Məhkəmə qərarları › İş №2(102)-4316/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4316/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4316/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və X6 qarşı, həmçinin Cavabdeh1 İddiaçı qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4316/2022 (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüquqlarının müdafiəsi) Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzildən çıxarılma” barədə ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən olunması” barədə qarşılıqlı iddia tələblər inə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2871/2022 nömrəli, 20 aprel 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2004-cü il tarixdə İddiaçı Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, 4048/49 məhəllə ev 2, 11 nömrəli mənzili alğı-satqı yolu ilə 91.140.000 manata (AZM) əldə etmişdir. 2. xx.xx.2005-ci il tarixdə İddiaçı və Cavabdeh1 rəsmi nikaha daxil olmuşdurlar. Həmin nikah xx.xx.2017-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. 3. xx.xx.2007-ci il tarixdə İddiaçı Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, 4048/49 məhəllə ev 2, 11 nömrəli mənzili 34800 man ata satmışdır. 4. xx.xx.2007-ci il tarixdə İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi ev 1B, 4 nömrəli mənzili alğı-satqı yolu ilə 33756 manata əldə etmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 115 №-li arayışına görə, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ona ünvan 1 ünvanındakı qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir.

6. İddiaçı Cavabdeh1 nikahda olduqları müddətdə uşaqları olmamışdır. X1 Xuramanın birinci nikahından olan uşağıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və X 6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən (sonradan - mübahisəli mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.

8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2005-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Cavabdehin birinci nikahdan olan oğlu X8 ilə onlarla birlikdə yaşamışdılar. Cavabdehlər iddiaçıya nikaha qədər məxsus olan evə köçmüş, sonra həmin mənzil satılmış və hazırki mübahisəli mənzil alınmışdır. Onlar 2016cı ildən birgə yaşamırlar, cavabdehlər özlərinə məxsus Nizami rayonundakı evdə tikinti və təmir işləri ilə əlaqədar mübahisəli mənzildə n köçəcəklərini bildirsələr də, bu günə qədər artıq müxtəlif bəhanələrlə vədlərinə əməl etmirlər.

9. Əzizova X3 Valeriy Rəhimoviçə qarşı qarşılıqlı iddia verərək birgə nikah dövründə alınmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı mənzilə 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları mənzilin satışından əldə edilmiş vəsaitin bir hissəsi İddiaçı oğlanlarının bağ evlərinin təmirinə və onların ailə qurmasına sərf edilmişdir. Eyni zamanda, Cavabdeh1 öz övladına yeni mənzil almaq üçün vəsait toplamış, lakin sonra işlədiyi məktəbə yaxın ərazi mənzil almaq qərarına gəldiklərindən Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1b saylı evin 4 saylı mənzilini topladığı vəsait h esabına almışdır. Cavabdeh1, həmçinin qeyd etmişdir ki, o, mübahisəli evi ikinci dəfə təmir etdirib.

11. Məhkəmə araşdırması zamanı İddiaçı izahatında göstərmişdir ki, mübahisə predmeti olan mənzil ona nikaha qədər məxsus olan mənzilin satışından əldə edilən vəsaitlə alınmış, ev bir otaqlı olmuş, o, öz vəsaiti hesabına həmin evi təməlli təmir elətdirmiş, yenidənqurma işləri gördürmüş, mənzili iki otaqlıya çevirmişdir. Cavabdeh son illərdə öz vəsaiti hesabına yüngül təmir işləri gördürmüş – yer döşəməsinin laminat elətdirmiş, divar kağızlarını dəyişdirmişdir.

12. Məhkəmə araşdırması zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, onlar 2014-cü ildən birlikdə yaşamasalar da, bir-birinin evinə gedib gəlmişdrilər. Nikahın pozulması barədə məlumatlı olmamışdır. Mübahisəli ev hər ikisinin vəsaiti h esabına əldə edilmişdir, hesab edir ki, ər-arvadın paylı mülkiyyətidir.

13. Cavabdeh Müşviq Əsgərzadə 2018-ci ildə anasının mübahisəli mənzilin təmirinə təxmini 6-8 min məbləğində vəsait sərf etdiyini bildirmişdir.

14. İşdə şahid qismində ifadə verən Xəqani Ağayev də 2018-ci ilin avqustsentyabar aylarında mübahisəli evdə təmir işləri ilə məşğul olduğunu, ödənişləri Əsgərzadə Müşviq etdiyini, təxmini 8-10 min manat vəsait xərcləndiyini qeyd etmişdir.

15. Məhkəmə iclasında şahid X2 iş üzrə izahat verərək, qeyd etmişdir ki, o, Cavabdeh1 bacısıdır. Onun Nizami rayonunda yataqxanada mənzili var idi, mənzilin orderi onun adına idi. Onlar təxminən 2000-ci ildə özlərinə ev aldıqdan sonra həmin mənzilin orderini Cavabdeh1 adına keçirtmişdir. Bacısı Valeriylə evlənənə qədər həmin mənzildə yaşamışdır. O bilirdi ki, nə zamansa həmin mənzil söküləcək və aralarındakı razılaşmaya görə mənzilin yerinə verilən məxsus onun özünə qaytarılmalıdır. Yəni, həmin mənzil əslində Xuramanın deyil, onun özünündür

16. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 sentyabr 2021-ci il tarixli, 2(008)-5235/2021 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilk iddianın təmin edilməsi, Cavabdeh1 və X4 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı, 1 otaqlı mənzildən çıxarılmaları, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi işin araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzili nikaha qədər onun mülkiyyətində olan mənzili satıb iki gün sonra daha ucuz qiymətə əldə etmişdir. Cavabdeh1 mövqeyin ə görə evin satışından əldə edilmiş vəsait onun ərinin birinci nikahdan olan uşaqlarının evliliyinə və bağ evinin təmirinə xərclənmişdir. Lakin, Rəfixanov Valerinin uşaqları 2005, 2006 və 2013-cü illərdə evlənmişlər, mənzil isə 2007-ci ildə satılmışdır. 2007-ci ildə əldə edilən vəsaitin həmin tarixdən əvvələ və ya 6 il sonraya xərclənməsi mümkün deyil, bağ evinin təmirinə dair isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 tərəfindən 6-10 min manat arasında təmirin edilməsi cavabdehin izahatı və şahidin ifadəsindən başqa digər sübutlarla təsdiq edilməmişdir. Lakin, şahidin ifadəsinə əsasən də Cavabdeh1 tərəfindən mübahisəli mənzildə aparılmış təmir işləri əsaslı təmir işlərinin görülməsi kimi qiymətləndirilə və buna görə nikaha daxil olanadək ərə məxsus evin satışı nəticə sində əldə edilən mənzil ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz.

18. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarındakı hüquqi mövqelərə əsaslanaraq, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir. Həmin mənzilin əslində ona deyil, onun bacısına məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şahidin ifadəsinə şübhə ilə yanaşır, belə ki, 20 ildən sonra evin sökülməsi, həmin evin yerində yeni evin inşa edilməsi barədə kimsə bilə bilməzdi. Rəsmi olaraq, sökülən və yeni inşa edilən mənzilin Cavabdeh1ı ad ında olması işin mübahisə edəlməyən halı olduğundan məhkəmə bununla əlaqədar əlavə araşdırma aparmamışdır. X8 isə ümumiyyətlə İddiaçı ailə üzvü sayılmır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 32.1, 32.2.2, 34.1, 35, 36.3, 37.1-ci maddələri, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələri, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilm əsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 2017-ci ildən 2021-ci ilin iyun ayına kimi onlar birlikdə olmuş və ailə münasibətləri davam etmişdir. Lakin, Rəfixanov onunla rəsmi nikahı pozdurmuşdur, bu barədə ona heç bir söz deməmişdir. Belə ki, 2018-ci ildə Rəfixanov ağır cərrahiyyə əməliyyatı keçirmiş və o bir neçə gün köməksiz vəziyyətdə xəstəxanada yatan Rəfixanovun qulluğunda durmuşdur. Sonradan onu xəstəxanadan çıxarmış və evə gətirib bir neçə müddət ev şəraitində qulluğunda durmuşdur. Bundan sonra Rəfixanov gah övladlarının yanında qalmış, gah da onun yaşadığı evdə olmuşdur. Eyni zamanda o da hərdən Rəfixanovun bağ evində gedib, birlikdə yaşamışdır. Bağ evi nin boş qalmaması üçün Rəfixanov bağ evində qalırdı. Həmin vaxtlarda isə o yaşadığı evi ikinci dəfə təmir etdirmişdir. Bu müddətdə dəfələrlə onun bağ evində olmuş və birgə təsərrüfat aparmışlar. Mübahisəli mənzili o, iki dəfə əsaslı təmir etdirmişdir. Birinci dəfə mənzilə təzə köçəndə, ikinci dəfə isə 2018-ci ildə əsaslı təmir olunmuşdur. Rəfixanovun Qaraçuxurdakı mənzili satmaqda məqsədi bilavasitə övladlarını toy xərcləri ilə əlaqədar borclarının ödənilməsinə və həyət evini təmirinə pul əldə etmək olmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2871/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) ilk iddia üzrə cavabdeh ( qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5235/2021 saylı, iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya məhkəməsi apellyasya şikayətinin hədləri ilə bağlı qeyd etmişdir ki, iş üzrə çıxarılmış qətnaməni ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mübahisələndirməklə bütövlükdə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, ilkin iddia üzrə digər cavabdeh X6 münasibətdə qətnaməni mübahisələndirmir.

24. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 32.1, 32.2.2, 34.1, 35, 36.3, 37.1-ci maddələri, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələri, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh/iddiaçı Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 28. - Mübahisələndirilən mənzil əsaslı təmir edilmiş və əmlakının dəyərini xeyli artıran vəsait qoyulmuşdur. Mənzilin əsaslı təmiri 1 otaqlı mənzilin 2 otaqlı mənzil kimi yenidən quraşdılması, mətbəxin balkona çıxarılması Ailə Məcəlləsinin 35-ci maddəsinin təsiri altına düşdüyündən birgə əmlak hesab edilir. 29. - Hadisələrin xronoloji ardıcıllığını və iddiaçının mülahizələrini məhkəmə kollegiyası əsas götürərək Ailə Məcəlləsinin 32.1-ci maddəsini düzgün tövsif etməmişdir. Nəticədə ilkin iddia üzrə cavabdehin hüquqları pozulmuşdur. Belə ki, iddiaçının mənzildən çıxarma tələbindən də görünür ki, o, cavabdehlə 2017-ci ildə nikahı pozduqdan sonra da ondan bunu gizlətmişdir. 3 illik iddia müddətini gözləmiş və 2021-ci ildə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. 30. - Məhkəmə hazırkı iş üzrə həm Azərbaycan Respublikası Ailə Məcəlləsinin (qarşılıqlı iddia tələbinə münasibətdə), həm də xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin (mənzildən çıxarma tələbinə dair münasibətdə) müvafiq normalarını tətbiq etmişdir. Baxmayaraq ki, tərəflərlər arasında hüquq münasibətləri 2005-ci ildə baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətç isinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

35. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Ailə Məcəlləsi

36. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

37. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

38. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıc a mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

39. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

40. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

41. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Apellyasiya məhkəməsinin qətnaməsi ilə yalnız ilkin iddianın Cavabdeh1 aid hissəsi və onun qarşılıqlı iddiasına aid hissə yoxlanılmış, Cavabdeh2 oluna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

52. Buna görə də, kassasiya şikayəti əsasında kassasiya baxışının predmetini ilkin iddianın Cavabdeh1 aid hissəsi və qarşılqlı iddia hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini di nləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2871/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbi hissəsində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək, ilkin iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Belə ki, işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, 4048/49 məh., ev 2-də yerləşən 11 №-li mənzili alğı-satqı yolu ilə əldə etmiş, İddiaçı və Cavabdeh1 xx.xx.2005-ci il tarixdən xx.xx.2017- ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar. İddiaçı birgə nikah dövründə xx.xx.2007-ci il tarixdə yuxarıda adıçəkilən Qara-Çuxur qəsəbəsindəki evi 34800 manata satmış və iki gün sonra, xx.xx.2007-ci il tarixdə alğı-satqı yolu ilə mübahisəli mənzili 33756 manata almış, həmin evə Çıxarışı isə xx.xx.2007-ci il tarixdə almışdır. İş üzrə Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2(1997 il təvəllüdlü) ilə birlikdə ərinin mülkiyyətində olan evə 2005-ci ildən köçmüş və mülkiyyətçinin ailə üzvü kimi mənzildən istifadə hüququ əldə etmiş, həmin mənzil satıldıqdan sonra alınmış yeni mənzildə də 2007-ci ildən köçüb yaşamaqla istifadə hüququ qazanmışdır. Onlar arasında nikah xx.xx.2017-ci il tarixdə pozulmuş, lakin cavabdeh həmin mənzildə yaşamaqda davam etmişdir. Hazırda isə Cavabdeh 1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında ona ünvan 1 ünvanındakı qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzinə 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir.

55. İlk iddianın Cavabdeh1 qarşı təmin edilməsi hissəsində isə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırki tələbə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə cavabdehin mənzildən istifadə hüquqlarının yaranması və xitamı ilə bağlı məsələni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdirlər. Buna görə də, qətnamə həmin hissədə ləğv edilməli və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar əsasında yeni qərar qəbul edilməklə, iddia həmin hissədə aşağıdakı əsaslarla t əmin edilməlidir.

56. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir (bax. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı).

57. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən hazırki mübah isəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməli olduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifa də hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.

59. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüqu qa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarı).

60. İşdən görünür ki, Cavabdeh1 məxsus ünvan 1-un əvəzində "xxxx" MMC tərəfindən ona 2021-ci ilin mart ayında eyni ünvanda yeni bir otaqlı mənzil verilmişdir.

61. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına məcmu halda qiymət verərək hesab edir ki, tərəflər arasında münasibətlər 2005-ci ildən yaranmış, sonradan tərəflərin ailə-nikah münasibətləri xitam olunmuşdur. Cavabdehin hazırda yaşamaq üçün başqa mənzili var və onun mübahisəli mənzildən istifadə hüquqlarının saxlanılmasına ehtiyac yoxdur və həmin hüquqa xit am verilməsi kompensasiya ödənilmədən mümkündür. Buna görə də, Cavabdeh1 mübahisəli mənzildən çıxarılması barədə iddia təmin edilməlidir.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin qarşılıqlı iddia tələblərinə aid hissəsində isə qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

1. Əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

2. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması (bax. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı).

63. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanın ması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

64. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzili, nikaha daxil olduğu vaxta qədər özünün mülkiyyətində olan mənzili satıb iki gün sonra daha ucuz qiymətə almaqla əldə etmişdir. Cavabdeh1 isə mənzilin satışından əldə olunmuş vəsaitin başqa məqsədlərə istifadə edilməsi, yeni mənzilin alınmasına hər hansı vəsait qoymasına dair hər hansı mötəbər sübutları məhkəmə araşdırmasına təqdim edə bilməmiş, həmçinin həmin mənzildə aparılmış təmir işlərinin əsaslı təmir işləri olmaması müəyyən edilmiş,bu zaman maddi və prossesual hüquq normalarının tələbləri pozulmamışdır.

65. Qarşılqlı iddia ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki hallarilə bağlıdır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

66. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutla rdan istifadə oluna bilər.

67. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

68. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəy yən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti həmin hissədə təmin edilməməlidir.

69. Göstərilənlərə əsasən, cavadehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2871/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək ilkin iddia tələbi təmin edilməli, Cavabdeh1 mübahisəli mənzidən çıxarılmalı, qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

70. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmi n edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2871/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək, ilkin iddia tələbi təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1b, 4 saylı mənzildən çıxarılsın. Qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar