Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4320/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2665/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh 2016-cı ildən İddiaçı MMC-də çalışmaqla, sonuncu vəzifəsi İddiaçı MMC-də ticarət və marketinq departamentinin müdiri olmuşdur.
2. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2021-ci il tarixli, 223 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. 3. xx.xx.2021-ci il tarixli audit rəyi və hesabatına görə MMC-yə ümumilikdə 712140,75 manat məbləğində ziyan vurulmuşdur. 4. 27.08.2021-ci il tarixli kassa mədaxil qəbzinin sürətinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 491000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödəni lməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 217042,75 manat əsas borc, başqasının pul vəsaitindən qanunsuz istifadə etməsinə görə 15190 manat vurulmuş ziyan, ödənilmiş 60 manat mediasiya xərci, 448 manat dövlət rüsumu olmaqla, cəmi 232740,75 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin avqust ayında cəmiyyət tərəfindən cari daxili maliyyə yoxlaması aparılarkən cavabdeh xx.xx.2021-ci il tarixdən işə çıxmamış və müxtəlif bəhanələrlə cəmiyyətə məxsus və onun vəzifə tabeliyində olan “Albalı” marketdə aparılan təftişdə iştirakdan boyun qaçırmışdır. Yoxlama zamanı ilkin olaraq 500000 manat civarında çatışmazlıqlar müəyyən edilmiş və bununla bağ lı Cavabdeh məlumat verilmişdir. Lakin o, buna məhəl qoymayaraq iş vaxtı ərzində əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməkdən boyun qaçırmış və işin normal ahəngini pozmuşdur. Odur ki, Cavabdeh iş vaxtı ərzində əmək müqaviləsinin çərçivəsinə sığmayan və daxili intizamı pozan əmələ yol verməklə, cəmiyyətdə mövcud olan daxili nizam-intizamı kobud şəkildə pozmuşdur. Bundan əlavə, işçinin hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulmuş, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərin icrası əngəllənmişdir. Bu səbəbdən də, Cavabdeh İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mənimsəmə ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmin ərəfədə cava bdeh törətdiyi əməlləri dəyərləndirərək qısa zamanda adında olan əmlakları özgəninkiləşdirməklə, əldə olunmuş vəsait hesabına ilkin müəyyən edilmiş ziyanı qismən qarşılamışdır. Lakin İddiaçı MMC tərəfindən hadisə ilə bağlı yoxlamanın keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən yoxlama dövrü xx.xx.2020-xx.xx.2021-ci il olmaqla, kənar auditor cəlb edilmişdir. Yoxlama nəticəsində Cavabdeh tərəfindən cəmiyyətə 712140,75 manat ziyan vurulduğu müəyyən edilmişdir. Cinayət məsuliyyətindən boyun qaçırmaq üçün cavabdeh 495098 manat məbləğində pul vəsaitini cəmiyyətin kassasına mədaxil etmişdir və beləliklə, cavabdehin hazırda vurduğu ziyanın məbləği 217042,75 manat təşkil edir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
7. Məhkəmə iclasınd a şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, o, müstəqil auditor kimi 2007-ci ildən fəaliyyət göstərir. Hazırkı işlə bağlı auditin keçirilməsi barədə ona İddiaçı MMC-nin adından Vəkil1 müraciət etmişdir. Cavabdeh tanımır. Əvvəllər onunla münasibəti, eləcə də şəxsi qərəzliliyi və ədavəti olmamışdır. Göstərilən dövr üzrə maliyyə hesabatlarının yoxlamasını aparmışdır. Yoxlama aparılarkən Cavabdeh dəvət olunmasını istəsə də, həmin şəxsin artıq orada işləmədiyi bildirilmişdir. Mal dövriyyələrini, kassa dövriyyələrini, anbarda faktiki olan qalıq malların sayını yoxlayıb sistemdə əməliyyatları geri işləmişdir. Əməliyyatları geri işlədikcə, tarixlər üzrə müqayisələr aparmış və bunun nəticəsində müəyyən etmişdir ki, hansısa malın sayı gah azalır, gah artır və ya hansısa mal üzrə hərəkətlər yoxdur, lakin faktiki olaraq hərəkətlər olmuşdur. Sistemi və sənədləri yoxladıqdan sonra bu nəticəyə gəlmişdir ki, vəzifəli şəxs Cavabdeh təkbaşına bütün səlahiyyətlərə, müstəsna hüquqlara malik olduğu üçün sistemə müdaxilə etmiş, virtual satışlar həyata keçirmişdir. Araşdırma nəticəsində külli miqdarda mənimsəmə faktı aşkarlamış və bu barədə rəy tərtib etmişdir.
8. Məhkəmə iclasında şahid X8 göstərmişdir ki, o, İddiaçı MMC-də kompüter proqram təminatçısı vəzifəsində işləyir. Proqram təminatı sistemdə problem olduqda, yaranmış problemi aradan qaldırır. Həmin proqram təminatı sistemi ilə anbara nəzarət etmək mümkündür. Qeyd olunan sistemə Cavabdeh nəzarət etmişdir. İşçilər məhdud formada, yəni hər biri öz cavabdeh olduğu hissəyə daxil olub baxmaq imkanına malikdir. Tam hüquqlar olduqda sis tem vasitəsilə istənilən müdaxilə mümkündür. Tam hüquqlar yalnız Cavabdeh məxsus olmuşdur.
9. Məhkəmə iclasında şahid X2 göstərmişdir ki, o, İddiaçı MMC-də kassir (xəzinədar) vəzifəsində işləyir. Qəbul etdiyi məhsulların pulunun firmalara ödənişini həyata keçirmişdir. Maliyyə dövriyyəsinə Cavabdeh rəhbərlik etmişdir. Ümumiyyətlə, ümumi rəhbərlik Cavabdeh məxsus olmuşdur.
10. Məhkəmə iclasında şahid X6 göstərmişdir ki, o, İddiaçı MMC-də anbardar vəzifəsində işləyir. Daxil olan mallara nəzarət edir. Sifariş olduqda sifariş edilən malları hazırlayır. Operatorun vəzifəsi olduğundan, malların sistemə daxil edilməsi onun tərəfindən həyata keçirilmir. Sistem üzrə administrator Cavabdeh olmuşdur.
11. Məhkəmə iclasında şahid X4 göstərmişdir ki, o, İddiaçı MMC-də operator vəzifəsində işləyir. Daxil olan malları qaimə əsasında sistemə yerləşdirir. Real məhsulları o görmür, məhsulları qəbul edən başqa işçidir. Sistemdə məhsulun sayını dəyişmək mümkündür. Dəyişikliyi yalnız direktor edə bilərdi.
12. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli e-2(008)2619/2022 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin edilərək, cavabdehdən əsas borca görə 217.042,75 manat, vurulmuş maddi ziyana görə 15.190 manat, cəmi 232.740,75 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddianı irəli sürərkən onun əsası kimi MMC-yə məxsus “Albalı” marketdə malların təftişi zamanı çatışmazlıqlar aşkar edilərək, həmin məbləğin 712140,75 manat civarında olduğu müəyyən edilmiş, cava bdeh tərəfindən iddiaçının hesabına ödəniş edildikdən sonra iddiaçı tərəfindən hazırda qalıq 217042,75 manat borcun, habelə iddiaçı tərəfindən üçüncü şəxslər qarşısında öhdəliklərini icra edilə bilmədiyinə görə 15190 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi tələb olunmuşdur.
14. Cavabdeh aparılan təftiş yoxlaması ilə razılaşmasa da, 20 avqust 2021-ci il tarixli audit rəyindən və hesabatdan görünür ki, göstərilən aralıqda iddiaçıya ümumilikdə 712140,75 manat ziyan vurulmuş və onun tərəfindən 27 avqust 2021-ci il tarixdə 491.000 manat pulun iddiaçıya ödənilməsi aşkardır. Cavabdeh, iddiaçının “Albalı” supermarketində kassa sənədlərinin düzgün işlənilmədiyini, aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, id diaçının məruz qaldığı zərər bilavasitə cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranıb və bunlar arasındakı səbəbli əlaqəni yuxarıda sadalanan sübutlar tam təsdiqləmişdir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 200, 1096 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh əmək qanunvericiliyi çərçivəsində iddiaçı qarşısında cəmi 232232,75 manat məbləğində tam maddi məsuliyyət daşımışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və işə baxılarkən kobud prosessual pozuntulara yol vermiş hakim H.S.Mahmudov barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməyib və maddi hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmayıb. Cavabdehin inzibati x əta, cinayət və ya vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlik törətdiyi müəyyən olunmur, çünki bu barədə səlahiyyəti dövlət orqanının qərarı yoxdur. Mənimsəmə ilə bağlı cinayət işinin başlanması isə rədd edilib. Odur ki, əgər cavabdeh iddiaçıya zərər vurubsa, o, iddiaçının qarşısında yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıya bilər. Əgər hesab olunsa ki, cavabdeh iddiaçıya 712140,75 manat zərər vurub, zərərə görə onun maddi məsuliyyətinə artıq xitam verilib. Həmçinin, iddiaçının özü iddia ərizəsində etiraf edib ki, cavabdeh zərərin bir hissəsini-495098 manatı iddiaçının kassasına mədaxil edib. O, cümlədən mülki iş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, cavabdeh iddiaçının kassasına 27 avqust 2021-ci il ta rixdə, yəni əmək müqaviləsinin ləğvindən 1 gün sonra 491000 manat, bundan 2 sonra29 avqust 2021-ci il tarixdə isə 4098 manat ödəyib. Həmin məbləğ cavabdehin orta aylıq əmək haqqının məbləğindən artıqdır. Əmək müqaviləsinin ləğv edildiyi zaman cavabdehin əmək haqqının məbləği 4614,78 manat olub. Yəni cavabdeh məsuliyyət daşıdığı məbləğdən də artıq iddiaçıya pul vəsaiti ödəyib. Bundan başqa, cavabdehin iddiaçıya 217042,75 manat maddi zərər vurduğu sübut olunmur. İddiaçı zərərin vurulduğunu sübut etmək üçün müstəqil auditorun 20 avqust 2021-ci il tarixli rəy və hesabatını məhkəməyə təqdim edib. Həmin rəydə qeyd olunub ki, obyektdə dövriyyə cədvəlləri yarımçıq işlənib, əsas vəsaitlərin analitik uçotu üzrə məlumatlar auditə təqdim edilməyib (obyektin mühasibatlığında bu məlumatlar yoxdur), 2020 -ci il və 2021-ci il 20 avqust tarixinə qədər obyektin əmlakına cavabdeh tərəfindən kassa sənədlərinin düzgün işlənməməsi səbəbindən dövriyyə cədvəllərindəki kassa qalıqları real deyil. Kassa qalığı 575854,14 manat məbləğində çatışmamazlıq baş verib. Mal alışı zamanı 136286,61 manat mənimsəmə cavabdeh tərəfindən törədilib. Nəticədə cavabdeh tərəfindən obyektə ümumilikdə 712140,75 manat ziyan vurulub. Audit mənfi rəyi verilmə tarixinə dəymiş zərərin 500000 manata yaxını cavabdeh tərəfindən iddiaçıya ödənilib. Həmçinin xərclərin və kreditor borclarının analitik uçotunun aparılmaması səbəbindən maliyyə hesabatlarında verilən rəqəm göstəriciləri dövriyyə cədvəllərində bu hesabların qalıqları ilə uyğun deyil. İddiaçının təqdim etdiyi audit rəyi 712145,75 manat pul vəsaitinin cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən sübut sayıla bilməz. Bundan başqa, istintaq orqanının 03 sentyabr 2021-ci il tarixli qərarı ilə həmin məsələ ilə bağlı cavabdehin barəsində cinayət işinin başlanması rədd edilib. Qərarda qeyd olunub ki, 712145,75 manat pul vəsaitinin mənimsənilməsi barədə göstərilən fakt təsdiq olunmayıb. Bu qərardan şikayət verilməyib. Həmin məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçının kassasına ödənilməsi zərər vurulduğunun (mənimsəmənin) sübutu kimi qiymətləndirilə bilməz. Hüquqi şəxsə öz işçisi tərəfindən zərər vurulması və onun təqsiri ümumi qaydada sübut olunmalıdır. Ödəniş sübut sayılmır, cavabdeh 712145,75 manat məbləğində əmlakı mənimsədiyini etiraf edən hər hansı yazılı sənəd (ərizə, izahat və s.) verməyib. Ona görə də iddia rədd edilməlidir. c) Kassasiya i nstansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli 2(102)-98/2023 nömrəli qərarı ilə (hakimlər Ə.A.Əhmədov sədrlik edən, məruzəçi, V.T.Həsənov və İ.Ə.Şəfiyev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə sözügedən mate rial üzrə yekun qərar qəbul edilib-edilməməsi araşdırılmalı, cavabdehin əməlində cinayət tərkibi olan, təqsirli hərəkətlərin və ya hərəkətsizliyin olub-olmaması aydınlaşdırılmalı və yalnız bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə sorğusu əsasında təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 29 sentyabr 2023-ci il tarixli cinayəti işinin rədd edilməsi barədə qərara əsasən Cavabdeh Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiq edilmiş 0965293, 0965294, 0965295, 000399 və 000399 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasında özünə məxsus 2 ədəd mənzili, 1 ədəd qeyri yaşayış sahəsi və 2 ədəd avtomobili "xxxx" MMC-nin ə məkdaşı X1. "xxxx" MMC-nin baş direktoru T.Məmmədov tərəfindən təhqiqata göndərilmiş 222 saylı 26 avqust 2021-ci il tarixli məktubdan görünür ki, MMC tərəfindən Cavabdeh və X7 qarşı tələblərindən imtina edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kolegiyası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011ci il tarixli Qərarına istinad edərək qənaətini onunla əsaslandırmışdır ki, hazırkı mülki işdə Cavabdeh ticarət və marketinq departamentinin müdiri kimi işlədiyi İddiaçı MMC-nin “Albalı” supermarketin də kassa sənədlərinin düzgün işlənilmədiyini, aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin sözügedən maddi zərərin bir hissəsinin cavabdeh tərəfindən iddiaçının kassasına ödənilməsini də əsaslandırma bilməmişdir. Göründüyü kimi, cəmiyyətin məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni yuxarıda sadalanan sübutlar tam təsdiqləyir.
25. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh əmək qanunvericiliyi çərçivəsində İddiaçı MMC qarşısında cəmi 232.232,75 manat məbləğində maddi məsuliyyət daşıyır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin fa ktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri e) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr işin hallarını araşdırmadan qərar qəbul etmişlər. Belə ki, "xxxx" MMC tərəfindən mənimsəmə faktı ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən 25 sentyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişd ir. "xxxx" MMC-nin baş direktoru Turqut Məmmədov tərəfindən təhqiqata göndərilmiş məktubdan görünür ki, MMC tərəfindən Cavabdeh və X7 qarşı tələblərindən imtina edir. Beləliklə də, T.Məmmədov tərəfindən daxil olmuş müraciətdə həmin MMC-nin ticarət və marketinq departamenti olan Cavabdeh Holdinqə aid Albalı market mağazasından 712140,75 manat pul vəsaitinin mənimsənilməsi barədə göstərilən fakt təsdiq olunmamışdır. Belə ki, materiala əlavə olunmuş 23.08.21-ci il tarixli holdinqin baş direktoru T.Məmmədov tərəfindən təsdiq edilmiş təftiş aktından görünür ki, təftiş holdinqin əməkdaşları tərəfindən aparılmış, lakin şəxsi münasibətlərə görə ona qarşı qərəzli olmuşlar. Həmçinin, araşdırma materiallarından görünür ki, elektron məlumat sistemində anbara daxil olması qeyd edilən malların həqiqətdə anbara daxil olması və satışa çıxarılması dəqiq müəyyən deyildir və bu halda həmin malların satılması və pulların Cavabdeh tərəfindən mənimsənilməsi qənaətinə gəlmək üçün əsas hesab edilən hər hansı bir dəlil müəyyən edilməmişdir.
29. Bununla belə şikayətdə hesab olunur ki, araşdırma nəticəsində Cavabdeh tərəfindən cinayət əməlinin törədilməsi qənaətinə gəlmək üçün hər hansısa bir dəlil müəyyən edilməmiş, beləliklə cinayət təqibi orqanı tərəfindən cavabdehin əməlində cinayət tərkibi olan təqsirli hərəkət və ya hərəkətsizliyin olması müəyyən edilməmiş və heç bir əsas olmadan iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qəbul edilərək əsassız qərar qəbul edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 32. 191-ci maddənin 1-ci hissəsi. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 33. 191-ci maddənin 2-ci hissəsi. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsi rkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsi yyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir, məhkəmə iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 10 1anvar 2023-cü il tarixli qərarındakı göstərişləri də nəzərə almaqla düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətl əndirməyə zərurət görmür.
46. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının kollegiyasının 2(103)-2665/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.