Məhkəmə qərarları › İş №2(102)-4310/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4310/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4310/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh; İddiaçı Cavabdeh İddiaçı qarşı (maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisi) bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: bağ evindən və torpaq sahəsindən çıxarılma, əqdin etibarsızlığı, yalan əqd, maddi hüquq normasının tətbiqi məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi” barə də; iddiaçı Cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3090/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evi 30 dekabr 2019-cu il tarixli 2019/00742-EY saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin (35000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə "xxxx" BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri tərəflərin razılığına əsasən 90000 manat müəyyən edilmişdir.

2. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli, 27 avqust 2021-ci il tarixli müqavilə ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evini və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha olan torpaq sahəsini 75000 manata İddiaçı satmışdır.

3. Müqavilə bağlanan anda bağ evi və torpaq sahəsi ipoteka ilə "xxxx" BOKT ASCnin xeyrinə yüklü olmuşdur.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1090 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

5. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 604.5 kv.m olan bağ evi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.199 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə məlumat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka-1” Bağ sahəsində yerləşən 528 “M” saylı bağ evindən və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsindən cavabdehin və digərlərini n cavabdehin hesabına çıxarılması, bağ evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin törədilməsinin cavabdehə və digərlərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda qeyd edilən torpaq sahəsini və bağ evini onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alqı-satqı müqaviləsi” əsasında almışdır. Bundan sonra həmin torpaq sahəsi və bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və həmin əmlakın iddiaçının xüsusi mülkiyyətində olması barədə DƏDRX tərəfindən iddiaçıya ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Reyestrdən çıxarış” verilmişdir.

8. Alqı-satqı müqaviləsinin bağlanmasından 1 il keçməsinə, torpaq sahəsinin və bağ evin boşaldılması ilə bağlı iddiaçının dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq Cavabdeh torpaq sahəsini və bağ evini iddiaçıya təhvil vermir, ailə üzvləri ilə birlikdə orada yaşamağa davam edir.

9. Bu iddia ərizəsi əsasında Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)5154/2022 saylı mülki işin icraatı başlanmışdır. İkinci iş üzrə məlumat

10. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə və bağ evinə dair onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilər ək, qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alqı-satqı müqaviləsinin” etibarsız sayılması və həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Özündə İddiaçı iddiasına qarşı etiraz məzmununu da ehtiva edən bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında həmin alqı-satqı müqaviləsi bağlansa da, Cavabdeh torpaq sahəsini və bağ evini İddiaçı satmamış, müqavilə formal xarakterli olmuşdur. Belə ki, Cavabdeh İddiaçı qohumu olan Elmir adlı şəxsdən 2019-cu ildən başlayaraq topdan satış məqsədi ilə meyvə-tərəvəz məhsullarını nisyə götürüb satırdı və satışdan əldə olan vəsait hesabına Elmirə olan borclarını ödəyirdi. Elmir özünü sığortalamaq üçü n Cavabdeh təklif etmişdir ki, o, yeganə yaşayış yeri olan bağ evini və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsin. Elmir və Vüsalla aralarında uzun illər alver və tanışlıq olduğu üçün Cavabdeh bu təkliflə razılaşmış, lakin onları xəbərdar etmişdir ki, əmlakı ipoteka ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklüdür. Elmir ilə Vüsal razılaşmışlar ki, onlar "xxxx" BOKT-a olan borcu ödəyəcəklər ki, alqı-satqı müqaviləsi bağlana bilsin.

12. Bu minvalla Cavabdeh ilə İddiaçı arasında həmin müqavilə bağlanmışdır. Əmlakın qiyməti 308000 manat olsa da, müqavilədə qeyd edilmişdir ki, əmlakın qiyməti 75000 manatdır. Notariat Ofisində və "xxxx" ASC-də video görüntülərə baxış keçirilərsə, onda açıq şəkildə bəlli olar ki, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh pul almamışdır. Burada n açıq aydın görünür ki, alqı-satqı müqaviləsi formal bağlanmışdır.

13. İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddianı irəli sürdükdə o, başa düşmüşdür ki, İddiaçı və Elmir onu aldadıblar.

14. Bu iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)5627/2022 saylı mülki işin icraatı başlanmışdır.

15. Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla yuxarıda qeyd edilən hər iki mülki işin bir icraatda birləşdirilməsini qərara almış və mülki işi Sabunçu Rayon Məhkəməsinə göndərmişdir.

16. Birinci instansiya məhkəməsində iddiaçı (cavabdeh) İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə Cavabdeh iddia tələbinə etiraz edərək göstərm işdir ki, Cavabdeh İddiaçı tərəfindən aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. Cavabdeh İddiaçı qohumu olan Elmirə borcunun olduğunu və qeyd edilən alqı-satqı müqaviləsinin məhz həmin borca görə bağlanmasını təsdiq edə biləcək sübut yoxdur. Bundan başqa, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində qeyd edilən və notariusun hesabına qoyulmuş 75000 manat məbləğində pulu Cavabdeh şəxsən "xxxx" ASC-dən götürmüş və ötən dövr ərzində pulun onun tərəfindən alınmaması və alqı-satqı müqaviləsinin etibarsız olması ilə bağlı heç bır mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdi r. Eyni zamanda Cavabdeh iddia ərizəsində bildirir ki, İddiaçı ona qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddianı irəli sürdükdə o başa düşmüşdür ki, İddiaçı və Elmir onu aldadıblar. Cavabdeh bu dəlili yalandır. Belə ki, Cavabdeh evinin və torpaq sahəsinin qiyməti 308000 manatdırsa, onda onun Bankda 75000 manat alaraq 1 il ərzində aldandığını bilməməsi qeyri-mümkündür. Əslində İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə bir qədər gec müraciət etməsinin səbəbi ondan ibarət olmuşdur o, ötən müddət ərzində Cavabdehla söhbətlər aparmış və evin, habelə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi məsələsini sülh yolu ilə həll etmək istəmişdir.

17. Birinci i nstansiya məhkəməsində cavabdeh (iddiaçı) Cavabdeh öz iddia tələbini müdafiə, İddiaçı iddiasına isə etiraz edərək, göstərmişdir ki, o, İddiaçı qohumundan topdan satış məqsədilə meyvə-tərəvəz götürüb satırmış. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Onlar uzun müddətdir ki, bir yerdə işləmişlər. Niyyəti heç vaxt yeganə yaşayış sahəsinin alqı-satqısı olmamışdır, sadəcə qarşı tərəfin etibarını itirməmək üçün alqı-satqı həyata keçirilmişdir. Onun İddiaçı ümumilikdə 120000 manat borcu var. 2019-cu ildə 308000 manat dəyərində qiymətləndirilən evini ona 75000 manata satmağı qeyrimümkündür. İddiaçı ilə bir-birinə inamları olduğuna görə heç bir tərəddüd etmədən alqısatqı etməyə razılaşmışdır. Vüsal onun etibarından sui-istifadə etmişdir. O, bir milyon dollardan çox ziyana uğramış və müfli s olmuşdur, daha sonra səhhətində yaranmış problemlərlə bağlı müalicələrdə olduğu üçün borclarını ödəmək imkanı olmamışdır. Borcunu hazırda da ödəməyə imkanı yoxdur, evini satışa çıxarmışdır.

18. Sabunçu Rayon Məhkəməsinin 2(008)-499/2023 xx.xx.2023-cü il qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin olunmamış, Cavabdeh İddiaçı qarşı iddiası isə təmin edilmiş, mübahisəli torpaq sahəsinə və bağ evinə dair Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış”ın ləğv edilməsi qət edilmişdir. (hakim Şəbnur Qədirova)

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdehla İddiaçı arasında mübahisəli torpaq sahəsinin və bağ evinin alınıb-satılması barədə heç bir danışıq aparılmamış, Cavabdeh mülkiyyətində olan həmin əmlakları satmaq niyyətində olmamışdır. Belə ki, Cavabdehla İddiaçı qohumu olan Elmir adlı şəxs arasında ticarət münasibətləri olmuş, sonuncu gələcəkdə bu münasibətlərdən əmələ gələ biləcək öhdəliklərin təminatı kimi Cavabdeh öz əmlakını İddiaçı adına rəsmiləşdirməyi təklif etmiş, Cavabdeh da tanışı Elmirə etibar etmiş və əmlakını formal olaraq, dəyərindən çox aşağı qiymətə İddiaçı satmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi Elmir adlı şəxslə Cavabdeh arasında gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da tərəflər müqaviləni vahid hüquqi niyyətlə de yil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışlar.

20. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı İddiaçı dəlilini əsassız hesab etmişdir. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidi r. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşy a üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə Cavabdeh iddiası bağ evinin və torpaq sahəsinin alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1337.3, 340.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın təmin, Cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş iddianın isə rədd edil məsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, onun əmlakına dair “Alqısatqı müqaviləsi” bağlanılarkən onun inamından sui-istifadə edilmişdir. Demək ki, Cavabdeh vacib əhəmiyyətli yanılmanın təsiri altında evi satmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər; - Cavabdeh aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. Müqavilənin Cavabdeh aldanması nəticəsində bağlanılmasını və müqavilə üzrə İddiaçı Bankdakı hesaba köçürtdüyü 75.000 manat məbləğində pulun Cavabdeh tərəfindən götürülməməsini təsdiq edən əsaslı sübutlar yoxdur; - Cavabdeh 75.000 manat məbləğində pulu şəxsən bankdan götürmüş, həmin pul məbləğindən "xxxx" BOKT ASC-yə ödəyə bilmədiyi 45.000 manat istehlak kreditini ödəmiş və keçən dövr ərzində bu barədə heç bir mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir; - bundan başqa, Cavabdeh mübahisəli əmlakın qiymətinin 308.000 man at olduğunu iddia etsə də, iş materiallarında "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi var və həmin müqavilədən görünür ki, Cavabdeh məxsus bağ evi xx.xx.2019-cu il tarixli “İstehlak krediti müqaviləsinə” əsasən yaranmış öhdəliyin (Cavabdeh həmin BOKT-dan 35.000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri Cavabdeh ilə BOKT arasında olmuş razılığa əsasən 90.000 manat müəyyən edilmişdir. Belə idisə, Cavabdeh niyə bir ildən çox müddətdə 75000 manat məbləğində pulu şəxsən Bankdan götürərkən aldandığını bilməmişdir; - daha sonra, Cavabdeh iddiasında qeyd edir ki, guya o, aldandığını İddiaçı ona qarşı “bağ evindən çıxarılma və sair tələbləri bar ədə” iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. Bu, tamamilə yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı Cavabdehla 7-8 ay ərzində şifahi danışıqlar aparmış və aralarındakı mübahisəni məhkəmədən kənar həll etmək istəmiş, lakin müsbət nəticə əldə olunmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayarkən tam anlaqlı vəziyyətdə olmuş, öz hərəkətlərini və müqavilənin hansı nəticələr doğuracağını dərk etmişdir. Lakin Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına əhəmiyyət verməmişdir; - digər tərəfdən, Rayon Məhkəməsi heç bir təsdiqedici sübuta istinad etmədən qənaətə gəlməklə yanaşı, faktları da uzlaşdıra bilməmişdir. Gəldiyi nəticə məhkəmə iclası zamanı Cavabdeh verdiyi izahata deyil, onun məhkəmə iclasından əvv əl, yəni məhkəməyə verdiyi qarşılıqlı iddia ərizəsindəki fikirlərinə söykənmişdir; - Rayon Məhkəməsi həmçinin qətnamədə “Alqı-satqı müqaviləsinin” formal bağlandığını qeyd etmişdir. Lakin alqı-satqı nəticəsində ödənilmiş 75.000 manat məbləğində pulun Cavabdeh özü tərəfindən Bankdan götürülməsini araşdırmamış, bununla bağlı sübutları Bankdan tələb etməmişdir. Halbuki, həmin məlumatlar bank sirrini təşkil etdiyindən İddiaçı tərəfindən əldə oluna bilməzdi;. -Cavabdeh Rayon Məhkəməsinə təqdim etdiyi daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, mübahisəli torpaq sahəsinin və bağ evinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir. Lakin həmin arayışın onun (İddiaçı) alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi mül kiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı 14 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “Alqı-satqı müqaviləsi” əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv.metr olan bağ evini və 528 “M” ünvanında yerləşən ümumi sahəsi 0,109 ha olan torpaq sahəsini Cavabdeh almışdır. Evin sahəsi arayışdan göründüyü kimi 604,5 kv.m yox, 392.1 kv.m-dir. Evin ünvanı 528 yox, 528 “M”dir. Torpaq sahəsi isə 0,199 ha yox, 0,109 ha-dır. Arayışda qeyd edilən daşınmaz əmlak da Cavabdeh məxsusdur (və ya əvvəllər məxsus olmuşdur), lakin mübahisəli daşınmaz əmlak deyildir. Cavabdeh bu arayışla işə baxmış Rayon Məhkəməsini aldatmış və nəticədə Rayon Məhkəməsi “Alqı-satqı müqaviləsi” ilə evin bazar qiyməti arasındakı fərqə görə həmin müqaviləni formal hesab etmişdir.

25. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, göstərmişdir ki, mübahisəli “Alqı-satqı müqaviləsi” bağlanarkən tərəfindən hər hansı vəsaiti qəbul etməmişdir. O, həmin müqaviləni İddiaçı və sonuncunun qohumu Elmirə inandığı üçün bağlamışdır. İddiaçı onun etimadından sui-istifadə edərək, yeganə yaşayış yerini əlindən almaq niyyətindədir.

26. Alqı-satqı müqaviləsinə dair notariat işi apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin vəsatəti əsasında alqı-satqı müqaviləsi üzrə aparılmış maliyyə-bank əməliyyatlarını təsdiq edən sənədlərin, müqavilə üzrə pul vəsaitinin Cavabdeh tərəfindən qəbul etməsini təsdiq edə biləcək kamera görüntüsünün həmin əməliyyatların aparıldığı "xxxx" ASC-dən götürülməsi barədə 30 may 202 3-cü il tarixində qərardad çıxarmışdır. 28. "xxxx" ASC xx.xx.2023-cü il tarixli, M/11-4237 nömrəli məktubla aparılmış maliyyə-bank əməliyyatlarını təsdiq edən sənədləri təqdim etmiş, lakin videogörüntülərin yaddaş həcminin bir aydan bir avtomatik olaraq silinərək yenilənməsi səbəbindən təqdim edilməsinin mümkün olmamasını vermişdir

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3090/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Azad İmanov)

30. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya baxışının predmeti olan iddiaların həlli ilə bağlı ilk növbədə Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasının əsaslılığına, bu iddianın əsaslı olub-olmamasından asılı olaraq isə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddiasının əsaslığına qiymət verilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddia ərizəsində bildirir ki, “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəy yənləşdirilməsinə dair arayış”a əsasən onun mülkiyyətində olmuş bağ sahəsinin və torpaq sahəsinin qiyməti 308.000 manat olsa da, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı müqaviləsində” evin və torpaq sahəsinin qiyməti 75.000 manat göstərilmişdir. Bu isə ona dəlalət edir ki, “Alqısatqı müqaviləsi” formal olaraq bağlanmışdır. Cavabdeh bu dəlilinə etiraz edən İddiaçı apellyasiya şikayətində bildirir ki, həmin “Arayışda” göstərilən qiymətin “Alqı-satqı müqaviləsinin” predmeti olan evə və torpaq sahəsinə aidiyyəti yoxdur. Belə ki, “Alğı satqı müqaviləsində” ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evindən və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsi qeyd edilibsə, “Arayışda” ümumi sahəsi 604,5 kv.m olan 528 saylı bağ evinin və həmin evə aid sahəsi 0,199 ha olan torpaq sahəsi qeyd edilib. Bundan başqa, nəzərə alınmalıdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsində qeyd edilib ki, ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evinin və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsinin qiyməti Cavabdeh ilə BOKT arasında olmuş razılığa əsasən 90.000 manat müəyyən edilmişdir. Buna görə həmin “Arayış” etibarlı sübut kimi qəbul edilə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı göstərmişdir ki, həqiqətən də, DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş və onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Arayışda” qiymətləndirilən əmlak kimi ümumi sahəsi 604,5 kv.m olan 528 saylı bağ evi və həmin evə aid sahəsi 0,199 ha olan torpaq sahəsi qeyd edilib. Lakin Cavabdehla İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsində” qeyd edilib ki, alqı-satqının predmeti ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evi və həmin evin yerləşdiyi 0,109 ha torpaq sahəsidir. Göründüyü kimi, “Arayışda” göstərilən qiymətin “Alqı-satqı müqaviləsinin” predmeti olan evə və torpaq sahəsinə aidiyyəti yoxdur. Buna görə də həmin arayış etibarlı sübut kimi qəbul edilməməlidir.

33. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı özü tərəfindən dəfələrlə (həmçinin apellyasiya şikayətində də) istinad edilən, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsindən” görünür ki, ümumi sahəsi 392,1 kv.m olan 528 “M” saylı bağ evi və həmin evin yerləşdiyi 0,109 ha t orpaq sahəsinin qiyməti 90.000 manat müəyyən edilmişdir.

34. İddiaçı həmin “İpoteka müqaviləsinə” etibarlı sübut kimi yanaşdığından apellyasiya instansiyası məhkəməsi də həmin müqaviləyə etibarlı sübut kimi yanaşaraq göstərmişdir ki, Cavabdehla İddiaçı arasında bağlanmış “Alqı-satqı müqaviləsində” bağ evinin və torpaq sahəsinin qiymətinin birdən-birə (90.000 - 75.000 =) 15.000 manat aşağı göstərilməsi nəzərə alınmalı və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı irəli sürdüyü iddia ərizəsini həmçinin onunla əsaslandırmışdır ki, o, İddiaçı qohumu olan Elmir adlı şəxsdən 2019-cu ildən başlayaraq topdan satış məqsədi ilə meyvə-tərəvəz məhsullarını nisyə götürüb satırdı və satışdan əldə olan vəsait hesa bına Elmirə olan borclarını ödəyirdi. Elmir özünü sığortalamaq üçün Cavabdeh təklif etmişdir ki, o, bağ evini və torpaq sahəsini İddiaçı adına rəsmiləşdirsin. Elmir və Vüsal ilə aralarında uzun illər alver və tanışlıq olduğu üçün o, bu təklif ilə razılaşmış və İddiaçı ilə “Alqı-satqı müqaviləsini” bağlamışdır. Cavabdeh bu dəlilinə etiraz edən İddiaçı bildirmişdir ki, Cavabdeh “Alqı-satqı müqaviləsini” göstərdiyi səbəbdən deyil, bağ evini və torpaq sahəsini ona satmaq niyyətində olması səbəbindən bağlamışdır.

36. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi mövqeyi belə olmuşdur ki, İddiaçı qohumu olan Elmir ilə Cavabdeh arasında ticarət münasibətlərinin olmasını inkar etmir. Belə olan halda, evin və torpaq sahəsinə dair bağlanmış “Alqı-satqı müqaviləsinin” Cavabdeh bildirdiyi səbəbdən deyil, real olaraq satılması səbəbindən bağlanmasını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı İddiaçı vəkilinin (nümayəndəsinin) razılığı ilə apellyasiya instansiyası məhkəməsi Cavabdeh təqdim etdiyi və özündə onunla İddiaçı telefon danışığını əks etdirən telefon danışığını əks etdirən səs yazısını (xx.xx.2023-cü il tarixli məhkəmə iclasına dair videogörüntüdə həmin səs yazısı səslənir) dinləmişdir. Həmin səs yazısından aydın olur ki, İddiaçı Cavabdeh təklif edir ki, o, Elmirə olan borcunu ödəsin və ya evi boşaltsın. Səs yazısı dinləndikdən sonra İddiaçı vəkili (nümayəndəsi) bildirmişdir ki, həmin səs İddiaçı məxsusdur. Lakin bu hal “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas ola bilm əz. Çünki həmin danışıqda “Alğı-satqı müqaviləsi” üzrə ödənilmiş pulun qaytarılmasından söhbət gedir.

38. Dinlənmiş səs yazısının İddiaçı ilə Cavabdeh arasında olan danışığa aid olmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi həmin səs yazısını etibarlı sübut kimi qəbul etmiş və hesab etmişdir ki, səs yazısı nəzərə alınmalı və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Cavabdeh ilə İddiaçı arasında mübahisəli bağ evinə və torpaq sahəsinə dair “Alqı-satqı müqaviləsi” xx.xx.2021ci il tarixdə bağlanmışdır. İddiaçı Cavabdeh qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması, mülkiyyətdən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi tələbi barədə” iddia ilə xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

40. İddiaçı vəkilinin (nümayəndəsi) bu halı onun ötən müddət ərzində Cavabdeh ilə söhbətlər aparması, evin, habelə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi məsələsini sülh yolu ilə həll etmək istəməsi ilə izahına münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin “Alqı-satqı müqaviləsinin” 11-ci bəndindən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsi xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli idi. İşin hallarından müəyyən edilir ki, alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsi hələ də İddiaçı təhvil verilməyib və Cavabdeh ailəsi il ə birlikdə həmin bağ evində yaşayır və torpaq sahəsi onların istifadəsindədir. Bu hal iş üzrə tərəflər arasında mübahisə doğurmadığından işin digər halları ilə birlikdə qiymətləndirilməlidir.

41. Cavabdeh tərəfindən İddiaçı qarşı irəli sürülmüş “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddianın dəlillərini və “Xaqani Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş mövqeyi nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alqı-satqı müqaviləsi”nin onlar ın iradə ifadə edib-etməməsi, etibarsızlığı tələb edilən əqdin yalan və ya uydurma əqd olub-olmaması ilə bağlı araşdırma aparılmalı və sübutların qarşılıqlı qiymətləndirilməsi təmin edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə mübahisələndirilən müqavilənin şərtləri Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilənin etibarlılığına Mülki Məcəllənin 340-cı maddəsinin müddəaları baxımından tərəflər arasında borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanıb-bağlanması, bundan sonra iddia müddətinin ötü rülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Bunun nəticəsi olaraq, Mülki Məcəllənin 337.5-ci və ya 340.2-ci maddəsinin tələblərinin tətbiqi imkanları araşdırılmalıdır.

43. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə istinadən apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra evin və torpaq sahəsinin (müqavilədə satıcı kimi qeyd edilmiş) Cavabdeh tərəfindən (müqavilədə alıcı kimi qeyd edilmiş) İddiaçı müqavilənin bağlandığı tarixdə təhvil verilməli olması, lakin təxminən 11 ay müddət (birinci işin başlanmasına əsas olmuş iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə daxil olduğu tarixədək olan müddət) ərzində təhvil verilməməsini işin müəyyən halları ilə əlaqəli şəkildə nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh evi və torpaq sahəsini satmaq niyyəti, İddiaçı isə onları almaq niyyəti olmamışdır. Həmin müqavilə Cavabdeh İddiaçı qohumuna ola biləcək borcun qaytarılmasının təminatı olaraq bağlanmışdır.

44. Mülki Məcəllənin 337.1, 337.2, 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına istinad etməklə, apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alqı-satqı müqaviləsi” ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Tərəflər həmin müqaviləni bağlamaqla Cavabdeh İddiaçı qohumuna ala biləcək borcun qaytarılmasının təminatının rəsmiləşdirmək istəmi şlər. Guya ki, Cavabdeh İddiaçı qohumuna borcunu qaytara bilməsə, borcun əvəzi kimi mənzil İddiaçı özünün və ya qohumunun mülkiyyətinə keçəcək və borc mənzil ilə əvəzləşdiriləcək. Hansı ki, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (“N.Hacıyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı).

45. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq, ədalətli balansın təmini, mülki dövriyyənin sabitliyi və müəyyənlik prinsipinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, “Alqı-satqı müqaviləsi” yalan əqddir. Müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir. Buna görə də birinci instansiya məhkəməsi Cavabdeh ilə İddiaçı arasında bağ lanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır.

46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi həmin “Alqı-satqı müqaviləsinin” predmeti olan əmlaka dair İddiaçı adına DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsini qət etməkdə də haqlı olmuşdur. Belə ki, qeyd edilən həmin “Çıxarış” Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” nəticəsi olaraq verilmişdir. Buna görə də, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlilləri də əsassız hesab edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinə görə Cavabdeh İddiaçı qarşı irə li sürdüyü “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası hər hansı (istər iddia müddətinə, istər isə kəsici) müddətə görə rədd edilə bilməz və birinci instansiya məhkəməsi bu nəticəyə gəlməkdə də haqlı olmuşdur.

48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbini (restitusiyanı) tətbiq etməməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı bildirir ki, onunla Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsində” qeyd edilmiş 75.000 manat onun tərəfindən Cavabdeh ödənilmişdir. Cavabdeh isə bildirir ki, o, İddiaçı bir manat da olsun pul almamışdır. İddiaçı “Alqı-satqı müqaviləsinin” bağlanmasına nail olmaq üçün 75000 manatı müqaviləni bağlamış notariusun "xxxx" ASC-də olan hesabına ödəmiş, o (Cavabdeh), pulun alınması barədə “Məxaric qəbzinə” imza etsə də, notarius, həmin məbləğdən təxminən 36.000 manatını onun (Cavabdeh) "xxxx" BOKT-a olan borcun ödənilməsinə yönəltmiş, qalan məbləği isə İddiaçı geri götürmüşdür.

49. Apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, M/11-4237 nömrəli məktubuna və Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında “Alqı-satqı müqaviləsinin” bağlanmasına dair 47-1356 nömrəli notariat işinə istinadən bildirmişdir ki, mübahisəli “Alqısatqı müqaviləsi” üzrə 75000 manat müqaviləni bağlamış notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş, Cavabdeh pulun alınması barədə “Məxar ic qəbzinə” imza etmiş, notarius, həmin məbləğdən təxminən 35.670 manatı "xxxx" BOKT-un xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən Cavabdeh "xxxx" BOKT-a olan borcun ödənilməsinə yönəltmişdir.

50. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, (alıcı olaraq) İddiaçı ilə (satıcı olaraq) Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən "xxxx" BOKT-un xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən notarius tərəfindən Cavabdeh BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır.

51. İşin bu halını işin yuxarıda müəyyən edilmiş digər halları ilə birlikdə m üzakirə edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə restitusiyanı tətbiq etməməkdə haqlı olmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337, 340.2, 354, 404.1 və 404.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı (cavabdeh) İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci iş üzrə iddia tələbinin təmin, ikinci iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti belə əsaslandırlıb: - məhkəmə icraatı gedişində Cavabdeh müqavilədə göstərilmiş 75.000 (yetmiş beş min) manat məbləğin ödənilməsi sübut olunsa da, mə hkəmə əqdi etibarsız hesab etmiş və buna baxmayaraq, ödənilmiş vəsaitin qaytarılması barədə məsələyə nəinki toxunmamış hətta nə maliyyə əməliyyatları ilə bağlı notarial təsdiq olunmuş və məhkəməyə təqdim etdikləri sənədlərdən, nə də özünün qəbul etdiyi və maliyyə əməliyyatları aparılmış "xxxx" ASC-dən həmin sənədləri tələb etməsi barədə Qərardadından və həmin Qərardadın icrası ilə əlaqədar "xxxx" ASC-dən gələn cavab məktubundan hazırda mübahisələndirilən qətnamədə heç bir söz qeyd etməmişdir. -Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun evini almaqla onun inamından sui-istifadə etmişdir. Demək ki, Cavabdeh vacib əhəmiyyətli yanılmanın təsiri altında evi satmışdır. Cavabdeh aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. İddiaçı onu aldatması nəticəsində alqı -satqı müqaviləsinin bağlanılması barədə əsaslı sübutlar yoxdur. Alqı-satqı nəticəsində verdiyi 75.000 manat məbləği Cavabdeh bankdan götürməməsi barədə sübut yoxdur. Cavabdeh 75.000 manat məbləğində pulu şəxsən bankdan götürmüş, həmin pul məbləğindən ödəyə bilmədiyi 35670 (otuz beş min altı yüz yetmiş) manat istehlak kreditini ödəmiş və keçən dövr ərzində bu barədə heç bir mübahisə aparmamışdır. Hətta apellyasiya icraatında İddiaçı tərəfindən onun banka olan həmin borcunun ödənilib-ödənilmədiyi sualına “ödənilmişdir” kimi cavab vermiş, həmin kreditin ödənildiyi avqust 2022-ci il tarixdən may 2023-cü il tarixədək bank tərəfindən ondan kreditin ödənişinin hər hansı yolla tələb edilibedilməməsi sualına da cavab olaraq “sonradan banka cəmi 50 manat ödəniş edərək borcu olmaması barədə məktub a ldığını” bildirmişdir (məhkəmə iclasının fasiləsiz audiovideo yazısında bu vardır). Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir; - Cavabdeh iddiasında qeyd edir ki, guya o, aldandığını İddiaçı onu məhkəməyə verməsindən sonra bilmişdir. Bu tamamilə yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı Cavabdehla 7-8 ay şifahi danışıqlardan sonra məhkəməyə müraciət etmişdir. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Cavabdeh İddiaçılə alqı-satqı müqaviləsi bağlayarkən tam anlaqlı vəziyyətdə olmuş, öz hərəkətlərinə cavab verə biləcək qabiliyyəti olmuş, alqı-satqının nə ilə nəticələnəcəyini dərk etmişdir; -apellyasiya instansiyası məhkəməsi tərəfindən “Notarial hərəkətlərin aparılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi ba rədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının 12-1-ci bəndinin tələbi pozulmuşdur. Belə ki, Cavabdehla alğı-satqı müqaviləsi təsdiq edilərkən həmin qaydalara tam riayət olunmuş və tərəflərindən müvafiq vergi məbləği dövlət büdcəsinə köçürülmüşdür. Lakin məhkəmə mübahisələndirilən qətnamədə bu məsələyə toxunmamış və tədqiq edərək qiymət verməmişdir. Halbuki, alqı-satqı zamanı torpağa və evə görə hər biri üçün ayrı-ayrılıqda vergilərin ödənilməsi təsdiq olunmuş və iş materiallarında olan qəbzlərlə təsdiq olunur; - apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 13.7-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə mübahisələndirilən qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsaslansa da, yenə də natamamlığa yol vermişdir. Həmin qərarın yalnız birinci abzasını, yəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsiz olması” barədə hissəyə istinad etsə də, “yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir” - hissəsinə düzgün əməl etməmişdir. Apellyasiya instansiyası mə hkəməsi mübahisələndirilən qətnamədə birbaşa şərh verilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından daha çox qərarında birbaşa şərh olmayan, bununla da mülki prosessual qanunvericilikdə məcburi sayılmayan “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli, obyektiv araşdırılmamış, sübutetmə yükü düzgün qiymətləndirilməmişdir. Belə ki, nə V. Hümbətəliyev nə də nümayə ndəsi Cavabdeh Vüsalın qohumu Elmir adlı şəxsə borclu olduğunu təsdiqləmişlər. Bütün hallarda bu borcun olması barədə sübutun olmaması dəfələrlə V. Hümbətəliyev tərəfindən qeyd edilmişdir. Həmçinin alğı-satqı müqaviləsini borca görə bağladığı iddiasını Cavabdeh verdiyi üçün bunu sübut etmək də məhz Cavabdeh vəzifəsi olmalıdır; b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəm iyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alına nları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin q arşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

57. Kassasiya şikayətində iddiaçı (cavabdeh).İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et mədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

60. İşdən görünür ki, İddiaçı iddia tələbi onun mülkiyyətində olan bağ evi və evin yerləşdiyi 0,109 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi bağ evini (0,109 ha torpaq sahəsi ilə birgə) cavabdehdən satın almasına və əmlak üzərində mülkiyyət hüququnun olmasına istinad edib.

61. Cavabdeh iddia tələbi isə həmin əmlakın alqı-satqısına dair müqavilənin etibarsız olması ilə bağlıdır. Cavabdeh iddia tələbinin faktiki əsası kimi İddiaçı qohumu olan Elmir adlı şəxslə birgə ticarət fəaliyyətindən irəli gələn münasibətləri sığort alamaq üçün sonuncunun xahişi ilə bazar dəyəri 308000 manat olan əmlakı 75000 manata satmasına dair həmin müqaviləni formal olaraq bağlamasına və bununla da aldadılmasına istinad etmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh evi və torpaq sahəsini satmaq niyyəti, İddiaçı isə onları almaq niyyəti olmamışdır. Müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Cavabdeh iddiasını təmin edərkən 3 əsasa söykənmişdir: 1) İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını inkar etməməsi, belə olan halda, evin və torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin Cavabdeh bildirdiyi səbəbdən deyil, real olaraq satılması səbəbindən bağlanma sını sübut etmək vəzifəsinin İddiaçı üzərinə düşməsi; 2) "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi”ndə alıq-satqının predmeti olan ev və torpağın qiymətinin 90.000 manat müəyyən edilməsinə baxmayaraq, Cavabdehla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində bağ evinin və torpaq sahəsinin qiymətinin birdən-birə 15.000 manat aşağı göstərilməsi; 3) iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli olmasına baxmayaraq, bağ evi və torpaq sahəsinin hələ də İddiaçı təhvil verilməməsi, Cavabdeh ailəsi ilə birlikdə həmin bağ evində ya şaması və torpaq sahəsinin onların istifadəsində olması.

64. Əvvəla, İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını inkar etməməsi faktı özü-özlüyündə mübahisələndirlən müqavilənin məhz Elmirin borcunun qaytarılmasının təminatı olaraq bağlanması nəticəsinə gəlmək üçün nə qədər əsaslı olub-olmaması qətnamədən görünmür. Bu baxımdan, yalnız İddiaçı qohumu Elmirin Cavabdehla ticarət münasibətlərinin olmasını deməsinə istinadən avtomatik olaraq əqdin reallığını sübut etmək vəzifəsinin İddiaçı üzərinə qoyulması əsaslı sayıla bilməz.

65. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barəd ə ümumi prinsipi əks etdirmişdir. Tələbin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Buna görə də hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

67. Görünən odur ki, tərəflər arasında evin (torpağın) alqı-satqısına dair müqavilə var, İddiaçı həmin müqavilə əsasında aldığı əmlakı mülkiyyət hüququ ilə adına qeydə aldırıb.

68. Cavabdeh aldadılmasını, həmin müqavilənin yalan olmasını, İddiaçı qohumu Elmirin borcunun qaytarılmasının təminatı olaraq bağlanmasını bildirirsə, tələbinin əsası kimi istinad etdiyi halları da, s übutların aidliyi və mümkünlüyü prinsipləri çərçivəsində, sübut etmək vəzifəsi daşıyır.

69. Buna görə də İddiaçı qohumu Elmirlə Cavabdeh inkar edilməyən ticarət münasibətlərinin mövcudluğunun nə dərəcə də əqdin yalan olmasına əsas veribverməməsi işdəki sübutların məcmu halında qiymətləndirilməsi ilə müəyyən edilə bilərdi. 70. "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi”ndə alıq-satqının predmeti olan ev və torpağın qiymətinin 90.000 manat müəyyən edilməsinə baxmayaraq, Cavabdehla İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsində bağ evinin və torpaq sahəsinin qiymətinin birdən-birə 15.000 manat aşağı göstərilməsinə gəldikdə, qeyd edilməlidir ki, bu da müqavilə azadlığı prinsipinə uyğun olaraq, müqavilənin yalan olması nəticəsinə gəlmək üçün əsas deyil. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

71. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi əmlakın yalnız 15000 manat ucuzuna satılmasına görə belə nəticəyə gəlib. Halbuki likvidlik baxımından əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsi də nəzərə alınmalıdır.

72. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqının predmeti olan əmlakın satış qiymətini ipoteka müqaviləsindəki qiymətlə müqayisə etməklə bu nəticəyə gəlib və bu barədə Cavabdeh əmlakın 308000 manat olması barədə təqdim etdiyi rəyi də (başqa əmlakla bağlı olduğu üçün) qəbul etməyib, belə olan halda, ən azı qiymətlə bağl ı xüsusata istinad edirdisə, əmlakın dəyərini müəyyən etmək üçün xüsusi biliyə ehtiyacın olub-olmamasını tərəflərlə müzakirə edib, qiymətləndirmə aparmaqla da bu hala aydınlıq gətirə bilərdi.

73. Həmçinin tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış həmin alqı-satqı müqaviləsinin 11-ci bəndində alqı-satqının predmeti olan bağ evi və torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satıcı olan Cavabdeh tərəfindən alıcı olan İddiaçı təhvil verilməli olmasına baxmayaraq, bağ evi və torpaq sahəsinin hələ də İddiaçı təhvil verilməməsi, Cavabdeh ailəsi ilə birlikdə həmin bağ evində yaşaması və torpaq sahəsinin onların istifadəsində olması barədə apellyasiya instansiyasının istinad etdiyi dəlil də həmin müqavilənin yalan olması nəticəsinə gəlmək üçün yetərli əsas deyil. Üstəlik, İddiaçı evin boş aldılması ilə bağlı Cavabdehla 7-8 ay ərzində danışıqlar aparması, müsbət nəticə olmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etməsini göstərmişdir. Buna baxmayaraq, iddiaçının bu dəlili lazımi qiymət verilmədən rədd edilmişdir.

74. Nəhayət, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilə borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rəsmiləşdirilmişdir.

75. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

76. Apellyasiya instansiyası məhkəməsi alq-satqı müqaviləsinin borc münasibətlərinin pərdələnməsi məqsədi ilə rə smiləşdirilməsini qeyd edərək, Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etsə də, həmin maddəni tam tətbiq etməmişdir.

77. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan alqı-satqı müqaviləsinin Elmir adlı şəxslə olan borc münasibətlərinin pərdələnməsi üçün bağlanması nəticəsinə gəlsə də, Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulan qaydanın hazırki işə tətbiqinin mümkünlüyünə qiymət verməmişdir. Halbuki normanın tələbinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il Qərarında qeyd edilmi şdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

79. X2 Məhkəməsinin Plenumu onu da qeyd edib ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

80. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış alqı -satqı müqaviləsinin borc münasibətlərinin pərdələməsi nəticəsinə gəlsə də, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyini nəzərə almamış, tərəflərin həqiqi niyyətinə (istər müqavilənin predmeti, istərsə də subyekt tərkibi üzrə) və hüquqi nəticələrin əslində bağlanmış müqavilə tərəfləri arasında yaranıb-yaranmaması halına aydınlıq gətirməmişdir.

81. Nəticədə alqı-satqı müqaviləsi yalan əqd kimi etibarsız sayılmaqla yanaşı, tərəflərin istər müqavilənin predmeti, istərsə də subyekt tərkibi üzrə əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməməklə, qeyri-bərabər hüquqi vəziyyət yaranmışdır.

82. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq restitusiyanı tətbiq etməyərkən qeyd etmişdir ki, alıcı ol araq İddiaçı ilə satıcı olaraq Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən "xxxx" BOKT-un xx.xx.2021-ci il tarixli, 91129-0821 saylı məktubuna əsasən notarius tərəfindən Cavabdeh BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır.

83. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi restitusiyanı tətbiq etməyərkən iki hala istinad etmişdir. Birinci hal ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına ödənilmiş 75.000 manatdan 35.670 manat Cavabdeh verilmədən Cavabdeh "xxxx" BOKT BOKT-a olan borcun ödənilməsinə yönəldilmişdir.

84. Birinci halla bağlı qeyd edilməlidir ki, 75000 manatın 35.670 manatının Cavabdeh "xxxx" BOKT-a olan borcunun ödənilməsinə yönəldilməsi müəyyən edilib, bunun əksi, yəni həmin məbləğin İddiaçı və ya hər hansı üçüncü şəxs tərəfindən götürülməsi isə müəyyən edilməyib. Bu da Cavabdeh bank qarşısında həmin məbləğdə olan borc öhdəliyinin xitamına səbəb olub. Başqa sözlə, bütün hallarda, qeyd edilən məbləğdə pul Cavabdeh mənafeyi çərçivəsində kredit təşkilatına yönəlib. Buna görə də həmin pulun Cavabdeh kredit təşkilatına olan borcuna yönəldilməsinin restitusiyanın tətbiqini istisna edən hal kimi qiymətləndirilməsi əsaslı sayıla bilməz.

85. Qalan məbləğin isə Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən etməyin mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ikinci h ala gəldikdə, qeyd edilməlidir ki, əvvəla, bu halı müəyyən etmək işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin vəzifəsi olmuşdur. Üstəlik, işdən görünür ki, məhkəmə bununla bağlı notariat işini tələb etmiş, məhz notariat işindəki sənədlərə əsasən 75000 manatın 35.670 manatının Cavabdeh "xxxx" BOKT-a olan borcuna yönəldilməsini müəyyən etmişdir. Həmin notariat işinə əlavə edilmiş, 32518 manat pulun (qalan məbləğin) alınması barədə qəbzdə isə (i.v.175) pulu alan şəxs kimi Cavabdeh adı qeyd edilib və imza da onun adından edilib.

86. Apellyasiya instansiyası məhkəməsi qalan məbləğin Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən etməyin mümkün olmaması qeyd etsə də, adı çəkilən qəbzə, ümumiyyətlə, qiymət verməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı sayıla bilməz. Cavabdeh alqı-satqı müqaviləsi üzrə pulun ona verilməməsini bildirirsə, artıq bu halı sübut etmək vəzifəsi də onun üzərinə düşürdü. Lakin bu yöndə nə Cavabdeh etirazı olmuş, nə də apellyaisya instansiyası məhkəməsi hər hansı araşdırma aparmışdır.

87. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh iddiası üzrə gəldiyi nəticə yuxarıda göstərilənlər baxımından əsassız olduğu üçün, İddiaçı iddiasının təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz. Çünki İddiaçı iddiasının təmin edilməməsi məhz Cavabdeh iddiasının təmin edilməsi ilə əsaslandırılmışdır. İşdən də görünür ki, Cavabdeh iddiasının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib.

88. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gə lir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

89. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3090/2023 saylı, 16 iy un 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar