Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4321/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X4 Yardım Stansiyası” X7rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X4 Yardım Stansiyası” X7rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh “Bakı şəhəri Təcili və X5 Stansiyası” ilə 3418 nömrəli əmək müqaviləsi bağlayaraq, 1 (bir) il müddətinə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “təcili və X5 üzrə həkim” vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 532 manat müəyyən edilmişdir.
2. İddiaçı əmək fəaliyyətini yerinə yetirdiyi dövrdə nöqsanlara yol verdiyinə görə ona işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixdə 1143-K nö mrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət, xx.xx.2021-ci il tarixdə 1846-K nömrəli əmrlə töhmət, xx.xx.2021-ci il tarixdə 2430/k nömrəli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
3. İşəgötürənin xx.xx.2021-ci il tarixli 3110-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması” qeyd olunmuşdur. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı yazılacaq) cavabdeh İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X4 Yardım Stansiyası” X11 (bundan sonra cavabdeh və ya TTTYS yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin” ləğv edilməsi barədə verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması, iddiaçının “Bakı şəhəri X13 Stansiyası” publik hüquqi şəxsində “təcili və X5 həkimi” vəzifəsində işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 51.227 manat “Covid-19 haqqı pulu”nun tutularaq iddiaçıya ödənilməsi, cava bdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6750 manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 manat, mediasiya və hüquqi xidmət xərci üçün 150 manat olmaqla, cəmi 30.150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı qanunsuz olaraq işdən azad edilib. İddiaçı barəsində bu günə qədər intizam tənbehi tətbiq olunmayıb, olunubsa da, bundan onun xəbəri olmamışdır. Tənbehlə iddiaçını tanış etməyiblər. Bu səbəblə əmrdə qeyd edilən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrar ən əmək funksiyasını pozması barədə göstərilənlər tamamilə qanunsuzdur. İddiaçının işdən azad edilməsi barədə əmrin əsaslarının heç biri, son haqq-hesab ona təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehə ərizə yazmasına baxmayaraq, bu günə qədər ona cavab verilməmişdir. İddiaçının işdən azad olunması ilə bağlı Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə, həmin iclasa iddiaçı dəvət edilməmiş və iclasda iştirak etməmişdir. Cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması səbəbi ilə işdən azad etmişdir. Həmin normada idd iaçının əmək funksiyasını pozması və əvvəllər verilmiş olan intizam tənbehindən nəticə çıxarmadığı qeyd edilib. Lakin iddiaçıya bu vaxta kimi intizam tənbehi elan edilməyib, elan edilsə belə, bundan xəbəri olmayıb. Göründüyü kimi, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində Əmək Məcəlləsinin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalananların heç biri baş verməmişdir. Bundan başqa, “Yeni növ koronavirus (Covid-19) infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan iş çilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulmuşdur. “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarının 1-ci maddəsinə əsasən, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.2. X13 xidməti göstərən tibb işçilərinə həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X2 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun un işçilərinə - aylıq vəzifə (tarif) maaşının “4” misli məbləğində. İddiaçının aylıq vəzifə maaşı 750 manat təşkil edir. İddiaçı xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində 2 il 6 ay 2 gün işdə olmuş, həmin müddət ərzində xx.xx.2020-xx.xx.2021-ci il tarixlərini əhatə edən dövrdə yalnız xx.xx.2020- xx.xx.2020-ci il tarixlər arası 41 təqvim günü (40 gün məzuniyyət + 1 gün (9 noyabr qeyri-iş günü olduğu üçün)) məzuniyyətdə olmuş və həmin 41 gün (1 ay 10 gün ) üçün iddiaçıya “Covid-19” haqqı ödənilməmişdir. xx.xx.2020 – xx.xx.2021-ci il tarixlərində 18 ay 21 gün iddiaçının “Covid-19” dönəmi olmuş və həmin müddətdən 41 gün çıxılaraq (18 ay 21 gün – 1 ay 10 gün = 17 ay 11 gün) alınan nəticə 17 ay 11 gün təşkil edir. İddiaçının xx.xx.2020 – xx.xx.2020 və xx.xx.2020 – xx.xx.2021 tarixlərində 1.5 ştat iş yükü, ümumilikdə 3 ay + 6 ay 20 gün = 9 ay 20 gün 1.5 ştat iş yükü olmuşdur. İddiaçının 17 ay 11 gün “Covid-19” dönəmi olub ki, bunun 9 ay 20 gün 1.5 ştat, 7 ay 21 gün isə 1.0 ştat iş yükü olmuş, 1.5 ştat üçün “Covid-19” haqqının hesablanması: (750 + 375) x 4 = 4500 manat (dörd min beş yüz manat) təşkil edir. 1.0 ştat üçün “Covid-19” haqqının hesablanması: 750 x 4 = 3000 (üç min) manmat təşkil edir. Nəzərə alınsa ki, iddiaçı 9 ay 20 gün 1.5 ştat işləmiş, deməli, bu müddət ərzində ona ödənilməli olan “Covıd-19” haqqı; (4500 azn x 9 ay + 20/30 x 4500 azn = 40500 + 3000) = 43500 manat (qırx üç min beş yüz manat), 6 ay 21 gün 1.0 ştat işləmiş, deməli bu müddət ərzində iddiaçıya ödənilməli olan “Covid-19” haqqı; (3000 manat x 7 + 21/30 x 3000) = 21000 + 2100 = 23100 manat. Bu minvalla 17 ay 11 gün “Covid-19” dönəmində cəmi ödənilməli olan “Covid-19” haqqı: 43500 AZN + 23100 = 66600 manat. Lakin iddiaçıya “Covid-19” haqqı ödənişi tam məbləğdə ödənilməmişdir. İddiaçının təqdim etmiş olduğu bank hesabından çıxarışdan da aydın olur ki, ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci il yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə ümumilikdə 12372,34 manat məbləğində “Covid-19” haqqı ödənişi olunmuş, yerdə qalan 66.600 – 12.372,34 = 51.227,66 manat məbləğində pul iddiaçıya ödənilməmişdir. İddiaçı həmin 51.227 manat “Covid-19” haqqı pulunun cavabdehdən tutulmasını xahiş edir. İddiaçının üçüncü tələbi isə 40 günlük məzuniyyət pulunun düzgün hesablanıb verilməsi ilə bağlıdır. Belə ki, işlədiyi xx.xx.2019- xx.xx.2021-ci il tarixlər i ərzində yalnız xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 41 gün məzuniyyətdə olmuş, xx.xx.2019-xx.xx.2020-ci il tarixində 1 illik iş müddətində məzuniyyət hüququndan istifadə etməmişdir. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçinin məzuniyyət hüququ məhdudlaşdırıla bilməz. xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində əmək şəraitinin xarakteri, ağırlıq dərəcəsindən asılı olaraq iddiaçı məzuniyyət hüququndan istifadə etmək istəsə də, bu, mümkün olmamışdır. İddiaçının hesablamalarına əsasən (4500 manat (40 günlük Covid -19 haqqı) + 750 ) x 1.5 = 6750 manat məbləğində məzuniyyət pulu ödənilməli idi. İddiaçının digər bir tələbi isə mənəvi zərə rlə bağlıdır. Belə ki, heç bir hüquqi əsas və səbəb olmadan cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçı məhz qanunsuz olaraq iş yerini itirdiyi üçün çox böyük sarsıntı və çətinlik yaşayır. Vahid dolanacaq mənbəyi məhz iddiaçının iş yerindən olan qazancı olduğu üçün gündəlik tələbatlarını və digər ödənişlərini ödəyə bilmir. Məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz peşə fəaliyyətini həyata keçirə bilmir. İddiaçı həkim olmaq üçün illərlə əziyyət çəkmişdir. Öz fəaliyyətini icra edən zaman məhz belə qanunsuzluqlarla üzləşməli olur. İşdən çıxarıldıqdan sonra iddiaçının çəkdiyi streslə bağlı sağlamlığı pozulmuşdur. Belə ki, iddiaçı Əfəndiyev adına 02 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində “mədə-bağırsaq qanaxması” diaqnozu ilə yatmış, daha sonra isə 15 günlük müalicə yazılaraq evə buraxılmışdır.
6. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh TTTYS publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1143-K saylı, xx.xx.2021-ci il tarixli 1846-K saylı, xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 3110-K saylı əmrin ləğv edilərək, İddiaçı, cavabdeh “TTTYS publik hüquqi şəxsində “təcili və X5 həkimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 51.227 manat “Covid-19 haqqı pulu”nun t utularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6750 (altı min yeddi yüz əlli) manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 manat, mediasiya və hüquqi xidmət xərci üçün 150 manat, cəmi 30.150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi iddiaçı tərəfin xx.xx.2021-ci il tarixli 1143-k saylı, xx.xx.2021-ci il tarixli 1846-k saylı və xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi tələbinə münasibətdə bildirmişdir ki, həmin əmrlər mülki iş məhkəmənin icraatına götürüldüyü tarixdən elektron kabinet vasitəsilə təqdim edilib. İş materiallar ında mövcud olan əmrlərin təqdim edilmədiyi əsas gətirilərək mübahisələndirilməsi iddia müddətinin tətbiq olunması zərurətini meydana çıxarır. Odur ki, xx.xx.2021-ci il tarixli 1143-k saylı, xx.xx.2021-ci il tarixli 1846-k saylı və xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin mübahisələndirilməsi ilə bağlı iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 9/7751 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan sənədlərə istinadən İddiaçı 2019/2020-ci illər üzrə 2.523,20 manat məzuniyyət haqqı, 2021-ci il üzrə 1.929,83 manat məbləğində son haqqhesabın hesablanması və ödənilməsi müəyyən olunur. Rəyin təhqiqat hissəsində göstərilənlərə əsa sən, “Bakı şəhəri X4 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən İddiaçı mart 2020-ci il-fevral 2021-ci il üzrə hesablanıb ödənilmiş əmək haqqı məbləği ümumilikdə 25.472,42 manat müəyyən olunur.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında mütəxəssis qismində cəlb edilmiş X3 (“Bakı şəhəri Təcili və X5 Stansiyası” publik hüquqi şəxsində baş mühasib) bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tibb işçilərinə koronavirus xəstələri ilə işlədiyi saatlara görə vəzifə maaşı günlərə və saatlara bölünərək məbləğ müəyyən edilmiş və əlavə haqq ödənilmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1143-K saylı, xx.xx.2021-ci il tarixli 1846-K saylı, xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi” hissəsinə münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı tərəf həmin əmrlərlə tanış edilmədiyini, ona rəsmi qaydada məlumat verilmədiyini, əmrlərlə rəsmi qaydada xx.xx.2022-ci ildə tanış olduğunu iddia edir.
12. Bu dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, barəsində intizam tənbehinin tətbiq edilməsini müəyyən edən əmrlərlə iddiaçının tanış edilib-edilmədiyi, əmrlərin surətinin ona təqdim edilib-edilməməsi işin mübahisəli halını təşkil edir. Lakin əmrlərlə tanış edilməsə belə, iddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını ona x itam verilən gündə, yəni xx.xx.2021-ci il tarixdə bilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək həmin əmrlərin təqdim edilməsini cavabdehdən xahiş etmiş, lakin iş materiallarında həmin əmrlərin ona təqdim edilməsinə dair sübutlar aşkar edilməmişdir. Buna baxmayaraq, iddiaçının əmrlə tanış edilməməsi və ya ona rəsmi qaydada məlumat verilməməsi səbəbindən əmrin ləğv edilməsini iddia etməsi ona görə əsassız hesab olunmuşdur ki, iddiaçı əmrlərin qanunsuz, Əmək Məcəlləsinin imperativ normalarına zidd olduğunu qeyd etmiş, lakin əmrlər əmək qanunvericiliyinin imperativ tələblərinə riayət edilməklə qanuni qəbul edilmişdir. Çünki iş materiallarından görünür ki, iddiaçının törətdiyi pozuntular barəsində cavabdehin səlahiyyətli nümayəndəsinə məlumatlar təqdim edilmiş, həmin mə lumatlar əsasında müvafiq araşdırma aparılmış, iddiaçının yazılı izahatları alınmış və nəticədə onun barəsində intizam tənbehi tətbiq edilməsi barədə əmr verilmişdir. Yəni işçi müvafiq izahatları verdikdən sonra barəsində hər hansı bir qərarın verilməsini gözləməli idi, çünki qanunvericiliyə görə ya ona intizam tənbehi hesab olunmayan xəbərdarlıq (şifahi və ya yazılı qaydada) ediləcəkdi (bundan xəbərinin olmaması mümkün deyil), ya da əmək qanunvericiliyində nəzərdə tutulan hər hansı intizam tənbehi tətbiq ediləcəkdi. İşçiyə xəbərdarlıq edilmədiyindən, onun törətdiyi pozuntuları etiraf etdiyi izahatların nəticəsiz qaldığını düşünməsi düzgün olmamışdır. Buna görə də iddiaçının əmrlərdən xəbərinin olmamasına görə həmin əmrləri mübahisələndirərək, əmrlərin qanunsuz, imperativ normalara zidd qə bul edildiyini iddia edərək, əmrlərin ləğv olunmasını tələb etməsi ağlabatan deyildir. Belə ki, iddiaçının törətdiyi pozuntular onun öz izahatları ilə təsdiq edilir, onun törətdiyi pozuntulara müvafiq olan odur ki, barəsində intizam tənbehi tətbiq edilsin. Sırf əmrlərlə tanış edilməmişdir deyə, həmin əmrlərin məhkəmə qaydasında ləğv olunması hüququn mütənasiblik prinsipinə uyğun gəlmir. Çünki iddiaçının müvafiq pozuntuları törətməsi işin mübahisəsiz halını təşkil edir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli əmrlərin əmək funksiyasının pozulmadığı əsas gətirilməklə ləğv edilməsi tələbi ona görə yolverilməzdir ki, iddiaçı yazdığı izahatlarda törətdiyi pozuntuları etiraf etmiş və bağışlanmasını, təcrübəsizliyinə görə kömək göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “intizam tənbehlərinin verilməsini müəyyən edən əmrlərin ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda qeyd edilmişdir ki, cavabdeh tərəfindən tələbin bu hissəsinə münasibətdə verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsinə tələb əsassız olduğundan zərurət qalmamışdır.
13. Məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixli 3110-K saylı əmrin ləğv edilərək, iddiaçının cavabdeh müəssisədə “təcili və X5 həkimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, iddiaçı cavabdeh müəssisənin Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq, Həmk arlar İttifaqı tərəfindən iclas keçirilmədiyini, keçirilibsə belə, özünün iclasa dəvət olunmadığını, iclasda iştirak etmədiyini və iclasın özbaşına keçirildiyini, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad olunan maddənin düzgün tətbiq edilmədiyini, çünki ona intizam tənbehi verilmədiyini, həmçinin, onun tərəfindən xəstədən pul tələb edilibsə, əmək müqaviləsinə 72-ci maddənin “ə” bəndində deyil, “f” bəndində göstərilən hal nəzərə alınmaqla xitam verilməli olduğunu, lakin bu halda da onun iş vaxtından sonra xəstədən pul tələb etdiyindən yenə də müqaviləsinə xitam verilməsinin əsassız olacağını iddia edir. Həmkarlar İttifaqının iclasına iddiaçının dəvət edilməsi, lakin onun iclasda iştirak etməməsi, səs çoxluğu ilə onun iştirakı olmadan iclasın keçirilməsinin qərara alınması i şdə olan müvafiq sənədlərlə təsdiq olunduğundan işin mübahisəsiz halını təşkil edir.
14. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad olunan maddənin düzgün tətbiq edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, əmək qanunvericiliyinin göstərişləri düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə intizam tənbehlərinin verilməsi və sonuncu intizam tənbehindən 6 ay keçməmiş, onun 72-ci maddənin “ə” bəndində göstərilən kobud pozuntunu törətməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçının iş vaxtı ərzində deyil, iş vaxtından sonra xəstədən pul tələb etməsini əsas gətir ərək, barəsində verilmiş əmrin qanuniliyini mübahisələndirməsi isə ona görə yolverilməzdir ki, iddiaçı məhz 103 xidmətinə gələn çağırışa getməsi nəticəsində tanış olduğu xəstədən sonradan pulsuz xidmət üçün pul tələb etmişdir. Məhz iş fəaliyyətindən irəli gələrək yaranmış münasibətlər zəminində onun bu hərəkəti etməsi məhkəmə tərəfindən əmək vəzifələrinin kobud pozuntusu kimi qiymətləndirilir, buna görə də məhkəmə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı əmək qanunvericiliyinin düzgün tətbiq edilməsi qənaətinə gəlir.
15. Məhkəmə iddia tələbinin “cavabdehdən 51.227 manat “Covid-19 haqqı pulu”nun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı hesab edir ki, xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində 2 il 6 ay 2 gün işdə olduğundan, həmin tarixlər üzrə ona ümumilikdə 66600 manat məbləğində “Covid-19” haqqı ödənilməli olduğu halda, cəmi 12372,34 manat ödəniş edilmiş, 51227 manat isə ödənilməmiş qalmışdır. Halbuki işdə olan sübutlarla (iş vaxtının uçotu tabeli və iddiaçıya ödənilən əmək haqqının məbləğinin göstərildiyi cədvəllər, İcbari Tibbi Sığorta Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu) təsdiq edilir ki, iddiaçının əmək haqqına yeni növ koronavirus (Covid-19) infeksiyasına cəlb edildiyi iş vaxtına mütənasib olaraq müddətli əlavələr hesablanmış və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilmişdir. Baxmayaraq ki, Agentlik hazırkı iş üzrə cavabdeh qismində iştir ak edir, tibb işçilərinə ödənişlərin hansı məbləğdə ödənilməsi məsələləri Agentliyin səlahiyyətinə aiddir. İddiaçı hesab edir ki, əlavələr əmək haqqının 4 misli miqdarında müəyyən olunmalıdır. Lakin əlavələrin hesablanması səlahiyyətini icra edən Agentliyin xx.xx.2023-cü il tarixli cavab məktubundan da göründüyü kimi, əlavələr saat hesabı ilə hesablanır. İddia tələbinin ümumi hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya əsasən əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər. Hazırkı iddia tələbində iddiaçı yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edir. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir. Eyni zamanda, həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir. 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, X13 xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X2 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu vermiş və Agentlik xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına mütənasib olaraq ödənişlərin edilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə, iddiaçının əmək haqqına hesablanmış “Covid pulu” saat hesabı hesablanaraq ona ödənilmişdir. Bununla da məhkəmə müəyyən etmişdir ki, iddiaçı TTTYS-d ə işləmiş olsa da, onun iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onun bu infeksiya şəraitinə uyğun işlədiyi dövr üzrə saat hesabı ilə əmək haqqına əlavələr hesablanmışdır. Göstərilənlərə əsasən, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
16. İddia tələbinin “cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6.750 manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı “Covid-19” pulunun düzgün hesablanıb verilmədiyi üçün məzuniyyət pulunun da düzgün hesablanmadığı qənaətinə gələrək, bu tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edildiyi kimi, həmin tələbin əsassız olması, id diaçının əmək haqqına müddətli əlavələrin düzgün hesablanıb ona ödənildiyi müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
17. İddia tələbinin “cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı bu tələbini cavabdehin qanunazidd hərəkətləri ilə əsaslandırmış, lakin məhkəmə tərəfindən cavabdehin iddiaçıya qarşı qanunazidd hərəkətlər etməsi və iddiaçıya mənəvi zərər dəyməsi müəyyən edilməmişdir. Deməli, əgər iddiaçıya mənəvi zərər dəymişdirsə belə, cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında heç bir səbəbli əlaqə mü əyyən edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbi bu hissədə rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə əmrlərin iddiaçıya rəsmi qaydada təqdim edilmədiyini, yəni iddiaçının iddia müddətinin bərpası ilə bağı tələbinin haqlı olduğunu qəbul edir, lakin hesab ed ir ki, həmin töhmətlər qanunvericiliyin tələblərinə uyğun olaraq verilib, ona görə də qüvvəsində qalmalıdır. Məhkəmənin yanaşması qəbul edilməzdir. Belə ki, məhkəmə qeyd edilən faktların hüquq pozuntusu olub olmadığını araşdırmadan cavabdehin verdiyi məlumatlar və cavabdehin iddiaçı üzərində qurduğu “mobinq” (təzyiq) ilə alınmış etirafedici izahat əsasında qətnamə qəbul etmişdir. Yəni həmin faktların pozuntu olub-olmadığı müəyyən edilərkən mütləq qanunvericiliyə və X6 X1 istinad edilməlidir. Lakin məhkəmə qətnaməsində belə bir istinad görmək mümkün deyildir. Həmin Protokolların hamısı iş materiallarına iddiaçı tərəfindən daxil edilib. Məhkəmə qətnaməsinin əsassız olduğunu, həmin əmrlərə baxanda və onları müvafiq protokollar ilə müqayisə etdikdə də görmək mümkündür. Məhkəmə, pandemiya döv ründə həyatını riskə ataraq çalışmış iddiaçının heç bir əsas olmadan cavabdeh tərəfindən işdən qanunsuz olaraq azad edilməsinə əhəmiyyət verməmiş, işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və digər maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71-ci, 72-ci və digər maddələrini, habelə digər qanunvericilik aktlarını pozmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışınski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmazsa işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri iddia ərəzəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd olunur ki, xx.xx.2021-ci il tarixli əmrdə deyilir ki, xx.xx.2021-ci il tarixində saat 8.50-də 16 saylı bölməyə "bel ağrısı" ilə birbaşa müraciət edən Səbinə xanımı bölmənin Təcili və X5 üzrə həkimi İddiaçı müayinə edərək, onurğa beynin dəqiqləşdlrilməmiş digər xəstəliyi (yırtığı)'' diaqnozunu qoymuş, göstəriş olmadığı halda dərman preparatı SoLPromedoll 2% - 1,0 İnyeksiya etmişdir. Bu səbəblə iddiaçıya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə, Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən töhmət verilsin. (Əsas: 0765 saylı çağırış vərəqinin surəti, Bölmə müdiri B.Tağıyevanın məlumatı, İddiaçı izahatı). Hesab edir ki, həmin töhmət tamamilə qanunsuz verilib. Çünki Tibbi müdaxilə üzrə Protokol qaydalarına uyğun hərəkət edərək bel ağrısından əziyyət çəkən xəstəyə ağrı kəsici dərman preparatı olaraq SoLPromedoll 2% - 1,0 İnyeksiya etmişdir. Bu kimi durumlarda bütün normal həkimlər ilkin müdaxilə kimi bunu etməli idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. xx.xx.2021-ci il tarixli əmrdə deyilir ki, xx.xx.2021-ci ildə saat 23:45-də “103" xidmətinə Abşeron rayonu, Fatmayı bağları ünvandan Səidə Əhmədovanın (67 yaş) adına "təzyiqi düşüb” səbəbi ilə daxil olan çağırışı 16 saylı bölmənin təcili və təxirəsalınmaz yardım üzrə həkimi İddiaçı icra edərək xəstəyə “Şəkərli diabet İİ tip” diaqnozu qoyulmuş, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, ətraflı müayinə etməmiş, müvafiq tibbi yardım göstərməmişdir. Saat 00.34-də həmin ünvandan daxil olan təkrar çağrışı icra edən 16 saylı bölmənin anestezioloq-reanimatoloqu Bəxtiyar Cəfərzadə xəstəyə “ürəyin işemik xəstəliyi, Miokardin aşağı d ivarın təkrar infarktı, İnsulindən asılı şəkərli diabet” diaqnozu qoyaraq xəstəyə ilkin tibbi yardımdan sonra, ağır vəziyyətdə Respublika Kliniki Xəstəxanaya hospitalizasiya etmişdir. Əmək funksiyasını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən töhmət verilsin. (Əsas: 0765 saylı çağırış vərəqinin surəti, Bölmə müdiri B.Tağıyevanın məlumatı, İddiaçı izahatı) Hesab edir bu töhmət də tamamilə qanunsuz verilib. Çünki sonrakı həkim də həmin xəstəyə eyni diaqnozu - “Şəkərli diabet İİ tip” diaqnozunu qoyub. İddiaçı həmin ünvana getdiyi zaman xəstənin “hospitalizasiya” edilməsi üçün ciddi bir əsas yox idi və xəstənin özü də bundan imtina etdi. Bu səbəblə “hospitalizasiya” mümkü n olmadı. Lakin digər həkim getdiyi zamana qədər vəziyyət dəyişmiş ola bilər, bu isə iddiaçının protokolları pozması mənasına gələ bilməz. Bundan başqa, xx.xx.2021-ci il tarixli əmrdə deyilir ki, xx.xx.2021-ci il tarixdə saat 16:20-də Binəqədi rayonu, 1-ci Mədən, korpus 4 ünvandan Səfər Gözəlovun adına "qan qusur" səbəbi ilə daxil olan çağırışı icra edən 16 saylı bölmənin təcili və tibbi yardım üzrə həkimi İddiaçı xəstəyə "Mədə xorası, qanaxma və deşilmə ilə" diaqnozu qoyaraq xəstəni natamam müayinə etmiş və səhv tibbi yardım göstərərək, ünvanı tərk etmişdir. Beş dəqiqədən sonra həmin ünvandan "halı pisdir" səbəbi ilə təkrar çağırış daxil olmuş və həkim ünvana qayıtmış, hospital şöbədən yer alaraq, xəstəni hospitalizasiya edərkən, xəstə yolda keçinmişdir. Həkim İddiaçı sənədləşmə işində ko bud səhvə yol verərək çağırış vərəqində "Həkimə çatana qədər ölüm, kişi cinsli meyit" diaqnozu yazmışdır. Əmək funksiyasını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiyinə görə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən axırıncı xəbərdarlıq ilə şiddətli töhmət verilsin (Əsas: 0765 saylı çağırış vərəqinin surəti, Bölmə müdiri B.Tağlıyevann məlumatı, İddiaçı izahatı). Hesab edir bu əmr də qanunsuzdur. Belə ki, iddiaçı heç bir sənədi doldurarkən səhvə yol verməyib. Xəstə yolda deyil, hospitalizasiya edilmədən əvvəl vəfat etmişdir. Oradakı şəxslərin təzyiqi ilə xəstə məcburən hospitalizasiya edilmişdir. Orda həkim ilə birlikdə tibb bacısı da olub və əgər vəfat etmiş xəstə təcili yardım maşınını “hospitalizasiya” edilməsə idi həkimin və tibb bacısının hə yatı təhlükədə olardı. Protokollara əsasən də təcili yardım da birinci növbədə həkim və tibb işçilərinin həyatları üçün təhlükə ola biləcək olayların qarşısını almaq üçün gedilən yerdə xəstə və xəstə yaxınlarının tələblərinə əməl edilməlidir. Yəni əgər iddiaçı vəfat etmiş şəxsin təcili yardım maşınına mindirməsəydi, onun və yanındakı tibb bacısının həyatı təhlükədə olacaqdı. Başqa bir ifadə ilə hamı qəbul edir ki, həmin xəstə təcili yardım maşınına mindirilmədən əvvəl vəfat etmişdi, iddiaçı və tibb bacısı həmin xəstəni, xəstə yaxınlarının məcbur etməsi səbəbi ilə maşına mindirib. Məhkəmə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini düzgün tətbiq etməyib. Məhkəmə iddiaçının Ayşən Qluzun adlı şəxsdən onun həyat yoldaşından alınacaq Covid testi üçün 30 manat pul tələb etməsi olayının iddiaç ının iş vaxtından sonra, yəni işdən sonra baş verdiyin qəbul edir. Lakin məhkəmə bildirir ki, iddiaçının, 103 xidmətinə gələn çağırışa getməsi nəticəsində tanış olduğu xəstədən sonradan pulsuz xidmət üçün pul tələb etməsi iş fəaliyyətindən irəli gələrək yaranmış münasibətlər zəminində olduğu üçün əmək vəzifələrinin kobud pozuntusudur. Məhkəmənin bu yanaşması qəbul edilməzdir. Birincisi, ona görə ki, X9 testinin verilməsi pulsuz olmayıb, pulludur. İkincisi, işdə olan iddiaçının izahatından görünür ki, “xx.xx.2023-cü il tarixinə qədər iddiaçı özünün nə üçün cavabdeh idarə tərəfindən işdən azad edildiyini bilmirdi. Cavabdehin bildirdiyi olay xx.xx.2021-ci il tarixdə iş vaxtından sonra meydana gəlib. Ayşən Qluzun adlı xanım xx.xx.2021-ci il tarixində iddiaçının iş vaxtından sonra, yəni istirah ət vaxtı şəxsi mobil telefonuna mesaj yazaraq (103-ə zəng eləmir) onun yoldaşından da analiz götürülməsini xahiş edir. İddiaçı da bunun mümkün olduğunu, lakin ödənişli (30 manat) olacağını bildirir. Belə ki, iddiaçı istirahət vaxtından yaşadığı Yasamal rayonundan şəxsi imkanları ilə (Təcili Yardım maşını ilə deyil) getməlidir. Ayşən Qluzun adlı xanımın yaşadığı Mehdiabad qəsəbəsinə gəlib analiz almalı, sonra da həmin analizi razılaşması olduğu Özəl Klinikalardan birində laboratoriyaya verməli, laboratoriyaya da 15 manat ödəniş etməli və nəticəsini göndərməlidir Ayşən Qluzuna və yoldaşına. Bütün bu xidmətlər üçün iş vaxtı olmayan, istirahət vaxtında bir həkimin Ayşən Qluzundan 30 manat xidmət haqqı tələb etməsini qanun pozuntusu, həmin pulun isə rüşvət olduğunu hesab etmək cavabdeh idarə rə hbərliyinin iddiaçıya qarşı uzun müddətdən bəri daşıdığı kinin, şəxsi qərəzliyin təzahürüdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 10, “b” bəndi. Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
26. Maddə 11, 1-ci hissə “d” bəndi. İşçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarındandır.
27. Maddə 12, “b” bəndi. Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə ye tirmək işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.
28. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
29. Maddə 72, “ə” bəndi. İşçi tərəfindən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
30. Maddə 72, “f” bəndi. İşçi tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
31. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqd im etməlidir. 3-cü hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
32. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
33. Maddə 157, 5-ci hissə. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
34. Maddə 172, 1-ci hissə, əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 173, 1-ci və 2-c hissə.
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 3-cü hissə.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam t ənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh müəssisədə əmək fəaliyyətini yerinə yetirdiyi dövrdə dəfələrlə nöqsanl ara yol vermiş, bu nöqsanlarla əlaqədar xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əmrlərlə barəsində müvafiq intizam tənbeh tədbirləri tətbiq edilmiş, 2021-ci ilin sentyabr ayında yenə intizam xətası törətdiyinə gödə xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
48. İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əmrlərin ləğv olunmasını tələb etmişdir.
49. İşə baxmış məhkəmə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əmrlərin ləğvi barədə irəli sürü lmüş dəlilləri araşdıraraq müəyyən etmişdir ki, bu əmrlər əmək qanunvericiliyinin imperativ tələblərinə riayət edilməklə qanuni qəbul edilmişdir. İddiaçının törətdiyi pozuntular barəsində cavabdehin səlahiyyətli nümayəndəsinə məlumatlar təqdim edilmiş, həmin məlumatlar əsasında müvafiq araşdırma aparılmış, hər pozunti barədə iddiaçının yazılı izahatları alınmış və bundan sonra onun barəsində intizam tənbehləri tətbiq edilməsi barədə əmr verilmişdir.
50. İddiaçının müvafiq pozuntuları törətməsi işin mübahisəsiz halını təşkil edir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli əmrlərin əmək funksiyasının pozulmadığı əsas gətirilməklə ləğv edilməsi tələbi ona görə yolverilməzdir ki, iddiaçı yazdığı izahatlarda törətdiyi pozuntuları etiraf etmiş və bağışlanmasını, təcrübəsizliyinə görə kömək göstə rilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “intizam tənbehlərinin verilməsini müəyyən edən əmrlərin ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda qeyd edilmişdir ki, cavabdeh tərəfindən tələbin bu hissəsinə münasibətdə verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsinə tələb əsassız olduğundan zərurət qalmamışdır.
51. Eyni zamanda xx.xx.2021-ci il tarixli əmrin verilməsi üçün əsas olmuş xətanı (tibbi xidmətə görə pul verilməsini tələb etməsi) törətməsini də iddiaçı inkar etmir. Lakin bu hadisəni belə təsvir edir ki, Ayşən Qluzun adlı şəxsdən onun həyat yoldaşından alınacaq Covid testi üçün 30 manat pul tələb etməsi iş vaxtından sonra, yəni işdən sonra baş vermişdir.
52. İddiaçının bu izahı törədilən əməlin intizam xətası kimi qiymətləndirilməsini istisna etmir. Göründüyü kimi iddiaçı əvvəllər intizam tənbehi aldığı halda yenidən əçək funksiyasını pozmuşdur. Bu isə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) və 72-ci maddəsinin ə) bəndləri ilə xitam verilməsi üçün hüquqi əsasdır.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki 2(103)-3744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.