Məhkəmə qərarları › İş №2(102)-4320/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4320/2021

27.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4320/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı XXXnun cavabdeh “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, intizam tənbehi verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələ dov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2509/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra – cavabdeh və ya şirkət) ilə XXX (bundan sonra – iddiaçı) arasında bağlanmış 01.08.2016cı il tarixli, EAE0707-914656 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı şirkətdə aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsinə qəbul edilmişdir. 08 may 2019-cu il tarixdə Xəzər dənizində "İsrafil Hüseynov" boru kə məri ("PLBH") göyərtəsində partlayış baş vermiş, nəticədə bir nəfər ölmüş və 13 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Bu qəza göyərtədə İMPP avadanlığının təmiri zamanı baş vermiş, qəza ilə əlaqədar geniş daxili istintaq başlanılmış və araşdırmanın nəticəsi olaraq cavabdeh şirkətdə aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsində işləyən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi formasında intizam tənbehi tədbiri tətbiq edilmiş, bu barədə 10 iyun 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmr verilmişdir. Həmçinin, 08.05.2019-cu il tarixdə “İsrafil Hüseynov” borudüzən barjada 14 nəfər işçinin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı 09.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış, istintaq həmin Məcəllənin 162.2-ci maddəsi ilə davam etdirilmiş, 07.08.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə) cinayət işi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair 10 iyun 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmrinin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “İsrafil Hüseynov” borudüzən barjada 14 nəfər işçinin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı hadisənin 08.05.2019-cu il tarixdə baş verməsinə, 09.05.2019-cu il tarixdən Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmasına və təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə cinayət işi üzrə icraatın dayandırılmasına baxmayaraq, onun barəsində intizam tənbehinin 10.06.2020-ci il tarixdə görülməsi əmək qanunvericiliyinin tələblərinə ziddir. Həmçinin Prokurorluq tərəfindən başa çatdırılmamış araşdırma ilə onun barəsində görülən tədbirin heç bir birbaşa əlaqəsi yoxdur, çünki onun barəsində görülən tədbir araşdırmanın nəticələrinə əsaslanmır. Cavabdeh tərəf iddiaya etirazın əsası kimi iddiaçıya qarşı intizam tənbehinin tətbiq edilməsinin səbəbi kimi 08 may 2019-cu il tarixdə cavabdehin icarəsində olan "İsrafil Hüseynov" borudüzən gəmisinin göyərtəsində İMPP izolyasiya avadanlığının təmiri zamanı partlayış baş verməsinə, sözügedən hadisə ilə bağlı, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli cinayət işi başlanaraq hal-hazıradək istintaqın aparılmasına, baş vermiş partlayışla əlaqədar cavabdeh tərəfindən aparılmış daxili araşdırma zamanı hadisənin baş verməsində iddiaçı tərəfindən də pozuntuya yol veril məsinin müəyyən edilməsinə, iddiaçının İMPP avadanlığının təsdiq olunmuş təlimat və prosedurlardan kənar qaydada və üsullarla təmir edilməsindən xəbərdar olsa da, dəyişikliyin idarə edilməsi prosesini başlamaması ilə DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozmasına, belə pozuntunun isə öz növbəsində iddiaçının 01 avqust 2016-cı il tarixli EAE0707-914656 saylı əmək müqaviləsinin 9.1.11, 9.1.22, 9.1.43 və 9.1.54-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 10-cu maddəsinin (a) 5 və (c) 6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnməsinə, iddiaçının müvafiq təmir işinin heç bir təlimata və ya prosedura söykənmədiyinə, özbaşına qaydada aparıldığını bilməsinə və ya ən azından bunu bilməli olmasına, hadisənin X2 göstəri libgöstərilməməsindən asılı olmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntunun törədilməsinin danılmaz fakt olduğu üçün cavabdehin haqlı olaraq həmin pozuntuya görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görməsinə və nəhayət iddiaçının intizam tənbehi haqqında əmri əldə etdikdən sonra 1 ay və 3 gün müddət keçdikdən sonra həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməklə əmək qanunvericiliyi ilə tələb olunan 1 aylıq iddia müddəti tələbinə riayət etməməsinə istinad etmiş və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəni təqdim etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1547/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qət naməsi ilə (hakim R.Qafarova) iddia təmin edilmiş, cavabdeh "X1 B.V" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin XXXnun (XXX) barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair 10 iyun 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmri ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsini 07.07.2020-ci il tarixdə poçta təqdim etmiş və 08.07.2020-ci il tarixdə poçt xidməti tərəfindən iddia ərizəsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bu səbəbdən iddia ərizəsinin üzərindəki "daxil olma" ştampındakı tarix (14 iyul 2020-ci il) iddia ərizəsinin Məhkəməyə məhz həmin tarixdə təqdim edilməsi kimi qiymətləndirilməməlidir. Belə liklə, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbi pozulmamışdir. İddia tələbinə münasibətdə məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baş vermiş partlayışla əlaqədar cavabdehin özü tərəfindən aparılmış daxili araşdırma ilə bağlı X4 21.06.2019-cu il tarixdə hazır olmuşdur. Cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixində iddiaçıya daxili araşdırmanın nəticələri barədə yazılı məlumat verilmiş və Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq rəsmi izahatın verilməsi tələb edilmişdir. İddiaçı öz izahatını 16 mart 2020-ci il tarixində təqdim etmişdir. Cavabdeh 10.06.2020-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi barədə təqdimatla müraciət edərək göstərmişdir ki, XXXnin izahlarının araşdırılmasından və qiymətləndirilməsindən sonra müəyyən edilmişdir ki, hə min izahlar onun səhv davranışına haqq qazandırmır və digər hallarla yanaşı, həmçinin təqdimatın məzmununda göstərilənlərə görə əmək müqaviləsinin pozulması üçün üzrlü səbəb kimi qəbul edilməmişdir. Təqdimatda göstərilənlər nəzərə alınaraq hesab edilmişdir ki, XXX tərəfindən törədilən pozuntuya şirkətin cavabı olaraq onun barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Buna görə də Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (d) bəndinə və 186.2-ci maddəsinə əsaslanaraq, XXX barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məsələsinin nəzərdən keçirilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan qanun pozuntuları ilə əlaqədar 16.03.2020-ci il tarixdə yazılı izahat alınsa da, ona verilən intizam tənbehi iddiaçı tərəfindən əmək intizamı nın pozulduğunun aşkar edildiyi, hətta izahatının alındığı gündən bir ay keçənədək deyil, hadisədən 1 il, izahat alınmasından sonra isə 2 aydan çox vaxt keçdikdən, yəni 10.06.2020-ci il tarixdə verilmişdir ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187.3-cü maddəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Cavabdeh tərəf qeyd olunan maddənin sonuncu cümləsini rəhbər tutaraq qeyd etmişdir ki, əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır, çünki sözügedən normanın göstərişinə görə cinayət işi üzrə icraatın müddəti göstərilən iddia müddətlərinə daxil edilmədiyindən cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Məhkəmə cavabdeh tərəfin qeyd edilən normanı göstərilən qaydada təfsir etməsini subyektiv mülahizə kimi qiymətləndirmiş və qeyd etmişdir ki, bu hal yalnız iddiaçı barəsində cinayət işi üzrə icraat zamanı tətbiq edilə bi lərdi. İşin materiallarından göründüyü kimi, cinayət işi fakta görə qaldırılmış, iddiaçı həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir, onun barəsində cinayət işi olmamaqla hər hansı araşdırma getmir. Məhkəmə həmçinin vurğulamışdır ki, X2 hadisənin baş verməsi ilə əlaqədar iddiaçı tərəfindən hər hansı nöqsana yol verilməsi müəyyən edilmədən, eləcə də Prokurorluq tərəfindən aparılan istintaqın nəticələri hələ məlum olmadığı halda cavabdeh özünün mülahizəsinə (daxili araşdırmasına) əsasən müəyyən etdiyi pozuntuya görə iddiaçıya intizam tənbehi tədbiri görməkdə o vaxt haqlı olardı ki, iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş intizam tənbehini yalnız həmin Məcəllənin 187-ci maddəsində göstərilən qaydada və müddət ərzində versin. Göstərilənlərə əsasən məh kəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini nəzərə almayaraq iddiaçıya əmək intizamının pozulduğu aşkar edildiyi gündən 1 il vaxt (izahatı alındıqdan sonra isə 2 ay) keçdikdən sonra intizam tənbehi verməklə həmin Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş qayda və müddətlərə riayət etməmiş, qanunvericiliyin tələbləri ilə yanaşı iddiaçının hüquqlarını da pozulmuşdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 186, 187, 296.2, 311-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətn amədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh iddiaçıdan izahat tələb edərkən iddiaçı tərəfindən əmək intizamının həqiqətən pozulduğunu hələ müəyyən etməmiş, iddiaçı tərəfindən potensial əmək pozuntusunun törədilməsinə işarə edən müəyyən halların araşdırılmasını aparmışdır. Bu hal cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.03.2020-ci il tarixli “İntizam proseduru haqqında bildiriş və yazılı izahatın tələb edilməsi” barədə sənəddə də öz əksini tapmışdır. Belə ki, həmin sənədin birinci abzasının sonuncu cümləsinə əsasən, cavabdeh iddiaçıya onun aşkar edilmiş əmək pozuntusu barədə deyil, on un tərəfindən əmək müqaviləsinin potensial pozuntusunu, yəni ehtimal olunan pozuntusunu göstərən hallardan bəhs edir. Həmçinin, cavabdeh iddiaçının izahatını aldıqdan sonra da sonuncu tərəfindən əmək pozuntusunun həqiqətən törədilibtörədilmədiyini dərhal müəyyən edə bilməmişdir. Belə ki, baş vermiş hadisənin mürəkkəbliyini və hadisənin baş verməsində çoxsaylı şəxslərin təqsirli ola biləcəyini nəzərə alaraq, iddiaçı tərəfindən əmək intizamının pozulub-pozulmadığını müəyyən etmək məqsədilə əlavə araşdırma və təhlillər aparmaq tələb olunurdu. Nəhayət, belə araşdırma və təhlillər 10.06.2020-ci il tarixdə iddiaçı tərəfindən əmək intizamının pozulması nəticəsinə gəlinməklə yekunlaşmışdır. Məhz həmin tarixdə intizam tənbehinin tətbiq edilməsi haqqında təqdimat qəbul olunaraq iddiaçı barəsində m üvafiq tədbirlərin görülməsi üçün müəssisə rəhbərinə təqdim edilmişdir. Təqdimat iddiaçının törətdiyi əmək intizamı pozuntusunun cavabdeh tərəfindən aşkar edildiyini göstərən ilk sənəddir. Odur ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsində göstərilən 1 aylıq müddət məhz həmin tarixdən hesablanmalıdır. İddiaçı barəsində mübahisə edilən əmrin də həmin tarixdə, yəni 10.06.2020-ci il tarixində qəbul edildiyini və 11.06.2020-ci il tarixdə ona təqdim edildiyini nəzərə alaraq, sözügedən 1 aylıq müddətin pozuntusu baş verməmişdir. Əmək Məcəlləsinin 187.3-cü maddəsinin sonuncu abzasına əsasən əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır, çünki sözügedən normanın göstərişinə görə cinayət işi üzrə icra atın müddəti göstərilən iddia müddətlərinə daxil edilmir. Odur ki, cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, iddiaçıya intizam tənbehinin verilməsi üçün əsas olmuş hal ilə bağlı, yəni cavabdehə məxsus gəmidə baş vermiş partlayışa səbəb olmuş hüquq pozuntuları ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanmışdır. Məhkəmə tərəfindən qeyd olunan normaya verilmiş şərh tamamilə əsassızdır və iddiaçı tərəfin subyektiv yanaşmasına əsaslanan qərəzli mülahizədən başqa bir şey deyil. Belə ki, qeyd olunan müddəanın məzmunundan cinayət işi üzrə icraatın məhz işçi barəsi ndə başlanılması tələbi irəli gəlmir və cinayət işi intizam tənbehinin verilməsi üçün əsas olmuş hal ilə əlaqədar, yəni fakt üzrə başlandıqda da, qeyd olunan müddəadakı qayda tətbiq olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2509/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayət inin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə i craatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən ka ssasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 186 (İ hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. (İİ hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yet irdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187 (İ hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. (İİ hissə). İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. (İİİ hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2509/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar