Məhkəmə qərarları › İş №2(102)-4306/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4306/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4306/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)3598/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Baş Prokur oru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X12, X10, X3, İddiaçı və X5, Cavabdeh onlara qarşı dələduzluq cinayətini törətməsi barədə şikayət ərizəsi üzrə Baş İdarədə araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

2. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə İddiaçı və X6 eyni məzmunlu şikayət ərizələri əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)6839/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)283/2022 saylı qətnaməsi Cavabdeh X6 xeyrinə 77.000 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh X6 xeyrinə 62.000 manat pul vəsaitinin tutulması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 203.882,36 ABŞ dollarının ödəniş vaxtı milli manata məzənnədə tutulub ona ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uşaqlıqdan tanımış, uşaqlıq illərindən bir məhəllədə yaşamış, qonşu kimi münasibətləri olmuş və son dövrə kimi, yəni onun pulunu qaytarmaqdan imtina edənə kimi münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin fevral ayında digər tanışı X12 onunla görüşərək bildirmişdir ki, cavabdehlə bir müddətdir ki, mebel işində işləyirlər və onun də müvafiq pul qoyub qazanc əldə edəcəyini bildirmişdir. Daha sonra o, bu barədə cavabdehlə görüşərək söhbət etmiş, cavabdeh ona həqiqətən qayınatasının müvafiq tenderdə qalib gəldiyini və hazırda mebel işinə külli miqdarda pul yatırdıqlarını, onun da pul qoyacağı halda qazanc əldə edəcəyini bildirmişdir. Cavabdehə ilk dəfə 2020-ci ilin fevral ayında sonuncu ya məxsus “Lexus GS 300” markalı avtomobildə nağd qaydada sellofan bağlamada 60.000 ABŞ dolları vermiş, həmin vaxt Elçin Qasımov da orada olmuş, eləcə də həmin pul vəsaitini vermək üçün gedərkən Samir İbrahimov da orada olmuşdur. Bundan əlavə, 2020-ci ilin may ayında cavabdehə məxsus yeni alınmış Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında 70.000 ABŞ dollarını Samir İbrahimov, Elçin Qasımov və Namiq Abdullayevin yanında vermiş, sonuncu dəfə isə 2020-ci ilin iyul ayında cavabdehə “X19” markalı avtomobilin salonunda 118.000 ABŞ dolları pulu nağd şəkildə vermiş, sonuncu isə ona müxtəlif vaxtlarda ümumilikdə 75.000 manat, dollar məzənnəsi ilə 44.117,64 ABŞ dolları pul qaytarmışdır. Hazırda cavabdehin ona 203.882,36 ABŞ dolları borcu qalmışdır. Lakin, dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh öhdəliklərinə əməl etməyərək şərtləri pozmuşdur. Nəticədə məcbur qalıb şikayət etmiş və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda göstərdiyi vəsaiti cavabdehə verməsi öz təsdiqini tapmışdır. Qərarda məsələnin mahiyyət etibarilə məhkəməyə aid olması səbəbindən mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bakı şəhəri, Yasamal rayon Polis Şöbəsinə xx.xx.2020-ci ildə eyni məzmunlu şikayət ərizəsi verərək cavabdehi onu və başqalarını aldatdığını, pulu qaytarmaqdan imtina etdiyini, buna görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanması” rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdehə ona və başqalarına qarşı pul vəsaiti alaraq eyni hərəkətləri etmiş, zərərin bir hissəsini ödədiyinə görə cinayət məsuliyyətindən yayına bilmişdir.

6. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh həm hazırkı mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında, habelə buna qədər iddiaçının şikayətləri üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, daha sonra Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində, daha sonra Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmala r zamanı verdiyi izahatlarında bildirmişdir ki, o, iddiaçıdan heç vaxt birbaşa hər hansı məbləğdə pul almamış, X12 adlı şəxsdən müxtəlif vaxtlarda 45.000 manat, 30.000 manat, 90.000 manat, beləliklə cəmi 165.000 manat faizə pul götürmüş, həmin pulu faizləri ilə birlikdə Elçin Qasımova qaytarmış, nəticədə Elçin Qasımovdan faizə götürdüyü pulun əvəzində Elçin Qasımova əlavə olaraq 86.000 manat pul qaytarmaqla ona ümumilikdə 251.000 manat pul qaytarmış, sonradan qayınatası mərhum X1 Qasımovdan alınmış eyni borca görə əlavə olaraq iddiaçının atası X8 50.000 manat pul qaytarmış, bu səbəbdən onun Elçin Qasımova hazırda hər hansı məbləğdə nə əsas, nə də faiz borcu qalmamış, lakin Elçin Qasımov və iddiaçı ondan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdikləri ərəfədə bildirmişlər ki, iddiaçının deməsinə görə Elçin Qasımovun ona faizə verdiyi 165.000 manat pul Elçin Qasımovun iddiaçıdan faizə götürüb üstünə özünün faizini də əlavə edərək ona verdiyi pul imiş. Beləliklə, Elçin Qasımovdan faizə götürdüyü 165.000 manat pulu artıqlaması ilə ona qaytarmışdır, iddiaçıdan isə birbaşa heç vaxt hər hansı məbləğdə pul almamışdır, hazırda iddiaçı qanunsuz və əsassız olaraq cavabdehdən 203.882,36 ABŞ dollarının ödəniş günü manata olan məzənnə ilə tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. İddia tələbi təkcə əsassız deyil, həm də belə bir tələbin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verildiyindən iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də mübahisə ilə bağlı ümumiyyətlə hər hansı pul tələbinin irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürüldüyü əsası ilə də rədd edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, guya cavabdehə 248.000 ABŞ dolları pul vermişdir və cavabdeh tərəfindən həmin puldan 44.117,64 ABŞ dolları qaytarılmış, 203.882,36 ABŞ dolları borcu qalmışdır. Əvvəla, mülki işdə tərəflər arasında hər hansı məbləğdə, o cümlədən hər hansı valyutada pul vəsaitinin alınıb-verilməsinə dair hər hansı sənəd, sübut yoxdur. Məsələnin başqa tərəfidir ki, hər hansı məbləğdə pul alınıb-verilməmişdir. Lakin nə qədər ki, iddiaçı qanunsuz və əsassız olsa da, iddia edir ki, guya onun tərəfindən cavabdehə 248.000 ABŞ dolları borc pul verilmişdir və guya həmin məbləğdən 44.117,64 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır, bu halda iddiaçı bu hal ların baş vermiş olduğunu sübut etməli, bunun üçün isə mütləq tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsini təqdim etməli idi. Mülki işdən və iddia tələbinin əsaslandırılmasından görünür ki, belə bir müqavilə yoxdur və olmamışdır. Göründüyü kimi, hazırkı iddia tələbi təkcə əsassızlığına görə deyil, həm də hətta bir anlığa ehtimal etsək ki, tərəflər arasında əhəmiyyətsiz də olsa, hansısa əqd olmuşdur, bu halda belə iddianın irəli sürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüş olur. Odur ki, qeyd olunanları nəzərə alıb iddiaçının cavabdehdən 203.882,36 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə tutularaq ona ödənilməsinə dair iddia ərizəsinin əsassız olması ilə bərabər, həm də iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(010)203/2023 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi formada bağlandığı iddia olunan borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki, bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada, yəni yazılı formada müqavilə bağlanmamışdır.

9. Məhkəmə, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi izahatlarla bağlı qeyd etmişdir ki, nə tərəflərin bu orqanlar tərəfindən aparılmış araşdırma gedişində verdiyi izahatların, nə də bu orqanlar tərəfindən aparılmış araşdırmanın yekununda qəbul edilmiş qərarların və bu qərarlarla müəyyən edilmiş halların hazırkı iş üzrə mübahisəyə baxan məhkəmə üçün heç bir preyudisial ə həmiyyəti yoxdur.

10. Məhkəmə, həmçinin izahatların müqayisəli təhlili əsasında qeyd etmişdir ki, izahatların müəllif şəxslər tərəfindən yazıldığı və beləliklə, məzmununa əsasən izahatların təhrif edildiyi nəticəsinə gəlmək mümkündür. Xüsusən, iddiaçı və X6 Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi bir-biri ilə sözbəsöz “üst-üstə düşən” izahatları bu izahatların üçüncü şəxs tərəfindən eyni izahatı iki şəxsə uyğunlaşdırmaq yolu ilə yazılması barədə fikir formalaşdırır. Bütün bu halların və yuxarıda sadalanmış aşkar ziddiyyətlərin fonunda bu izahatları, eləcə də bu izahatlar əsasında qəbul edilmiş qərarlarda qeyd edilmiş halları iş üzrə mötəbər sübut kimi qəbul etmək mümkün deyil. Eyni səbəbdən bu qərarlar və izahatlar əsasında məhkəmə, iddiaçının cavabdehə 248.000 ABŞ dolları pul vermə sinin sübut olunduğu nəticəsinə gəlinə bilməz. Xüsusən, nəzərə alınmalıdır ki, açıq şəkildə təhrif olunmuş və ziddiyyətli məzmununa baxmayaraq, cavabdeh birbaşa iddiaçıdan 248.000 ABŞ dolları pul aldığını izahatların heç birində qəbul etməmişdir.

11. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı ilə bağlı qeyd etmişdir ki, təqdim edilmiş səs yazısı əsasında cavabdehin iddiaçıdan 248.000 ABŞ dolları məbləğində pul alması nəticəsinə gəlmək mümkün deyil. Əksinə, danışığın iddiaçı tərəfindən gizlin qeydə alınması, cavabdehin isə bu səsyazmadan məlumatsız olması nəzərə alınsa, cavabdehin danışıqlarının daha səmimi olduğu nəticəsinə gəlmək mümkündür.

12. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şahidin mülahizə əsaslı fikirləri iş üzrə sübut əhəmiyyəti daşıya bilməz.

13. Məhkəmə, iddiaçının cavabdehə yazdığı iddia edilən “Whatsapp” mesajı ilə bağlı qeyd etmişdir ki, bu sübut ümumiyyətlə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, bu mesajın iddiaçı tərəfindən cavabdehə ünvanlandığı məlum olsa belə, mesaja qarşı tərəfin verdiyi cavab məhkəməyə təqdim edilmədiyindən, məhkəmə yalnız bu mesaj əsasında iddiaçının cavabdehə hansısa məbləğdə pul vermiş olması nəticəsinə gələ bilməz.

14. Beləliklə məhkəmə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı sübuta yetirməli olduğu halı- cavabdehə pul verməsini sübut edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsi istisna olunur.

15. Məhkəmə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, əri zə əsaslıdır. Belə ki, məhkəmənin qətnamənin 23-27-ci bəndlərində gəldiyi nəticəyə uyğun olaraq hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Odur ki, mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməlidir. Üstəlik, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq bu müddət iddia müddətidir və iddiaçı həmin müddəti ötürmüşdür. Belə ki, iddiaçının Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə sonuncu müraciətindən sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. İddiaçı, həmin qərarı mübahisələndirdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt ən geci həmin gündən hesablansa belə, xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüş olardı. Odur ki, cavabdeh həm də iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etməkdə haqlı olmuşdur.

16. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2, 135.7, 329.1, 329.2, 331.1, 337, 351.1, 354.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassız olmaqla işin faktiki halları ilə və məhkəmənin özünün qənaəti ilə ziddiyyət təşkil edir. Başqa sözlə məhkəmə tərəfindən bir sıra hallarda onun və vəkilinin, habelə şahidlərin ifadələri təhrif edilməklə, yalnız cavabdeh tərəfin məhkəmədə müdafiə etdiyi mövqe əsas götürülməklə və onların ifadə etdiyi yazılı və şifahi izahatlara əsaslanmaqla və cavabdehin sözləri ilə qətnamə qəbul etmişdir (bu məhkəmə iclasında aparılmış audio, video səs yazılarına qulaq asıldıqda daha aydın nəzərə çarpır). Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yanlış mövqe ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki halları qeyd edilən xüsusatlar barədə əvvəldən onun müxtəlif orqanlara verdiyi istər pulun verilmə səbəbi və məbləğləri barədə, istərsə də həmin pulların verilmə epizodları üzrə hər hansı bir ziddiyyətlər olmamış, h əmin pulların cavabdeh tərəfindən alındığı (birbaşa olmasa da) etiraf edilmiş, həmçinin həmin pulların alınması səs yazısında cavabdeh tərəfindən tam etiraf edilmiş, eləcədə şahid ifadələri ilə bu hal təsdiqini tapmışdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, o pulu iddiaçıdan birbaşa almamış, habelə Elçin Qasımovdan hissə-hissə 165.000 manat məbləğində faizə pul almış, aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. Başqa sözlə deyilsə işin məhkəmə baxışında cavabdeh bütün sübutları və şahid ifadələrini, verdiyi izahatları inkar edərək, iddiaçıdan heç bir pul almadığını qeyd etmiş, bu məqsədlə məhkəmə qarşısında cavabdehin verdiyi vəsatət üzrə müvafiq zənglər barədə çıxarış əldə edilməsi tələb edilmiş, lakin verilmiş sorğulara cavab veri lməmiş, nəticədə cavabdehin ümumiyyətlə iddiaçı ilə əlaqəsi olmaması barədə bildirdiyi mövqeyi təsdiqini tapmamışdır. Hansı ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müvafiq yazışmada və səs yazısında onun cavabdehlə birbaşa əlaqəsi olduğunu təsdiqini tapmış, yəni yazışmalarda qeyd edilən “Whatsapp” nömrəsinin cavabdehə məxsus olduğu etiraf etmiş, həmçinin iddiaçıdan pul aldığını tam etiraf etməsinə baxmayaraq, mülki məsuliyyətdən yayınmaq üçün həmin halları ümumilikdə inkar etmişdir. Xüsusilə cavabdehin ondan aldığı pulun Elçin Qasımovdan aldığı həmin pul olması barədə mövqeyi Elçin Qasımovun özünün ayrıca iddia tələbi üzrə qəbul edilmiş qətnamələrdə tam fərqli olduğu, yəni Elçin Qasımovdan aldığı pulun iddiaçıya olan pulla heç bir bağlılığı və əlaqəsi olmadığı təsdiqini tapmamasına baxmayaraq, cavabdeh Korrupsiyaya qarşı mübarizə baş idarəsində verdiyi izahatında “birbaşa” pul almamışam ifadəsinə istinad etməklə hazırkı iddia tələbindən yayınmaq məqsədi güdərək bütün mövqeyini, izahatını həmin ifadəyə əsaslanmaqla qurmuşdur. Bu halda cavabdehin məhz hazırkı izahatının səmimiliyini ciddi şübhə altında alır. Ümumiyyətlə, Elçin və onun tərəfindən cavabdehə verilən pulların istər məbləğləri, istər valyuta forması, istər həmin pulların verilmə epizodları, vaxtları və yerləri tamamı ilə fərqli olmaqla cavabdehin verdiyi izahatlarda da bu təsdiqini tapmışdır. Cavabdehi adı çəkilən qurumda müxtəlif şəxslərə dair aldığı pul məbləğləri ilə bağlı hər hansı bir etirazı olmamış, həmin hissələrdə ifadələrinin təhrif edilməsi və ya yalan yazılması barədə qeydi olmadığı halda yaln ız ona münasibətdə onun qeydlərinin təhrif edilməsi barədə mövqeyi yalnız iddiadan yayınma məqsədlidir. Belə ki, iddiaçıdan borc alınması digər sübutlarla da tam təsdiqini tapmışdır. Məhz cavabdehin izahatlarının müstəntiq tərəfindən təhrif edilməsi barədə məhkəmənin gəldiyi hazırkı mövqe isə ümumiyyətlə anlaşılan olmamaqla yalnız və yalnız məhkəmənin subyektiv yanaşması olmuşdur. Bundan başqa onun tərəfindən cavabdehə hər hansı bir borc niyyəti ilə pul verilməmiş, belə bir niyyətinin olması müəyyən edilmir, bu hal cavabdehin adı çəkilən qurumda verdiyi izahatı ilə təsdiqini tapmasına baxmayaraq, hazırda həmin pulun məhkəmə tərəfindən borc kimi qiymətləndirilməsi tam qanunsuz olmuşdur. Hazırda, o, iş görmək məqsədi ilə cavabdehə verdiyi pul məbləğini tələb edir ki, bu da qanunu olaraq ya ə sassız varlanma ya da dəymiş ziyan formasında qiymətləndirilməlidir. Məhkəmə isə işdə olan sübutları düzgün, mahiyyəti üzrə və əlaqəli şəkildə qiymətləndirməyərək, onların məzmununu düzgün şərh etməyərək və bir sıra hallarda sübutların mahiyyətini təhrif edərək, yalnız şəxsi yanaşma ilə həmin sübutların əsassızlığı nəticəsinə gəlmiş, digər tərəfdən isə həm iddianın əsassızlığı, həmdə iddia müddətinin tədbiqi kimi bir birini təkzib edən əsaslandırmadan istifadə edərək daxilən ziddiyyətli qətnamə qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)3598/2023 saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhk əməsinin 09 fevral 2023-cü il tarixli, 2(010)-203/2023 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmuş, cavabdehdən 192.706 ABŞ dolları məbləğində pulun ödəniş vaxtı milli manata məzənnədə tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarına, şahid ifadələrinə əsaslanaraq qeyd etmişdir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qaytarılmış məbləğin 44.117,64 ABŞ dolları olmasını göstərməsinə baxmayaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və hazırki məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona qaytardığı məbləğin 44.000 manat həddində olduğu nu, həmçinin 07 iyul 2021-ci il tarixli qəbzə əsasən cavabdehin qayınatası Mehman Məmmədov tərəfindən 248.000 ABŞ dolları məbləğində borcdan ona 50.000 manat pul qaytarıldığını müəyyən etmişdir.

21. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam şəki ldə qaytarılması halı sübuta yetirilməmişdir.

22. Məhkəmə kollegiyası, cavabdehin X12 vasitəsilə iddiaçıdan aldığı pulu onun vasitəsilə qaytarması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında öhdəliyin üçüncü şəxsin xeyrinə icra edilməli olmasına dair hər hansı razılığın əldə edilməsi barədə məhkəməyə heç bir sübutu təqdim edilməmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 94.000 manat məbləğində pulun qaytarıldığı müəyyən edildiyindən həmin məbləğ (manatın dollara məzənnəsi ilə) tələb edilən məbləğdən çıxılmalıdır. Beləliklə də cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır.

24. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazır ki işin hallarına görə iddia müddəti ötürülməmişdir. Belə ki, hazırda tərəflər arasında yaranmış münasibət qeyd olunduğu kimi borc münasibətləri olmamışdır, yəni cavabdeh əslində iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda əsassız varlanma ilə bağlı müddət əsas götürülməlidir.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinə, Mülki Məcəllənin 324.1, 324.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azər baycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına, habelə Mülki-Prosessual Məcəllənin 9, 14.1, 14.2, 88, 89.1, 89.2, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh, (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apardığı hüquqi dəyərləndirmə nəticəsində bu qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsasını cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlanması təşkil edir. Bu zaman apellyasiya instansiyası m əhkəməsi hətta iş üzrə cavabdeh tərəfin mövqeyini tamamilə görməzdən gələrək, mübahisənin “iş üzrə mübahisələndirilən hal cavabdehin iddiaçının hesabına əsassız varlanıb varlanmaması məsələsi” olduğu kimi tamamilə əsassız və yanlış bir nəticə çıxarmış, bu əsasla da mübahisənin həllinə Mülki Məcəllənin 1091, 1092 və 1095-ci maddələrini tətbiq etmiş, nəticədə qətnaməsinin 46-49-cu paraqrafları ilə heç uzlaşmayan 50-ci paraqrafdakı yanlış nəticəni çıxarmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsasını “əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlandığı iddia edilən cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir” - deyə iddia tələbinin hüquqi əsasını tapmış, daha sonra məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsa sının şərtlərinə uyğun olmasının yoxlanılmasını aparmışdır. Başqa sözlə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə 248.000 ABŞ dolları pul verdiyini, cavabdehin həmin pulun 44.117,36 ABŞ dolları hissəsini qaytarıb, qalan 203.882,36 ABŞ dolları hissəsini qaytarmadığını- iddia etməsinə müvafiq olaraq tərəflər arasında iddiaçının mövcud olduğunu iddia etdiyi münasibətlərin (həmin münasibətlərin mövcud olduğu ehtimal edilərsə, bu halda həmin münasibətlərin) məhz borc münasibətləri olduğunu, borc verildiyi iddia edilən məbləğin üç min manatdan artıq olduğu, lakin bununla bağlı tərəflər arasında yazılı müqavilə olmadığı əsası ilə iddia edilən borc məbləğinin əhəmiyyətsiz əqd əsasında “verildiyi” qənaətinə gəlmiş, bu səbəbdən də mübahisənin həllinə qeyd edilən hissədə Mülki Məcəllənin 337, 739, 740, 1091 və 1092-ci maddələrinin tələblərini nəzərə almaqla, 354.1-ci maddəsini tətbiq etməklə qiymət vermiş, mübahisəni bu qaydada həll etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə eyni məsələyə “cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği üç min manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin, bu cür müqavilənin olduğu müəyyən edilməyib. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırkı iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091 və 1092-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır” kimi absurd bir hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həm cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləğ inin üç min manatdan çox olduğunu, həm də bununla bağlı tərəflər arasında yazılı müqavilənin olmasının tələb edildiyi halda, belə bir müqavilənin olmadığını, buna görə də tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yaranmadığını müəyyən edir, qətnamədə Mülki Məcəllənin 389.1, 406.1 və 740.2-ci maddələrini qeyd etsə də, həmin maddələri və həmin maddələr ilə əlaqəli olaraq Mülki Məcəllənin 337-ci maddəsini qanunsuz və əsasız olaraq tətbiq etmir, 337-ci maddənin tələbləri baxımından hər hansı hüquqi dəyərləndirmə aparmır. Bu iki instansiya məhkəməsinin qətnamələrini müqayisə etdikdə elə təsəvvür yaranır ki, sanki Suraxanı rayon məhkəməsi apellyasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi kimi çıxış etmişlər. Yəni, qətnamələrin mə zmunlarından görünür ki, birinci instansiya məhkəməsi hər bir hal üzrə ətraflı təhlil aparıb, hər bir hala müvafiq hüquqi qiymət verdiyi, hər bir hala müvafiq olan maddi hüquq normasını tətbiq etdiyi halda, apellyasiya instansiyası məhkəməsi hüquqi dəyərləndirmə apardığı hər bir hal üzrə yarımçıq dəyərləndirmə apararaq, hətta belə yarımçıq dəyərləndirməsi tələb etsə belə, həmin hallara tətbiq edilməli olan maddi hüquq normalarını deyil, əvvəlcədən istiqamət götürdüyü şəxsi marağına (buna daha sonra qayıdacağıq) uyğun gələn maddi hüquq normalarını tətbiq etmiş, nəticədə iş üzrə olduqca qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi daha yuxarı məhkəmədir və məhz o, apellyasiya instansiyası olaraq birinci instansiyası məhkəməsinin qətnamə qəbul edə rkən yol verdiyi maddi və prosessual pozuntularını yoxlamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətlərin hansı münasibətlər olduğuna hər hansı hüquqi qiymət vermədən, mübahisəyə Mülki Məcəllənin 1091, 1092-ci maddələrini tətbiq etmişdir. Həmin maddələr əsassız varlanma anlayışını (1091) və əsassız varlanma nəticəsində əldə edilmişlərin qaytarılması (1092) münasibətlərini tənzimləyir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə tətbiq etdiyi qeyd edilən maddələrin tələblərinə tamamilə zidd olaraq həmin maddələrdə nəzərdə tutulmuş əsassız varlanmaya səbəb olan halın nə olduğuna, əsassız varlanmanın, əgər bu baş vermişdirsə, onda nəyin əsasında baş verdiyinə hər hansı hüquqi qiymət verməmişdir, daha doğrusu qiymət verməkdən qərəzli olaraq yayınmışdır. Çünki həmin məhkəmə özü də müəyyən etmişdir ki (əslində bu mülki işdən açıq-aydın görünür), iddiaçı iddia tələbini məhz onunla əsaslandırmışdır ki, guya o, cavabdehə sonradan qazancla birlikdə qaytarılması şərtilə 248.000 ABŞ dolları borc vermiş, cavabdeh həmin puldan 44.117,64 ABŞ dolları qaytarmış, qalan məbləği isə qaytarmamışdır, bu əsasla da cavabdehdən ona verdiyi borcdan qaytarılmamış qalan məbləği tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddianın bu cür əsaslandırılmasına hüquqi qiymət vermədən, yəni əgər iddiaçının iddia etdiyi kimidirsə, onda – “iddiaçı ilə cavabdeh arasında pulun alınab verilməsi münasibətləri hansı maddi hüquq norması və ya normaları əsasında tənzimlənməlidir”? - sualına cavab, habelə həmin münasibətləri tənzimləyən maddi hüquq normasını və ya normalarını tətbiq etməklə məsələyə hüquqi qiymət vermədən, mübahisəyə birbaşa Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini tətbiq etmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Kassator, qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinə istinad etmiş, lakin həmin maddələrin ziddinə olaraq tərəflər arasında, əgər olmuşdursa, hansı öhdəliyin mövcud olduğunu, yaxud həmin öhdəliyin adının nə olduğunu, onlar arasında hansı münasibətlərin yarandığını müəyyən etməmişdir. Əgər, iddiaçı tələb etdiyi məbləği cavabdehə verdiyini və həm də məsələn, hədiyyə deyil, məhz borc olaraq verdiyini iddia edirsə, həmin məbləğ də üç min manatdan çoxdursa, onda onların arasında yazılı müqavilənin bağlanması zəruri olmamışdırsa, iddiaçının cavabdehə veridyini iddi a etdiyi məbləğ əhəmiyyətsiz əqd əsasında “verilmiş” (əgər həqiqətən verilmişdirsə) borc deyilmi?. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 354.1-ci maddəsinin tətbiqi ilə bağlı məsələyə birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətin doğru, yaxud yanlış olması ilə bağlı hər hansı müzakirə aparmamış, həmin maddənin tətbiq edilməsinin doğru, yaxud yanlış olmasına hər hansı hüquqi qiymət verməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

28. Kassator, şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.3, 354.1, 389.1, 406.1, 740.2, 1091, 1092, 1095-ci maddələrinə, habelə MPM-in 19.1.2, 19.1.7, 21.3, 22.3, 88, 21 7.4, 217.5-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas o lmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

36. Maddə1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermiş olsa da, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini düzgün müəyyən etməyib. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.2-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında dəyişdirilməsi üçün əsasdır.

49. Belə ki, iddiaçı əvvəlcə Azərbaycan Respublikasının Baş prokurorluğuna, daha sonra Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə müraciət edərək, iş üzrə cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu mənimsədiyini, ona qarşı dələduzluq cinayətini törətdiyini bildirib. Hər iki orqan tərəfindən aparılmış araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq qərarı 02 oktyabr 2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qərarı isə 04 fevral 2021-ci il tarixdə qəbul edilib.

50. Hazırda iddiaçı, cavabdehin istintaq orqanında verdiyi izahatlara, eləcə də onunla aralarındakı danışığı əks etdirən səs yazısına, “Whatsapp” yazışmalarına, şahid ifadələrinə və işə əlavə edilmiş digər sübutlara istinad edərək, cavabdehin ondan alıb qaytarmadığını iddia etdiyi 203.882,36 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə iddianı qəbul etməmiş və iddiaçıdan heç vaxt birbaşa pul almadığını, yalnız X4 pul aldığını, həmin pulu da qaytardığını bildirir. Cavabdeh də öz növbəsində məhkəməyə şahid ifadələri təqdim edib, eyni zamanda prokurorluq və polis orqanlarının qərarlarındakı izahatlarının təhrif olunduğunu iddia edir.

51. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən edilmiş bir illik iddia müddətinin tətbiq edilərək iddianın rədd olunma sını xahiş edir.

52. Birinci instansiya məhkəməsi, iddiaçının məhkəməyə təqdim etdiyi sübutları əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı sübuta yetirməli olduğu halı, yəni cavabdehə pul verməsini sübut edə bilmir. Odur ki, iddianın təmin edilməsi istisna olunur. Daha sonra, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul vəsaiti hesabına əsassız varlanmanın təşkil etdiyini, odur ki, mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaların onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülməsinin mümkünlüyü) tətbiq edilməli olduğunu, habelə Bakı şəhəri, Yasama l rayon Polis İdarəsinə iddiaçının sonuncu müraciətindən sonra cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın 04 fevral 2021-ci il tarixdə qəbul edildiyini, iddiaçının isə 07 sentyabr 2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini qeyd edərək, onun qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürdüyü qənaətinə gəlib.

53. Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərt ləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda göstərilən hallarını nəzərə alıb qeyd etmişdir ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc mü qaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllənin 389.1, 406.1 və 740.2-ci maddələri).

55. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib müəyyən etmişdir ki, cavabdehə qarşı irəli sürülmüş hazırkı iddia tələbində borc məbləği üç min manatdan çox olduğu üçün, yazılı müqavilənin olması tələb olunur. Lakin, tərəflər arasında belə müqavilə bağlanmayıb.

56. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırkı iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091 və 109 2.1-ci maddələri ilə bağlı müddəaların tələbləri daxilində aparılmalıdır.

57. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: birincisi, cavabdehin əmlak əldə etməsi; ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; üçüncüsü, bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur.

58. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutetmə yükü ilə bağlı qeyd etmişdir ki, baxılan işdə cavabdehin əldə etdiyi əmlakı iddiaçının hesabına qazandığını sübut etmə yükü, bu halları iddia edən tərəfin, yəni iddiaçının üzərinə dü şür. Belə olan halda, iddiaçı istinad etdiyi halları sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pul vəsaitini qaytarmış olduğunu sübut etmək vəzifəsi yaranır.

59. İddia ərizəsindən müəyyən olunduğu kimi iddiaçı, cavabdehə 248.000 ABŞ dolları məbləğində pul verdiyini iddia edir, bu pulun bir hissənin qaytarıldığını bildirərək, qaytarılmadığı 203.882,36 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

60. Göründüyü kimi, iş üzrə mübahisələndirilən hal cavabdehin iddiaçının hesabına əsassız varlanıb-varlanmaması məsələsi ilə bağlıdır.

61. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cavabdehin verdiyi izahatdan və həmin istintaq orqanının 0 2 oktyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, o, X4 müxtəlif vaxtlarda 45.000 manat, 30.000 manat və 90.000 manat məbləğində pul aldığını və həmin vəsaitdən müxtəlif vaxtlarda, ümumilikdə ona 251.000 manat qaytardığı barədə izahat verib. O, həmçinin bildirmişdir ki, iddiaçıdan heç bir vaxt birbaşa pul almayıb, ondan tələb edilən pul vəsaitlərini Elçin Qasımov iddiaçıdan alaraq ona verib. Belə ki, Elçin Qasımov həqiqətən iddiaçıdan 130.000 və 118.000 ABŞ dolları olmaqla, ümumilikdə 248.000 ABŞ dolları alaraq ona verib və o, da Elçin Qasımova 136.000 və 144.000 manat, ümumilikdə 280.000 manat məbləğində pul qaytarıb.

62. Daha sonra cavabdeh, Elçin Qasımovun iddiaçıdan alaraq ona verdiyi vəsaitdən cəmi 55.600 manat borcu qalıb və ara larında olan telefon dialoqunda müflis olduğu üçün Elçin Qasımov vasitəsilə iddiaçıdan aldığı pulu geri qaytara bilmədiyi barədə izahat verib.

63. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 04 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarından isə görünür ki, araşdırma nəticəsində cavabdehin tanışı iddiaçıdan götürdüyü ümumilikdə 421.600 manat pula görə ona 54.000 manat, digər tanışı Elçin Qasımovdan götürdüyü ümumilikdə 180.000 manat pula görə ona 50.000 manat qaytardığı müəyyən edilir.

64. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh verdiyi izahatlarda Elçin Qasımova və iddiaçıya verdiyi pul məbləğləri, onların valyutası və pulun verildiyi şərait biri-birindən fərqlənir. Belə ki, cavabdehin sözügedən şəxslərdən aldığı məbləğlər və bununla da onun girdiyi pul münasibətlərini şərtləndirən hallar tamamilə biri-birindən fərqlənir. Cavabdeh, istintaq orqanında verdiyi izahatlarının təhrif olunduğunu qeyd etsə də, məhkəmənin sualına cavab olaraq həmin qərarlardan şikayət vermədiyini bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin istintaq orqanlarına verdiyi izahatlarda uyğunsuzluq olması həmin izahatların təhrif olunduğu anlamına gəlmir.

65. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçıya məxsus lakin Elçin Qasımov vasitəsilə verilmiş məbləğ cavabdehin verdiyi izahata görə 248.000 ABŞ dolları təşkil edir. İşin bu halı həmçinin cavabdehin və Elçin Qasımovun tərəf olduqları mülki iş üzrə cavabdeh tərəfindən verilmiş id dia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində də öz təsdiqini tapır.

66. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşımasa da, cavabdehin apellyasiya və kassasiya şikayətlərində qeyd etdiyi halları onun öz izahatı kimi nəzərə alınmalıdır. Belə ki, həmin şikayətlərin dəlillərindən görünür ki, cavabdeh, həmin mülki iş üzrə iddiaçı olmuş Elçin Qasımov vasitəsilə hazırkı mülki iş üzrə iddiaçıdan aldığı pulun 248.000 ABŞ dolları məbləğində olduğunu, həmin pulun əslində hazırkı iş üzrə iddiaçıya məxsus olduğunu bildiyini qeyd edib.

67. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2022-ci il t arixli, 2(103)-6839/2022 saylı qətnaməsindən cavabdehin, Elçin Qasımovdan aldığı pulun 165.000 manat məbləğdə olduğunu, həmin məbləğdən cəmi 103.000 manat sonuncuya qaytardığını, bununla da cavabdehin sonuncunun hesabına 62.000 manat əldə etməklə əsassız varlandığı müəyyən edilib.

68. Göründüyü kimi, sözügedən qətnamədə də cavabdehin həm Elçin Qasımovdan, həm də hazırkı iş üzrə iddiaçıdan aldığı pul vəsaitlərinin məbləğləri, valyutası və pulun verildiyi vaxt, şərait açıq-aşkar biri-birindən fərqlənir.

69. Hazırkı iş üzrə tərəflər arasında pul münasibətlərinin yaranması həmçinin iddiaçının atası Qadir Məmmədovun öz dəst-xətti ilə yazmış olduğu 07 iyul 2021-ci il tarixli yazılı qəbzlə də müəyyən olunur. Belə ki, həmin tarixdə cavabdehin qayınatası Mehman Məmmədov 248.000 ABŞ dolları məbləğin də olan borcun hesabına 50.000 manat pulu iddiaçının atası Qadir Məmmədova verib, sonuncu da həmin pulu alaraq bu faktı imzası ilə də təsdiq edib. Bununla da cavabdeh mübahisə predmeti olan məbləğin iddiaçıya qaytarılmalı olduğunu faktiki qəbul edib.

70. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mülki iş materiallarında olan digər sübutlar da məhkəmə kollegiyasının yuxarıda qeyd edilənlərə əsasən gəldiyi qənaəti təkzib etmir.

71. Belə ki, cavabdeh, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ifadəsində səs yazısına şərh verərək Elçin Qasımov vasitəsilə iddiaçıdan aldığı pulu geri qaytaracağına söz verdiyini bildirib.

72. Apelly asiya instansiyası məhkəməsi, sözügedən audio yazıda səsləndirilən fikirlərə əsaslanaraq müəyyən edilmişdir ki, cavabdeh, mübahisə predmeti olan pulun iddiaçıya məxsus olduğunu bilib və bu faktı danmayıb.

73. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilə bilməz, çünki həmin səs yazısı Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunsuz sayıla bilməz.

74. Belə ki, həmin CD-də olan danışıqların bu iş üzrə tərəflər arasında baş tutması (hər iki tərəf bunu mübahisələndirmədən qəbul etdiyinə və danışıqların gedişində tərəflər biri-birlərinə Cavabdeh və İddiaçı adı ilə müraciət etdiyinə görə) işin mübahisəsiz halıdır.

75. Digər tər əfdən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir: birincisi, sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması; ikincisi, əldə olunan sübutlardan qanuna zidd şəkildə istifadə olunması.

76. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

77. Nəzərə alınmalıdır ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səsi, görüntüsü və sair kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

78. Bu baxımd an kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, tərəflər arasında qeydə alınmış sözügedən səs yazısından, apellyasiya instansiyası məhkəməsinin hazırkı hüquqi mübahisənin həllində istifadə etməsi özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Çünki, həmin səs yazısı başqa şəxslər arasında deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqlardan ibarətdir.

79. Səs yazısından başqa məhkəməyə təqdim edilmiş digər sübut növü şahid ifadələridir. Məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin hər birinin vəsatəti üzrə iki şahidin ifadəsi dinlənilib. Birinci instansiya məhkəməsi, Elçin Qasımovla cavabdeh arasında məhkəmə mübahisəsi olmasını, cavabdehin iddiaçının ondan tələb etdiyi pula görə məsuliyy ətin məhz Elçin Qasımovun üzərinə düşdüyünü iddia etməsini, bu qeyd edilənlərin fonunda Elçin Qasımovla dost olan və onunla birlikdə işləyən şahidlərin ifadələrinin obyektivliyini şübhə altına alıb.

80. Halbuki, birinci instansiya məhkəməsi, həmin şahidlərin pulun verilməsində iştirak etdiklərini, bununla əlaqədar X2 təxminən Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinə eyni məzmunlu izahat verdiyini nəzərə almayıb.

81. Beləliklə, apellyasiya instansiyası məhkəməsi, sözügedən sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, 248.000 (60.000+70.000+118.000) ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə tərəfindən müəyyən edilir.

82. Göstərilənləri nəzərə alaraq apellyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, iddiada qeyd olunan hallar qismən də olsa öz təsdiqini tapır. Belə ki, iddiaçı, iddia ərizəsində qaytarılmış məbləğin 44.117,64 ABŞ dolları olduğunu göstərməsinə baxmayaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və hazırkı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona qaytardığı məbləğin 44.000 manat həddində olduğu, həmçinin 07 iyul 2021-ci il tarixli qəbzə əsasən, cavabdehin qayınatası Mehman Məmmədov tərəfindən 248.000 ABŞ dolları məbləğində olan borcun hesabına 50.000 manat pulun iddiaçının atasına qaytarıldığı müəyyən olunur.

83. Apellyasiya instansiyası məhkəməsi pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübut lar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini və MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam şəkildə qaytarılması halı sübuta yetirilmir.

84. Həmçinin cavabdehin, Elçin Qasımov vasitəsilə iddiaçıdan aldığı pulu həmin şəxs vasitəsilə qaytarmasına dair dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında öhdəliyin üçüncü şəxsin xeyrinə icra edilməli olmasına dair hər hansı razılığın əldə olunması barədə məhkəməyə heç bir sübut təqdim olunma yıb.

85. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, işə əlavə olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermiş olsa da, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini düzgün müəyyən etməyib, cavabdehin qayınatası Mehman Məmmədov vasitəsilə iddiaçının atası Qadir Məmmədova 50.000 manat verməsini, habelə iddiaçının özünün cavabdehin ona 248.000 ABŞ dolları pul vəsaitindən 44.117,64 ABŞ dolları qaytardığını etiraf etməsini nəzərə almayıb, adi hesablamada səhvə yol verərək cavabdehdən iddiaçının xeyrinə 192.706 ABŞ dolları məbləğində pul tutub. Halbuki, iddiaçı, məhkəmədən kənar ona qaytarılan 44.117,64 ABŞ dollarını nəzərə alaraq, cavabdehdən onun xeyrinə cəmi 203.882,36 ABŞ dollarının tutulmasını iddia edir.

86. B elə olan halda cavabdehin iddiaçıya qaytardığı pul vəsaitinin cəmi məbləği 94.000 manat deyil, 124.999,9 manat (50.000 manat + 44.117,64 ABŞ dolları) olmuşdur, 124.999,90 manat pul vəsaitinin ABŞ dollarına nisbəti isə 174.470,60 ABŞ dolları təşkil edir.

87. Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıya cəmi 124.999,90 manat məbləğində pulun qaytarıldığı müəyyən edildiyindən, həmin məbləğ (manatın dollara məzənnəsi ilə) tələb edilən məbləğdən çıxılmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 174.470,60 ABŞ dolları müəyyən edilməlidir.

88. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini ondan iddiaçının xeyrinə tutulacaq pul vəsaitinin məbləğinə aid hissədə qismən əsaslı sayır və hesab edir ki, cavabdeh qaytarılmamış sözügedən məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanıb.

89. Belə ki, yuxarıda göstərilən normaların mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

90. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, hazırkı işin hallarına görə iddia müddəti ötürülməyib. Belə ki, hazırda tərəflər a rasında yaranmış münasibət qeyd olunduğu kimi borc münasibətləri olmayıb, yəni cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda isə əsassız varlanma ilə bağlı müddət əsas götürülməlidir.

91. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

92. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir.

93. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

94. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

95. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırda iddiaçının ilkin və sonuncu istintaq orqanına müraciəti üzrə araşdırma müvafiq olaraq 02 oktyabr 2020-ci il və 04 fevral 2021-ci il tarixlərdə yekunlaşdığından, o, hüquqlarının pozulmasını həmin tarixdə bilib. Belə ki, hər iki araşdırma üzrə cinayət işinin rədd edilməsi qərara alınmış və bu barədə iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunub. Bundan sonra isə iddiaçı, 07 sentyabr 2022-ci il tarixdə hazırkı iddia ilə məhkəmə müraciət edib. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməyib.

96. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qismən- cavabdehdən iddiaçının xeyrinə ödəniş vaxtı milli manata məzənnədə 192.706 ABŞ dollarının tutulması hiss əsində dəyişiklik edilməli, cavabdehdən iddiaçının xeyrinə ödəniş vaxtı milli manata məzənnədə tutulacaq məbləğ 174.470,60 ABŞ dolları müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)-3598/2023 saylı qətnaməsinə qismən - Cavabdeh İddiaçı xeyrinə ödəniş vaxtı milli manata məzənnədə 192.706 ABŞ dollarının tutulması hissəsində dəyişiklik edilsin. Cavabdeh İddiaçı xeyrinə ödəniş vaxtı milli manata məzənnədə tutulacaq məbləğ 174.470,60 ABŞ d olları müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar