Məhkəmə qərarları › İş №2(102)-431/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-431/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-431/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı Cavabdeh1 X5 oğlunun və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X5 oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsindən Cavabdeh1 X5 oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 X5 oğluna və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 X5 oğlundan və Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxx 2019-cu il tarixli, 2(024)264/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 X5 oğluna və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 X5 oğlundan və Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi”nə dair tələbi rədd edilmiş və iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, Mahir Əsədli - məruzəçi, İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(024)-264/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi, Cava bdeh1 X5 oğlundan 24500 ABŞ dolları (Azərbaycan manatı məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 X5 oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddəti tərəflər arasında olan müqavilənin olub olmamasından yox, bir tərəfin digər tərəfə hər hansı bir hərəkəti tələb edib etməməsindən bəhs edir. Əgər iddiaçı xx xxxxxx 2019-cu ildə cavabdehlər tərəfindən onun aldadılmasını bilirdisə, o zaman müqavilənin olub olmamasından asılı olmayaraq pullunu tələb etmək hüququ yaranmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanunsuz olaraq tətbiq etdiyi digər bir maddi hüquq norması isə bu münasibətlərə iddia müddətinin tətbiq edilə bilməsinin yolverilməz olduğunu bildirir. Amma özlərinin gətirdiyi AR MM-nin 372-ci maddəsi məhz bu münasibətlərə tətbiq edilməsi üçün hansı əsasın olduğunu müəyyən edə bilmir. Belə ki, əgər tərəfin tələb etmək hüququ yaranırsa, o zaman həmin tələb etmək hüququnu bildiyi və bilməli olduğu vaxtdan iddia müddətinin başlanğıcı hesab edilir. Hazır ki münasibətlərdə iddiaçı əgə r öz iddia ərizəsində xx xxxxxx 2008-ci ildə həmin evin cavabdehin keçmiş gəlinin qaldığını bilib. Deməli həmin vaxtdan iddiaçı məhkəməyə ödədiyi pulu geri tələb edə bilərdi. Qax Rayon Məhkəməsi də haqlı olaraq AR MM-nin 372-ci maddəsini tətbiq edərək müddətin ötürüldüyü üçün iddia tələbini rədd edib. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən hazır ki münasibətlərə tətbiq edilən digər bir maddi hüquq norması isə tərəflər arasında olan danışıqlara əsassız varlanma ilə bağlı müddəaların tətbiq edilməsidir. Apelyasiya Məhkəməsi belə hesab edir ki, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin Çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Tərəflərdən heç biri hazır ki, mübahisəyə alqı-satqı obyekti kimi baxmayıblar. Belə ki, Xırdalan şəhərində yerləşə n fərdi yaşayış evinin digər tərəfə verilməsi Cavabdeh2 adından verilmiş etibarnamə əsasında baş verib. Həmin etibarnamə ilə də harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə, məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və etibarnamədə göstərilən bütün hərəkətləri yerinə yetirmək səlahiyyəti vardır. Etibarnamədən, tərəflərin izahatlarından və şahid ifadələrindən də göründüyü kimi tərəflər Xırdalan şəhərində yerləşən fərdi yaşayış evini etibarnamə ilə alqı-satqı hüququ verib. Ancaq nə iddiaçı, nə də cavabdeh belə bir razılaşmanın olmamasını yaxud da qanuna uyğun olmadığını bildirmir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq etməməsi ilə əlaqədar qeyd etdiyi əsaslar tamamilə qanunsuzdur və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 X5 oğlu və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə icl asına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibd ir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 368, 372, 425.1-ci maddələrinə istinadən gəldiyi nəticəyə əsasən cavabdeh mübahisəli ev barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətində olmamışdır. Yəni hər hansı bir alqı-satqı müqaviləsinin tərəfi ola bilməzdi. Belə ki, qeyd edilən daşınmaz əmlak hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Hə mçinin Cavabdeh1 X5 oğlununiddiaçıdan 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları alması işin mübahisə edilməyən halıdır. İşin bu halı həm iş materialları, həm də cavabdehin kollegiyanın iclasında verdiyi izahatla təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər hər hansı bir müqavilə tərəfi olmadığından indiki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. İş üzrə müəyyən edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə əsasən gəldiyi nə ticələrə əsasən isə Cavabdeh1 X5 oğlu əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2008-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə Xırdalan şəhərində yaşayan dayısı X2 qonşusu, əslən Qax rayonun Ləkit kəndindən olan Cavabdeh1 X5 oğlu ilə görüşüb tanış olmuşdur. Cavabdeh1 ona oğ lu X3 şəhəri, Ə.Əzimzadə küçəsi 12 ünvanında 2 otaqdan ibarət fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir. Bundan sonra qardaşı X9, dayısı X4 və dostu X6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 X5 oğlu ilə görüşmüş və həmin evin qiymətini 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşmışlar. Həmin vaxt Cavabdeh1 onlara satdığı fərdi yaşayış evinin qızı Cavabdeh2 adına olduğunu, evin mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmadığını, bu səbəbdən də evi baş etibarnamə ilə satacaqlarını bildirmişlər. Bu zaman o, Cavabdeh1 arvadının da notarial qaydada evin satılmasına dair razılığını təsdiq edən sənədi tələb etmişdir. Cavabdeh1 arvadı X1 həmin evin satılmasına razılıq verilməsi barədə Qax rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2008-ci il tarixli ərizəni ona təqdim etmişdir. Bundan sonra xx xxxxxx 2008-ci il tarixdə o, qardaşı X9, dayısı X4 və dostu X6 iştirakları ilə Xırdalan şəhərində satılan həmin evdə 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh1 X5 oğluna vermişdir. Sonra onlar birlikdə Xırdalan şəhərindəki 2-ci X8 getmiş, orada Cavabdeh1 qızı, hazırki iş üzrə Cavabdeh2 xx xxxxxx 2008- ci il tarixli, ƏN-1 seriyalı 141081 Nə-li “ev və torpağa dair” qeydi ilə 30 il müddətinə etibarnaməni qardaşı X7 verərək həmin evi ona satmışlar. Həmin gün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara satdıqlan evi 2 günə boşaldıb onlara təhvil verəcəklərini bildirmişlər. 2 gün sonra yəni xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh1 aldığı evin açarlarını ona vermiş, həmin vaxt görmüşdür ki, həqiqətən də cavabdehlər evi boşaltmışlar. xx xxxxxx 2008-ci il tarixdə dayısı Məhərrəm Əhmədov ona zəng edərək aldığı evin işığının yandığını bildirmiş, o isə evə gedərək Cavabdeh1 keçmiş gəlini Gülnaz Abdullayevanın həmin evdə olduğunu görmüşdür. Həmin qadına evi aldığını bildirsə də, Gülnaz Abdullayeva ona həmin evin ona məxsus olduğunu, qayınatasının bu evi satmağa ixtiyarı olmadığını və verdiyi pulu qaynatasından geri tələb etməsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2008-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə qardaşı X9, dayısı X4 və dostu X6 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 X5 oğlu ilə görüşərək həmin evin qiymətinin 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarına razılaşması, həmin evdə də 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində pulu Ca vabdeh1 X5 oğluna verməsi kimi işin halları mübahisəsiz olsa da, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər tərəfindən ev ona təhvil verildikdən iki gün sonra yəni xx xxxxxx 2008-ci il tarixdə dayısının telefon zəngindən sonra həmin evə getdiyini, evdə Cavabdeh1 keçmiş gəlini Solmazın olduğunu, Solmazın isə həmin evin özünə məxsus olmasını və gedib Cavabdeh1 ona verdiyi pulu geri almasını dediyini göstərməsini, həmin vaxtdan öz öz hüquqlarının pozulduğunu bilməsinə baxmayaraq məhkəmədə iddia qaldırmaq əvəzinə müxtəlif idarələrə şikayət ərizələri yazmaqla təxminən on il üç ay, 25 gündən sonra məhkəmədə hazırki iddia qaldırmasına və beləliklə də, hazırki mübahisəyə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kollegiya hesab edir ki, qeyd edil ən daşınmaz əmlak hər hansı bir şəxsin adına qeydə alınmasa da və cavabdehin mübahisəli ev barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətində olmasa da, işin faktiki halları tərəflərin arasında məhz evin öz aralarında alqı-satqısı ilə bağlı pul verilib-alınması faktı mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə tərəflərin hər hansı bir müqavilə tərəfi olmadığından indiki mübahisəyə iddia müddəti tətbiq edilə bilməməsi nəticəsini qanunvericiliyin iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etməsi ilə əsaslandırsa da, buna dair maddi hüquqi normalarına istinad edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinin məzmununa əsasən iddia müddəti mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının b ağlı olduğu vaxtdır. Həmin Məcəllənin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Belə ki, iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər təl əblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Kollegiya həmçinin qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzə rə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azə rbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKn ın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il t arixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətini n başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərin in məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciə t olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətind ən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki halda mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməz olmasına dair düzgün nəticəyə gəlməmişdir. Həmçinin kollegiya qeyd etməyi də zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi onun digər, yəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə əsasən gəldiyi nəticəsi ilə ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddianın əsasını əsassız varlanma təşkil edir, yəni, iddiaçı cavabdehdən bu əsasla əldə etdiyi pulunu geri istəyir. Belə olan halda apellyasiya instansiyası məhkəməsiCavabdeh1 X5 oğlunun əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalı olması ilə bağlı nəticəsini yuxarıda qeyd edilən maddi hüquq normalar ı ilə əsaslandırsa da nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 376-cı maddəsinəəsasən əsas tələb üzrə iddia müddəti keçdikdəəlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericilik müddəalarının tətbiqi (təfs iri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ənvacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəm ə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Bal ani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxar ıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 X5 oğlu və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2557/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsin də ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar