Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4318/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: evə köçürülmə, mənzildən istifadə hüququnun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X8 və X9 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noya br 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 tərəfindən Şəki İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əsasən, Yevlax rayonunun Havarlı kəndində yerləşən, torpaq sahəsinin yer quruluşu planında əks edilən 0,06 ha torpaq sahəsinin və onun üzərində olan tikilinin dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmasına dair məhkəmə qərarı çıxarılması xahiş edilmişdir.
2. Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarına görə, Yevlax rayonu Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Ağdaş rayon sakini Cavabdeh1 həyətyanı sahə kimi 0,06 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması; Yevlax rayon Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan çevrədə yerləşən 0,06 ha torpaq sahəsi Ağdaş rayon sakini Cavabdeh1 satılması; Cavabdeh1 normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Havarlı Bələdiyyəsinin bankdakı müvafiq hesabına ödəməsi, ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə təqdim etməsinin tapşırılması; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Y evlax rayon şöbəsindən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi “Torpaq alqı-satqı qaydalarına” əlavədə göstərilən nümunəsi arasında “Torpaqların alqı-satqısına dair” üç nüsxədən ibarət aktın tərtib etməsi və onu qeydiyyata almasının xahiş edilməsi; ilkin torpaq sənədlərinin surəti DTXK-nın Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair akta əsasən, Cavabdeh1 Yevlax rayonu Havarlı Bələdiyyəsinə xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, Bələdiyyə ərazisindən ona 0,06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 394 saylı qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh1 Havarlı Bələdiyyəsinin hesabına 140 (yüz qırx) manat ödəmişdir.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komi təsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı Bələdiyyə mülkiyyətinə aiddir və alqısatqı predmetidir.
5. Yevlax rayonu Havarlı Bələdiyyəsinin 27 dekabr 2022-ci il tarixli, № 125 saylı arayışına əsasən, Cavabdeh1 Havarlı Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə 394 №-li qərarla 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində özünə məxsus kürsülü 2 otaq, 1 mətbəxdən ibarət yaşayış evi inşa etdirmişdir. İşığı, suyu, təbii qazı olmaqla bütün kommunal xidmətdən istifadə edilir. Hal-hazırda Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 ilə həmin evdə yaşayırlar.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-2112/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh3 arasında 30 noyabr 2017-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsində bağlanmış 384 №-li nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 30 oktyabr 2018-ci il təvəllüdllü Məmmədov Abbasəli Samir oğlunun anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 oktyabr 2018-ci il təvəllüdllü Məmmədov Abbasəli Samir oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh3 tutularaq, İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 oktyabr 2021-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət olunmuşdur.
7. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, AZ-İ № 381529 saylı nikahın poz ulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh3 ilə İddiaçı nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 7 №-ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Vəliyeva soyadı verilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, № **********3 saylı məktubuna əsasən, 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 noyabr 2007-ci il tarixli, 394 nömrəli qərarı və həmin qərar əsasın da bələdiyyə ilə onların arasında bağlanmış 1065 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nın Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmış “torpaq sahəsinin alqı-satqısına dair akt”ın olması barədə məlumat X13 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Həmçinin, Cavabdeh1 mülkiyyətinə verilmiş olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” ərizəyə əlavə edilmədiyinə görə yerquruluşu planına əsasən sözügedən ərazinin sərhədini, yerləşmə vəziyyətini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək qeyrimümkündür.
9. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Döv lət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-21-3- 35/2-141/2023 saylı məktuba əsasən, Cavabdeh3 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Yevlax rayonu Havarlı kəndində yerləşən daşınmaz əmlaklar aşkar edilməmişdir.
10. Mingəçevir şəhər ZAQS şöbəsi tərəfindən verilmiş 15 oktyabr 1984-cü il tarixli, İXJQ № 482573 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, X12 xx xxxxxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X4, anası isə X5r
11. Mingəçevir ŞPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmaqla, ünvan 3 ünvanında qeydiyyatdadır. 1
2. Mingəçevir ASAN xidmət tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0458251 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Məmmədov Abbasəli Samir oğlu xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmaqla, ünvan 3 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 30 noyabr 2017-ci ildə Cavabdeh3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Toy şənliyindən sonra el adəti üzrə Cavabdeh3 yaşadığı, Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evin ə gəlin köçmüşdür. Həmin vaxt ona məxsus cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evinə yerləşdirilmişdir. Lakin, həmin ev özəlləşməmişdir. Birgə nikahdan onların 30 oktyabr 2018-ci ildə Abbasəli adlı övladları dünyaya gəlmişdir. Cavabdeh3la bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulandan sonra Abbasəli adlı uşağının onun yanında qalması müəyyən olunmuş və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin olunmuşdur. O, Cavabdeh3la 2022-ci ilin sentyabr ayına kimi Yevlax rayonun Havarlı kəndində yerləşən fərdi yaşayış evində övladı ilə birlikdə yaşamış və onunla birgə mənzil təsərrüfatını idarə etmişdir. Cavabdeh3la münasibə tləri pozulandansonra uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayırlar. Lakin, atasına məxsus mənzil darısqal olduğuna görə orada yaşamaq mümkün deyildir. Cavabdehlərə məxsus fərdi yaşayış evindən onun və övladının istifadə hüququ vardır. Eyni zamanda da Cavabdeh3la birgə nikah dövründə qeyd olunan fərdi yaşayış evinin təmir olunmasında iştirak etmişdir. Göstərilənlərə əsasən onun, yəni İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018-ci il təvəllüdlü Məmmədov Abbasəli Samir oğlu ilə birlikdə Yevlax rayonun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.
15. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəs i Vəkil1 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı sözügedən evdə iki ay yaşamışdır. Hazırda iddiçının əşyaları onun evindədir. Ev onundur. İddiaçının həmin evə heç bir hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
17. Ağdaş Rayon Məhkəməsinin (X1) 2(014)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı və azyaşlı övladı 30 oktyabr 2018ci il təvəllüdlü Məmmədov Abbasəli Samir oğlunun Yevlax rayonunun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh3 2007-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onlar Cavabdeh3 atası Cavabdeh1 adına xx.xx.2007-ci il tarixli bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində yerləşən evə köçmüşlər. Həmin torpaq sahəsinin mülkiyyətdə olmasına dair sənədi yoxdur və hazırkı iddia məhkəməyə verildikdən sonra Cavabdeh1 mülkiyyət sənədinin verilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh3 xx.xx.2017-ci ildə nikaha daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qəbul edilənədək nikahda olmuşlar. İddiaçının məhkəmə iclasında bildirməsinə, həmçinin, Cavabdeh1 da qəbul etməsinə görə iddiaçı 2022-ci ilin sentyabr ayınadək övladı ilə birlikdə həmin ünvanda yaşamış və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir.
19. Mübahisəli ev tərəflərin heç birinin mülkiyyətində deyildir. Tərəflər həmin evin kimin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh evə dair bələdiyyə tərəfindən tərtib edilmiş sənədlərin surətlərini məhkəməyə təqdim etsə də, həmin sənədlər mülkiyyət hüququnu təsdiq etmir. Həmçinin, Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı iddia məhkəməyə verildikdən sonra inzibati məhkəməyə müraciət etmiş və həmin işə mahiyyəti üzrə baxılmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunan mənzildə cavabdeh hansı statusdadırsa, iddiaçı da həmin statusdadır. Ona görə də iddiaçının həmin evdə yaşamaq hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı mübahisəl i mənzilə 2017-ci ildə qeyd-şərtsiz köçərək orada cavabdehlərlə ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından, o, uşağı ilə birlikdə mübahisəli evə köçürülməlidir. Cavabdehlər həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadıqlarına görə onların iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının uşağı ilə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan iddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə cavabdehlərin sahibliyində olan evə kö çürülməsi ədalətli olmaqla yanaşı, yaşayış yerindən məhrum edilmiş iddiaçının və yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğundur. Həmçinin, işin materiallarında mübahisəli evin kimə məxsus olması, kim tərəfindən və nə vaxt tikilməsi barədə heç bir sənəd mövcud deyil.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının digər tələbi olan istifadə hüququnun tanınması isə əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin və onunüzərində inşa edilmiş evin mülkiyyət hüququna dair sənəd olmadığından, həmin sahə və onun üzərindəki evə dair istifadə hüququ müəyyən edilə bilməz.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2, 27.1, 179.3 və 180.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
22. Ağdaş rayon məhkəməsinin 2(014)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq bildirirlər ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 394 saylı qərarına əsasən tikdirdiyi evin torpaq sahəsini Havarlı bələdiyyəsinə müvafiq məbləği ödəyəndən sonra həmin torpağı qanuni əsaslarla alqı-satqı etmişlər. Bu səbəbdən də 0,06 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq sənədləri verilmiş, Havarlı bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi o, Cavabdeh1 satılmış, o aldı ğı torpağın dəyərini Havarlı bələdiyyəsinin bankda olan hesablaşma hesabına ödəmişdir. Bundan sonra torpağın alqı-satqısı 3 nüsxədən tərtib edilərək bir nüsxəsi ona verilmiş, ilkin torpaq sənədləri DTXK-Yevlax rayon Şöbəsinə və digər aidiyyatı orqanlara göndərilmişdir. Mülki iddiaya Havarlı Bələdiyyəsinə xx.xx.2007-ci il tarixli müraciəti Bələdiyyənin ona 0,06 ha torpaq sahəsinin satması barədə xx.xx.2007-ci il tarixli 394 saylı qərarı və onun ödədiyi pulun qəbzi əlavə edilmişdir. Qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması və ona satılması sənədlərlə öz təsdiqini tapır. Bundan başqa onun qeyd olunan torpaq sahəsində kürsülü bir mərtəbədən və iki otaqdan ibarət fərdi yaşayış evini inşa etdirmişdir. Həyat yoldaşı ilə birlikdə həmin evdə bu gün də yaşayır.
24. Cavabadeh Cavabdeh 1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)144/2023 saylı saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
25. Cavabdeh2 digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlərin vəkili Vəkil2 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
27. İddiaçı nümayəndəsi (v əkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı tərəfindən bankdan götürülmüş və məhkəmə kollegiyasına göndərilmiş sənədlərdə əksini tapmış kredit məbləğinin İddiaçı tərəfindən mübahisəli evin təmirinə sərf edildiyini göstərmişdir.
28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X11 və X6) 2(107)-683/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun mü əyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
29. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin istifadə hüququnun müəyyən edilməsinə dair dair hissəsini rədd etməkdə haqlı olsa da, iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
30. Apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Yevlax rayonu Havarlı kəndində yerləşən, 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarına əsasən Cavabdeh1 satılmışdır. qeyd edilən fərdi yaşayış evi C avabdeh1 adına reyestrdə qeydiyyata alınmasa da, 0,06 ha torpaq sahəsi Yevlax rayon Havarlı Bələdiyyəsinin 21 noyabr 2007-ci il tarixli, 394 saylı qərarına əsasən Cavabdeh1 satıldığından sonuncunun həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Digər Cavabdeh3 isə həmin evin mülkiyyətçisi olmamaqla yanaşı Cavabdeh3 mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olması müəyyən edilmir.
31. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qa ydasında Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir.
32. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 bələdiyyədən alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmək imkanı daha əlçatandır. Bu baxımdan Cavabdeh1 torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə müvafiq inzibati tələbləri yerinə yetirmək şərtilə gözlənilən mülkiyyət hüququnun sahibi kimi qəbul edilə bilər. Belə olan halda, hazırkı mübahisəyə analogiya qaydasında 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin mülkiyyətlə bağlı olan 30-cu maddəsinin tətbiqi daha əsaslıdır.
33. Məhkəmə apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına dair dəlili ilə raz ılaşaraq qeyd etmişdir ki, işdə olan 18 yanvar 2023-cü il tarixli məhkəmə iclas protkolundan göründüyü kimi Cavabdeh2 həmin tarixdə keçirilən məhkəmə iclasında iş üzrə cavabdeh qismində cəlb edilməsinə, 08 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, bundan sonrakı məhkəmə iclaslarına dəvət olunması ilə bağlı xəbərdar edilməmiş, məhkəmə qətnaməsində iddia tələbinin Cavabdeh2 da qarşı yönəlmiş olmasına diqqət yetirilməmiş və onun iştirakı olmadan işə baxılması məsələsinə qiymət verilməmişdir.
34. Beləliklə apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 gözlənilən mülkiyyət hüququnun yaranmasına diqqət yetirərək belə qənaətə gəlmişdir ki, iddiaçının ailə qanunvericiliyi əsasında fərdi yaşayış evindən, həmin evə gözlənilən mülkiyyət hüququ yaranan Cavabdeh1 ilə birlikdə onun ailə üzvü kimi istifadə etmək və həmin evə köçürülməsini tələb etmək hüquqları yaranmamışdır.
35. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi-vəkili iddiaçı tərəfindən bankdan götürülmüş və məhkəmə kollegiyasına göndərilmiş sənədlərdə əksini tapmış kredit məbləğinin İddiaçı tərəfindən mübahisəli evin təmirinə sərf edildiyini göstərməsinə baxmayaraq, iş materialından həmin vəsaitin məhz mübahisəli evə sərf edilməsinə dair hər hansı bir sübutun təqdim edilmədiyi müəyyən edilmişdir. Həmin vəsaitin mübahisəli evin təmirinə sərf edilməsi müəyyən ediləcəyi hal da belə bunun evdən istifadə hüququnun deyil, evin tikintisinə çəkilmiş xərcin ödənilmə tələbinin əsasını təşkil edə bilməsi nəzərə alınmalıdır.
36. Məhkəmə azyaşlı uşaq-30 oktyabr 2018-ci il təvəllüdlü Məmmədov Abbasəli Samir oğluna münasibətdə qeyd etmişdir ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(051)-2112/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasındakı nikah pozularkən onların birgə nikahdan olan uşağının anasının yanında qalması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən, azyaşlı uşağın yaşayış yeri valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia Məmmədov Abbasəli Samir oğluna m ünasibətdə də təmin edilə bilməz.
37. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 9.1-ci və 9.3- cü mаddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(107)-683/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
39. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Cavabdeh3la 2022ci ilin sentyabr ayına kimi Yevlax rayonun Havarlı kəndində yerləşən fərdi yaşayış evində övladım ilə birlikdə yaşamış və onunla birgə mənzil təsərrüfatını idarə etmişdir. Eyni zamanda da ona məxsus cehiz əmlakları qeyd olunan fərdi yaşayış evindədir. Hesab edir ki, onun və az yaşlı uşağının qeyd olunan fərdi yaşayış evində yaşamaq hüquqları var. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi bu halların heç birini nəzərə almamışdır. O, cavabdehlərə məxsus torpaq sahəsi və f ərdi yaşayış evinə gəlin köçən zaman qeyd olunan fərdi yaşayış evi tam hazır olmamışdır. Yalnız onun və valideynlərinin maddi köməkliyindən sonra qeyd olunan fərdi yaşayış evini tam olaraq tikdirib orada yaşamağa başlamışlar. Digər tərəfdən isə hazırki vəziyyətdə də qeyd olunan fərdi yaşayış evi özəlləşdirilməmişdir. Lakin, işə baxan Şəki Apellyasiya Məhkəməsi cavabdehlərin torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun olduğunu qeyd etmişdir. Bununla o qəti olaraq razı deyildir. Belə ki, mübahisəli fərdi yaşayış evi onun və valideynlərinin vəsaiti hesabına inşa olunmuşdur.
40. İddiaçı bildirmişdir ki, məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və h ərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək qeyd etmişlər ki, iddiaçı evdə 2 ay yaşamışdır, bundan başqa tərəflərindən torpaq sahəsinin və evin dövlət reyesterindən keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyesterinə də müraciət etmişlər. Torpaq sahəsinin plan və ölçüsü ərizəyə əlavə edilmədiyinə görə imtina məktubu gəlmiş, bununla bağlı Şəki İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixində müraicət etmişlər. Onların gözlənilən mülkiyyət hüquqları vardır. Odur ki hazirki kassasiya şikayəti əsassızdır, onların mülkiyyət hüquqlarını pozur. Odur ki kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
43. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
44. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənz imləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
45. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.
46. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
48. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
49. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
50. Maddə 30.1 yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
51. Maddə 30.2 əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
52. Maddə 30.4 yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
53. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
54. Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
55. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
56. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
57. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.Hazırki kassasiya şikayətində iddiaçı məhkəmə aktını tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddia ərizəsində, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyəpləndirməyə zərurət görmür.
67. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-683/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.