Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4323/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı Nümayəndə və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8175/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaç ı Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Nümayəndə (bundan sonra – iddiaçı) cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral-05 may tarixlərini əhatə edən xəstəlik vərəqələri üzrə Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablanmış və müəssisə tərəfindən ödənilməli olan 478.80 manatın ödənilməmiş 196,53 manat hissəsi əsas borc olaraq, bu məbləğin bu günə qədər iddiaçıya ödənilməməsi səbəbindən gecikdirilmiş hər gün üçün bir faiz məbləğində olmaqla 1726,53 manat nağd pul vəsaitinin, 16 noyabr – 24 noyabr 2016-cı il tarixlərini və 16 fevral-27 fevral 2017-ci il tarixlərini əhatə edən 384034 və 379315 saylı xəstəlik vərəqələri əsasında Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablamaların aparılmadığı nəzərə alınaraq bu xəstəlik vərəqələri üzrə müəyyən edilən 14 iş gününün sosial müavinəti olan 742 manat əsas borcun və bu borcun bu günə ödənilmədən gecikdirilməsi səbəbindən 7770 manat faiz borcunun, ümumilikdə 8512 manat məbləğində pulun onun xeyrinə tutulması və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universiteti üzrə 12 may 2017-ci il tarixdə verilmiş 1/156 saylı əmrlə tutduğu vəzifələrdən azad olunmazdan əvvəl 384034, 379315, 307725, 53260 1 və 532659 saylı xəstəlik vərəqələri əsasında 16 noyabr24 noyabr 2016-cı il, 16 fevral-27 fevral 2017-ci il, 24 fevral-05 may 2017-ci il tarixlərində əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi ilə əlaqədar stasionar və ambulator müalicələr almış və buna dair rəsmi sənədləri aidiyyəti üzrə Bakı Dövlət Universitetinə təqdim etmişdir. Bakı Dövlət Universitetinin 03 aprel 2019-cu il tarixli məktubuna əlavə edilərək təqdim olunmuş və mühasibatlığın tərtib etdiyi haqq-hesab sənədlərində qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, Universitet tərəfindən 16 noyabr-24 noyabr 2016-cı il tarixlərini əhatə edən SN00005 384034 saylı və 16 fevral-27 fevral 2017ci il tarixlərini əhatə edən SN 00005 379315 saylı xəstəlik vərəqələri əsasında iddiaçıya məcburi dövlət sosial sığorta h aqları ümumiyyətlə hesablanmamış və ödənilməmiş, 24 fevral-05 may 2017-ci il tarixlərini əhatə edən SN00005 307725, 532601, 532659 saylı xəstəlik vərəqələri üzrə ilk 14 təqvim günü məcburi dövlət sosial sığorta haqqı olaraq Universitet tərəfindən 478,80 manat ödənilməsinə dair hesablamalar aparılmışdır. Xəstəlik vərəqələri əsasında hesablanmış 478,80 manatın iddiaçının bank hesabına ödənilibödənilməməsinin müəyyən olunması məqsədilə Azərbaycan Beynəlxalq Bankının Yasamal Filialına iddiaçı tərəfindən sorğu verilmiş və Bankın təqdim etdiyi hesabdan çıxarışda qeyd olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablanmış 478,80 manatın əvəzinə iddiaçının bank hesabına 281,87 manat nağd pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında iştira k edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddiaçı 24 fevraldan 5 may tarixinə kimi xəstəliklə bağlı bülletendə olmuşdur. Qanuna əsasən xəstəlik günlərinin 2 həftəsi onların müəssisəsi tərəfindən ödənilmişdir, qalan günlər isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabına ödənilmişdir. O, əvvəlcə 2 həftə üçün 478 manat ödəmiş, lakin sonradan tabel ona veriləndə məlum olmuşdur ki, iddiaçı 24 fevraldan işə gəlməyib, buna görə yazdığı 3 iş gününün pulunu, yəni 151 manatı ondan çıxmışdır. DSMF isə 1800 manat hesablamışdır. Onu başqa mühasib səhv hesablayıb. Səhvi onlar sonradan görmüşlər. Pul səhvən kimin hesabına köçürülmüşdürsə həmin şəxs vəfat etdiyindən 745 manat pulu o, öz hesabına İbad müəllimə ödəmişdir. Noyabr ayında isə 14 iş günü olub. Həmin günlərin 7 iş günü iddiaçı bülletendə olub. Vergilər və digər ödənişlər çıxdıqdan sonra 834 manat bülleten pulu və 7 iş günü üçün əmək haqqı ilə birlikdə verilib. 7 günün bülleten pulu onların müəssisəsi hesabına ödənilmişdir. 31 avqust 2020-ci il tarixli etiraz məlumatında qeyd olunmuşdur ki, iddiaçıya 2017-ci ilin fevral ayı işə davamiyyət tabeli əsasında tam olaraq əmək haqqı hesablanaraq bank hesabına köcürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, iddiaçıya 307725 nömrəli xəstəlik vərəqəsinə əsasən (14 təqvim günü) 478 manat 80 qəpik hesablanmış və ona fevral ayında artıq yazılmış 3 günün pulu, yəni 151 manat 05 qəpik tutulduqdan sonra yerdə qalan 327 manat 75 qəpikdən isə 45 manat 88 qəpik gəlir vergisi tutularaq 281 manat 87 qəpik vəsaitin 01 iyun 2017-ci ildə bank hesabın a köçürülməsi təmin olunmuşdur. Bu da bank çıxarışlarında öz əksini tapmışdır. Digər iddia ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş 384034 nömrəli xəstəlik vərəqəsinə əsasən (16.11-24.11.2016-cı il) 7 iş günü- 372 manat 82 qəpik + 14 iş gününün əmək haqqı hesablanmış və bundan vergilər tutulduqdan sonra cəmi 869 manat 96 qəpik Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülməsi təmin olunmuşdur ki, bu da bank çıxarışlarında öz əksini tapmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2691/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı fevral ayı işdə olmasına dair tabeli imzalamışdır. Bu s əbəbdən də fevral ayı üçün iddiaçıya əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçıya xəstəlik vərəqəsi üzrə 478.80 manat hesablandıqdan sonra müəyyən olunmuşdur ki, 3 gün üçün eyni vaxtda əmək haqqı da hesablanaraq ödənilmişdir. Bu səbəbdən həmin 3 günün pulu, yəni 151.05 manat həmin 478.80 manatdan çıxılmış, yerdə qalan 327,75 məbləğdən isə 45,88 manat vergi çıxıldıqdan sonra 281,87 manat qalmışdır. Bundan əlavə, müəyyən olunmuşdur ki, 16.11-24.11.2016-ci il üzrə 7 iş günü- 372 manat 82 qəpik + 14 iş gününün əmək haqqı hesablanmış və bundan vergilər tutulduqdan sonra cəmi 869 manat 96 qəpik iddiaçının Azərbaycan Beynəlxalq Bankındakı bank hesabına köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitu siyasının 38-ci maddəsinin İİİ-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin müddəalarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi tam, hərtərəfli və obyektiv aparılmamış, işin faktiki halları araşdırılmamış, cavabdehdən ciddi mühasibatlıq sənədləri tələb edilməmiş, sübutların mötəbərliyi müəyyən olu nmamışdır. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi öz qənaətini maddi hüquq normalarının tələbləri əsasında hüquqi baxımdan əsaslandıra bilməmiş, nəticədə isə mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən əsassız, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8175/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Məhkəmə öz mövqeyini həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 304, 307-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9, 14.2, 77.1, 80, 89.3, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qərar çıxarılmasını, habelə məsul vəzifəli şəxslər barədə xüs usi qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası tərəfindən işin obyektiv halları maddi hüquq normalarının tələbləri əsasında qiymətləndirilməmiş, iddia tələbləri rədd edilərkən iddia ərizəsində istinad olunan maddi, prosessual və konstitusion hüquq normalarını təkzib edən hüquqi normalara istinadlar edilməmiş, cavabdehin etirazının əsasları müəyyən olunmamış və iş materiallarında olan sübutların mötəbərliyi, həqiqiliyi və əsaslılığı araşdırılmamışdır. Kassator göstərmişdir ki, hər iki məhkəmə instansiyası ilk növbədə işin obyektiv hallarını müəyyən etmək məqsədilə Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən müvafiq xəstəlik vərəqələri əsasında haqq-hesab sənədlərinin tərtib olunub-olunmadığını araşdırmalı idi. Lakın belə bir araşdırmanı aparmadan hər iki məhkəmə instansiyası hesab etmişdir ki, 2016-cı ilin noyabr ayının və 2017-ci ilin fevral ayının əmək haqqı iddiaçıya tam ödənildiyindən 384034 və 379315 saylı xəstəlik vərəqələri əsasında iddiaçıya sosial müavinətin hesablanaraq ödənilməsinə zərurət qalmamışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2017-ci ilin may ayında Bakı Dövlət Universitetinin mühasibatlığına məlum olmuşdur ki, 2016-cı ilin noyabr ayı və 2017-ci ilin fevral ayı üçün işdə olmayan iddiaçıya artıq məbləğdə əmək haqqı ödənilmişdir. Bununla əlaqədar olaraq mühasibatlıq 24 fevral-06 may 2017-ci il tarixlərini əhatə edən 307725, ******* və 532659 saylı xəstəlik vərəqələri əsasında müəssisə tərəfindən iddiaçıya ödənilməli olan 478,80 AZN məbləğində sosial müavinətin 196,53 AZN hissəsini tutmuş və iddiaçıya ödəməmişdir. Bakı Dövlət Universitetinin mühasibatlığının özü də təsdiq etmişdir ki, 2017-ci ilin fevral ayı üçün iddiaçıya artıq məbləğdə əmək haqqının hesablanaraq ödənildiyini həmin ilin may ayında (3 aydan sonra) aşkar etmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 5-ci hissəsinin tələbində isə qanunverici orqan birmənalı şəkildə qeyd edir ki, hesabda səhvə yol verilməsi halları istisna olmaqla işəgötürən tərəfindən işçiyə artq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ-hüquqi aktların düzgün təsbit edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Məhz istinad olunan bu maddi hüquq normasının tələbi ilə sübut olunur ki, 24 fevral06 may 2017-ci il tarixlərini əhatə edən 307725, 532601 və 532659 saylı xəstəlik vərəq ələri əsasında müəssisə tərəfindən iddiaçıya ödənilməli olan 478,30 AZN məbləğində sosial müavinətdən 2017-ci ilin fevral ayı üçün artıq ödənilmiş əmək haqqının tutulması tam qanunsuz olmuşdur. Bundan əlavə, 16 noyabr-24 noyabr 2016-cı il tarixlərini əhatə edən 384034 saylı və 16 fevral-27 fevral 2017-cı il tarixlərini əhatə edən 379315 saylı xəstəlik vərəqələri əsasında hesablanaraq ödənilməli olan sosial müavinətlərlə bağlı hesablamaların aparılmaması və ödənişlərin icra olunmaması bütövlükdə qanunsuz əsaslardan ibarət olmuşdur. Məhkəmələr nəzərə almamışlar ki, işçiyə əmək haqqı gördüyü işə görə, sosial sığorta haqqı isə əmək münasibətləri prosesində itirdiyi gəlirlərinə görə ödənilir. İşçinin əmək haqqı və sosial müavinət haqqı ayrı-ayrı qanunvericilik aktları əsasında ödənilir. 16 no yabr-24 noyabr 2016-cı il tarixlərini və 16 fevral-27 fevral 2017-ci il tarixlərini əhatə edən xəstəlik dövrlərində iddiaçının əmək haqları tam məbləğdə ödənilmiş olsa da, xəstəlik vərəqələri əsasında Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab sənədlərindən görünür ki, sosial sığorta haqqının bir günlük məbləği 53,20 AZN, bir günlük əmək haqqının məbləği isə 33,99 AZN olaraq müəyyən edilmişdir. Şikayətin əsası kimi Əmək Məcəlləsinin 154, 175, 177, 304-cü, MPM-in 77.1, 81, 88, 218, 220-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayə tinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyas ı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 304 (1-ci hissə). Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınması na yönəldilmiş təminat formasıdır. Maddə 304 (2-ci hissə). İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Maddə 307 (1-ci hissə). İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında q əbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” 6-cı bənd. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyy ətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün is ə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8175/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4323/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4323/2021
27.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver