Məhkəmə qərarları › İş №2(102)-4296/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4296/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4296/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs X3 cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi, neqator iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X6 və vəkili X4, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1889/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" BOKT MMC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X2 MMC-nin Hərracın yekunları barədə 100 nömrəli Protokoluna və Hərracın yekunları barədə müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 70,21 kvadrat metr ümumi 47,31 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzil (bundan sonra mübahisəli mənzil) 82875 manat müqabilində iddiaçı "xxxx" BOKT MMC (bundan sonra – iddiaçı və ya MMC) tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 126921 saylı 28.03.2018ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh (bundan sonra – cavabdeh) mübahisəli mənzildə qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli 2(005)-191/2019 saylı qətnaməsinə əsasən hazırki iş üzrə cavabdehin “X2 MMC-yə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə, iddiaçıya (hazırki iş üzrə) və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6714/20 19 saylı 27.05.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-nin mülkiyyətində olan mübahisəli mənzilin boşaldılması, cavabdehin istifadə hüququna xitam verərək həmin mənzildən çıxarılması və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə cavabdeh arasında imzalanmış 07.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində kredit verilmiş və bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi il ə cavabdehə məxsus mübahisəli mənzil ipoteka ilə yüklü edilmişdir, lakin borclu kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün, MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli 2(011)- 3312/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Həmin mənzil hazırda MMC-nin mülkiyyətindədir. Daha sonra cavabdeh keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə mü raciət etmiş, məhkəmənin 21.02.2019-cu il tarixli 2(005)-191/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.05.2019-cu il tarixli 2(103)-6714/2019 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh bugünkü günədək həmin mənzili təhvil verməmiş və qeydiyyatdan çıxmamışdır. MMC tərəfindən cavabdehə ünvanlanan 1453/HO-OUT saylı xəbərdarlıq və təklif məktubu ilə həmin mənzilin MMC-nin mülkiyyət hüququnu təsdiqləyən çıxarışla rəsmiləşdirildiyi barəsində xəbərdarlıq edilmiş, cavabdehə kirayə müqaviləsinin bağlanılması və ya həmin mənzilin cavabdeh tərəfindən tam boşaldılmasının təmin edilməsi təklif edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 19 iyun 2020-ci il tarixli 2(011)-2307/2020 saylı qətnaməsi ilə id dia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında MMC-yə məxsusdur, cavabdeh mənzilin keçmiş sakini olmaqla hazırda həmin mənzildə yaşayır və mənzil faktiki olaraq onun istifadəsindədir, Cavabdehin mübahisəli mənzildən istifadə huququna xitam verilməsini və onun mənzildən çıxarılmasını istisna edən hallar müəyyən olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 01 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mənzilin boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissəsində məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddia tələbi mənzilin boşaldılması hissəsində əsassızdır və məhkəmə də həmin hissədə iddianı təmin etməkdə səhv etmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi “mənzilin boşaldılması” hissəsində mücərrəddir, iddiaçı cavabdehi cavabdeh qismində qeyd edərək hazırki iddianı qaldırmışdır, “boşaldılma” dedikdə isə mənzilin tək hazırki iş üzrə cavabdeh tərəfindən boşaldılması ehtiva olunmur, ona görə də “mənzilin boşaldılması” hissəsində tələbin konkret kimə və ya kimlərə yönəldilməsi müəyyən edilmədiyindən, bu hissəd ə tələb naməlum şəxslərə qarşı yönəldilmiş olmaqla təmin edilə bilməz. Odur ki, iddia tələbi yalnız cavabdehin mənzilə istifadə hüququnun itirilməsi və onun mənzildən çıxarılması hissəsində əsaslıdır. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “mücərrəd” adlı fəlsəfi məfhuma əsaslanaraq hüquqi mübahisəni həll etmək qanunvericiliyin tələbinə uyğun deyil, İddia tələbi yalnız cavabdehə yönəlmişdir, məhz onun mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması və mənzilin boşaldılması nəzərdə tuturmuşdur. İddia tələbi heç bir halda cavabdehdən fərqli şəxslərə, özü də dairəsi məlum olmayan cavabdehlərə qarşı yönəlməmişdir. Mənzildə ondan başqa hər hansı digər şəxsin yaşaması ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Cavabdeh apellyasiya şikayətində və birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisə predmeti olan mənzildə digər ailə üzvlərinin yaşadığını qeyd etsə də, həmin mənzildə həqiqətən digər şəxslərin yaşamasına və həmin şəxslərin onun ailə üzvü olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməy ib. Bu səbəbdən qeyd olunan mənzildə cavabdehdən başqa hər hansı digər şəxsin yaşayıb-yaşamaması sübut olunmur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzildə cavabdchdən başqa hər hansı digər şəxsin yaşayıb- yaşamamasını müvafıq sübutlar əsasında müəyyən etmədən iddia tələbini bu hissədə mücərrəd hesab etmiş və bu qənaətini əsaslandırmamışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi vəziyyəti ağırdır, mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının assasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı tələbin rədd edilən hissəsini və cavabdeh isə tələbin təmin edilən hissəsini mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdı r və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol vermə yə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 16 4.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissələr ində düzgün nəticəyə gəlmiş, qeyd ediln hissədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdehin həmin mənzilə sahibliyi ilə bağlı heç bir hüquqi əsas mövcud deyildir. Ona görə də, iddia tələbinin cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissədə iddia tələbini təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanunidir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, (neqator iddia) əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikd ə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Maddi vəziyyətinin aşağı olması, mübahisəli mənzildən başqa yaşayış yerinin olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən hissəsində, yəni mübahisəli mənzilin boşaldılması hissədə düzgün nəticəyə gəlməmiş, mad di hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tələbin həmin hissəsinin mücərrəd olmasını və qeyri-müəyyən şəxslər dairəsinə yönəldiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Hazırki işdə iddiaçı tələbini qeyri-müəyyən şəxslər dairəsinə deyil, konkret olaraq cavabehə yönəltmiş və onun tərəfindən mənzilin boşaldılmasını tələb etmişdir. Qeyd edilən normada isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi halında şəxsin həmin yaşayış sahəsini boşaltmalı olması aydın şəkildə göstərilmişdir. Mənzil Məcəlləsinin istinad edilən normasının mənasına görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdirsə, mənzilin boşaldılması tələbi artıq imperativ normaya çevrilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə qeyd edilən normanın imperativ tələbinə zidd olmaqla iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdeh mübahisəli mənzildə “məndən başqa şəxs(lər) yaşayır” deməklə bu barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, məhkəmə isə heç bir araşdırma aparmadan yalnız cavabdehin mülahizələrinə əsaslanmaqla iddia tələbini həmin hissədə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi tələbin həmin hissəsini mücərrəd adlandırmaqla qeyd edilən maddi hüquq normasının tələbini pozmuş, tətbiq etməli olan normanı tətbiq etməmişdir. MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənlərə əsasən qətnamə iddia tələbinin rədd edilən hissəsində ləğv edilməli, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsinə zərurət olmadığından həmin hissədə yeni qərar qəbul etməklə iddia tələbi təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməklə qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 417.1 və 417.1.4-cü maddəsinə görə, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə, bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya d üzgün tətbiq edilməmiş olsun. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" BOKT məhdud məsuliyyətli cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1889/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi iddia tələbinin rədd olunması hissədə ləvğ edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. x1 1-ci mərtəbəsində 70,21 kvadrat metr ümumi 47,31 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 37 nömrəli mənzili Cavabdeh tərəfindən boşaldılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə, yəni iddia tələbinin təmin edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar