Məhkəmə qərarları › İş №2(102)-4306/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4306/2020

12.08.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4306/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(066)687/2019, hakim Q.Ə.Abbasov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin bağlanmış hesab edilməsi, şəhad ətnamələrin ləğv edilməsi və torpaqların onun adına dövlət qeydiyyatına alınması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-3551/2019, hakimlər F.Ə.Mehtiyev, L.S.Süleymanov, A.V.Bayramov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Qarabulaq kəndi ərazisində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə 0,75 ha və 0,17 ha torpaq sahəl ərinə dair əqdin baş tutmuş hesab edilməsi, həmin torpaq sahələrinə dair çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinin onun adına dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisənin maddi hüquqi əsası düzgün müəyyən edilməmiş, işin halları tam, hərtərəfli araşdırılmamış, sübutlar müqayisəli şəkildə tədqiq edilməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tə rəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli qərarı ilə Göygöl rayonu Qarabulaq kəndi ərazisində yerləşən 0,7 5 ha və 0,17 ha torpaq sahələri X5, X3, Cavabdeh1, X1, X2 və Cavabdeh2 birgə mülkiyyətinə verilmiş və torpaqların mülkiyyətə verilməsi barədə şəhadətnamələr verilmişdir. X5 5248 kv.m torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evini iddiaçıya satmışdır. XXX yerləşən iki otaqlı fərdi yaşayış evi xx xxxxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh1 atası Vaqif Fərəcovdan göstərilən evlə bərabər, 0,75 ha və 0,17 ha torpaq sahələrini də aldığını göstərmiş və həmin vaxt torpaq sahələrinə dair şəhadətnamələr hazır olmadığından alqı-satqı müqaviləsində yalnız fərdi yaşayış evinin qeyd edildiyini, sonradan Vaqif Fərəcov və arvadının vəfat etdiyini, torpaq sahələrinin sənədləşməsi üçün Cavabdeh1 müraciət etdiyini və və sonuncunun bundan imtina etdiyini bildirmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halın təsdiq edilməsi üçün xx xxxxxxx 2004-cü il tarixli qəbz təqdim etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2006-cı il tarixli qərarında Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, həmin «maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər ü çün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir». İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi mərhum Vaqif Fərəcov ilə bərabər onun ailə üzvləri olan hazırki iş üzrə cavabdehlərin da paylı mülkiyyətinə verilməklə, həmin torpaq sahəsi paylı mülkiyyətçilər arasında natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir. Bu halda, həmin torpaq sahələrinin yalnız cavabdehlərin iradə ifadəsi əsasında bağladıqları əqd üzrə özgəninkiləşdirilməsi mümkün ola bilərdi. Cavabdehlərin onlara məxsus torpaq sahələrini iddiaçının xeyrinə özgəninkiləşdirilməsinə dair iradə ifadələrinin olması, yəni alqı-satqı münasibətlərində tərəf kimi iştirak etmələri ümumiyyətlə müəyyən edilmir. Bu halda iddiaçı tərəfin dən təqdim edilmiş 20 oktyabr 2004-cü il tarixli qəbz özüözlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunverciliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar