Məhkəmə qərarları › İş №2(102)-4323/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4323/2022

10.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4323/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı QƏRARİ (Açar sözlər: işə bərpa, yazılı sübutun qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçılə (bundan sonra “iddiaçı”) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “cavabdeh” və ya “Şirkət”) arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsi var. Əmək müqaviləsinə əsasən iddiaçı 1-ci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçıya xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.20 20-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2021; xx.xx.2021xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021.

3. Şirkətin xx.xx.2021-ci il tarixli KS/029/21 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı 01 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olması səbəbi) tutduğu kran operatoru vəzifəsindən azad edilmişdir.

4. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışına əsasən iddiaçıya əlillik qrupunun verilməsindən imtina edilmişdir.

5. Akademik C.Abdullayev adına X1 Konsultativ-poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “Revmatizm, mitral qapağ ın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli N-KS/029/21 saylı əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məhkəmə qərarı qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 150000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılb ki, iddiaçı 05 mart 2012-ci il tarixdə Şirkətl ə əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. Əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə iddiaçıya Prime Hospitalda xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmazlığı aşkar edilmiş və iddiaçıya təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığ ortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmişdir. Sığortanın göndərişi ilə iddiaçı bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. Beləliklə, ilkin olaraq iddiaçının adına xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqələri tərtib edilmişdir. Xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.x x.2020xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020- xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021.

8. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli rəyinə əsasən iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə. Lakin 003660 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə adına açılmış xəstəlik vərəqəsi bağlanmış və iddiaçının işə başlama tarixi kimi xx.xx.2021-ci il qeyd edilmişdir. İddiaçı bu barədə Şirkətə xəbər verərək xəstəlik vərəqəsinin əslini cavabdehə göndərmişdir. Lakin Şirkət heç bir rəsmi əsas olmadan (əmr, qərar və s.) iddiaçını xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdıraraq, ona ödənilməli olan əmək haq qını və digər ödənişlərini həyata keçirtməmişdir.

9. Şirkət xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) onunla olan əmək müqaviləsinə xitam vermişdir.

10. İddiaçı ilə olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi tam olaraq əsassızdır və qanuna ziddir. Çünki adına olmuş xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanmış və iddiaçı bu barədə Şirkətə məlumat vermişdir. Lakin işəgötürən əsassız olaraq iddiaçını işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən əmək müqaviləsində, ona xitam ver ilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyinin olmasıdır. İddiaçı isə 21 mart 2021-ci il tarixdən bu günə kimi cavabdehin təşəbüssu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir.

11. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əmək Məc əlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 232-ci maddəsinə görə, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam verilə bilər. Bir şə rtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "b" yarımbəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin iddiaçının cavabdehlə bağladığı xx.xx.2012ci il tarixli əmək müqaviləsinin 7.d) bəndində işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi halı nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şirkət iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir.

12. Bundan əlavə, iddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil və müvəqqəti xarakter daşıyır. Adına tərtib edilmiş sosial arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir. 01 iyul 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, bu günə kimi iddiaçının əmək kitabçası, son haqq-hesabı, işə çıxma əmri ona verilməmişdir.

13. Həmçinin səhhətində olan ciddi problemlər məhz iddiaçının işlədiyi işlə əlaqədardır. xx.xx.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən iddiaçıda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edilib. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır.

14. İddiaçıda qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü büruzə vermişdir. Hazırda iddiaçıya tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək iddiaçının imkanları xaricindədir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etsə də, cavabdeh nəinki kömək göstərməyib, həmçinin elə həmin probleminə görə iddiaçını qanunsuz olaraq işdən çıxarmışdır.

15. Cavabdehin bu cür qanunsuz hərəkətləri gündən-günə vəziyyətini ağırlaşdıraraq, idd iaçını sarsıntı içində yaşamağına məcbur edir. Hər dəfə cavabdehin növbəti qanunsuz və ədalətsiz hərəkətindən sonra iddiaçı stress keçirir, onsuz da ağır olan halı kəskin pisləşir və bütün bunlar təcili yardımın çağırılması ilə nəticələnir. Göstərilənlərə əsasən əvvəlki işə bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000,00 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı 05 mart 2012-ci il tarixdə müvafiq əmək mü qaviləsi bağlamaqla Şirkətə 1-ci dərəcəli "kran operatoru" vəzifəsinə işə qəbul edilmişdir. Şirkətdə qəbul edilmiş qaydalara və qanunvericiliyə uyğun olaraq, işə buraxılmadan öncə iddiaçı 08 iyun 2020-ci il tarixdə "Prime Hospital"da müayinə olunmuş və "Prime Hospital" tərəfindən verilən tibbi rəyə əsasən iddiaçıya təcili ürək əməliyyatı tövsiyə edilmişdir. İddiaçı əmələ gəlmiş xəstəliyin məhz uzun illər ərzində dənizdə işləməsi ilə və Şirkətin öz işçilərinə vaxtı-vaxtında tələb olunan keyfiyyətli müayinə və müalicə təşkil etməməsi ilə bağlı olduğunu iddia etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir; - Şirkət iddiaçının əmək müqaviləsinə 01 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "b" yarımbəndinə əsasən xitam vermişdir. İddiaçı iddia ərizəsində qe yd etmişdir ki, cavabdeh təşkilatda qəbul edilmiş qaydalara əsasən işçinin işə başlamadan öncə tibbi müayinədən keçməsi tələb edilir. Bu məqsədlə 08 iyun 2020-ci il tarixdə iddiaçı işə buraxılmadan öncə tibbi müayinədən keçərkən məlum olmuşdur ki, iddiaçıda ürəyinin "sol kamerasının dilitasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP- mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, kooptasiya pozulması), ciddi (İİİ) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir". Daha sonra işçiyə müvafiq olaraq xəstəlik vərəqəsi açılmışdır. Xəstəlik vərəqələri 21 mart 2021-ci il tarixə qədər uzadılmışdır; - Akademik C.Abdullayev adına X2 17 mart 2021-ci il tarixli rəyinə əsasən iddiaçıya aşağıdakı diaqnoz qoyu lmuşdur: "Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə"; - iddiaçı aşağıdakı arqumentlərə əsasən əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir:

1. Xəstəlik vərəqəsi 21 mart 2021-ci il tarixdə bağlansa da iddiaçı işə buraxılmamışdır;

2. Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən Əmək müqaviləsinə, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı hallarda xitam verilə bilər:... "b) səhhəti ilə əlaqədar işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə". İddiaçı cavabdeh tərəfindən təşkil edilmiş hər hansı tibbi müayinədən keçməmişdir;

3. Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "b" yarımbəndinə əsasən xitam verilə bilər;

4. İddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi halı nəzərdə tutulmamışdır;

5. İddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır;

6. Cavabdeh iddiaçının səhhətində olan problemləri həll etmədiyi və onu işdən çıxardığı üçün iddiaçı sarsıntı içində yaşayır və bu səbəbdən mənəvi ziyanın ödənilməsini tələb edir; - qeyd edilən arqumentl ərin heç birinin nə faktiki, nə də hüquqi əsası olmadığı üçün iddia təmin edilə bilməz; - cavabdeh iddiaçının “Xəstəlik vərəqəsi 21 mart 2021-ci il tarixdə bağlansa da iddiaçı işə buraxılmamışdır” - arqumenti ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Sosial sığorta - haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat"ın 6-cı bəndinə əsasən "Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir". İddiaçının qeyd etdiyi kimi xəstəlik vərəqəsinin 21 mart 2021-ci il tarixdə bağlanması onun sağalması anlamına gəlmir. Sadəcə, 6 aydan sonra tibb müəssi səsi tərəfindən xəstəlik vərəqəsi verilmir. Bu səbəbdən xəstəlik vərəqəsi 6 aydan sonra bağlanmışdır. Əksinə, iddiaçı iddia ərizəsində Akademik C.Abdullayev adına X2 rəyinə və məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 363/KEŞ nömrəli ekspertiza rəyinə istinad edərək özündə "Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” xəstəliklərinin olduğunu qəbul edir. İddiaçının işə buraxılması üçün xəstəlik vərəqəsinin bağlanması deyil, işə çıxmadan öncə tibbi müayinədən keçərək işə yararlı olması barədə həkim rəyinin təqdim edilməsi tələb edilir. 16 aprel 2021-ci il, saat 13:43-də cavabdeh təşkilatda İnsan Resursları üzrə məsləhətçi vəzifəsində çalışan Adilə Şəfiyeva tərəfindən iddiaçıya elektron poçt vasitəsi ilə məktub y azılaraq "həftənin 2-ci günü, 20 aprel 2021-ci il tarixdə tibbi müayinədən keçmək üçün "Medi Club" tibb mərkəzinə getməsi" tələb edilmişdir. Həmin elektron məktuba cavab olaraq iddiaçı tibbi müayinədən keçməkdən imtina etmiş və bildirmişdir ki, "vəziyyəti ağır olduğundan hər hansı müayinədən keçmək onun üçün çox çətindir. Bildiyiniz kimi, Hipertoniya xəstəliyi işə cəlb etməyə əks göstərişdir və ciddi müalicəni tələb edir". Beləliklə, sübut olunur ki, cavabdeh iddiaçını işə buraxmaq üçün şərait yaratmış, yəni ona tibbi müayinədən keçməsi üçün şərait yaratmış, lakin iddiaçı tibbi müayinədən keçərək işə çıxmaqdan imtina etmişdir. - “İddiaçı cavabdeh tərəfindən təşkil edilmiş hər hansı tibbi müayinədən keçməmişdir” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2 -ci yarımbəndinin tələblərinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:.. b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə". İddiaçının əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin qeyd edilən maddəsi və qeyd edilən bəndi əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin qeyd edilən maddəsində işçinin səhhətinin onun müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olmasını sübut etmək üçün mütləq işə götürənin işçini tibbi müayinədən keçirməsi tələb edilmir. İddiaçının səhhətində olan problemlər işəgötürən tərəfindən 08 iyun 2020-ci il tarixdə təşkil edilmiş tibb müayinəsi zamanı aşka r edilmişdir. İşçinin təqdim etdiyi Akademik C. Abdullayev adına X2 rəyində ilkin müayinə zamanı aşkar edilmiş xəstəliklərin sağalmaması açıq şəkildə qeyd edilmişdir. Həmin xəstəliklərlə iddiaçının çalışdığı kran operatoru vəzifəsində işləməyin qeyri-mümkün olması barədə rəyin olduğu nəzərə alınaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Başqa sözlə, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur; - iddiaçının “Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Ə mək Məcəlləsinin 75.2b bəndinə əsasən xitam verilə bilər” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 231-ci maddəsi hazırki iş üzrə iddiaçı barəsində tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən göründüyü kimi işçinin daha yüngül işə keçirilməsinə ehtiyac olubolmaması tibbi rəy əsasında müəyyən edilir. Başqa sözlərlə işçinin daha yüngül işə keçirilməklə yanaşı, məhz hansı peşədə işləməsinin işçinin səhhəti üçün təhlükəli olmaması həmin tibbi rəydə qeyd edilməlidir. İddiaçı tərəfindən yüngül işə keçirilməsinin zəruriliyi və məhz hansı işə keçirilməsinin tövsiyə edilməsi barədə həkim rəyi cavabdehə təqdim edilməmişdir. Beləliklə, cavabdehin iddiaçını yüngül işə keçirmək öhdəliyi olmamışdır. Qeyd edilən arqumentin ikinci hissəsi, yən i "Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin b bəndinə əsasən xitam verilə bilər" hissəsi qanunvericilikdə əksini tapmamışdır. Əmək Məcəlləsinin nə 75-ci, nə də 231-ci maddələrində "səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu halda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin işçiyə yüngül iş təklif etməsi və işçinin həmin təklifə müsbət və ya mənfi cavab verməsi halından asılı deyil. Beləliklə, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur; - “İddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi halı nəzərdə tutulmamışdır” – arqumenti ilə bağlı qeyd edilməl idir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 mart 2012-ci il tarixli əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi" adlanan 7-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanır. Həmin maddənin "d" bəndində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi Əmək Məcəlləsinin 75ci maddəsinə istinad aşağıdakı kimi qeyd edilmişdir: “işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifəsini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 75)". Göründüyü kimi, iddiaçının bu iddiasının da heç bir faktiki əsası yoxdur. Əmək müqaviləsində işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsi ilə xitam verilməsinin əsası nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndində qeyd edilmişdir: "Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər". Göründüyü kimi, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi əmək müqaviləsində nəzərdə tutulmuşdur. Bu səbəbdən əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir; - “İddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səhhətində olan problemlər 08 iyun 2020ci il tarixdə müəyyən edilmişdir. Həmin tarixdən 21 mart 2021-ci il tarixədək iddiaçı xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır. 6 aydan sonra xəstəlik vərəqəsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının işə çıxması üçün şərait yaradılmış, lakin iddiaçı səhhətində olan problemlərlə bağlı işə çıxmaqdan imtina etmişdir (işə çıxmaq imkanı olmamışdır). İddiaçının işə çıxmamasına və işə çıxmamasını əsaslandıran heç bir hüquqi sənəd təqdim etməməsinə baxmayaraq, cavabdeh 01 iyul 2021-ci il tarixədək iddiaçının əmək müqaviləsinə də xitam verməmişdir. Lakin iddiaçı 08 iyun 2020-ci il tarixindən 01 iyul 2021-ci il tarixədək keçən bir il ərzində səhhətində olan problemini həll etməkdənsə, cavabdehə qarşı maddi və mənəvi ziyan tələbi ilə iddialar qaldıraraq cavabdehin hesabına əsassız varlanmaq istəmişdir. İddiaçının xəstəlik vərəqəsinin bağlandığı tarixdən 3 aydan artıq müddətin keçməsinə baxmayaraq, iddiaçı işə çıxmamış və işə çıxacağı tarixi də ca vabdehə bildirməmişdir. Belə bir qeyri-müəyyənlik şəraitində iddiaçının səhhətinin nə zaman bərpa olunacağı cavabdehə məlum olmamışdır. İşçinin səhhəti ilə bağlı vəziyyət cavabdehə məlum olduğu üçün onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, üzrsüz səbəbdən işə gəlməməsi əsası ilə deyil, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən və Əmək Müqaviləsinin 7-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur; - “Cavabdehin iddiaçının səhhətində olan problemləri həll etmədiyi və onu işdən çıxardığı üçün iddiaçı sarsıntı içində yaşayır və bu səbəbdən mənəvi ziyanın ödənilməsini tələb edir” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə istinad etdiyi Mülki M əcəllənin 21 və 23-cü maddələrinin tətbiq edilməsi üçün, ilk növbədə iddiaçıya mənəvi zərərin vurulub-vurulmaması müəyyən edilməli və əgər iddiaçıya həqiqətən belə zərər vurulmuşdursa, cavabdehin belə zərərin vurulmasında təqsirinin dərəcəsi müəyyən edilməlidir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən zərər, eləcə də mənəvi zərər üçün kompensasiyanın tələb edilməsinin əsasında təqsirli şəxsin, yəni cavabdehin təqsiri müəyyən edilməlidir. Hazırki işdə iddiaçının səhhətində yaranan problemlərdə cavabdehin təqsiri müəyyən edilməmişdir. İddiaçının səhhətində yaranan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə əsasən öhdəlik daşımamasına baxmayaraq, cavabdeh "Könüllü tibbi sığorta" çərçivəsində iddiaçının müalicə olunması üçün mümkün səylər göstərmiş dir. Lakin iddiaçının səhhətindəki problemlərin (kardioloji xəstəliklər) müalicə olunması "Könüllü tibbi sığorta" müqaviləsində istisnalara aid olduğu üçün iddiaçını "Könüllü tibbi sığorta" müqaviləsi çərçivəsində müalicə etdirmək mümkün olmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, tərəflərin əmək müqaviləsi bağlayarkən qarşılıqlı şəkildə razılaşdırdıqları, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, sübut olunur ki, iddiaçının səhhətində yaranan problemlərin səbəbkarı cavabdeh deyildir, həmin nasazlıqların müalicə olunması üçün cavabdeh öhdəlik daşımır və əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir; - həmçinin bir mühüm halı nəzərə alınmalıdır ki, iddia təmin edilmiş olarsa, kardioloji xəstə olan iddiaçı Xəzər dənizindəki platformada kran operator vəzifəsinə işə bərpa edilməlidir. Bu halda iddiaçının həyatı üçün təhlükəli olan işlə məşğul olması qanuni hesab edilmiş olar. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Belə bir qərarın qəbul edilməsi, Konstitusiyanın qeyd edilən maddəsinin də pozulmasına gətirib çıxarar.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 “canlı şəxsin məhkəmə-tibbi ekspertizası” ilə bağlı xx.xx.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilən lərə, həmçinin aparılmış funksional diaqnostik müayinələrin cavablarına əsasən, onda hal-hazırda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü birüzə vermiş dir. İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır. Ədəbiyyat mənbələrinə istinadən, qazanılmış ürək qüsusrları 80 % revamtik zədələnmələri ilə əlaqədardır. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası ilə əlaqədar ona müalicəyə və ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatının aparılması (mitral qapaq plastikası və ya protezləşdirilməsi) ehtiyacı vardır. Onda qazanılmış ürək patalogiyası kliniki olaraq tənəgənəfəslik, ürək döyünmə, halsızlıq, tez yorulma və ürək çatışmamazlığı əlamətləri ilə özünü büruzə vermişdir. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası birbaşa onun səhətinə mənfi təsiri vardır. Aparılcacaq açıq ürək cərrahiy yə əməliyyatından sonra xəstənin sağlamlıq durumu onun reabilitasiya müddətindən asılıdır.

18. Səbail Rayon Məhkəməsinin 2(009)-85/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilmiş, iddiaçının Filialda «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim Mədinə Bağırova)

19. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılmas ı məqsədilə, iddiaçıya “Prime Hospital”da xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmiş, tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmiş, keçirilmiş müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində onun adına xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur.

20. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi göstərilmiş Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzi fədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Digər tərəfdən, 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışına əsasən iddiaçıya əlillik qrupunun verilməsindən imtina edilmiş, cavabdeh isə iddiaçının əmək qabiliyyətini itirməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, cavabdeh tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur.

23. Mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ona mənəvi ziyan dəyməsinə dair sübutları təqdim etməmişdir.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, iddianını təmin edilən hissəsində qətnamənin ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddiaya etirtazın dəlillərinə uyğun əsaslandırılmaqla (bax:16cı bənd), şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, gəlinən nəticənin işin hallarına uyğun olmamasına istinad ed ilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2568/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “kran operatoru” vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbləri həmin hissədə təmin olunmamışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Rafael Eyvazov)

28. Apellyasiya instansiyası məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, iddiaçının əmək müvaviləsinə xitam verilməsinə əsas olmuş Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda iddiaçıya diaqnoz olaraq “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” qoyulmuşdur. İş materiallarında olan “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən tibbi rəyə əsasən iddiaçının səhhətində sol kameralar ın dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. O, kran operatonu vəzifəsinə uyğun hesab olunmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən tibbi rəydə qoyulmuş diaqnozla Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışında qeyd olunmuş diaqnoz təsdiqlənmişdir. “Prime Hospital” tərəfindən verilmiş rəydə iddiaçının kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiq ol unduğundan, sonuncu rəydə də bu qeyd olunmasa belə, eyni diaqnoz qoyulduğu üçün, iddiaçının eyni qaydada kran operatoru vəzifəsinə uyğunsuzluğu təsdiqlənmiş olur.

30. Həmçinin iddiaç cavabdehə yazdığı xx.xx.2021-ci il tarixli elektron məktubunda qeyd etmişdir ki, “...bir il əvvəl məndə aşkar olunmuş xəstəlik hazırda ağırlaşaraq daha ciddi formaya çevrilmişdir...Həmçinin vəziyyətim ağır olduğundan hər hansı müayinədən keçmək mənim üçün çox çətindir...”

31. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, elektron məktubların məzmunundan da göründüyü kimi iddiaçı özü səhhətinin ağır olduğunun etiraf etmiş və müayinələrdən keçməyi rədd etmişdir.

32. Bundan əlavə, iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Birliyi” X11 verdiyi xx.xx.2021-ci il tarixli 363/KEŞ nömrə li ekspert rəyində də iddiaçının “Revmatizm (qeyri fəal gedişli); Mitral qapağın prolapsi, İݰ; Mtral catmamazlığı İİݰ, hipertoniya İİ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdi.

33. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Akademik C.Abdullayev adına X2 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda göstərilən diaqnoz “Prime Hospital” tərəfindən xx.xx.2020ci il tarixdə verilən tibbi rəydə olan diaqnozu təsdiqlədiyindən və ilk rəydə iddiaçının kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiq olunduğundan, həmçinin iddiaçı cavabdehə yazdığı elektron məktublarında səhhətinin ağır olduğunu bildirdiyindən, işəgötürə n olaraq cavabdeh, Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışını və iddiaçının elektron məktubunu əsas götürərək onunla bağlmış əmək müqaviləsinə Əmək məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə xitam verməkdə haqlı olmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsini 75-ci maddəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı bildirib ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi”nə həsr edilmişdir. Tərəflər əmək müqaviləsində, ona xitam verilməsini tənzimləyən qaydalar müəyyən edə bilər. Əmək Məcəlləsinin qeyd edilən maddəsində “işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir” təl əbi yoxdur. Başqa, sözlə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 75-ci maddəsini düzgün şərh etməmiş və qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, işəgötürəndən əlavə tədbirlər görülməli olduğunu qeyd etmişdir.

35. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışmasının onun sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına istinad etməsini əsasız sayaraq göstərib ki, iddiaçının işdən azad edilməsi üçün iki müxtəlif tibb müəssisəsindən tibbi rəy alınmışdır. Birinci tibb rəyində işçinin xəstəliyi göstərilərək həmin xəstəliyi səbəbi ilə işçinin kran operatoru vəzifəsində işləməsi qadağan edilmiş, ikinci tibb rəyində isə iddiaçının həmin xəstəliyini n hələ də mövcud olması təsdiq edilmişdir

36. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işə çıxmamış, bundan sonra da iddiaçıdan işə çıxması tələb olunsa da, iddiaçı səhhətində olan problemlərə görə işə çıxmamış, tələb olunan müayinədən keçməmiş, hətta özü belə işə uyğunluqla bağlı tibb müəssisəsinin müvafiq rəyini işə götürənə təqdim etməmişdir. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b ” bəndi ilə (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə) görə xitam verilmişdir.

37. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılıb: - tibbi rəylərin arasında heç bir əlaqə və yaxud sonuncu rəydə “Prime Hospital” tərəfindən verilmiş rəyə hər hansı keçid yoxdur. Hər iki rəy müstəqil rəy olmaqla bir-birini nə təkzib, nə də təsdiq edə bilməz. Hətta “Prime Hospital” tərəfindən xx.xx. 2020-ci il tarixdə tərtib edilmiş sənəd tibb rəyi deyil, işçinin Platformaya növbəyə buraxılması üçün sertifikatdır. xx.xx.2021-ci il tarixli N-KS/029/21 saylı Əmrın ləğv edilməsinin əsası da məhz Akademik C.Abdullayev adına X5 17 mart 2021-ci il tarixli rəyi olmuşdur, hansındaki, işçinin müvafiq vəzifədə işləyə bilməməsi ilə bağlı hər hansı bir qeyd yoxdur; - hətta apellyasiya şikayətində cavabdeh iddia edir ki, “işçinin yüngül işdə işləməsinin onun səhhəti üçün təhlükəli olmaması tibbi rəydə əks olunmalıdır. Həm də bu yüngül işin nədən ibarət olması tibbi rəydə qeyd edilməlidir. İddiaçıya təqdim edilən tibbi rəylərin heç birində belə bir rəy öz əksini tapmamış, cavabdehə belə bir rəy təqdim edilməmişdir”. Göründüyü kimi, cavabdeh özü də təsdiq edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsası olmuş Kardioloqiya İnstititunun xx.xx.2021-ci il tarixli rəyində iddiaçının öz vəzifəsində və ya yüngül işdə işləməsinin onun səhhəti üçün təhlükəli olub-olmaması qeyd edilməmişdir. Bununla da cavabdeh əmrin əsasssız olduğunu təsdiq edir; - işçilərin əlilliklə, səhhəti ilə bağlı rəyləri yalnız müvafiq dövlət qurumu verə bilər (sosial ekspertiza komissiyaları). Məhkəmənin bu nəticəsi yalnız işə baxan hakimlərin öz subyektiv fikir və fərziyyələrinə söykənir. Bundan əlavə, birbaşa səlahiyyətli tibb müəssisəsi olan 34 saylı Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli son xəstəlik vərəqəsində işçinin işə çıxma vaxtı qeyri-şərtsiz müəyyən edilmişdir. Göründüyü kimi, səlahiyyətli tibb müəssisəsi işçinin işə yararlı olduğunu təsdiq etmişdir. Hazırki ha lda iddiaçının işə çıxmasına hər hansı bir əks göstəriş olsaydı, xəsətəlik vərəqəsində həmin qeyd öz əksini tapardı; - həmçinin əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyin olmasıdır. İddiaçı 21 mart 2021ci il tarixdən işə çıxma tarixinədək cavabdehin təşəbbüsu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. Hətta işçi icbarı tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi il ə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin tərəflər arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinin 7.d) bəndinə əsasən, işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi halı nəzərdə tutulmuşdur. İşəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində göstərilmiş əsasla xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, iddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır. Tər tib edilmiş sosial arayışdan da görünür ki, xx.xx.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir. - apellyasiya instansiyası məhkəməsi əsas yazılı sübut kimi “Prime Hospital”ın xx.xx.2020-ci il tarixli sertifikatına istinad etmişdir. Halbuki həmin sənədin nə əsli, nə lazımı qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Xarici dildə tərtib edilmiş sənədin kseroks surəti qərarın əsas sübutu kimi çıxış edə bilməz. Bununla da, apellyasiya instansiyası məhkəməsi MPM-nin 89-cü maddəsinin tələblərini pozmuşdur; - apellyasiya instansiyası məhkəməsi işin əsas mahiyyəti olan xx.xx.2021-ci il tarixli N-KS/029/21saylı əmrın əsası olmuş Akademik C.Abdullayev adına X3 xx.xx.2021-ci il tarixli rəyini kənara qoyaraq, öz qərarını işə heç bir aidiyyəti olmayan “Prime Hospital”ın verdiyi sertifikatla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə ti bb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Maddə 300.1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əm ək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq ü çün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsi olub, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin üzrə çıxarılıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

43. Məhkəmə kollegiyası hü ququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

45. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” yarımbəndinə görə onunla əmək müqaviləsinə xitam verilsə də, həmin maddədə nəzərdə tutulan rəy, yəni səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəy olmayıb.

46. Apellyasiya instansiyası məhkəməsi “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən “sertifikat” a dlanan sənədi Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan müvafiq rəy kimi qəbul edərək, iddiaçının dəlillərini əsasız sayıb.

47. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən ingilis dilində olan sənədin əsli iş materiallarında yoxdur, həmin sənəd kserosurətdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

48. Qanunvericiliyin tələbindən görünür ki, sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir və işin halları da məhz bu qaydaya uyğun şəkildə təqdim edilmiş sübutların qiymətləndirilməsi ilə müəyyən edilir. Əks halda, yəni sənədin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməməsi həmin sənədin sübut kimi qəbul edilməsini istisna edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən sənədin kserosurətini sübut kimi qəbul edərək, iş üçün əhəmiyyətli olan halı həmin sübutla müəyyən etmişdir.

49. Bundan əlavə, istinad edilən sənədin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan müvafiq rəy kimi nə dərəcədə əsaslı olması da müəyyən edilməyib. Halbuki iddiaçı bir dəlil kimi də məhz ona istinad edib ki, “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən sənəd onun müvafiq vəzi fəyə uyğunsuzluğu ilə bağlı Sertifikatdır və bu səbəbdən rəy hesab edilə bilməz.

50. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndi ilə xitam verilsə də, cavabdehin iddiaçını səhhətinə görə daha yüngül işlə təmin edib-edə bilməməsi imkanının olması, bununla bağlı cavabdehin hər hansı cəhd etməsinə apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirməyib. Belə ki, Əmək Məcəlləsinin 231-ci maddəsinə görə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

51. Əmək Məcəlləsinin 231-ci maddəsi işəgötürənin üzərinə işləməyə ehtiyacı olan işçiləri onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirmək vəzifəsi qoymuşdur.

52. Cavabdeh Əmək Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulan halla bağlı iddiaya etirazını belə əsaslandırıb: “qeyd edilən maddəyə əsasən işçinin daha yüngül işə keçirilməsinə ehtiyacının olub-olmaması tibbi rəy əsasında müəyyən edilir. Başqa sözlərlə işçinin daha yüngül işə keçirilməklə yanaşı, məhz hansı peşədə işləməsinin işçinin səhhəti üçün təhlükəli olmaması həmin tibbi rəydə qeyd edilməlidir. İddiaçı tərəfindən yüngül işə keçirilməsinin zəruriliyi və məhz hansı işə keçirilməsinin tövsiyə edilməsi barədə həkim rəyi cavabdehə təqdim edilməmişdir. Beləliklə, cavabdehin iddiaçını yüngül işə keçirmək öhdəliyi olmamışdır”. (bax:16-cı bənd 8-ci abzas)

53. Göründüyü kimi, cavabdeh bir tərəfdən iddiaçının daha yüngül işlə təmin edilm əsini tibbi rəyin olmaması ilə izah etmiş, digər tərəfdən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan əsasla xitam verərkən tibbi rəyin (iddiaçının rəy kimi qəbul etmədiyi sənədin) olmasını göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmiş, apellyasiya instansiyası məhkəməsi isə bu ziddiyyəti aydınlaşdrımamışdır.

54. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan fakt lar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

57. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin h əlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

58. Barəsində kassasiya şikayəti verilən qət namə isə yuxarıda qeyd edilənlər baxımından əsaslılıq və qanunilik barədə prosessual qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermir.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar