Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4298/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya və X” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verilməsinin nəticələri, müqavilə azadlığı, müqavilənin standart şərtləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı1 vəkili İddiaçı2, Cavabdehlər "xxxx" MTK-nın və Kommunal Ödənişlər” MMC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X n ömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər "xxxx" MTK və Kommunal Ödənişlər” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə "xxxx" MTK-nın arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı1 ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, sahəsi 109.06 kv.m. olan 81 saylı mənzili almışdır. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları olmaqla, cəmi 25.084 ABŞ dolları razılaşdırılmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsinə əsasən, həmin mənzilin 1/3 hissəsinə İddiaçı1, 2/3 hissəsinə İddiaçı2 payları tanınmışdır. 3. 17 may 2014-cü il tarixdə mənzilin 72,706 kv.m. sahəsinin İddiaçı2, 36,354 kv.m. sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair "xxxx" MTK ilə müqavilələr bağlanmışdır.
4. Həm 01 noyabr 2004-cü il, həm də 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin ümumi sahəsi göstərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir.
5. Sözügedən mənzil (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi 356, M7, m1) 19.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1/3 payla İddiaçı1, 2/3 payla İddiaçı2 adına qeydə alınmışdır. Bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 88 kv.m. göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MTK-ya və X” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat İddiaçı2 ödənilməsi, cavabdeh Kommunal Ödənişlər” MMC-dən 01 yanvar 2006-01 aprel 2019-cu illər ərzində əlavə ödənilən kommunal ödənişlərə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, 19 iyul 2019-cu il tarixdə həmin mənzilə dair ƏMDK yanında DƏ DRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar və onlara o zaman məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-46-cı məhəllə, 70 saylı evin 81-ci mənzilin sahəsi heç də müqavilədə göstərildiyi kimi 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil edir. "xxxx" MTK-nın direktoru İ.Şahverdiyevə yaxınlaşıb bu rəqəmlər arasında təşkil edən 21.06 kv.m. fərqi izah etməyi tələb etsələr də, ağlabatan cavab ala bilməmişlər. Hal-hazırda yaşadıqları ərazidə yaşayış sahəsinin hər kv.m. satışı 1000 manat təşkil edir. Bundan başqa 01 aprel 2019-cu il tarixədək "xxxx" MTKya, o cümlədən son illər eyni ünvanda yerləşən, eyni zamanda direktoru da İ.Ə.Şahverdiyev olan digər cavabdeh Kommunal Ödənişlər” MMC-yə 109.06 kv.m sahəyə görə hər ay 32.71 m anat olmaqla kommunal ödənişlər etmişlər. 01 yanvar 2006-cı ildən 01 noyabr 2019-cu il tarixədək hər ay hər kv.m 30 qəpikdən hesablamaqla 21.06 kv.m. sahəyə görə artıq pul ödəmişlər, bu da 160 ay müddətində hər ay üçün 6,31 manat hesablandıqda cəmi 1010 manat təşkil edir. Bundan başqa 19 iyul 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı aldıqdan sonra mənzil sahibi olaraq iddiaçılar böyük stres və əsəb sarsıntısı keçirmişlər. Mənzilin real sahəsinin cəmi 88 kv.m olduğunu bildikdə planları alt-üst olmuş, eyni zamanda ali təhsilli şəxslər olaraq 15 il davamlı olaraq da cavabdeh tərəfindən bu şəkildə aldadılmaları onlara çox təsir etmişdir.
8. Cavabdehlər birinci instansiya məhkəməsində iddiaya etiraz edərək tələb lərin təmin olunmamasını xahiş etmişlər.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) 24 sentyabr 2020-ci il tarixli, 2(011)-730/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK- dan 4.830 (dörd min səkkiz yüz otuz) ABŞ dolları pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq, həmin pulun 3.220 (üç min iki yüz iyirmi) ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1.610 (bir min altı yüz on) ABŞ dolları pulun isə digər İddiaçı1 ödənilməsi, cavabdeh Kommunal Ödənişlər” MMC-dən 01 yanvar 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər əlavə ödənilən kommunal ödənişlərə görə 100.80 (bir yüz manat səksən qəpik) manat pul alınaraq 67.20 (altmış yeddi manat iyirmi qəpik) manat pulun İddiaçı2 ödənilməsi, qalan 33.60 (otuz üç manat altmış qəpik) manat pulun isə İddiaçı1 ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK tərəfindən iddiaçılara təhvil verilmiş mübahisəli mənzil 109.06 kv.m. deyil, 88 kv.m. sahəyə malik olmuşdur. Belə olan halda cavabdeh "xxxx" MTK tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar. İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 230 ABŞ dolları müəyyən edilmişdir. Odur ki, 21.06 kv.metr sahə üzrə hər kv.metr üçün 230 ABŞ doll arı hesablamaqla (21.06 x 230) cəmi 4.830 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıların xeyrinə cavabdeh "xxxx" MTK-dan tutulmalıdır. 4.830 ABŞ dolları tərəflərin mənzil üzərində Xətai Rayon Məhkəməsinin 18 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara mütanasib tərəflər arasında bölünməlidir. Odur ki, "xxxx" MTK-dan 3.220 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməlidir. Məhkəmə iclasında iddiaçılar cavabdehlər tərəfindən onlara mənəvi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində mənəvi zərər ilə bağlı göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sü but təqdim edə bilmədi. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 03 mart 2021-ci il tarixli, 2(103)-3023/21 nömrəli qətnaməsi ilə cavabdehlər "xxxx" MTK və Kommunal Ödənişlər” MMC tərəfindən ayrı-ayrılıqda, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətlərinin dəlilləri 13. "xxxx" MTK kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin və əsas dəlillərdən biri ondan ibarətdir ki, hər iki instansiya məhkəmələri cavabdehləri məhkəmə proseslərinin vaxtı barədə lazımı qaydada məlumatlandırmamaları, onların iştiraklarının təmin edilməməsi və işə birtərəfli qaydada baxılaraq qətnamə qəbul edilməsindən ibarədir. Belə ki, birinci instansiya məhkəməsinin apardığı araşdırma pandemiya və məhkəmələrin işlərə baxılmasının dəfələrlə təxirə salınması vaxtına düşmüş, məhkəmə cavabdehlərə heç bir vaxt bildiriş verməmişdir. Apellyasiya baxışı zamanı isə cavabdehlərin nümayəndəsi vasitəsilə məhkəmə ilə əlaqə yaradılmış və obyektiv səbəblərdə n məhkəmədə iştirak edə bilməyəcəyinə görə 03.03.2021-ci il tarixə təyin edilmiş baxışın qısa müddətə təxirə salınması xahiş olunmuşdur. Məhkəmə isə heç bir problemin olmamasını və cavabdehin nümayəndəsinin iştirakı üçün şərait yaradılacağını, bunun üçün isə teleqram vurulmasını təklif etmişdir. Lakin məlum olmuşdur ki, məhkəmə tərəfi gözləmədən və iştirakını təmin etmədən tələskənliyə yol verərək elə həmin gün qətnaməni elan etmişdir. Tərəflərin iradəsi əsasında bağlanmış qeyd olunan müqavilələrin 2-ci bəndlərindən də göründüyü kimi tərəflər müqavilənin sahəsinin beynəlxalq termin olan brutto ölçü ilə (yəni çöldən çölə, ümumi sahə) ilə hesablanacağını müəyyən etmişlər. Həm mənzilin dəyəri, həm də kommunal ödənişlər üzrə hesablaşmalar məhz həmin razılaşdırılmış qiymətləndirmə əsasında hə yata keçirilmişdir. TBMMTK müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada icra etmiş və iddiaçıları müqavilələr əsasında razılaşdırılmış mənzillərlə təmin etmişdir. MTK tərəfindən heç bir müqavilə və ya qanun pozuntusuna yol verilməmiş, MTK-nın müqavilə üzrə hazıradək icrasız qalmış öhdəliyi mövcud deyildir, o ki, qaldı iddiaçıların “AR ƏMDK DƏRX tərəfindən verilmiş çıxarışlara əsasən onlara məxsus mənzillərin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən az göstərilməsi mülahizəsinə, hazırki cavabdehlər iddiaçıların AR ƏMDK DƏDRX arasında yaranan münasibətlərə müdaxilə etmək, şərh vermək və ya hər hansı bir təsir etmək səlahiyyətinə malik deyildir. İddiaçılar onlara məxsus mənzillərin sahəsinin az göstərilməsini iddia etdikləri halda bununla bağlı tələb lərini hazırki cavabdehlərə yox, həmin quruma qarşı irəli sürə bilərdilər. Başqa sözlə, iddiaçılar bu barədə tələblərini iddiaya cavab verməli olmayan cavabdehlərə qarşı irəli sürmüşlər. AR ƏMDK DƏDRX-in fəaliyyət göstərdiyi əsasnamələr və qanunvericilikdən fərqli olaraq, yuxarıda da göstərildiyi kimi "xxxx" MTK ilə hüquq münasibətləri məhz hazırda qüvvədə olan, tərəflərin müstəqil və birgə şəkildə şərtlərini müəyyən etdiyi mülki müqavilələr əsasında yaranmışdır və məhz həmin müqavilələrin tələblərinə müvafiq şəkildə tənzimlənmişdir. İddiaçıların hazırki iddia tələblərini irəli sürməkdə məqsədləri cavabdehlərin hesabına əsassız varlanmaq təşkil edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin hüquqlarını pozmaqla iddiaçılara bunun üçün şərait yaratmışdır. Göründüyü kimi ekspert brutto ö lçü anlayışının beynəlxalq termin olduğunu təsdiq etmiş və bu sahəyə balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsinin nəzərdə tutulmasını və ölçünün divarların çöl tərəfindən aparılmasını qeyd etmişdir. Lakin ekspert Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud tikinti normalarında, eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsində (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.12.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarında tikililərin “brutto sahəsi” anlayışı nəzərdə tutulmadığı üçün bu barədə rəy verə bilməyəcəy ini göstərmişdir. Halbuki beynəlxalq termin (ölçü vahidi) olan brutto anlayışının qüvvədə olan milli qanunvericiliydə təsbit edilməməsi onun mövcud olmaması və ya qanunsuz olması anlamına gəlmir. Məhkəmə brutto ölçüsü anlayışından tikinti sahəsində geniş istifadə olunmasını və xüsusən də bu anlayışın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunla qadağan olunmamasını nəzərə almalı idi. Belə ki, AR Konstitusiyasının 26.1-ci maddəsinin İ bəndinin və AR Mülki Məcəlləsinin 12.2-ci maddəsinin tələbləri baxımından tərəflər qanunla birbaşa nəzərdə tutulmayan həm də qanunda bilavasitə qadağan olunmayan hərəkətləri etməkdə, o cümlədən müqavilədə qeyd olunan anlayışdan istifadə etməkdə sərbəstdirlər. Həmin normalarda göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquql arını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. Həmçinin, məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılmasında və mübahisəyə düzgün hüquqi qiymət verilməsində maraqlı olsaydı, əlavə ekspertiza təyin edərək, mütəxəssis dəvət etməklə tərəflərin iştirakı ilə yerli baxış keçirərək asanlıqla mübahisənin ədalətli həllinə nail ola bilərdi. Lakin hakim nəinki zəruri addımları atmamış, əksinə ekspertin rəyini və tərəflər arasında bağlanmış müqaviləni təhrif edərək, sanki tərəflərin müqavilədə nəzərdə tutduğu brutto sahəsinin yaşayış sahəsi olmasını və buna görə də guya MTK-nın iddiaçılara əskik sahə təqdim etməsini təsbit et mişdir. 15. Kommunal Ödənişlər” MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti digər cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti ilə eyni məzmunludur.
17. İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə tələblərini pozaraq öhdəliklərini yerinə yetirməmiş, lakin hər kv. m üçün iddiaçılara ödənilməli olan pulun 230 ABŞ dolları müəyyən edilməsi ilə razı deyillər, belə ki, 2004-cü il üçün bu real məbləğ olsa da, bu günki bazar qiymətlərinə görə həddən artıq aşağıdır. Adı gedən ünvanda, yəni Həzi Aslanov metrostansiyasinın ətrafında yeni tikilmiş binalarda təmirsiz mənzillər hər k v.metri 1200-1300 manata, təmirli mənzillərin isə hər kv.metri 1400-1600 manata satılır. Odur ki, ödəniləcək məbləğ hazırki bazar qiymətlərinə uyğun olaraq hesablanmalıdır. Kommunal xidmətlərə görə artıq ödənilən məbləğə gəlincə 2018-ci ilin yanvar ayından olan bildirişləri kommunal ödənişlərin qiymətini göstərmək məqsədi ilə ərizəyə əlavə etmişdir və 01 aprel 2019-cu il tarixədək MTK-ya kommunal borclarını olmadığı barədə arayış təqdim etmişdir. Lakin bu o demək deyil ki, onlar yalnız 01.01.2018-ci ildən pul ödəyirlər. Təbii ki, yaşadıqları dövrdən bütün başqa xidmətlər kimi, o cümlədən kommunal ödənişlərə görə də MTK-ya pullar ödənilib. Onlar isə orada 2006-cı ildən yaşayaraq kommunal xidmətlərə görə ödənişlər etmişlər. Odur ki, nəinki 2018-ci ilin yanvar ayından, yaşadıqları dövrdən art ıq ödənilən bütün məbləğ "xxxx" MMC- dən alınıb iddiaçılara ödənilməlidir. İddiaçılara dəymiş mənəvi ziyana gəlincə, istehlakçı kimi onlara mənəvi ziyan dəymiş, illərlə "xxxx" MTK tərəfindən və Kommunal Ödənişlər” MMC tərəfindən aldadılmışlar. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişlər. Çünki uzun illər kimsə tərəfindən aldadılmağı özlərinə qarşı təhqir hesab edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda vəkil İddiaçı2, tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclas ında iştirak edən cavabdehlərin vəkili Nəriman Alməmmədov, tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdı r.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
26. Maddə
419. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilə rkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
27. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 31. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 32. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəcc ərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sü rülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Hazırkı işin hallarından aydın olur ki, iddiaçılar onlara satılmış mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq verdikləri pul məbləğinin və kommunal ödənişlərin onlara qaytarılmasını tələb edirlər.
43. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 578.1-ci və 1092.1-ci maddələri n əzərdən keçirilə bilər (§ 29, 30).
44. Bununla belə, iddianın tam və ya qismən təmin edilməsi üçün cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi, iddiaçıların cavabdehlərə əşyanın əvəzi olaraq və göstərilən kommunal xidmətlərə görə artıq pul vəsaiti ödədikləri sübuta yetirilməlidir (§ 34).
45. Məhkəmələr iddianı qismən təmin edərkən mövqelərini onunla əsaslandırmışlar ki, cavabdeh "xxxx" MTK-nın iddiaçılara təhvil verdiyi mənzilin sahəsi 109.06 kv.m. deyil, 88 kv.m. olmuş, bununla da cavabdeh müqavilə öhdəliyini pozmuşdur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az (88 kv.m.) olması barədə gəlinən nəticə Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2020-ci il tarixli rəyinə söykənir.
46. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz.
47. Ona görə ki, mübahisə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi iddiası ilə bağlıdır (§ 28).
48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından görünür ki, 01.11.2004-cü il tarixli müqavilədə "xxxx" MTK, İddiaçı1 ümumi sahəsi 109,06 kv.m. olan mənzil verməyi öhdəsinə götürmüşdür.
49. İddiaçılar razılaşdırılmış sahədə mənzilin onlara verilmədiyini iddia edir, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad edir ki, mənzilin ümumi sahəsi “Brutto”, yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanır və bu şərt müqavilədə nəzərdə tutulmuşdur.
50. Brutto sahəsinə bütün tikinti əra zisinin daxil olması bu iş üzrə keçirilmiş ekspertiza rəyində də qeyd olunmuşdur.
51. Həqiqətən də MTK-nın iddiaçılarla bağladığı 01 noyabr 2004-cü il və 17 may 2014-cü il tarixli müqavilələrdə mənzilin sahəsi göstərilərkən “Brutto” ifadəsi qeyd edilmişdir.
52. Bu baxımdan mənzilin sahəsinə dair əqddə mövcud olan belə bir şərtin müqavilə azadlığı çərçivəsində keçərli, yaxud etibarsız olmasının müəyyən edilməsi hazırkı işin düzgün hüquqi həlli üçün (cavabdeh MTK-nın müqavilə öhdəliyini icra edib-etməməsini müəyyənləşdirmək baxımından) mühüm əhəmiyyət kəsb edir.
53. Məlum olduğu kimi, müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir (§ 24).
54. Bununla yanaşı qanunverici müqavilənin standart şərtləri ilə bağlı xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur (§ 25).
55. Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən (MM 418-ci və 419-cu maddələri - § 2526) sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsin qanunla verilmiş hüquqlarını əlindən alırsa, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (§ 27).
56. Buna baxmayaraq, tərəflərin bağladıqları əqddə nəzərdə tutulmuş “Brutto sahə” şərtinin müqavilə azadlığı çərçivəsində hüquqi nəticə yaratdığına, yoxsa müqavilənin standart şərti kimi etibarsız olduğ una mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilməmişdir.
57. Kollegiya onu da bildirir ki, mübahisəli mənzilin ümumi sahəsinə dair xüsusi biliyə malik olan ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir.
58. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 88 kv.m. göstərilsə də, apellyasiya məhkəməsi bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir (§ 35-36).
59. Belə ki, rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır.
60. Apellyasiya məhkəməsi isə tikinti oby ektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır.
61. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması alıcının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da satıcının mənafeyinə uyğun deyil.
62. Odur ki, müqavilədə qeyd edilən “Brutto sahə” şərti etibarsız sayılsa belə, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib- vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilməlidir.
63. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh MTK-nın iddiaçılar qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və hər iki cavabdehə qarşı iddia tələblərinə yekun hüquqi qiymət verilməlidir.
64. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş,həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 33, 37). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
65. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.