Məhkəmə qərarları › İş №2(102)-4305/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4305/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4305/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(104)-4495/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Q.Mustafayev, iş № 2(062)-1845/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 2000 ABŞ dolları, Cavabdeh2 10.815 ABŞ dollarının alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.N.Quliyev, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək Tovuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh1 2000 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla alınıb İddiaçı verilməsi, Cavabdeh2 10.815 ABŞ dollarının tutulmasına dair hissədə iddianın rədd olunması qət edilmişdir. İşin halları: 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin aprel ayında 3 il ərzində qaytarmaq şərti ilə Cavabdeh1 3000 ABŞ dolları, Cavabdeh2 isə 20.000 ABŞ dolları məbləğində borc verməsini, həmin borc məbləğindən Cavabdeh1 ona 1000 ABŞ dolları, Cavabdeh2 isə 9185 ABŞ dol ları qaytarmasını, qalıq borcu tələb etsə də cavabdehlərin bundan boyun qaçırmalarını əsas göstərməklə cavabdehlər Cavabdeh1 2000 ABŞ dollarının, Cavabdeh2 isə 10.815 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddianın Cavabdeh2 münasibətdə rədd edilməsinin işdəki sübutlarla təkzib olunmasını, apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən iş üzrə yanlış nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh2 münasibətdə ləğv edilərək işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilməsi xahiş olunsa da, onun məzmunundan görünür ki, iddiaçı qətnamənin əsaslılığını yalnız Ruslan Hacıyevə qarşı iddia tələbinin rədd olunmasına dair hissədə mübahisələndirmişdir. Cavabdeh1 münasibətdə iddia tələbi, yuxarıda qeyd olunduğu kimi tam həcmdə təmin olunmuş, onun tərəfindən nə apelyasiya nə də kassasiya şikayəti verilməmişdir. Bununla əlaqədar kassasiya kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə - Cavabdeh2 münasibətdə yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh2 münasibətdə rədd edərkən onun 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasında olmamasını və belə olduqda iddiaçının ona 2014-cü ilin aprel ayında 20.000 ABŞ dolları məbləğində borc verməsi barədə göstərdiklərinin həqiqətə uyğun olmamasını əsas göstərmişdir. Cavabdeh2 2014-cü ilin aprel ayında Azərbaycan Respublika sında olmaması barədə nəticəyə gəldikdə isə, apelyasiya instansiyası məhkəməsi onun ümumvətəndaş pasportuna əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin başlıca və mötəbər sübut kimi əsaslandığı işin 67-ci səhifəsində olan Cavabdeh2 ümumvətəndaş pasportunun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx xxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikasından getmiş, xx xxx 2014-cü il tarixdə isə Azərbaycana qayıtmışdır. Həmin sənəddən göründüyü kimi Cavabdeh2 2014-cü ilin aprel ayının 08-nə kimi Azərbaycanda olmuşdur. Bu isə onun bütün aprel ayı ərzində respublikada olmaması nəticəsinə gəlmək üçün əsas vermədiyindən, apelyasiya instansiyası məhkəməsinin cavabdehin ümumvətəndaş pasportundakı qeydə əsaslanıb Cavabdeh2 bütün aprel ayı ərzində Azərbaycanda olmaması barədə gəldiyi nətic ə iddianın əsassız olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Cavabdeh2 apelyasiya və kassasiya şikayətlərində, həmin instansiyalarda işə baxılarkən verdiyi izahatlarında İddiaçı borc almasını qəti inkar etsə də, onun işin 20-ci səhifəsində olan birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya etirazından görünür ki, o, iddiaçı tərəfindən iş üzrə digər Cavabdeh1 verilmiş 16.000 manat məbləğində pulu Cavabdeh1 aldığını və həmin məbləği də ona qaytardığını göstərmişdir. Həmin etiraz onun iddiaçıdan pul almasını qismən təsdiq etsə də, apelyasiya instansiyası məhkəməsi işin həmin halını lazımınca araşdırmadan, Cavabdeh2 xahişi ilə iddiaçıdan 20.000 ABŞ dolları məbləğində borc alıb ona verməsini təsdiq edən Cavabdeh1 göstərdiklərini təkzib edən mötəbər sübutlara əsaslanmadan, Cavab deh2 2014-cü ilin aprel ayının 8-nə kimi Azərbaycanda olmasına qiymət vermədən iddianın Cavabdeh2 münasibətdə əsassız olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə işdə olan bütün sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq obyektiv və qərəzsiz qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən yuxarıda göstərilən hallar tam və hərtərəfli yoxlanılmalı, nəticəsindən asılı olar aq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 88, 217-220-ci maddələrinin tələblərinə cavab verən qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin. İş həmin hissəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar