Məhkəmə qərarları › İş №2(102)-4324/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4324/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4324/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli iş üzrə 2 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olub. Tərəflərin bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh1 adlı iki uşağı var.

2. Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində 0.41 ha torpaq sahəsində yerləşən 89.1 kv.m fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) və həmin torpaq sahəsi xx.xx.2020ci ildə Cavabdeh2, X8, Cavabdeh1 və X4 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

3. Tərəflərin nikahı xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın yanında saxlanmışdır.

4. Digər Cavabdeh2 iddiaçının keçmiş qayınanasıdır.

5. Mübahisə mübahisəli evdən istifadə ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 sentyabr 2006-cı ildə mübahisəli fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüş və faktiki ayrılana kimi orada yaşamaqla cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Əri ilə nikahları pozulduqdan sonra cavabdehlər onu evə buraxmırlar. Yaşadığı evdən çıxdıqdan sonra azyaşlı uşaqları ilə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır.

8. Cavabdehlər iddiaya etiraz edib lər. Etirazın dəlilləri: - mübahisəli ev 1956-cı ildə inşa edilib. Həmin ev 1977-ci ildən Rəfail Manafovun sahibliyində olub; - Rəfail Manafov 21 fevral 2016-cı il tarixdə vəfat etmiş, mübahisəli evə 10 avqust 2020-ci ildə vərəsəlik şəhadətnaməsi verilmiş, 13 avqust 2020-ci ildə ev vərəsələrin, o cümlədən cavabdehlərin adına qeydə alınıb. - Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının mübahisəli evdən istifadə hüququ yoxdur.

9. Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim İbrahim Fəttahov)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X2, Cavabdeh2, X8, Cavabdeh1 və X4 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində cavabdehlərin ailə üzvü sayılan mərhum X1 şəxsi vəsaiti hesabına 1991-1995-ci illərdə fərdi yaşayış evi inşa edilmişdir. X2 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydə aldırıblar.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehlə xx.xx.2006cı ildə ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən cavabdehlərin torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur. Buna görə də iddiaçının mübahisəli fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi cavabdehlərin mülk iyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri: - mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı əsasında hazırki iş üzrə cavabdehlərin, eləcə də ailə üzvlərinin mülkiyyətinə verilmiş, cavabdehlə ailə qurarkən sözügedən ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, yalnız Ma nafov Rəfail Məhəmmədəli oğlunun vəfatından sonra həmin ev dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən mərhum Manafov Rəfail Məhəmmədəli oğluna çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün sonuncunun İ növbəli vərəsələri Göyçay rayon notariat kontoruna müraciət etmiş, 10 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırkı iş üzrə cavabdehlərin, həmçinin miras qoyanın övladları X5 və X3 miras əmlakda bərabər payları müəyyən edilmişdir; - mübahisəli fərdi yaşayış evi cavabdehlərin, eləcə də X8, X4 xüsusi mülkiyyəti kimi 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. - İddiaçı mübahisəli fərdi yaşayış evinə köçər kən, həmin ev mülkiyyətdə olmasa da, sonradan hazırki iş üzrə cavabdehlərin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, yaşayış sahəsinin mülkiyyət forması dəyişmiş və həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən - Cavabdeh1 münasibətdə qismən təmin edilərək, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 26 iyun 2007-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması, iddiaçının uşaqları ilə birgə mübahisəli fərdi yaşayış evin ə köçürülməsi qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)

16. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə və mənzildən istifadə ilə bağlı qanunvericiliyin şərh edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına istinadən qeyd edib ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlə nikahı pozulana qədər Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətçilərdən biri olan əri ilə birgə istifadə hüququna malik olmuşdur

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehlə aralarındakı nikah pozulana qədər mübahisəli fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətçilərdən bir i olan əri ilə birgə istifadə hüququna malik olmuşdur. İddiaçının nikah pozulduqdan sonra mübahisəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilsə də, Mənzil Məcəlləsinin 30.4-ci maddəsinin tələbinə əsasən ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən istifadə hüququ məhkəmə tərəfindən müəyyən müddətə saxlanıla bilər.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, iddiaçının hazırda yaşamağa digər yeri olmadığından, himayəsidə olan uşaqları – xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 hazırda 15 yaşı və xx.xx.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 hazırda 13 yaşı olduğundan, yəni iddiaçı yetkinlik yaşına çatmamış övladlarına baxmalı olduğundan, onun sözü gedən yaşayış evinə istifadə hüququ xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 18 yaşı tamam olanadək saxlanılmalı və iddiaçı uşaqları ilə birgə Göyçay rayonu, Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, iddiaçı Cavabdeh1 keçmiş ailə üzvü olduğundan, digər Cavabdeh2 isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından ailə üzvü hesab edilmədiyindən, hazırki iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz.

20. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 27.2-ci, və Mənzil Məcəlləsinin 30-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi mübahisəli fərdi yaşayış evinə köçürülmə ilə bağlı olsa da, məhkəmə kollegiyası iddia tələbindən kənara çıxaraq, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnu X7 yetkinlik yaşına çatana qədər saxlamışdır. Bundan başqa, məhkəmə iddiaçının yaşamağa yerinin olmaması barədə izahatını mötəbər sübut kimi qəbul edib, iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı özünün yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bununla da, cavabdehin mülkiyyət hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası cavabdehin kassasya şikayəti üzrə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə cavabdehin istifadə hüququnun saxlanmalı olması barədə düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 16-18-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşr və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə olan halda, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – iddia tələbi mübahisəli fərdi yaşayış evinə köçürülmə ilə bağlı olsa da, apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun X7 yetkinlik yaşına çatana qədər saxlanması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxması – qəbul etmir.

30. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd edilib ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəs indən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

31. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında şərh edilən hüquqi mövqeyə əsasən məhkəmələr yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini bütün hallarda həll etməlidirlər və bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmamışdır.

32. İddiaçının özünün yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə məhkəməyə sübut təqdim etməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının himayəsində yetkinlik yaşına çatmamış övladlarının olmasını, onun həmin uşaqlara baxmalı olmasını mübahisəli evdən istifadə hüququnun saxlanmasını zəruri edən hal kimi qiymətləndirib.

33. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun xx.xx.2007-ci il təvəllüdlü uşağın 18 yaşı tamam olanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması hissəsində apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, azyaşlı uşağın yetkinlik yaşına çatmasının evdən istifadə hüququnun saxlanması müddətinin meyarı kimi götürülməsi düz deyil. Hazırki işdə bu müddət uşağın doğum tarixindən götürdükdə 3 ildən bir qədər artıq edirsə, başqa hallarda bu daha çox ola bilər. Bu isə mülkiyyətçi hüquqlarının pozulmasına gətirib çıxara bilər. Buna görə də məhkəmə kollegiyası analoji işlərdə azyaşlı uşağın yetkinlik yaşına çatmasının meyar kimi götülüməsini düzgün saymır.

35. Bundan başqa, cavabdehin paylı mülkiyyətində olan evdən iddiaçının faktiki olaraq 3 ildən artıq müddətində istifadə hüququnun saxlanması da cavabdehin mülkiyyət hüquqlarından tam sərbsət istifadə etməsi baxımından uzun müddət hesab edilməlidr.

36. Məhkəmə kollegiyasının mövqeyinə görə analoji işlərdə mülkiyyət hüquqları məhdudlaşdırılan mülkiyyətçilərin maraqları maksimum şəkildə qorunmalı, onların mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə uzun müddətə məhdudlaşmamalıdır.

37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun xx.xx.2007-ci il təvəllüdlü uşağın 18 yaşı tamam olanadək saxlanması hissəsində dəyişdirilməli, bu müddət 2 il müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun xx.xx.2007-ci il təvəllüdlü X7 18 yaşı tamam olanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması hissəsində dəyişdirilməli, iddiaçının qeyd edilən evdən istifadə hüququ 2 il müddətinə saxlanmalı, qətnamə qalan hissədə dətişdirilmədən saxlanmalıdır.

39. Beləliklə, yuxarıda göstərilənləri və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun 26 iyun 2007-ci il tarixdə anadan olmu ş X7 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması hissəsində dəyişdirilsin. İddiaçı mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlansın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar