Məhkəmə qərarları › İş №2(102)-4309/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4309/2018

05.07.2018 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4309/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4309/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qurbət Ağa oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2nin iştirakı ilə İddiaçı Cavabdehə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)-515/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən 0,08 hektarlıq torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən 0,08 hektarlıq torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Lakin, cavabdeh torpaq sahəsindən uzun müddət istifadə etdiyini əsas gətirərək, oranı zəbt etmiş və müvafiq sahəyə tikinti materialları yığmışdır. İddiaçı cavabdehdən bu hərəkətlərinə son qoymasını dəfələrlə t ələb etsə də, bunun nəticəsi olmamışdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6277/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən və xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,08 hektarlıq torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)515/2018 nömrəli qətnaməsi (Hakimlər X.Cəmilova, İ.Xəlilov, A.Hüseynov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-6277/2017 saylı 09 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)-515/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyri-qanuni olmaqla maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi onun tərəfindən iddia tələbinin qəbul edilməsi və mübahisəli torpaq sahəsinə gətirilmiş tikinti materiallarının yığışdırılmasına səbəbin İddiaçı tərəfindən ona digər torpaq sahəni verilməsinə dair razılaşma olması, onun tərəfindən iddianın qəbul edilməsi barədə notarial ərizə təqdim edilsə də, iddiaçının onu torpaq sahəsi ilə təmin etməməsi kimi halları araşdırmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin 17.01.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdeh və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın və “Torpaq sahəsinin plan və ölçüsünün” surətlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən 0,08 ha təşkil edən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2017-ci ildə qeydiyyat aparılmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etmişdir ki, Cavabdeh notariat qaydasında təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edə rək iddianı qəbul etdiyini, mübahisəli torpaq sahəsindən artıq istifadə etməməsini və ora gətirdiyi tikinti materiallarını yığışdırmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrini tətbiq etməklə düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin sahəyə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin M əcəllənin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyon hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə e tmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində t əsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5 maddəsinə görə isə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkət qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında olan razılaşmaya qiymət verməməsinə dair dəlilinə lazımi hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi cavabdeh əvvəlcə birinci instansiya məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək iddian ı qəbul etdiyini bildirmiş, apellyasiya şikayətində isə iddianı qəbul etməyinin əsası kimi iddiaçı ilə razılaşması olduğuna və iddiaçı tərəfindən həmin “razılaşmanın” yerinə yetirilməməsinə əsaslanmışdır. Lakin, belə bir razılaşmanın olması barədə cavabdeh məhkəmələrə heç bir sübut təqdim edə bilməmiş, əksinə apellyasiya baxışında mübahisəli torpaq sahəsinə dair hüquqlarını müəyyən edən hər hansı sənədinin olmadığını təsdiq etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar ba rədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Mə cəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiyaşikayətinindigərdəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərəkdüzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş,cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutlar ı apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcədəMPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklədə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)-515/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar