Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvlərinin yaşayış binasından istifadə hüququ, sübutetmə yükü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə və pul” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4670/2024 nömrəli, 2024-cü 22 oktyabr tarixli qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 Cavabdeh2 anası, İddiaçı isə qızıdır.
2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı verdiyi xx.xx.2004-cü il tarixli orderlə onun özünə, oğlu X2 və qızı Cavabdeh1 Bakı şəhəri, A.Orucəliyev küçəsi, ev 9/12, mənzil 35-dən (bundan sonra – mübahisəli mənzil) istifadə hüququ verilmişdir.
3. Mübahisəli mənzil sonradan Cavabdeh1 da razılığı alınmaqla İddiaçı adına özəlləşdiri lmişdir. Belə ki, sözügedən mənzil xx.xx.2010-cu il tarixdən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
4. İş üzrə tərəflər hazırda həmin evdə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzildən cavabdehlər İ.Ə.Əsədov və Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, qızı Cavabdeh1 1998-ci ildə rəsmi nikaha daxil olaraq gəlin köçmüşdür. 2012-ci ildə ərinin problemləri olduğu üçün qızı və nəvəsi iddiaçının razılığı ilə bir müddətlik onun yanına – mübahisəli mənzilə gəlmiş, kürəkənin işləri qaydasına düşdükdən sonra isə yenidən ayrı ünvana köçmüşlər. Uzun müddətdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Onların mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Qeydiyyatdan çıxmaqla bağlı xəbərdarlıqlara baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə yayınmışlar. İddiaçı onların sözügedən mənzildən qeydiyyatından çıxarılmalarına dair ərizə ilə polis orqanına müraciət etsə də, məsələ həllini tapmamışdır. İddiaçı hesab edir ki, bu məsələ onun mülkiyyət hüququnu pozur.
7. İddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasında evi satmaq istədiklərini, lakin Cavabdeh1 razılıq verməməsi səbəbilə sata bilmədiklərini bildirmişdir.
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, mübahisəli mənzil Cavabdeh1 ata evidir. İddiaçının bu tələb ilə məhkəm əyə müraciət etməsinə səbəb oğlu Süleyman Süleymanovdur. Süleymanın arvadının adına başqa mənzil olmasına baxmayaraq mübahisəli mənzildə yaşayır. Cavabdehlərin isə yaşamağa başqa yerləri yoxdur. Mübahisəli mənzilə buraxılmadıqlarına görə həmin ərazidə 750 manata kirayə qalırlar. Həmin mənzil Cavabdeh1 ata evi və yeganə yaşayış yeri olduğuna görə mənzilə istifadə hüququnun itrilməsi, onlara kompensasiya verilməklə icra edilməlidir. Həmin ərazidə kirayə evlərin qiyməti 750-800 manatdır. Beləliklə, həmin ətrafda üç otaqlı yaxşı təmirli mənzilin üç illik kirayə haqqı 28.800 manat edir. Buna görə də mənzilə istifadə hüququna xitam verilməsi üçün onlara 28.800 manat kompensasiya verilməlidir.
9. Bununla yanaşı, Cavabdeh1 və Cavabdeh2 etirazın məzmununa uyğun qarşılıqlı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək bildirmişlər ki, mərhum atası sağlığında ona ev almaq üçün banka 10.000 dollar pul qoymuşdu ki, gələcəkdə üstünü düzəldərək ona ev alsınlar. Lakin anası Sənubər həmin pul ilə qardaşı Süleymana torpaq almışdır. Süleyman məhkəmə hazırlıq iclasında bu halı təsdiqləmişdir. Bu səbəbdən, onların mübahisəli mənzilə köçürülmələri təmin edilməli və anası İddiaçı mənzilə aid kompensasiyadan əlavə xərclədiyi 10.000 ABŞ dolları qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 ödəməlidir.
10. İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazında və məhkəməyə təqdim etdiyi izahatda bildirmişdir ki, 2011-ci ildə oğlu - cavabdeh İlhamə Əsadovanın qardaşı Süleyman Süleymanovun evlənməsi ilə əlaqədar sonuncuya torpaq sahəsi hədiyyə edilmişdir. Daha sonra atası - Əziz Süleymanov oğluna hədiyyə verilən əmlakı Masazırda yerləşən 1 otaqlı evlə dəyişdirmiş və dəyişdirmənin müqabilində əlavə olaraq 6000 manat borcu qalmışdır. Həmin yaşayış evi Cavabdeh1 təklif edilmişdir. Lakin cavabdeh həmin evi istəməmiş və qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən Əziz Süleymanov evi qaytarmış və bunun müqabilində 9600 manat pulu geri almışdır. Daha sonra Əziz Süleymanov həmin vəsaiti banka depozitə qoymuş, bir müddət sonra isə öz şəxsi ehtiyacları ilə əlaqədar bankdan geri götürmüş və xərcləmişdir. Beləliklə, sözügedən mənzil cavabdeh tərəfindən qəbul edilməmiş, daha sonra isə Əziz Süleymanov həmin mənzili geri qaytararaq pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Beləliklə, cavabdehə təklif olunan mənzil əslində Əziz Süleymanovun oğlu, cavabdehin qardaşı Süleyman Süleymanova hədiyyə verilən əmlak hesab ına alınmışdır. Lakin bağışlama baş tutmamış, beləliklə bağışlama müqaviləsi bağlanmamışdır. Cavabdeh1 ilə mərhum Əziz Süleymanov arasında baş tutmamış bağışlama müqaviləsinə görə iddiaçının hər hansı öhdəliyi müəyyən edilə bilməz. Bu səbəbdən, cavabdehin 10.000 ABŞ dolları barədə tələbi əsaslı hesab edilə bilməz.
11. Bundan başqa 2006-cı ildə mərhum Əziz Süleymanov ona məxsus Yasamal rayonunda yerləşən fərdi yaşayış evini 21000 ABŞ dollarına satmış, 4 uşağın arasında bölmüş, o cümlədən cavabdehə 5000 ABŞ dolları pul vermişdir. Əziz Süleymanov bu məbləğə ev almaları və evin ilkin ödənişini etmələri məqsədilə cavabehə, cavabdeh ərinə, əri isə öz qardaşına vermişdir. Cavabdeh1 qaynı həmin pulu indiyədək geri qaytarmamışdır. Eyni zamanda, Süleyman Süleymanov tərəfindən də cavab Cavabdeh1 oğlu nun təhsil xərcləri ilə əlaqədar 1000 manat pul verilmişdir.
12. Etirazda o da qeyd edilmişdir ki, Cavabdeh2 yetkinlik yaşına çatdığı üçün ümumiyyətlə iddia qaldırmaq hüququ olmamışdır. Belə ki, nənənin yetkinlik yaşına çatmış nəvəsinə mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya ödəmək vəzifəsi qanunla müəyyən edilməmişdir.
13. Cavabdehlərin köçdükdən illər sonra iddia qaldırması onların sözügedən mənzildən məcburi çıxarılmaları ilə bağlı bildirdiklərini təkzib edir. Onların bu illər ərzində yaşamağa yerləri olmasa idi, iddia ərizəsini daha əvvəl verərdilər. O da qeyd edilmişdir ki, iddiaçının 15.000 manat kompensasiya təklifinə cavabdeh tərəf etiraz etmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh2 mübahisəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Ramin Quliyev).
15. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı və cavabdeh İlhamə Əzizova 2004-cü ildə müvafiq order əsasında mübahisəli mənzilə mülkiyyət hüququ əldə etmişlər. Sonradan həmin mənzil İddiaçı adına özəlləşdirilmiş, İlhamə Əzizova isə buna etiraz etməmişdir. Bununla belə, Cavabdeh1 həmin mənzilə istifadə hüququ yaranmış, bu gün d ə mövcuddur. Bu hüququn isə ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzdür. Bu əsasla, Cavabdeh1 həmin mənzilə köçürülməlidir.
16. Məhkəmə Cavabdeh2 münasibətdə isə qeyd etmişdir ki, onun mənzilə istifadə hüququ İlhamə Əzizovanın yetkinlik yaşına çatmayan övladı olduğu üçün əvvəllər mövcud olmuşdur. Hazırda isə o yetkinlik yaşına çatdığı üçün bu hüququnu itirmişdir. Bu səbəbdən ilk iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməlidir.
17. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı kompensasiyadan əlavə xərclədiyi 10.000 ABŞ dolları pulun Cavabdeh1 ödənilməsi hissəsində də iddianı əsassız sayması ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, dəymiş zərərin nədə ifadə olunduğu, vurulmuş zərərin necə formalaşması barədə heç bir mötəbər sübut məhkəmə təqdim olunmamışdır.
