Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-43/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı; qarşılıqlı iddia üzrə iddiası Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1**9/2*23 nömrəli, 13 aprel 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh3, Cavabd eh5 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2**1-ci il tarixli, 17 saylı qərarı ilə *,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə 2**5-ci ildə tərtib edilmişdir.
3. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus olan 1 otaqlı, ümumi sahəsi 39,* kv.m, mətbəx 19,* kv.m, hamam 15,* kv.m, naves 15,* kvm-dən ibarət Xanlar rayon Quşqara kəndində olan və 12**,* kvadrat metr torpaq sahəsində yerləşən evini İddiaçı 26** (iki min altı yüz) manata satmış, Cavabdeh1 arvadı Cavabdeh2 və oğlu Cavabdeh4 Xanlar rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 16 fevral 2**6-cı il tarixli ərizələri ilə Cavabdeh1 məxsus olan və Xanlar rayon Quşqara kəndində yerləşən evin (mənzilin) satılmasına etirazları olmamışdır.
4. Notariat işinə əsasən, Reyestr kitabında 12/561 nömrəli, İnventar kitabında 255 nömrəli Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarınını Qeydiyyat İdarəsi Xanlar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdar əsinin Qeydiyyat vəsiqəsi ilə, Xanlar rayonu Quşqara kəndində yerləşən 1 (bir) yaşayış otağı, yaşayış sahəsi 2*.* kv.m-dən ibarət olan yaşayış evi mülkiyyət hüququ əsasında (Xanlar rayon Quşqara kənd İHN-nin 72 saylı, 24.*1.2**6-cı il tarixli arayışı əsasında) Cavabdeh1 adına qeydə alınmış, evə dair 1 saylı forma arayışda sənəd üzrə torpaq sahəsi 12** kv.m, faktiki olaraq 12*5 kv.m göstərilmiş, Xanlar rayonu Quşqara kənd icra nümayəndəlıiyinin arayışında Cavabdeh1 ailə üzvləri kimi arvadı Cavabdeh2 Münsabiq qızı və oğlu Cavabdeh4 qeyd edilmiş, onların hər ikisi evin satılmasına razılıqlarını vermişdir.
5. Xanlar rayonu Quşqara kəndində yerləşən 1 (bir) yaşayış otağı, yaşayış sahəsi 2*.* kv.m-dən ibarət olan yaşayış evi mülkiyyət hüququ əsasında (Xanlar rayon notariat kontorunun 4Ə/1-82 rey estr saylı, 17 fevral 2**6-cı il tarixli alqı-satqı müqaviləsi əsasında) İddiaçı adına qeydə alınmışdır.
6. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 2**6-cı ilin fevral ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən, Xanlar rayon Quşqara kəndində yerləşən həmin evin torpaq sahəsi 12**,5 kv.m olmaqla, evin və torpaq sahəsinin sxemi tərtib edilmişdir.
7. X3 13 may 2*16-cı ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
8. İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməs inə dair JN-24* A KOD 5*8*6*18 nömrəli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmiş Göygöl rayonunun Quşqara kəndində yerləşən *,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızı, Cavabdeh4 Oqtay oğlu, Cavabdeh5 Oqtay qızı və Cavabdeh6 Oqtay qızı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin *,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsinin həcminin dəyişdirilməsi və dəqiqləşdirilməsinə dair ərizə verərək, ərizəsində göstərdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-24* A KOD 5*8*6*18 nömrəli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavab deh3 Oqtay qızının Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının mülkiyyətinə verilmiş Göygöl rayonu, Quşqara kəndində yerləşən *,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Hüseynova X2 Xəyal Oqtay oğlu, Cavabdeh5 Oqtay qızı və Cavabdeh6 Oqtay qızı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin *,12 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə tələbini” 17.*2.2**6-cı il tarixli AN-İ **62979 saylı alqı-satqı müqaviləsində göstərilmiş 12** kv.m torpaq sahəsinin JN-24*A KOD 5*8*6*18 nömrəli şəhadətnamə olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmçinin həmin alqısatqı ilə JN-24* A KOD 5*8*6*18 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsini almasının müəyyən edilməsi və həmin 12** kv.m to rpağın mülkiyyətinə verilməsi tələbi ilə dəyişdirilməsini, həmçinin cavabdeh qismində göstərmiş olduğu Cavabdeh1 cavabdeh qismindən çıxarıb onun yerinə, vərəsələri Cavabdeh2, Cavabdeh3 Oqtay qızının Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qının və Cavabdeh6 Oqtay qızını cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
10. İlkin iddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı Göygöl rayonunun Quşqara kəndində *,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 39,* kv.m, 19,* kv.m mətbəxdən, 15,* kv.m hamamdan, 15,* kv.m navesdən ibarət bir otaqlı yaşayış evini 17.*2.2**6-cı ildə Göygöl (Xanlar) rayon dövlət notariat kontorunda təsdiqlənmiş 4Ə/1-82 reyestr nömrəli, AN-İ№-**62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 26** manata almışdır. Evinin yerləşdiyi *,12 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN24*A KOD 5*8*6*18 nömrəli *3.*1.2**5-ci il tarixli şəhadətnamə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay qızının adına işlənmişdir. Hazırda iddiaçıya 17.*2.2**6-cı il tarixli alqı-satqı müqaviləsində ancaq yaşayış evinin göstərildiyi ona məlum olmuşdur. Halbuki onun evi həmin *,12 ha torpaq sahəsində yerləşir. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi tələb etməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmışlar. Bu səbəbdən də o məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətindədir. Cavabdeh2, Cavabdeh3 Oqtay qızı, Cavabdeh5 Oqtay qızı, Cavabdeh6 Oqtay qızı və X4 qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, *3.*1.2**5-ci il tarixli, JN24*A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə müəyyən edilən torpaq sahəsindən onların *.1* ha paylarının naturada ayırıb, İddiaçı həmin sahədən çıxarılmasını və ilk iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər.
11. Cavabdeh2, Cavabdeh3 Oqtay qızı, Cavabdeh5 Oqtay qızı, Cavabdeh6 Oqtay qızı və X4 qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, *3.*1.2**5-ci il tarixli, JN24*A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə müəyyən edilən torpaq sahəsindən onların *.1* ha paylarının naturada ayırıb, İddiaçı həmin sahədən çıxarılmasını və ilk iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişlər.
12. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini belə əsaslandırmışlar ki, mübahisə edilən *,12 ha torpaq sahəsinin bir hissəsində olan yaşayış evini X3 17.*2.2**6-cı il tarixdə 4Ə-182 reyestr müqaviləsi ilə İddiaçı satmış, sonuncuya həmin evə dair müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Alqı-satqı müqaviləsi ilə yalnız yaşayış evi satıldığından, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsində yalnız satılmış ev göstərilmişdir. Satılmış evin yerləşdiyi *,12 ha həyəti 6 nəfərə (onlara və Oqtay Hüseynova) məxsus olduğundan, hər birilərinin payı *,*2 ha (*,12:6=*,*2) təşkil edir. Oqtay Hüseynovun evi ona məxsus *,*2 ha torpaq sahəsində olduğundan, torpağın boş olan *,1* hektarı onların, yəni 5 nəfərindir. Oqtay Hüseynov isə İddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsini yox, öz evin və evin yerləşən torpağın *,*2 hektar hissəsini satmışdır. Ümumi torpaq sahəsində olan pay satılarkən digər mülkiyyətçilərin razılığı alınmamışdır. Onlar yalnız *,*2 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə və ya ona satılmasına etiraz etməmişlər və hazırda da etmirlər.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.*9.2*22-ci il tarixli, 4/1*23 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 68-ci vərəqində olan Cavabdeh2 adından olan 16 fevral 2**6-cı il tarixli ərizənin kserosurətində “İmza” qrafasında əks olunmuş “HYcejновa” yazısı və imza – Cavabdeh2 tərəfindən icra olunduğu və ekspertizaya təqdim edilmiş mülki işin 69-cu vərəqində olan Cavabdeh4 adından ol an 16 fevral 2**6-cı il tarixli ərizənin kserosurətində “İmza” qrafasında əks olunmuş “HYcjнов” yazısı və imza – Cavabdeh4 tərəfindən icra olunduğu müəyyən edilmişdir.
14. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2*22-ci il tarixli, 2(*66)-39/2*22 nömrəli qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) ilkin iddia təmin edilmiş, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı (Xanlar rayon dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında) mülkiyyətində olan evin yerləşdiyi *,12 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı mülkiyyətində olan evin yerlə şdiyi (JN-24* A KOD 5*8*6*18 saylı şəhadətnamə üzrə olan) *,12 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, Göygöl rayonunun Quşqara kəndində yerləşən İddiaçı (Xanlar rayon dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında) mülkiyyətində olan evin yerləşdiyi *,12 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Oqtay qızının, Cavabdeh4 Oqtay oğlunun, Cavabdeh5 Oqtay qızının və Cavabdeh6 Oqtay oğlunun mülkiyyətinə verilmiş Torpağın mülkiyyətə verilməsi barədə JN-24* A KOD 5*8*6*18 saylı şəhadətnamənin ləğv edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qar şı *3.*1.2**5-ci il tarixli, JN-24* A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə müəyyən edilən torpaq sahəsindən cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) *.1* ha paylarının naturada ayrılması və İddiaçı həmin sahədən çıxarılması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 112 (bir yüz on iki) manat ekpertiza xərci Cavabdeh2 Münsüb qızından, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 özünə məxsus Göygöl rayonu Quşqara kəndində olan və 12** kvadrat metr torpaq sahəsində yerləşən ümumi sahəsi 39,* kv.m olan evini İddiaçı 26** (i ki min altı yüz) manata satmış və bu barədə 17 fevral 2**6-cı il tarixdə Xanlar rayon notariat kontorunda öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilə bağlananda Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh4 sözügedən evin satılmasına etirazı olmamalarına dair ərizə yazıb imza etmişlər. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh4 həmin evin satılmasından xəbərləri olmamasını və notariat kontorunda təsdiq edilmiş ərizələrdə yazıların və imzaların onlara məxsus olmamasını bildirsələr də, 26 sentyabr 2*22-ci il tarixli ekspert rəyi ilə həmin yazıların və imzaların onlara məxsus olması öz təsdiqini tapmışdır. Bundan əlavə olaraq məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 17 fevral 2**6-cı il tarixdə İddiaçı ilə alqı-satqı müqaviləsini notarial qaydada bağlaya rkən fərdi yaşayış evinin yerləşdiyi *.12 ha torpaq sahəsini də satmışdır. Həmin ev və evin yerləşdiyi *,12 ha torpaq sahəsi 2**6-cı ilin fevral ayından İddiaçı istifadəsindədir. Lakin həmin dövrün alqı-satqı müqaviləsinin şərtlərində bir qayda olaraq “fərdi yaşayış evinin satılması barədə alqı-satqı müqaviləsində satılan fərdi yaşayış evi torpaq sahəsində yerləşən fərdi yaşayış evi kimi göstərildiyindən” alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması qeyd olunmamışdır. Göründüyü kimi alqı-satqı müqaviləsinin göstərilən formada torpaq sahəsinin satılmasının yazılmaması alıcının və yaxud satıcının günahından yox, həmin dövrdə alqı-satqını rəsmiləşdirən notariat kontorunun alqı-satqı müqaviləsinin formasına görə yazılmamışdır. Həmçinin 16 il müddətində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı qarşı *,12 ha torpaq sahəsinin mübahisəsinə dair hər hansı bir iddialarının olmaması onlar tərəfindən torpaq sahəsini İddiaçı satmalarını təsdiq edir. Göstərilənlərə görə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 1*1.7, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, habelə Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayəti ver ərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Göygöl rayonu, Quşqara kəndində yerləşən evinin 12 sot torpaq sahəsi Xanlar Rayon AİK qərarı ilə mərhum Cavabdeh1, onun və uşaqları digər qarşılıqlı iddiaçılar Zəminə, Xəyalə, Firəngiz və Xəyalın mülkiyyətinə verilmişdir. Onların hər birinin həmin torpağa 2 sot payı olmuşdur. Oktay evi satarkən, onun və oğlu Xəyalın da razılıq ərizələri alınmış, torpaqdan isə söhbət getməmişdir. Əgər torpaqdan söhbət getsəydi, onlar da müqavilədə tərəf olar, ya da etibarnamə verməli idilər. Lakin bu halların heç birisi olmamışdır. Buna baxmayaraq, məhkəmə torpağa alqı-satqı müqaviləsini aidiyyatsız sübutlarla bağlanmış hesab edərək, torpağı İddiaçı mülkiyyətinə verərək, onların mülkiyyət hüququnu təsdiq edən JN-24*A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv, onların paylarının ayrılmasına və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddiasını isə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152.1, 215.4-cü maddələrini pozmuş, MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə formal istinad etmiş, qətnaməsini yalnız iddiaçının iddiası üzərində qurmuş, qarşılıqlı iddianın dəlillərinə əhəmiyyət verməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-1**9/2*23 nömrəli mülki iş üzrə 13 aprel 2*23 -cü il tarixli qərardadı ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin 2(1*4)-1**9/2*23 nömrəli mülki iş üzrə 13 aprel 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı *3.*1.2**5-ci il tarixli, JN-24* A nömrəl i “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə müəyyən edilən torpaq sahəsindən cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) *.1* ha paylarının naturada ayrılması və İddiaçı həmin sahədən çıxarılması barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh1 Xanlar rayon Quşqara kəndində mülkiyyətində olan 12**,* kvadrat metr torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 39,* kv.m, mətbəx 19,* kv.m, hamam 15,* kv.m, naves 15,* kvmdən ibarət fərdi yaşayış evini İddiaçı 26** (iki min altı yüz) manata satmışdır. Həmin y aşayış evini satarkən, onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2 və oğlu Cavabdeh1 yazılı ərizələri ilə həmin evin satılmasına razılıqlarını bildirmişlər. Həmin yaşayış evi Xanlar rayon notariat kontorunun 4Ə/1-82 reyestr saylı, 17 fevral 2**6-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınaraq, müvafiq Qeydiyyat vəsiqəsi verilmiş və onun adına texniki pasport tərtib edilmişdir. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 2**6-cı ilin fevral ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Xanlar rayon Quşqara kəndində yerləşən həmin evin torpaq sahəsi 12**,5 kv.m olmaqla, evin və torpaq sahəsinin sxemi t ərtib edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən Göygöl Rayon Məhkəməsinə daxil olmuş mübahisəli evə dair notariat işində olan satıcı Cavabdeh1 adına qeydə alınmış, evə dair 1 saylı forma arayışda sənəd üzrə torpaq sahəsi 12** kv.m, faktiki olaraq 12*5 kv.m göstərilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh4 həmin alqı-satqı müqaviləsi üzrə verilmiş razılıq ərizələrindəki imzaların onlara məxsus olmadığını bildirərək, ekspertiza keçirilməsini xahiş etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 26.*9.2*22-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 68-ci vərəqəsində olan Cavabdeh2 adından olan 16 fevral 2**6-cı il tarixl i ərizənin imza qrafasında əks olunmuş “Hycejнova” yazısı və imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Mülki işin 69-cu vərəqəsində olan Cavabdeh4 adından olan 16 fevral 2**6-cı il tarixli ərizənin imza qrafasında əks olunmuş “Hycjнov” yazısı və imza Cavabdeh4 tərəfindən icra olunmuşdur.
22. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçıların mübahisəli torpaq sahəsində onların hər birinin 2 sot payı olması, həmin ev satılarkən onların torpaq paylarının satılmaması barədə dəlillərini əsassız hesab etmişdir. Belə ki, işin yuxarıda qeyd edilkən hallarından göründüyü kimi, Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh1 Xanlar rayon Quşqara kəndində mülkiyyətində olan 12**,* kvadra t metr torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 39,* kv.m, mətbəx 19,* kv.m, hamam 15,* kv.m, naves 15,* kv.m-dən ibarət fərdi yaşayış evini İddiaçı 26** (iki min altı yüz) manata satmışdır. Həmin yaşayış evini satarkən, onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2 Münsabiq qızı və oğlu Cavabdeh1 yazılı ərizələri ilə həmin evin satılmasına razılıqlarını bildirmişlər.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin yaşayış evi Xanlar rayon notariat kontorunun 4Ə/1-82 reyestr saylı, 17 fevral 2**6-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınaraq, müvafiq Qeydiyyat vəsiqəsi verilmiş və onun adına texniki pasport tərtib edilmişdir. Xanlar rayon Dövlət notariat kontorunun 17 fevral 2**6-cı il tarixli, 4Ə/1-82 reyestr nömrəli, AN-İ **62979 saylı Daşın maz Əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 2**6-cı ilin fevral ayında tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunda Xanlar rayon Quşqara kəndində yerləşən həmin evin torpaq sahəsi 12**,5 kv.m olması qeyd edilərək, evin və torpaq sahəsinin sxemi tərtib edilmiş və bu hal keçən uzun müddət ərzində heç vaxt mübahisələndirilməmiş, mübahisə edilən 12 sot torpaq sahəsi alqı-satqı müqaviləsi bağlanıldığı vaxtdan iddiaçı tərəfin sahbliyində və istifadəsində olmaqla, heç bir mübahisə və narazılıq doğurmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sü butlar əsasında, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2, 215.4, 215.5 və 215.6-cı maddələrinin tələblərini pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa onlar digər iki nəfər qarşılıqlı iddiaçılardan ayrı apellyasiya şikayəti versələr də məhkəmə kollegiyası həmin şikayətlərə ayrıca baxmalı olduğu halda baxmamışdır. Hesab edirlər ki, iradələri olmadan mülkiyyət hüququndan məhrum edilə bilməzlər. Məhkəmə kollegiyası bu dəlillərinə cavab verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Konstitusiyası
27. Maddə.13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
29. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ol a bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
33. Maddə
245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan i stifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Bel ə ki, Mülki Məcəllənin 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
43. İşə mahiyyəti üzrə baxan məhkəmələr mübahisəli torpaq sahəsində yerləşən evin alqı-satqısı barədə müqavilənin etibarsız sayılmasına əsas verən hal müəyyən etməmişlər.
44. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzg ün tətbiq edilibedilmədiyini yoxlayır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və qarşılıqlı iddiaçıların dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1**9/2*23 nömrəli, 13 aprel 2*23-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.