdə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu əldə etdikdən sonra məlumat almış və məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 415.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, habelə “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən Kredit Təşkilatı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını obyektiv araşdırıl mamışdır. Avtomobil artıq Kredit Təşkilatının balansına götürülmüş və həmin avtomobilin əldə edilməsi müqabilində müəyyən məbləğdə pul vəsaiti Kredit Təşkilatı tərəfindən ödənilmişdir. Mütəmadi olaraq iddiaçıya borcunun olması barədə bildirişlər göndərilmiş, həmin bildirişlər iddiaçı tərəfindən şəxsən qəbul edilərək, qəbzə imza edilmişdir, yəni borclu qətnamə üzrə nə qədər qalıq borcunun qalması, həmin qətnamənin hansı qaydada, necə icra olunacağı barədə məlumatlı olmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4618/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmı şdır.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi barədə iddiaçıya rəsmi məlumat verilməmişdir. Hərracın keçirilməsi və avtomobilin qiymətləndirilməsi aparılan zaman onun iştirakı təmin edilməmiş, hərracın keçirilməsi qaydasına əməl edilməmişdir. Belə olan halda iddiaçının hazırki tələbi haqlı və əsaslı olmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin borcluya mütəmadi olaraq borcunun olması barədə bildiriş göndərməsi, qətnamə üzrə nə qədər qalıq borcunun olması barədə məlumatlı olması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş üzrə qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas verən hal deyildir. İddiaçı hərracın keçirilməsini mübahisələndirmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 415.5, 416-cı, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kredit Təşkilatı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normasının pozuntusuna yol vermiş və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin pozuntu nəzərə alınmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Belə ki, iddiaçı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərra cın nəticələrinin ləğvi barədə iddia qaldırmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq avtomobilin yenidən qiymətləndirilərək hərraca çıxarılmasını qət etmişdir. Avtomobil hərraca sifariş əsasında alınmış qiymətləndirmə rəyi əsasında müəyyən olunmuş ilkin satış qiymətinə və bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin satış qiymətindən 15% aşağı qiymətə çıxarılmış, alıcı olmadığı üçün ipoteka predmeti tələbkara təklif olunmuşdur. Məhkəmə müəyyən olunmuş likvid ilkin satış qiymətinə alıcı olmadığını nəzərə almadan yenidən qiymətləndirmə keçirilməsi barədə qətnamə qəbul etmiş, MPM-in 218-ci maddəsinin tələblərini pozmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə qətnaməni ləğv etməməklə, MPM-in 385-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
20. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzala maqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
21. Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
22. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
24. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə Kredit Təşkilatı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
38. Kassasiya şikayətinin məhkəmənin iddia tələbindən kənara çıxması barədə dəlili iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tələbində protokolun etibarsız hesab edilməsi, hərracın nəticələrinin ləğv olunması ilə yanaşı, həm də avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddianı əsaslı hesab edən məhkəmə iddianı verilmiş tələb həcmində təmin etmişdir.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4618/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.