18. Məhkəmə mövqeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 27.2, 228, 255, 262, 1096, 1097-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qismən – Cavabdeh1 mübahisəli mənzilə köçürü lməsi hissəsində ləğv edilməsini, sonuncunun 15.000 manat kompensasiya ödənilməsi müqabilində mənzildən istifadə hüququna xitam verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır: 1) məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun mövcudluğunu, bu hüququn ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzlüyünü qeyd etsə də, iddiaçı tərəfindən bütün məhkəmə iclasları boyunca, o cümlədən iddia tələbinə əlavə kimi verilən izahatlarda 15000 manat kompensasiya təklif edilməsinə hüquqi qiymət verməmişdir. 2) ilkin iddia məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Bundan sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 4 hazırlıq iclası keçirilmişdir. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsini sonuncu yəni xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə təqdim etmişdirlər. Buna qədər cavabdehlər yalnız kompensasiya tələb edirdilərsə, həmin qarşılıqlı iddiada mənzilə köçürülmə və pul tələbi irəli sürmüşdürlər. Halbuki, MPM-in 155.1 və 154.1-ci maddələrinin tələbinə əsasən qarşılıqlı iddia iş icraata qəbul olunduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən 20 gün ərzində verilməli idi. Hazırlıq iclasında qarşılıqlı iddianın qanunvericiliyə uyğun təqdim edilməməsi ilə bağlı etirazla çıxış edilsə də, məhkəmə qeyd olunan prosessual hüquq normalarının tələbini pozaraq qarşılıqlı iddia ərizəsini 3 ay sonra icraata qə bul etmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi təqdim edilən xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmə çəkişmə prinsipinin pozaraq birbaşa baxış iclası təyin etmişdir. Bu səbəbdən Cavabdeh1 yeni tələblərinə qarşı iddiaçı tərəf olaraq kifayət qədər hüquqi müdafiə qura bilməmiş, qarşılıqlı iddiaya münasibət bildirmək imkanından məhrum olmuşlar. Halbuki, həmin qarşılıqlı iddia prosessual qanunvericiliyə əsasən 20 gün ərzində təqdim edilsə idi, iddiaçı tərəf olaraq iddia tələblərini dəqiqləşdirər, müdafiəni yeni tələblərə uyğun təşkil edə bilərdi. 3) apelyasiya məhkəməsi cavabdehlərin mübahisəli mənzildən könüllü şəkildə köçüb-köçməməsi məsələsini araşdırmamışdır.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi kompensasiya məbləğini 20.000 manata kimi artıra biləcəkləri barədə izahat vermişdir.
22. Məhkəmə iclasında cavabdeh kirayədə qaldığını, mübahisəli evdən başqa yaşamaq üçün evinin olmadığını bildirərək, ən azından bir otaqlı ev ala bilməsi üçün kompensasiya verilməli olduğunu, lakin iddiaçı tərəfin belə bir təklif irəli süməməsi barədə izahat vermişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4670/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı kompensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir (hakimlər: İkram Şirinov – sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Elşən Kazımov).
24. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır və bu gün də mövcuddur.
25. Cavabdehlərin mənzildən məcburi çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, işin faktiki halları ilə Cavabdeh1 mübahisəli mənzili könüllü olaraq tərk etməsi müəyyən edilməmişdir. Eləcə də iddiaçı tərəf Cavabdeh1 mübahisəli mənzilə ehtiyacının qalmaması barədə mötəbər sübutlar təqdim etməmişdir.
26. Qarşılıqlı iddianın icraata qəbul edilməsi ilə bağlı dəlilə gəldikdə isə məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbulu zamanı prosessual hüquq normalarının tələbləri pozulma mışdır.
27. Apellyasiya şikayətinin kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilmişdir ki, apellyasiya şikayətində, eləcə də apellyasiya baxışında iddiaçı tərəf, yəni iddiaçının nümayəndəsi və vəkili cavabdehə 15000 manat məbləğində kompensasiya ödənilməsi müqabilində mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsində kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsinə dair iddia verilmədiyindən, rayon məhkəməsi tərəfindən belə bir iddia tələbinə baxılmadığından, MPM-in 149.1, 218.3-cü maddəsinin tələbləri baxımından onun bu təklifinə hazırkı mərhələdə baxılması prosesssual qanunvericiliyə ziddir. Belə ki, mülkiyyətçi İddiaçı komp ensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
28. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152, 228-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassator şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mənzildən məcburi çıxarılması ilə bağlı məsələni araşdırarkən prosessual qanun verciliyin tələblərinə zidd olaraq sübutetmə yükünün İddiaçı üzərinə düşdüyü qənaətinə gəlmişdir. Halbuki Cavabdeh1 ilkin iddia üzrə cavabdeh olduğu kimi, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçıdır və bu prosessual statusda olduğuna görə mənzildən məcburi çıxarılıb-çıxarılmaması ilə bağlı sübutetmə onun vəzifəsidir.
31. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadı qda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülki yyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə y aşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
40. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istif adə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayəti əsasında qətnamə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. İddiaçı bildirir ki, qızının ailə problemlərinə görə, 2012-ci ildə onun və nəvəsinin mübahisəli mənzilə köçərək qeydiyyata düşməsinə razılıq vermiş, lakin mövcud problemlər aradan qalxdıqdan sonra onlar yenidən başqa ünvana köçmüşlər. Cavabdehlər artıq 3 ildir ki, mübahisəli mənzildə yaşamırlar. Onların mübahisəli mənzildə qeydiyyatda olmaları, mübahisəli mənzilin satılmasına mane olur. Bu səbəbdən onların mənzildən istifadə hüququna xitam verilməlidir.
49. Cavabdehlər isə onların mənzildən istifadə hüququna xitam verilməsinin yalnız kompensasiya verilməkl ə mümkün olacağını bildirməklə ilk iddia tələbinə etiraz etmiş, eyni zamanda mənzilə köçürülmələri ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
50. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır və bu gün də mövcuddur. Bu hüquqa isə yalnız kompensasiya verilməklə xitam verilə bilər. Lakin iddiaçı kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmədiyindən, iddia tələbi ona münasibətdə təmin edilməməli, eyni zamanda iddiaçıya qeyd edilən tələblə məhkəməyə müraciət hüququ izah olunmalıdır. Digər cavabdeh isə yetkinlik yaşına çatdığı üçün onun istifadə hüququ artıq mövcud deyildi r.
51. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan kassator şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh1 mənzildən könüllü şəkildə çıxaraq ərinin yanına köçmüşdür. Əksini iddia edən cavabdeh isə bunu özü sübut etməlidir.
52. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 2012-ci ildə iddiaçının razılığı ilə mübahisəli mənzilə köçərək onunla birgə yaşaması və bu əsasla onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə müvafiq olaraq həmin mənzilə istifadə hüququnun yarandığı işin mübahisəsiz halıdır.
53. Həmin maddəyə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
54. Bununla belə, apellyasiya məhkəməsi yaşayış sahəsindən i stifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxmasının istisna edilmədiyini nəzərə almamışdır.
55. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh1 iddiaçıya məxsus mübahisəli mənzilə daha əvvəl yaranmış istifadə hüququnun aradan qalxıb-qalxmamasına Mənzil Məcəlləsinin 30.4-cü, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarındakı hüquqi mövqe baxımından düzgün qiymət verməmiş, mübahisənin həlli üçün əhəmiyyətli olan halları araşdırmamışdır.
56. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətç isi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
57. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyə görə, şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
58. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki M əcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
59. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 2012-ci ildən sonrakı dövrdə bir müddət iddiaçı olan anası ilə birgə mübahisəli mənzildə yaşasa da, artıq bir neçə ildir ki, başqa yerdə yaşayır.
60. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli baxımından əhəmiyyətli olan - Cavabdeh1 nə vaxtdan həmin mənzildə yaşamadığı, mənzi ldən könüllü çıxıb-çıxmaması, məcburi çıxarılmışdısa iddiaçının qeyd etdiyi kimi niyə 3 ildən sonra məhkəməyə müraciət etməsi, eyni zamanda harada yaşaması, daimi yaşayış yerinin olub-olmaması kimi xüsusatları araşdırmamış, işin bu hallarına əsaslandırılmış hüquqi qiymət verməmişdir.
61. Bu isə onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, işdəki sübutların tədqiq edilməklə onlara iddianın həllinə təsiri baxımından qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
62. Nəzərə alınmalıdır ki, məhkəmə aktların ın əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
63. Bu qaydalara riayət edilməməsi həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, həm də İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olun muş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
65. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstə rməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
66. Bu səbəbdən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası m əhkəməsinə göndərilməlidir.
67. İşə yenidən baxan məhkəmə hazırkı qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4670/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.