Məhkəmə qərarları › İş №2(102)-4315/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4315/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4315/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibd ə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)8965/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(006)-3399/2020 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 1 ünvanındakı 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 154,5 kv.m. olan 140 nömrəli mənzilin boşaldılması və evin İddiaçı ASC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)8 965/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(006)-3399/2020 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilməklə, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyy ən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilm əməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Cavabdeh kassasiya şikayətində işin faktiki hallarına və iş üz rə qəbul edilmiş məhkəmə qətnamələrinə istinad etməklə, maddi hüquq normalarının pozulması kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrini, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 9 və 372-ci maddələrini qeyd etmiş, həmin maddələrinin dispozisiyalarını köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, mübahisəyə aidiyyətini göstərməmişdir. Bununla da, kassator Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci ma ddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbayca n Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(103)8965/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar