Məhkəmə qərarları › İş №2(102)-4306/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4306/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4306/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4306/21 (Açar sözlər: prosessual müddətin keçməsi, kassasiya şikayətinin qaytarılması) Bakı şəhəri, 27 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2020 nömrəli, 05 may 2021-ci il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-879/2020 nömrəli, 06 fevral 2020-cı il tarixli qətnaməsi ilə iddiaçı Bank "xxxx" ASC-nin iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların övladı X1 iddiaçı Bank "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 239, M 9, m 1) istif adə hüquqlarına xitam verilməsi, həmin mənzil boşaldılması, iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur. (hakim Sərdar Mehrəliyev).

2. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2020 nömrəli, 16.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-879/2020 saylı iş üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov)

4. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiy a şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2020 nömrəli, 05 may 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılıb. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov)

6. Apellyasiya instansiyası poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə istinadən müəyyən edib ki, Bakı Apelyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsinin surəti Cavabdeh2 vəkili-nümayəndəsi olan Vəkil tərəfindən 02.12.2020-ci il tarixdə xəbərnaməyə şəxsən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir (iş v.110). Qətnamə təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda, kassasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec, yəni 29.03.2021-ci il tarixdə verilmiş, həmçinin “müddətin bərpa edilm əsi barədə” vəsatət də verilməmişdir.

7. Qeyd edilən hallara görə apellyasiya məhkəməsi Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini geri qaytarmışdır.

8. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 130.1, 405.0.1 və 408.1.4cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayətinə mahiyyəti üzrə baxılmaısna daiq qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinin dəlilləri: - barəsində şikayət verilən qətnaməni cavabdeh 02 dekabr 2020-ci ildə deyil, 16 mart 2021-ci ildə alıb; - kassasiya şik ayətinin geri qaytarılması məsələsinə məhkəmə iclasında baxılmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank "xxxx" ASC-nin vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından qə tnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyas ı məhkəmələri tərəfindən qaytarılır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

15. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

17. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin halları ondan ibarətdir ki, Cavabdeh2 vəkili-nümayəndəsi olan Vəkil oğlu qətnamənin surətini 02.12.2020-cı il tarixdə almış olsa da, həmin qətnamədən kassasiya şikayətini 29.03.2021-ci il tarixdə verməklə, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, kassasiya şikayəti verilməsi üçün buraxılmış prose ssual müddətin bərpasına dair vəsatət də verməmişdir.

18. Göründüyü kimi, apellyasiya məhkəməsinin tətbiq etdiyi MPM-in 130.1, 405.1 və 408.1-cü maddələri işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

19. Məhkəmə kollegiyası cavabdeh tərəfindən barəsində şikayət verilən qətnamənin 02 dekabr 2020-ci ildə deyil, 16 mart 2021-ci ildə alınması barədə kassasiya şikayətini dəlillərini qəbul etmir. Çünki cavabdeh qeyd edilən qətnaməni 16 mart 2021-ci ildə almasını göstərsə də, bununla bağlı hal müəyyən edilməyib. Əksinə, cavabdehin nümayəndəsinin (vəklinin) 02.12.2020-ci il tarixdə xəbərnaməyə şəxsən imza edilməklə qətnaməni rəsmi qaydada qəbul etməsi isə təsdiq edilib.

20. Kassasiya şikayətinin geri qaytarılması məsələsinə məhkəmə iclasında baxılmaması barədə dəlilə gəldikdə, kollegiya qeyd edi r ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə isə bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövc ud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

21. Qeyd edilən normaların məzmunundan da görünür ki, kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən qaytarılması məsələsinə tərəflərin iştirakı ilə baxılması nəzərdə tutulmayıb.

22. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qərardadın ləğv edilməsi üçün əsas hesab etmir.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2020 nömrəli, 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar