Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4297/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1-ci iş üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair 2-ci iş üzrə İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MMC-yə, 9 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, adına yeni çıxarışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi, mənzi ldən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Birinci iş üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, ikinci iş üzrə Cavabdeh1 nümayəndəsi və həmçinin Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-69/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 22.12.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı da şınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 mənzil 124 «Alıcı» İddiaçı MMC-nin mülkiyyətinə vermişdir. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 mənzil 124 xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1206 nömrəli reyestr kitabının 109578 nömrəli vərəqində qeydiyyata alınmışdır. 22.12.2015-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-ti ilə Dadaşov Elçin Rafiq oğlu arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Lizinq verən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı əldə etməyi və lizinq alanın istifadəsinə verməyi Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 notarial qay dada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 124 saylı mənzilin satılmasına etirazı yoxdur. Həmçinin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətdə mənzili boşaltmağı və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 124 saylı mənzilin satılmasına etirazı yoxdur. Bakı Apellyasiya məhkəməsinin MK-nın 14.12.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Dadaşov Elçin Rafiq oğlu arasında bağlanmış 13026 saylı 22.12.2015-ci il tarixli daxili lizinq müqaviləsi ləğv olunmuş, İddiaçı MMC-nin mülkiyyətində olan lizinqə verilmiş ünvan 4 ünvanında yerləşən lizinq obyekti İddiaçı MMC-yə qaytarılmalı və Dadaşov Elçin Rafiq oğlu lizinq obyekti olan mənzildən çıxarılması, Dadaşov Elçin Rafiq oğlundan əsas lizinq borcu və mükafat qismində 7128 ABŞ dolları, öhdəliklərinin icrasını gecikdirdiyinə görə cərimə qismində 300 ABŞ dolları olmaqla cəmi 7428 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumunun əvəzi qismində 30 manat pul İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2018-ci il tarixli 2(010)-3236/2018 saylı qərarından görünür ki, cavabdeh Dadaşov Elçin Rafiq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhk əməsinin MK-nın 2(103)-12432/2017 nömrəli iş üzrə 14.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iş üzrə) İddiaçı MMC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı MMC-nin mülkiyyəti olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Dadaşov E lçin Rafiq oğlu İddiaçı MMC-nə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş və hazırki iş üzrə Cavabdeh1 ilə 22.12.2015-ci il tarixli Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanaraq mənzil 100.000 (bir yüz min) manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə E.Dadaşov arasında 22.12.2015-ci il tarixli D026 saylı Daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinqə verilmişdir. Lizinq alan müqavilə öhdəliklərini pozduğuna görə müqavilənin ləğv edilməsi, hesablanmış borcun və lizinq obyekti olan mənzilin alınması üçün məhkəmədə iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 18.11.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. E.Dadaşov qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.12.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinin İddiaçı MMC-nə qaytarılması və E.Dadaşovun mənzildən çıxarılması barədə yeni qətnamə çıxarılmışdır. Qətnamədən kassasiya şikayəti verilsə də şikayət təmin olunmamışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətidir. Məhkəmə qə tnaməsi ilə də bu məsələyə münasibət bildirilmiş və mənzilin iddiaçıya qaytarılmalı olması barədə qərar verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər mənzildə qeydiyyatda qalmaqla hal-hazırda orada yaşayırlar. Hələ mənzil satılarkən Cavabdeh1 mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürmüşdür. Belə ki, Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən satıcı 22.01.2016-cı il tarixinədək mənzildən qeydiyyatdan çıxmalı idi. Bununla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mənzil satılarkən buna notarial qaydada təsdiqlənmiş razılıqlarını vermişlər. Odur ki, hesab edir ki, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və onlar mənzildən çıxarılmalıdırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ramil Həsən ov) 2(010)-6259/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “Faktor Lizinq MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onlar həmin mənzildən çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10,40 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Dadaşov Elçin Rafiq oğlu İddiaçı MMC-nə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi olmuş və hazırki iş üzrə Cavabdeh1 ilə 22.12.2015-ci il tarixli Daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanaraq mənzil 100.000 (bir yüz min) manata alınmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə E.Dadaşov arasında 22.12.2015-ci il tarixli D026 saylı Daxili lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinqə verilmişdir. Lizinq alan müqavilə öhdəliklərini pozduğuna görə müqavilənin ləğv edilməsi, hesablanmış borcun və lizinq obyekti olan mənzilin alınması üçün məhkəmədə iddia qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 18.11.2016-cı il tarixli qətnamə si ilə iddia tələbi təmin olunmuşdur. E.Dadaşov qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.12.2017-ci il tarixli 2(103)-12432/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 9 saylı evin 124 saylı mənzilinin İddiaçı MMC-nə qaytarılması və E.Dadaşovun mənzildən çıxarılması barədə yeni qətnamə çıxarılmışdır. Qətnamədən kassasiya şikayəti verilsə də şikayət təmin olunmamışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətidir. Məhkəmə qətnaməsi ilə də bu məsələyə münasibət bildirilmiş və mənzilin iddiaçıya qaytarılmalı olması barədə qə rar verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər mənzildə qeydiyyatda qalmaqla hal-hazırda orada yaşayırlar. Hələ mənzil satılarkən Cavabdeh1 mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürmüşdür. Belə ki, Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən satıcı 22.01.2016-cı il tarixinədək mənzildən qeydiyyatdan çıxmalı idi. Bununla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mənzil satılarkən buna notarial qaydada təsdiqlənmiş razılıqlarını vermələrinə baxmayaraq cavabdehlər yaşayış mənzilindən çıxmaqdan imtina edir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli əmlaka heç bir hüququ qalmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1 və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)6259/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində icraat (1-ci iş üzrə) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MMC-nə (MMC), 9 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı MMC ilə arasında bağlanmış 22.12.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı "xxxx"nin və MMC-nin adına verilmiş 05.04.2016-cı il tarixli RX seriyalı *** **** saylı çıxarışın ləğv edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat (2-ci iş üzrə) İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı MMC-nə (MMC), 9 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında bağlanmış 22.12.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı "xxxx"nin və MMC-nin adına verilmiş 05.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yeni ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75.23 kv.m olan mənzilə dair onun adına yeni çıxarış veril məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə hal-hazırda da yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmuş, 2015-ci ilin sonlarında ailə məsələləri ilə əlaqədar pula ehtiyacları yarandığından evi girov qoyaraq bankdan kredit götürmək qərarına gəlmiş, bu məqsədlə kredit təşkilatları ilə maraqlandıqları zaman, "xxxx" MMC-nin əməkdaşları evi girov qoyacağı halda kredit verəcəklərini ona bildirmiş, bu şərtlə razılaşdıqdan sonra, bank olaraq bildiyi İddiaçı MMC-nin əməkdaşları ilə birlikdə girov müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna getmişdir. Notariat kontorunda İddiaçı MMC-nin əməkdaşları ona ipoteka müqaviləsi olduğunu bildirməklə bir neçə sənədə imza etdirmiş, müəyyə n müddətdən sonra onunla əlaqə saxlayacaqlarını və kredit veriləcəyini bildirmişlər. Lakin sonradan onunla heç kim əlaqə saxlamamış, hansısa səbəbdən ona kredit verilə bilmədiyini düşünərək özü də bankla maraqlanmamışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, İddiaçı MMC-nin və notariat kontorunun əməkdaşları onu aldadaraq, ipoteka müqaviləsi adı ilə ona alğı-satqı müqaviləsi imzalatdırmış, mənzilinə dair İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. Alğı-satqı müqaviləsində guya mənzilə görə ona 100 000 (yüz min) manat pul ödənilərək evini İddiaçı MMC-nin satın aldığı göstərilmişdir, halbuki o, nə müqavilələrə qol çəkərkən, nə də sonra bir manat da pul almamışdır. Lakin "Faktor Lizinq” MMCnin əməkdaşları indi onu aldadıb imza atdıraraq guya satın al dıqları və bir manat da pul ödəmədikləri evini əlindən almaq istəyirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfimdən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqın da” Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır. Razılaşdırılmış pul məbləğinin depozit hes abına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir. Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona verilir. Nə müqavilə bağlanan gün, nə də sonradan ona bankdan hər hansı bir hesabdan pul çıxarması üçün qəbz və ya nağd şəkildə pul verilməmiş, "xxxx" MMC-nin əməkdaşları savadsızlığından və ahıl olmağından istifadə edərək onu ipoteka müqaviləsi bağlamaq adı ilə aldatmış, daşınmaz əmlakını qarşılıqsız olaraq alğı-satqı müqaviləsi əsasında qanunvericiliyin tələblərinə zidd olaraq əlindən almışlar. Bu həm d ə o deməkdir ki, lizinq şirkəti tərəfindən müqavilənin şərtləri tam olaraq pozulmuş və mənzilin alğı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyəri ona verilməmişdir. Bu səbəblə hesab edir ki, lizinq şirkəti ilə arasında bağlanmış alğı-satqı müqaviləsi və lizinq şirkətinin adına verilmiş çıxarış ləğv edilməli, onun adına mübahisəli mənzilə dair yeni çıxarış verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-4931/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanında yerləşən 124 saylı mənzili 100.000 manata İddiaçı MMC-nə satılmasına dair lizinq şirkəti ilə razılıq əldə etmişdir. Bundan sonra “Faktor Lizinq» MMC ilə Cav abdeh1 İj>a6an qızı arasında 22.12.2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən təsdiq edilmiş, mənzilin alğı-satqısı üçün ödənilmiş 100.000 manat məbləğində pul vəsaiti notarius tərəfindən İddiaçı MMC-nin (X3) adına "xxxx" ASC-nin Kapital filialında açılmış depozit hesabına mədaxil edilmiş, sonradan isə qeyd olunan pul vəsaiti Cavabdeh1 tərəfindən məxaric edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi not ariusu Rəşadət Sadıqov tərəfindən təsdiq edildikdən sonra, mənzilin alğısatqısı üçün ödənilmiş 100.000 manat məbləğində pul vəsaiti notarius tərəfindən İddiaçı MMC-nin (X3) adına "xxxx" ASC-nin Kapital filialında açılmış depozit hesabına mədaxil edilmiş, sonradan isə qeyd olunan pul vəsaiti Cavabdeh1 tərəfindən məxaric edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı alğı-satqı nəticəsində ona pul ödənilmədiyini, məhz bu səbəbdən də alğı-satqı müqavilənin ləğv edilməsi zərurəti yarandığını sübut edə bilməmiş, həmin hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamış, iddiaçı Cavabdeh1 iddia ərizəsində iddia tələbinin əsası kimi qeyd etdikləri onun subyektiv mülahizələridir və heç bir mötəbər sübut növü ilə təsdiqini tapmır. Bu səbəbdən də, iddia tələbi həmin hissədə rədd edilməlidir. İdd iaçının qeyd edilən yuxarıdakı tələbdən doğan - iddianın: - cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adına verilmiş 05.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, - Bakı şəhəri, Yeni ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 75.23 kv.m olan mənzilə dair onun adına yeni çıxarış verilməsi tələbinə dair hissələri də, əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 390.1, 399.1, 421.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat (2-ci iş üzrə) Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-6244/2019 saylı 23 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4931/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi müvafi q nəticəyə gəlməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmışdır ki, iddiaçı iddia tələbinə əsasən müqavilənin etibarsız hesab edilməsinə dair hallarla əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilən əsas, yəni müqavilənin əhəmiyyətli pozuntusu (pulun ona ödənilməməsi) iddiası isə iş materialları ilə təkzib olunmuşdur. Cavabdeh1 Kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat (2-ci iş üzrə) Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev və Əli Rüstəmov) 14 noyabr 2019-cu il tarixli, 2(102)-6 814/2019 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-6244/2019 saylı 23 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassator şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun tərəfindən verilmiş məhkəmə- xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə məhkəmə heç bir münasibət bildirməmişdir. Halbuki 100.000 manat pulun bankdan çıxarılmasına dair kassa məxaric orderində olan imza ona aid deyil və həmin imza Faktor Lizinq MMC-nin öz əməkdaşları tərəfindən icr a edilmişdir. İddiaçı MMC iddiaçıdan mənzili 100.000 manata alıb həmin gün 35.000 ABŞ dollarına, yəni həmin tarixə manata məzənnə ilə 54.250 manata başqa bir şəxsə satmışdır. Bu hal həmin müqavilənin şübhəli olmasına dəlalət edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilə görə 100.000 manat pulun onun tərəfindən alınması barədə qəbzdəki imzanın ona aid olubolmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə ümumiyyətlə hüquqi qiymət verməmiş, iddiaçı qəbzdəki imzanın onun tərəfindən icra edilmədiyini israrla bildirdiyi halda, həmin halın əksi müəyyən edilmədən, iddiaçının ona pulun ödənilməməsi ilə bağlı üzərinə düşən sübute tmə vəzifəsini yerinə yetirmədiyi barədə nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də iddiaçının 100.000 manat pulun ödənilməsinə dair kassa məxaric orderində olan imzanın onun tərəfindən icra edilmədiyini, bunun müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə heç bir münasibət bildirilmədiyini göstərmişdir. Apellyasiya məhkəməsi həmin dəlilin araşdırılmasına ümumiyyətlə ehtiyac olmaması, çünki işin həlli üçün həmin dəlilin əhəmiyyəti olmaması barədə əsassız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi mübahisəyə prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının irəli sürdüyü dəlilləri araşdırmadan rədd etməklə bərabər, müqavilənin ləğvi əsaslarını müəyyən edən qanunvericilik normaların ı da səhv təfsir etmişdir. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 422, 567, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 184, 372.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat (1-ci və 2-ci işlər üzrə) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1914/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin mövqeyi nəzərə alınaraq iş üzrə məhk əmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 215-ci vərəqində olan "xxxx" ASC-yə məxsus 22 dekabr 2015-ci il tarixli BT 197144 saylı çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” yazılarının qarşısında “İmza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) 2(103)-69/2021 saylı 08.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6259/2018 saylı, 26 dekabr 2018-ci il tarixli, habelə Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh1 tutularaq Dövlət Büdcəsinə keçirilməsi, apellyasiya şikayətlərinin verməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması qət edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən, ünvan 7 ünvanında yerləşən 124 saylı mənzil 15.09.2015-ci il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyata alınmış, onunla “Faktor Lizinq» MMC arasında 22.12.2015-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi bağlanaraq mənzil 100 000 manata MMC-yə satılmış, müqavilə Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi nota riusu Rəşadət Sadıqov tərəfindən təsdiq olunaraq mənzilin dəyəri iddiaçıya ödənilməsi üçün notariusun depozit hesabına mədaxil edilmiş və onun tərəfindən məxaric edilmiş, iddiaçının ailə üzvləri müqavilənin bağlanmasına yazılı razılıqlarını bildirmişlər. İddiaçı həmin müqavilənin aldadılaraq bağlandığını və müqavilə üzrə ödənilməli pul vəsaitinin ona verilmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, tələblərinin hüquqi əsası kimi “Notariat haqqında” Qanunun 74-cü və 42-1-ci, Mülki Məcəllənin 340-cı və 421.2-ci maddələrinə istinad etmişdir. Kollegiya ilk növbədə qeyd etmişdir ki, hər iki iddia tələbinin əsasında 22.12.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı "xxxx" dayanır, buna görə də həmin müqavilənin ləğv edilib-edilməməsi həll edilməlidir. Kollegiyanın qənaəti nə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməs i barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbinə əsasən müqavilənin etibarsız hesab edilməsinə dair hallarla əsaslandırmış, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilən əsas, yəni müqavilənin əhəmiyyətli pozuntusu (pulun ona ödənilməməsi) iddiası isə iş materialları ilə təkzib olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətidir. Məhkəmə qətnaməsi ilə də bu məsələyə münasibət bildirilmiş və mənzilin iddiaçıya qaytarılmalı olması barədə qərar verilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər mənzildə qeydiyyatda qalmaqla hal-hazırda orada yaşayırlar. Hələ mənzil satılarkən Cavabdeh1 mənzildən qeydiyyatdan çıxacağına dair üzərinə öhdəlik götürmüşdür. Belə ki, Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 14-cü bəndinə əsasən satıcı 22.01.2016-cı il tarixinədək mənzildən qeydiyyatdan çıxmalı idi. Bununla yanaşı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə mənzil satılarkən buna notarial qaydada təsdiqlənmiş razılıqlarını vermələrinə baxmayaraq cavabdehlər yaşayış mənzilindən çıxmaqdan imtina edir. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehlərin mübahisəli əmlaka heç bir hüququ qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 422, 421, 152.1, 178.1, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-69/2021 nömrəli 08.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya ba xışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə cavabdeh lizinq şirkəti tərəfindən müqavilənin şərtləri tam olaraq pozulmuş və mənzilin alğı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyəri ona verilməmişdir. Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmə 25.09.2020-ci il tarixdə məlumat dərc etmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində vəsatət verərək, həmin məsələ ilə bağlı qərar qəbul olunana qədər və eyni zamanda hazırkı iş üzrə iddianın pr edmeti olan daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-410/2020 saylı 28.01.2020-ci il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayətinə baxılana qədər mülki işin icraatının dayandırılması barədə vəsatət əsassız olaraq təmin olunmamışdır. Hər iki instansiya məhkəməsi bütün bunlara baxmayaraq iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Faktor LizinqMMC-nin nümayəndəsi X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 nümayəndəsi (oğlu) Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə
567. Alğı-sat qı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası mə hkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutla r ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Kassasiya şikayətində iddiaçı yalnız bir hala, yəni alğı-satqı müqavilələri üzrə pul vəsaitinin ödənilmədiyinə istinad etmişdir. Həmin hal isə aparılmış araşdırma zamanı təkzib edilmiş, alğı-satqı müqaviləsi üzrə pulun alınması barədə "xxxx" ASC-yə məxsus 22 dekabr 2015-ci il tarixli BT 197144 saylı çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” yazılarının qarşısında “İmza” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən icra edilməsi məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təsdiqlənmişdir. Mülki Məcəllənin alğı-satqı haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. İşin icraatının Cavabdeh1 alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasına baxılanadək dayandırılması barədə vəsatətinin təmin edilməməsinə gəldikdə isə, vəsatət məhkəmə iclasında müzakirə edilmiş, həmin iddianın rədd edilməsi barədə Suraxanı rayon Məhkəməsinin 28.01.202-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin 20.11.2020-ci il tarixli qərardadı ilə qeyri-mümkün sayıldığı müəyyən edildiyindən vəsatət təmin edilməmişdir. Bu zaman, məhkəmə kollegiyası tərəfindən hər hansı prossesual pozuntuya yol verilməmişdir. Həmin işin hal-hazırda məhkəmələrin icraatında olması, qətnamənin qanuni qüvvəyə minməməsi barədə də kassasiya şika yətinə heç bir sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-69/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.