Məhkəmə qərarları › İş №2(102)-4297/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4297/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4297/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) 21.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2051/23 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il tarixli, 230218 saylı etibarnamənin surətinə əsasən Cavabdeh (bundan sonra cavabdeh) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 6456 saylı 0,12 ha bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin bağ sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək X2 etibar etmişdir.

2. Cavabdeh xx.xx.2013-cü il tarixli ərizəsinə görə ünvan ünvanında yerləşən 0,12 ha bağ sahəsini 3000 manata X2 qeyri-rəsmi olaraq satmışdır.

3. AR-İ 567126 nömrəli, xx.xx.2017-ci il tarixli etibarnamənin surətinə görə Cavabdeh ad ından onun X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətləri etməyi, sonradan həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2033-cü il tarixədək İddiaçı etibar etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Lahış bağ sahəsi, 6456 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmış v ə bu barədə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. 5. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 549 nömrəli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Ofisində 7E/12046 saylı reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmiş etibarnamə mülkiyyətçi Cavabdeh xx.xx.2019-cu il tarixli, 8İ-2919 saylı ərizəsi əsasında ləğv edilmişdir.

6. Səbail RPİ-nin TŞ-nin PB-nin xx.xx.2019-cu il Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların surətinə əsasən İddiaçı şikayət ərizəsi üzrə yaranmış mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmə sində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair 12273 manat pul, 5000 manat mənəvi zərər, 510 manat hüquqi yardımın göstərilməsi xərci və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə "xxxx" Şirkəti Ləhiş qəsəbəsində turizmlə bağlı tikinti işləri ilə məşğul olmaq məqsədilə çoxlu bağ sahələri almışdır. İddiaçı da hüquqşünas kimi həmin ərazidəki bağ sahələrinin alqı-satqısı işləri ilə bağlı sənədləşmə və təşkilati məsələlərin həllində onlara köməklik etmişdir. 2012-ci ilin sonlarında cavabdeh iddiaçıya zəng vur araq həmin ərazidə Bağlar İdarəsi tərəfindən müqavilə əsasında ona verilmiş 6456 saylı bağ sahəsinin olduğunu və həmin bağ sahəsini "xxxx" Şirkətinə satmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında ona bildirmişdir ki, əgər onun bağ sahəsi "xxxx" Şirkətinin satın almaq istədiyi əraziyə düşərsə yəqin ki, onlar həmin sahəni almaq istəyərlər. Bu məsələ ilə bağlı "xxxx" Şirkəti ilə maraqlanacaq. Təxminən iki həftə sonra cavabdeh iddiaçıya zəng edəndə o, bildirmişdir ki, onun dediyi məsələ ilə maraqlanmışdır. Lakin onun bağ sahəsi "Kroks” Şirkətinin almaq istədiyi ərazidən kənarda yerləşir. Cavabdeh bu məsələ ilə əlaqədar onunla görüşmək istədiyini demiş, onlar “İçəri Şəhər” metrostansiyasının qarşısında görüşmüşlər. Cavabdeh ona oğlunun Belarusiyada ali məktəbdə oxuduğu üçün ona pul lazım olduğunu, ona görə də həmin bağ sahəsini satmağın onun üçün çox vacib olduğunu bildirmiş, əgər kimsə həmin bağ sahəsini satın almaq istəsə ona bu barədə məlumat verməyini xahiş etmişdir. İddiaçı isə bu məsələ ilə bağlı imkan daxilində ona kömək edəcəyinə söz vermişdir. Təxminən bir ay keçdikdən sonra tanıdığı X1 zamanı ona bağ sahəsi almaq istədiyini demişdir. İddiaçı da ona cavabdehin bağ sahəsini satmaq istəməsi barədə məlumat vermiş, Allahverdi Nəcəfov isə həmin bağ sahəsini almaq istədiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə bağ sahəsini almaq istəyən olması barədə məlumat vermiş, cavabdeh də bağ sahəsini Nəcəfov Allahverdiyə satmağa razılığını bildirmişdir. Qeyd edilən məqsədlə onlar Bakı şəhəri 46 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Onlar Bakı şəhəri 46 sayl ı notariat kontorunda görüşəndə Allahverdi Nəcəfov iddiaçıya zəng vuraraq gələ bilməyəcəyini bildirmiş və iddiaçıdan lazım olan sənədləşdirmə işlərini aparmaq üçün ona köməklik etməyini xahiş etmişdir. Cavabdeh görüşə qohumu olduğunu bildirdiyi təxminən özü yaşda olan bir kişi ilə gəlmişdi. Cavabdeh bağın müqaviləsinin əslini və notariat kontorunda cavabdeh X2 həmin bağ sahəsi üzərində sərəncam verə bilməsi üçün müddəti 31 yanvar 2033-cü ilə qədər olan etibarnamə də vermişdir. İddiaçı isə ona 3.600 manat məbləğində pul ödəmişdir. Cavabdeh həmin torpaq sahəsini Nəcəfov Allahverdiyə satmasını və buna görə 3.000 manat məbləğində pulu aldığını əks etdirən qəbzi iddiaçıya vermişdir. Həmin vaxt qeyd edilən bağ sahəsinin cizgi planı olmadığından cavabdeh bağ sahəsinin yerini ona göstərə bilməyəcə yini bildirmişdir. X6 həmin bağ sahəsinə gedərkən kəndin adamları həmin sahədə tikinti işlərinin aparılmasına mane olduqlarına görə o, iddiaçıdan xahiş etmişdir ki, cavabdehdən onun pulunu geri alsın, o isə cavabdehin sənədlərini geri qaytarsın. Lakin iddiaçı cavabdehə bu barədə telefon vasitəsi ilə məlumat verəndə cavabdeh aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, bacısı Zülfiyyə ilə birlikdə cavabdehin evinə gedib bu məsələni bir daha ona bildirəndə cavabdeh həmin bağ sahəsinə ehtiyaclarının olmadığını və qayınatasının bağ sahəsindən istifadə etdiklərini bildirmişdir. Bundan sonra o, cavabdehin qeyd edilən bağ sahəsini geri almaq və ona ödənilmiş pulu geri qaytarmaq fikrinin olmadığını anlamışdır. Allahverdi Nəcəfov həmin bağ sahəsini satmaqda israrlı olduğu üçün idd iaçı, ona 6.000 manat məbləğində pul ödəyərək həmin bağ sahəsini ondan satın almışdır. Allahverdi Nəcəfov bağ sahəsinin sənədlərinin əslini iddiaçıya vermiş və cavabdeh tərəfindən ona verilmiş etibarnamə əsasında bütün səlahiyyətləri ona ötürmüşdür. Bundan sonra o, həmin sahənin yerinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin xidmətin əməkdaşları ilə qeyd edilən bağ sahəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat sərhədlərini müəyyən etmişlər. Bundan sonra o, həmin sahəyə mişar daşı, qum və sement gətizdirərək bağ sahəsini hasara aldırmağa başlamışdır. Bağ sahəsinə bünövrə də tökməklə 1,2 metr hündürlüyndə mişar daşı ilə hasar çəkdirmişdir. Bütün bu işlərin icra edilməsi üçün hissə-hissə olmaqla ümumilikdə o, 17.000 manat məbləğində pul xərcləmişdir. Bundan sonra isə bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-ə müraciət etmiş və 29 iyul 2021-ci il tarixdə DƏDRX-dən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını almışdır. Həmin çıxarış ilkin olduğu üçün cavabdehin adına çıxmışdır. Lakin qeyd edilən bağ sahəsinin sənədləşdirilməsini gizli şəkildə nəzarətdə saxlayan cavabdeh iddiaçının bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını aldığını bilən kimi 31 iyul 2021- ci il tarixdə notariusa gedərək ona verilmiş etibarnaməni ləğv etdirmiş və onun aldığı çıxarışı itirdiyini əsas göstərərək yeni çıxarış almaq üçün müraciət etmişdir. Yeni çıxarış aldıqdan sonra isə bağ sahəsini bağışlama ilə oğlu X5 adına keçirmişdir. O isə bu barədə yalnız 08 avqust 2021-ci il ta rixində bağ sahəsi üzərində sərəncam vermək üçün notariat kontoruna gedərkən məlumat almışdır. Bundan sonra o, cavabdehə müraciət edərək nə üçün belə bir hərəkət etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh onunla danışmaqdan imtina etmişdir. O dəfələrlə və müxtəlif vasitələrlə yaranmış problemin həll edilməsi ilə bağlı cavabdehlə danışmaq istəsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh nəinki satdığı bağ sahəsini ona qaytarmamış heç vurduğu zərəri də ödəməmişdir. Bu isə hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyildir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. X3 xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 6.000 manata iddiaçıya satmışdır. 1

0. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmişdir ki, torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. İddiaçının tələbinin hüquqi əsası yoxdur. İddiaçı ilə cavabdeh arasında torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı razılıq olmamışdır. İddia ərizəsində istinad edilən maddə əsassız varlanma ilə bağlıdır. O da buna münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mənəvi zərərlə bağlı isə qeyd etmişdir ki, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsi mövcud deyildir. İddia müddətinin tətbiq olunması barədə ərizənin verilməsi əlavə müdafiə vasitəsidir. Cavabde h qeyd edir ki, hazırki iddia tələbi ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ da yoxdur. Çünki həmin pul ona Allahverdi Nəcəfov tərəfindən ödənilmiş, iddiaçıya torpaq sahəsini satmamış, Allahverdi Nəcəfovla aralarında olan münasibətə iddiaçının aidiyyatı yoxdur.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-605/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak 2013-cü ildə hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından, cavabdeh əmlakı satmaq və ya həmin əmlakın alğı-satqısı ilə bağlı m üqavilənin tərəfi olmaq hüququna malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın əldə olunması və ya satılması barədə müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə də müqavilə əsası vardır. Tərəflər arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanunauyğun alğı-satqı kimi qiymətləndirməyə əsas vermir. İddia tələbi üzrə müddət ötürülmüşdür. İddiaçı özü ərizəsində qeyd etmişdir ki, o, cavabdeh tərəfindən verilmiş etibarnamənin ləğv edilməsi barədə 2019-cu ilin avqust ayında xəbər tutmuşdur. Lakin buna baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə iki ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənəvi zərər çəkməsi də müəyyən edilmir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 146, 178.2, 1091.2 və 1095-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı məhkəmə səhvə yol vermişdir. Belə ki, məhkəmə iddia müddətinin axımının cavabdehin ona verdiyi etibarnaməni ləğv etdiyi xx.xx.2019-cu il tarixdən başlandığını götürmüşdür. Halbuki, iddia müddətinin axımının başlanğıcı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ona təqdim edildiyi xx.xx.2021-ci il tarixindən hesablanmaldır. Çünki xx.xx.2021-ci il tarixinə qədər o, cavabdehdən torpaq sahəsinin geri verilməsini tələb etmiş və tələbinin hüquq mühafizə orqanları tərəfindən təmin ediləcəyinə inanmışdır. Həmin vaxt cavabdehin əsassız varlanmasından söhbət belə gedə bilməzdi. Polisin yarıtmaz fəaliyyətinin nəticəsində cavabdeh cinayət məsuliyyətindən yayındıqdan sonra o, artıq qeyd edilən torpaq sahəsinə olan hüquqlarını heç bir şəkildə bərpa edə bilməyəcəyini başa düşmüşdür. Bundan sonra o, qeyd edilən torpaq sahəsinə çəkdiyi xərclər haqqında düşünməyə başlamış və anlamışdır ki, cavabdeh öz qeyri-qanuni hərəkətləri ilə onun hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3500/22 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədov və Rafael Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlə üçüncü şəxs Allahverdi Nəcəfov və sonuncu ilə iddiaçı arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmasa da, faktiki olaraq torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar hərəkətlər edilmişdir. Lakin həmin hərəkətlər torpaq sahəsinin alqı-satqısına dair müqaviləsinin bağlanmış hesab olunması üçün kifayət deyildir, tərəflər arasındakı razılaşmalar əhəmiyyətsizdir. İddiaçının tələbi əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi qaydalarına (restutisiya) uyğun araşdırılmalı və nəticəsindən asılı olaraq qiymət verilməlidir. Əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma baş verir, lakin Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma ilə əhəmiyyətsiz əqd nəticəsində əsassız varlanma fərqli hüquqi nəticələr doğurur və hüquqi tənzimləmə mexanizmləri də fərqlidir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qeyd olunan qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı həmin tələb üzrə subyektiv hüquq sahibi deyildir. İddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını məhkəmə araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

20. İddiaçını hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı tələbində istinad etdiyi halı, yəni tələb etdiyi pul vəsaitinin üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirdiyindən və şərtləri də məhz onunla razılaşdırdığından, cavabdehdən həmin pulu, o cümlədən tələbin digər hissələrini (dəymiş maddi və mənəvi ziyan, hüquqi yard ımın göstərilməsi xərci və s.) öz xeyrinə tələb etmək üçün subyektiv hüququ yoxdur. Başqa sözlə, 2013-cü ildə Cavabdeh Allahverdi Nəcəfova faktiki satdığı torpaq sahəsinə və sonuncunun 2017-ci ildə hazırki iş üzrə iddiaçı faktiki satdığı torpağa və dəymiş ziyana görə hazırda cavabdehə qarşı tələb irəli sürməkdə haqlı deyildir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.3, 337.4, 354, 1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Allahverdi Nəcəfov müstəqil olaraq iddiaçı ilə hər hansı bir münasibətə girməmişdir. Allahverdi Nəcəfov cavabdeh tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından hərəkət etmiş iddiaçıya etibarnamə vermişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Allahverdi Nəcəfovovun deyil, cavabdehin mülkiyyətinə keçmiş və beləliklə onun həmin torpaq sahəsi üçün çəkdiyi xərclər bilavasitə cavabdehdə qaldığı üçün cavabdeh əsassız olaraq varlanmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.1 və 1091.1-ci maddələrini tətbiq etməkdə səhvə yol vermiş, əsassız olaraq hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət verilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolle giyasının 12 dekabr 2022-ci il tarixli, 2(102)-5879/22 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qismən, 6.273 manat maddi, 5.000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, üçüncü şəxs Allahverdi Nəcəfova ödənilmiş 6.000 manat pulun Cavabdeh tələb etməkdə iddiaçının subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gə lmişdir. İddiaçı tələb etdiyi 6.000 manat pul vəsaitini üçüncü şəxs Allahverdi Nəcəfova verdiyini bildirmiş, şərtləri də məhz onunla razılaşdırmış, bağ sahəsinin alqı-satqısı barədə onunla razılaşma əldə olunmuşdur, ona görə də iddiaçı həmin tələbi Allahverdi Nəcəfova qarşı irəli sürməlidir.

26. Kollegiya qeyd etmişdir ki, iddia tələbinin digər hissələri, yəni bağ sahəsinə bünövrəsi olan 1,2 metr hündürlükdə hasar çəkməsi ilə maddi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsi, hüquqi yardımın göstərilməsi üçün xərc çəkməsi barədə tələblərin rədd olunması hissədə apellyasiya məhkəməsi səhvə yol vermişdir.

27. İşdən görünür ki, Cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar Allahverdi Nəcəfov a xx.xx.2013-cü il tarixli etibarnamə və bağ sahəsini satması haqqında ərizə vermişdir. Allahverdi Nəcəfov isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033cü il tarixədək İddiaçı ötürmüşdür. Bundan sonra iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində tikinti işlərinin aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir.

28. İddiaçı bağ sahəsini cavabdehdən deyil, Allahverdi Nəcəfovdan 6.000 manat verməklə satın aldığını, cavabdeh isə iddiaçıya torpaq sahəsini satmadığını, orada tikinti işlərinin aparılmasına icazə vermədiyini göstərmişdir. 2

9. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında cavabdehlə Allahverdi Nəcəfov arasında, Allahverdi Nəcəfovla iddiaçı arasında torpaq sahəsinin faktiki alqı-satqı müqavilələrinin bağlanması qənaətinə gəlmiş, həmin müqavilələri əhəmiyyətsiz əqd hesab edərək, cavabdehin əhəmiyyətsiz əqd nəticəsində əsassız olaraq varlanması qənaətinə gəlib Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən bir illik müddəti tətbiq etməklə iddianı rədd etmişdir.

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ziddiyyətli nəticəyə gəlmişdir. Bir tərəfdən iddiaçı ilə cavabdeh arasında bağ sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin bağlanmadığını göstərmiş (cavabdehə qarşı 6000 manat pul tələbi də eyni əsasla rədd edilmişdir), digər tərəfdən isə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müdd ətinin tətbiqi üçün tərəflər arasında faktiki alqı-satqının olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə tərəflər arasında bağ sahəsinin alqı-satqısına dair şifahi müqavilənin bağlanmaması nəticəsinə gəlməsi əhəmiyyətsiz əqddən irəli gələn nəticələrin tətbiqini istisna edirdi. Bu zaman məhkəmə mübahisənin qanuni həlli üçün Mülki Məcəllənin 157, cavabdehin hüquqdan sui-istifadəsi müəyyən edilərsə isə həmin Məcəllənin 28-ci fəslin normalarını tətbiq etməli idi.

31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddia tələbənin maddi və mənəvi ziyan tələbinin rədd olunması hissədə səhv nəticəyə gəlmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə çıxarılmışdır. Ona görə də qətnamə qismən ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsi göndərilməlidir. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya icraatında alınmış "xxxx" MMC-nin verdiyi 31 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, orada uzunluğu 3 metr, hündürlüyü 54 sm, 361 ədəd mişar daşından ibarət olan hasarın tikintisinə 385,10 manat xərc cəkilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi Mülki kollegiyasının (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.Şahid3) 07 iyun 2023-cü il tarixli, 2(103)2051/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, 6.273 manat maddi, 5.000 manat mənəvi ziyan, 510 manat hüquqi yardımın göstərilməsi xərcləri və 142 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi kimi (hasara çəkilmiş xərc) 385,10 manat, 300 manat mənəvi zərər, hüquqi yardıma görə 150 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatı cəmi 870,1 manat alınaraq İddiaçı ödənilməsi, həmin iddia tələbi qalan hissədə təmin edilməmiş, iddianın verilməsi üçün ödənilmiş və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan qalan hissə iddiaçının özünə aid edilməsi, mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş 100 manatdan 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarındakı mövqeyə uyğun olaraq qeyd etmişdir ki, cavabdeh Ləhiş qəsəbəsində yerləşən 6456 saylı 0,12 ha bağ torpaq sahəsi ilə bağlı mümkün hərəkətlərin edilməsi ilə əlaqədar Allahverdi Nəcəfova xx.xx.2013-cü il tarixli etibarnamə və bağ sahəsini satması haqqında ərizə vermişdir. Allahverdi Nəcəfov isə xx.xx.2017-ci il tarixli etibarnamə ilə həmin səlahiyyətləri xx.xx.2033-cü il tarixədək iddiaçıya ötürmüşdür. Bundan sonra iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində tikinti işlərinin aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir.

35. Kollegiya işin hallarına qiymət verməklə hesab etmişdir ki, bağ sahəsinin iddiaçının sahibliyində olmasına cavabdeh tərəfindən hər hansı bir etiraz edilmədiyindən iddiaçının orada apardığı işlərin əvəzinin cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Lakin hazırkı halda orada hansı işlərin görülməsinin müəyyən etmək üçün məhkəmə tərəfindən yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilən qaydada tikintinin mövcud olması aşkarlanmamışdır. Belə ki, yerinə baxış zamanı iddia olunan torpaq sahəsində alt özülü ilə birlikdə 2-3 mişar daşından ibarət hündürlükdə uzunluğu 2-3 metrdən ibarət balaca bir hasarın olduğu, iddiaçının hasarın daha əvvəl uzun və hündür olmasını qeyd etməsinə baxmayaraq görünən hasarın sırasında köhnə tikinti qalıqların ın olmadığı, hətta özülün belə davam etməməklə torpaq sahəsinində hər hansı izin olmadığı müəyyən edilmişdir. Əlavə olaraq kollegiya tərəfindən iddiaçının təqdim etdiyi fotoşəkillərdəki daş hasarın məhz hazırda baxış keçirilən sahəyə aid olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır.

36. Məhkəmə kollegiyası iddiaçı tərəfindən aparılmış və yerində məhkəmə tərəfindən mövcud vəziyyəti müəyyən edilən hasar yaxşılaşdırma işləri cavabdehin torpaq sahəsinə düşməklə ona qalmışdır. Hazırkı halda kollegiya məhz cavabdeh tərəfə münasibətdə əsassız varlanma halına istinad etməklə mülki qanunvericiliyin 157-ci müddəası ilə birlikdə qiymət verərək çəkilmiş xərcin məhz bu əsaslarla cavabdehdən tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, əvvəla mülki qanunvericiliyin əsassız varlanma qaydalarının m üəyyən edən normaları məhz mülkiyyətin müdafiəsini özündə ehtiva edən qanunvericiliyin normasına göndəriş verməklə məhz həmin müddəanın da tələbləri baxımından əsassız varlanmanın təsbit edilməli olmasını özündə ehtiva etmişdir. Həmçinin, hasar kimi tikilən mişar daşlarının, özülün oradan sökülüb götürlməsi də mülki qanunvericiliyin 157-ci müddəası baxımından mümkün deyil. Eyni zamanda iddiaçı tərəfindən görülmüş işlər ilə bağlı iddiaçı tərəfin həmin torpaq sahəsindən yararlanmaq ehtimalı da əldən çıxdığından həmin mənzildə aparılan təmir işlərinin dəyərinin cavabdeh tərəfdən tələb edilməsi əsaslıdır.

37. Kollegiya belə olan halda hesab etmişdir ki, yerinə baxış zamanı müəyyən edilmiş tikilinin qiymətləndirilməsi zəruri hesab etmiş və bu baxımdan məhkəmə kollegiyasının müvafiq qərardadı il ə tikilinin və ora çəkilmiş usta xərcinin hesablanması xüsusi bilik tələb etdiyindən qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin qurumun verdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, orada uzunluğu 3 metr, hündürlüyü 54 sm, 361 ədəd mişar daşından ibarət olan hasarın tikintisinə 385,10 manat xərc cəkilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən iddiada qeyd edilən torpaq sahəsində aparılmış işlərin dəyəri olaraq mütəxəssis rəyində qeyd edilən məbləğdə pul cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır.

39. Kollegiya eyni zamanda hesab etmişdir ki, iddiaçının xeyrinə cavabdehdən mənəvi zərər də tutulmalıdır.

40. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilm əsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zər ər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

42. Məhkəmə kollegiyası hazırkı halda da qeyd etmişdir ki, iddiaçı bağ sahəsində hasarın çəkilməsi ilə əlaqədar işlər görmüşdür. Cavabdeh özünün adından nə etibarnamə üzrə səlahiyyətlərin İddiaçı ötürülməsinə, nə də bağ sahəsində hasar çəkilməsi ilə bağlı işlər aparılmasına etiraz etməmiş, yalnız bağ sahəsinə dair onun adına mülkiyyət h üququna dair çıxarış alındıqdan sonra xx.xx.2019-cu il tarixdə etibarnaməni ləğv etdirmişdir. Belə olan halda iddiaçı orada işlər görürkən həmin bağ sahəsinə faktiki sahiblik etmiş, oranın qanuni əsaslarla sərəncamına keçəcəyinə gözləntisi olmaqla orada iş görməyə başlamışdır. Hazırki halda isə həmin torpaq sahəsindən faktiki olaraq məhrum edilməklə rəsmi qaydada əldə etmək hüququndan məhrum olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bununla bağlı mənəvi sarsıntıya məruz cavabdehdə onun xeyrinə 300 manat məbləğində mənəvi zərər tutulmalıdır. Kollegiya mənəvi zərər kimi bu məbləğdə pulun tutulmasını zərər çəkənə dəyən mənəvi zərərin qismən aradan qaldırılması baxımından ağlabatan hesab edir.

43. Kollegiya qeyd etmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsində məqs əd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnun etmə hissi yaradılmış olur. Mənəvi zərərin zərər çəkənə ödəniləcək müəyyən məbləğdə pulla tam olaraq aradan qaldırılması mümkün deyildir. Lakin bu hal mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna etmir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Bu yanaşma zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vuruldu ğunu qəbul edir.

44. Kollegiya bundan başqa hüquqi yardıma görə cavabdehdən pulun tutulması hissəsində münasibətdə qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim olunmuş hesab əsas götürülərək, lakin hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə, yəni 150 manat məbləğində pul tutulmalıdır.

45. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab etmişdir ki, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumundan 15 manatı, apellyasiya şikayətinin ver ilməsi üçün ödənilmiş dövlət rüsumundan 20 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti Mülki Məcəllənin 1091, MPM-in 9, 14.1, 77 və 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün seçsə də, sübutların qiymətləndirilməsi zamanı səhvə yol verdiyi üçün dəymiş zərərin miqdarını düzgün müəyyən etməmişdir. Bunun da nəticəsində məhkəmə səhv qərara gələrək iddianı qismən təmin etməklə Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərini pozmuşdur. Tələblərini sübut edən kifayət qədər sübutları məhkəməyə təqdim etməyinə və iddia ərizəsində göstərdiyi halları sübuta etməyinə baxmayaraq məhkəmə həmin sübutlara əhəmiyyət verməmiş, cavabdeh isə iddiaya qarşı irəli sürdüyü heç bir arqumenti sübut edə bilməməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə çəkişmə prinsipini təmin etməmiş və işi birtərəfli qaydada aparmışdır. Belə ki, əvvəla məhkəmə ona vurulmuş zərərin məbləğini müəyyən etm ək üçün ekspertiza təyin etmək əvəzinə mütəxəssis rəyinin alınması üçün mütəxəssisə müraciət etmişdir. Halbuki, bu məsələ ilə bağlı ekspert rəyi daha mötəbər sübutdur və bu sahədə kifayət qədər təcrübəli ekspertlər mövcuddur. Həmçinin məhkəmə qeyd edilən torpaq sahəsinin mövcud vəziyyətinə uyğun mütəxəssis rəyinin verilməsini tələb etmişdir. Halbuki, artıq dörd ildir ki, qeyd edilən torpaq sahəsi cavabdehin sərəncamındandır. Onun isə həmin torpaq sahəsində hansı qeyri-qanuni işlər görməsi, yəni tikdiyi hasarla bağlı nə etməsi haqqında mənim heç bir məlumatı yoxdur. Bundan başqa vəsatətinə baxmayaraq məhkəmə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün təqdim etdiyin sübutlar əsasında məhkəmə ekspertizasının təyin edilməsini təmin etməmişdir ki, bununla da hüquqları kobud şəkildə pozulmu şdur. Halbuki iş materiallarında olan şəkillər, video görüntülər, akt və şahid ifadələri əsasında həmin torpaq sahəsini hasara aldırdığı tam sübuta yetirilir. Lakin məhkəmə bu sübutlara heç bir əhəmiyyət verməmişdir. Həmçinin mübahisə predmeti olan torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün ödədiyi dövlət rüsumu da işin mübahisəsiz halı olmasına baxmayaraq məhkəmə həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsinə münasibət bildirməmiş və iddianı həmin hissədə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və çəkişmə prinsipini təmin etməməklə işə birtərəfli qaydada yanaşaraq qanunvericiliyin tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

48. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə

49. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

50. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

51. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.5, 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı

52. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı

53. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və y a qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. MPM

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, hər iki tərəfin dəlillərinə hüquqi qiymət vermiş, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

64. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konst itusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq ed ilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)2051/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar