Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-430/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1, vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2562/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı qızı, xx xxxx 2013-cü il təvəllüdlü X3 və X2 ilə birlikdə, əmlakının yerləşdiyi X5 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh1 ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə ailə qurmuş və əmlakı ilə birlikdə cavabdehlərin yaşadıqları X5saylı mənzilə köçərək cavabdehlərlə eyni təsərrüfatı idarə etmişdir. Cavabdeh1la onun birgə nikahından xx xxxx 2013-cü il tarixdə X5 və X5 adlı iki qızları doğulmuşdur. Onlar xx xxxxxx 2018-ci il tari xə kimi mübahisə predmeti olan mənzildə daimi yaşamış və həmin gün o, iki uşağı ilə birlikdə iynə vurdurmaq üçün qonşu qadının evinə getdikdən sonra mənzilin qapısını bağlX5 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onu mənzilə buraxmamışlar. O, 102 xidmətinə və atasına zəng edərək hadisə barədə məlumat vermişdir. Lakin polis gec gəldiyi üçün o, atasının evinə getmişdir. Bir gün sonra sahə müvəkkili ilə birlikdə mübahisəli mənzilə gəlsə də, cavabdehlər mənzilin qapısını açmamışlar. Cavabdeh1 ilə onun arasında olan nikah Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, qızları onun himayəsinə verilmişdir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydə alınmamışdır. X1 Dəstənin işçiləri üçün inşa edilmiş və binanın təhvil verilməsi gecikmiş, cavabdehlər 1993-cü ildə həmin binanın mübahisəli mənzilinə köçmüşlər. Onun əmlakı mübahisəli mənzildə qalmış və onların həmin mənzildən başqa yaşayış yeri yoxdur. Ona görə də o, uşaqları ilə birlikdə X5 mənzilə köçmək istəyir. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(046)1009/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 qarşı onun azyaşlı uşaqları ilə birlikdəX5 mənzilinə köçürülmələrinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev – məruzəçi, Mahir Əsədli) xx xxxxxx 2019-cu il tarixli 2(107)-2562/2019 nömrəli qətnaməsi ilə iş üzrə İd diaçı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmX5 uşaqları X3 və X2 ilə birlikdəX5 mənzilinə köçürülməsi, Dövlət rüsumu kimi ödənmiş 10 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Rafiq qazına verilməsi qət edilmişdir. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 saylı mənzil 182 saylı SMD-ni n Müdiriyyət və Həmkarlar ittifaqları Komitəsinin xx.xx.1993-cü il tarixli 47 saylı iclas protokoluna əsasən Cavabdeh2 verilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X5 bina nə Göyçay şəhəri MİS-nin, nə də 182 saylı SMD-nin balansında deyildir. Bu səbəbdən mübahisələndirilən bina qanuni əsaslarla tikilmiş və özbaşına tikinti kimi qiymətləndirilməməlidir. İddiaçı Cavabdeh1 özünü və uşağını saxlamaq tələbini irəli sürmək, o cümlədən mülkiyyətində olan mənzildən istifadə etmək hüququ vardır. Lakin hazırki iş üzrə mübahisəli mənzil 182 saylı SMD-nin Müdiriyyət və Həmkarlar İttifaqları Komitəsinin xx.xx.1993-cü il tarixli 47 saylı iclas protokoluna əsasən Cavabdeh2 verilmişdir. Eyni zamanda iddiaçının yetkinlik yaşına çatmamış uşaqlarının mübahisəli mənz ildən istifadə hüququ yaranmadığı üçün bu iddia ilə müraciət etməsi də əsassızdır. Həmçinin, iddiaçının nikah bağlandıqdan sonra mübahisəli mənzildə yaşaması əşyalarının orada yerləşdirilməsi onun həmin yaşayış sahəsinə köçməsi üçün əsas ola bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini qəbul etməyərək, kassasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. İddiaçı işin baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh2 oğlu olan digər Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla X5 saylı mənzilə gəlin köçmüş, həmin nikahdan X3 və X2 adlı övladları anadan olmuşlar. İddiaçı Cavabdeh1 ilə ailə münasibətləri pozulduğu üçün iddiaçı mübahisəli ünvanda xx xxxxxx 2018-ci il tarixədək yaşamış və bu şəxslərin nikahları Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən rəsmi qayd ada ləğv edilmişdir. İddiaçı mübahisəli mənzilə köçdüyü vaxtdan ailə üzvü kimi qəbul edilərək cavabdehlərlə bir mənzildə yaşamış, onlarla birgə təsərrüfat aparmışdır. Cavabdehlər hansı hüquqi əsaslarla mübahisəli mənzildə yaşayırlarsa, iddiaçı və onun azyaşlı uşaqları da eyni hüquqla mənzildə yaşamağa haqları vardır. İddiaçınin cehiz və digər əşyaları hazırda da mübahisəli mənzildədir. Ancaq cavabdehlər iddiaçıya mənzildə yaşamağa mane olmaqla mənzilə köçməyə imkan vermirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı yetkinlik yaşına çatmX5 uşaqları X3 və X2 ilə birlikdəX5 mənzilinə köçürülməsini tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Ancaq birinci instansiya məhkəməsi mübahisəyə baxarkən işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və pro ssesual normaları düzgün tətbiq etməmişdir. Ona görə də düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5 saylı mənzil 182 saylı SMD-nin Müdiriyyət və Həmkarlar İttifaqları Komitəsinin xx.xx.1993-cü il tarixli 47 saylı iclas protokoluna əsasən Cavabdeh2 verilmişdir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X5 bina nə Göyçay şəhəri MİS-nin, nə də 182 saylı SMD-nin balansında deyildir. Mənzilin yerləşdiyi bina istismar edilməsi üçün təhvil verilmədiyindən müvafiq qaydada balansa götürülməmişdir. Mənzilin yerləşdiyi yaşayış binası dövlət vəsaiti hesabına tikildiyi üçün mübahisəli mənzil dövlət mənzil fonduna aid edilməlidir və mübahisə də qüvvədə olan Mənzil Məcəlləsinin 68ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək, haqlı olaraq qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2012-ci ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, iddiaçı cavabdeh Cavabdeh2 məxsus mənzilə 2012-ci ildə gəlin köçərkən mənzil dövlət mənzil fonduna a id olub və Cavabdeh2 həmin mənzilin kirayəçisi olmuşdur. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi (53 və 54-cü maddələr) qüvvədən düşdüyündən və xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də xx.xx.2009-cu ildən qüvvədə olan sosial kirayə müqaviləsinə aid normalar tətbiq edilməsi mümkündür. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşX5 əri (arvadı), habelə onun uşa qları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmX5 himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə cavabdehlərin ailə üzvü kimi 2012-ci ildə köçdüyündən onun həmin mənzildə onlarla birlikdə yaşamaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlər inin yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-ci maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə o yaşayış yerini itirmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları var. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmX5 yetkinlik yaşına çatmX5ların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzil kassatorun mülkiyyətində olmadığından onun Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə istinad etmək hüquqları yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmişdir, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edi lməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2562/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-430/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-430/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver