Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4299/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4520/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X13 ilə “alıcı” Cavabdeh arasında “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 000382 nömrəli 15 dekabr 2021-ci il tarixli müqavilə bağlanmışdır.
2. Cavabdeh “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili ƏİX nömrəli 430417 nömrəli girov biletinə əsasən 15 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə qədər lombarda girov qoymaqla X4 25.000 manat kredit götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ( bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddianın həcminin artırılması barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin Cavabdeh (bundan sonra “cavabdeh”) qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, 10000 ABŞ dolları məbləğində maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil iddiaçının mülkiyyətindədir. Bir müddət əvvəl X12 ilə aralarında olan razılaşmaya əsasən iddiaçı “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili 18000 ABŞ dolları müqabilində P.Əlizadəyə satmalı idi. Pünhan Əlizadə ilə aralar ında olan razılığa əsasən, 18000 ABŞ dolları iddiaçıya ödənilənədək avtomobil Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr ərazisində yerləşən dayanacaqda saxlanılmalı idi. Eyni zamanda avtomobilin müvəqqəti idarə edilməsi üçün iddiaçı tərəfindən Pünhan Əlizadənin xahişi ilə sonuncunun tanışı olan cavabdehə xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə icazə kağızı (yol vərəqəsi) verilmişdir.
5. X14 və cavabdeh heç bir müqavilə, hüquq müəyyənedici sənəd olmadan, qanunsuz şəkildə iddiaçının mülkiyyətindəki avtomobili lombarda girov qoyaraq 25000 manat məbləğində pul götürmüşlər. Lakin 18.000 ABŞ dolları hazıradək Pünhan Əlizadə tərəfindən iddiaçıya ödənilməmişdir. Məhz buna görə, iddiaçı avtomobili geri tələb etsə də, cavabdeh bundan imtina edir.
6. Hazırda iddiaçının mülkiyyətində olan “FORD EDGE” m arkalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil cavabdehin həyətində qanunsuz olaraq saxlanılır. Hazırda avtomobil iddiaçının mülkiyyətində olsa da, heç bir müqavilə, etibarnamə olmadan cavabdeh onu öz həyətində saxlayaraq geri qaytarılmasından imtina edir. Buna görə də, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. İddia ərizəsinə əlavə edilmiş AR DİN Baş X21 İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 016-25822M-3222 nömrəli cavab məktubundan da göründüyü kimi “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Həmçinin, müvafiq cavab məktubu da bir daha təsdiqləyir ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil iddiaçının mülkiyyətindədir.
8. İddiaçı təl əbinin hüquqi əsas kimi Mülki Məcəllənin 152.1, 157.2, 181.1 və 181.4cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh də qarşılıqlı iddia vermişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaxın dostu olan həmkəndlisi Pünhan adlı şəxslə cavabdehə müraciət edərək 20 gün müddətinə 15000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Bunun müqabilində “Ford EDGE” markalı avtomobili alğı-satqı əsasında cavabdehin adına keçirəcəyini bildirmişdir. Nəticə etibarı ilə iddiaçıya 15000 ABŞ dolları ekvivalentində 25500 manat ödəmiş, həmin avtomobil alğısatqı müqaviləsi ilə cavabdehin adına keçirilmişdir. Daha sonra, iddiaçı X21 İdarəsinə müraciət edərək guya ona pulunun ödənilmədiyi barədə ərizə yazaraq avtomobilin cavabdehin adına keçirilməsinin qarşısını almışdır.
11. Birinci instansiya məhkəməsi X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “FORD EDGE” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi AA563309 nömrəli hesabarayış əsasında X8 adına qeydiyyata alınaraq girov müqaviləsi ilə "xxxx" ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir. Sözügedən nəqliyyat vasitəsi "xxxx" ASC-nin Şəki filialının 82 nömrəli məktubu əsasında girovdan azad edilmiş, xx.xx.2017-ci il tarixdə komisyon mağazada satılması üçün Rizvan Sadıqovun adından qeydiyyatdan çıxarılmışdır. Sorğu edilən nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə 733570 nömrəli hesabarayış əsasında **-VO-*** dövlət qey diyyat nişanı təhkim olunaraq Əliyev Zaur Valeh oğlunun adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq X10 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə “FORD EDGE” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satış üçün Leyla Mərahiminin adından qeydiyyatdan çıxarılmışdır.
13. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə və “Elektron notariat” X1 çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə “FORD EDGE” markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X13 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X2 tərəfindən İddiaçı 11 ay 21 gün müddətinə olmaqla xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Etibarnamə verilən səlahiyyətlər sür ücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməkdən ibarət olmuşdur.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1413/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı mübahisəsini etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyildir. Qeyd edilən nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində deyil. Həmin nəqliyyat vasitəsinə dair X13 tərəfindən iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə veri lmişdir. Nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və iddiaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ yaranmamışdır. Həmçinin, etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüş və hazırda iddiaçının nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin nəqliyyat vasitəsini tələb etmək üçün subyektiv hüququ yoxdur.
17. Birinci instansiya məhkəməsinə görə ilk iddia tələbi iddiaçının mübahisə etdiyi avtomobillə bağlı subyektiv hüququn un olmadığı müəyyən edildiyindən və cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ilə girov müqaviləsi bağladığını və X5 25500 manat pulu iddiaçıya verdiyini qeyd edərək, həmin pulu tələb edir. Həm cavabdeh, həm də mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatlarında pulun birbaşa iddiaçıya verildiyini qeyd etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsinə dair X13 (etibarnamə üzrə nümayəndəsi X2) ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, həmin tarixdə də cavabdeh nəqliyyat vasitəsini lombarda girov qoyaraq, girov biletinə imza atmaqla 25000 manat pulu götürmüşdür. Lakin cavabdeh sonradan həmin pulu, həmçinin özünün 500 manat pulunu iddiaçıya verməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin iddia etdiyi kimi, pulu iddiaçı götürdüyü halda, həmin vaxt nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ olan etibarnamənin olduğu da nəzərə alınaraq borclu da, girov verən də iddiaçı olmalı və pulu girov biletinə imza ataraq iddiaçı özü götürməli idi. Həmçinin, cavabdehin qeyd etdiyi kimi, lombarddan pulu birbaşa olaraq iddi açı götürdüyü hesab edilsə, bu halda da, həmin pul X9 məxsus olmaqla bilavasitə onun tərəfindən verildiyindən və cavabdeh tərəfindən əşyanın lombardda girovu müqaviləsi ilə təmin edilmiş öhdəlik icra edilmədiyindən cavabdeh həmin pulu tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
20. Birinci instansiya məhkəməsi əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdeh polis bölməsindəki izahatında pulu qohumu İmran adlı şəxsin tanışı Pünhan adlı şəxs üçün lazım olduğunu, onun Türkiyədə olan dostunun Pünhana 15.000 ABŞ dolları verdiyini, iddiaçının da 25.000 manat pulu onun yanında Anar adlı şəxsin, yəni Türkiyədə olan dostunun qohumuna verdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh izahatında pulu iddiaçı üçün deyil, Pünhan adlı şəxs üçün götürdüyünü və pulun da iddiaçı tərəfindən Pünhana veri ldiyini bildirmişdir. Bu halda həmin pulun iddiaçıdan tələb edilməsi əsassızdır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 269.1, 271.2, 280.1, 302.1, 302.2, 302.3, 302.7, 1096, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - Baş X21 İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 016-25822M-3222 nömrəli cavab məktubundan da göründüyü kimi “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobilin üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Həmçinin müvafiq cavab məktubu da bir daha təsdiqləyir ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil iddiaçının mülkiyyətindədir; - məhkəmə qətnaməsindən göründüyü kimi avtomobil üzrə sonuncu etibarnamə iddiaçıya verilmişdir. Həmçinin avtomobilin sonuncu sahibi Leyla Mərahimi də, avtomobilin ona məxsus olduğunu təsdiqlə yə bilər; - hazırki vəziyyətdə mövcud etibarnamə hüquq müəyyənedici sənəd olmaqla iddiaçının mülkiyyət hüququnu təsdiqləyir; - hazırda mövcud qətnamə faktiki olaraq iddiaçıya məxsus avtomobilin qanunsuz şəkildə cavabdehdə qalmasına şərait yaradır; - cavabdeh və onun tanışı Pünhan Əlizadə iddiaçını aldadaraq avtomobili ələ keçirdiyi və avtomobilin pulunu ona ödəmədiyi üçün onlar barəsində şikayət etmişdir. Hazırda Bakı şəhər Baş Polis İdarəsində Pünhan Əlizadə barəsində etdiyi şikayət əsasında cinayət işi başlanmışdır və avtomobilin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4520/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, mübahisəli nəqliyyat vasitəsinə dair X13 tərəfindən iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə verilmiş, nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və ilkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ yaranmamışdır. Həmçinin etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinə əsasən o, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobilin ona məxsus olmaqla avtomobil və ona aid sənədlərin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılmalı olmasını iddia edir. Qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işin faktiki hallarına görə isə mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırda iddiaçının nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur. Başqa sözlə, qeyd edilən nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində deyil.
28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının avtomobilə dair onun adına verilmiş etibarnamə olması, Baş X20 İdarəsinin məktubu ilə hazı rki vəziyyətdə mövcud etibarnamənin hüquq müəyyənedici sənəd olmaqla iddiaçının mülkiyyət hüququnu təsdiqləməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, mövqeyini belə əsaslandırmışdır ki, “etibarnamə” mülkiyyət hüquqlarını təsdiq sənəd olmamaqla, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətnamə hesab edilir. Digər tərəfdən iddiaçı avtomobilin onun mülkiyyətində olmasına dair qeydiyyat şəhadətnaməsi və ya hər hansı mülkiyyət hüququnu təsdiq edən mötəbər sübutlarını təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin nəqliyyat vasitəsini tələb etmək üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisə etdiyi avtomobillə bağlı subyektiv hüququnun olması və cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də rədd edilməsi barədə gəldiyi nəticə ilə də razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən də göründüyü kimi avtomobil üzrə s onuncu etibarnamə iddiaçıya verilmişdir. Həmçinin avtomobilin sonuncu sahibi Leyla Mərahimi də, avtomobilin iddiaçıya məxsus olduğunu təsdiqləyə bilər. Hazırki vəziyyətdə mövcud etibarnamə hüquq müəyyənedici sənəd olmaqla iddiaçının mülkiyyət hüququnu təsdiqləyir. Hazırda mövcud qətnamə faktiki olaraq iddiaçıya məxsus avtomobilin qanunsuz şəkildə cavabdehdə qalmasına şərait yaradır. Xüsusilə qeyd edilmişdir ki, cavabdeh və onun tanışı Pünhan Əlizadə iddiaçını aldadaraq avtomobili ələ keçirdiyi və avtomobilin pulunu ödəmədiyi üçün iddiaçı onlar barəsində şikayət etmişdir. Hazırda Bakı şəhər Baş Polis İdarəsində Pünhan Əlizadə barəsində edilən şikayət əsasında cinayət işi başlanmışdır və avtomobilin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində iddiaçı mübahisələndirib, apellyasiya baxışının predmeti və apellyasiya instansiyasının qətnaməsi də həmin hissə üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
38. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli nəqliyyat vasitəsinə dair X13 tərəfindən iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə verilmişdir. Həmin etibarnamə də xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. Nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və iddiaçının həmin nəqliyya t vasitəsinə mülkiyyət hüququ yaranmamışdır.
40. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni məcmu halında tələb edilən əmlakın iddiaçının mülkiyyətində olması, həmin əmlak cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması müəyyən edilməlidir. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir. Hazırki işdə isə iddiaçının tələb etdiyi əmlaka, ümumiyyətlə, mülkiyyət hüququnun olması müəyyən edilməyib. Başqa sözlə, iddianın təmin edilməsi üçün zəruri olan şərtlərdən biri – əmlakın iddiaçının mülkiyyətində olması – mövcud deyil. Belə olan h alda, qeyd edilən normanın digər iki şərtinin mövcud olub-olmamasının əhəmiyyəti də qalmır.
42. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
43. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – mövcud etibarnamənin hüquq müəyyənedici sənəd olmaqla iddiaçının mülkiyyət hüququnu təsdiqləməsi – əsassız sayır. Belə ki, əvvəla, Mülki Məcəllənin 362.1-ci maddəsinə görə etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu xüsusda etibarnamə mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil.
44. Həmçinin müəyyən edilib ki, iddiaçının istinad etdiyi etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitib. Mülki Məcəllənin 365.1.1-ci maddəsinə görə də etibarnamənin müddətinin bitməsi etibarnamənin qüvvəsinə xitam verir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4520/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.