Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4325/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X5 cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Üçüncü şəxs X5 və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3361/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) 2009-cu ildə rəsmi nikaha daxil olmuş, nikahdan sonra iddiaçı cavabdehin valideynlərinin yaşadığı Suraxanı rayonu, Zabrat 2, İstixanada yerləşən evə gəlin köçmüş, nikahlarından 03 sentyabr 2009-cu il tarixdə Yusif, 18 oktyabr 2011-ci il tarixdə Murad adlı uşaqları dünyaya gəlmiş, 2014-cü ilə qədər həmin evdə yaşamış, nikahları 18 iyun 2014-cü il tarixdə pozulmuş, bir müddət ayrı yaşasalar da sonradan barışaraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi, ev C007, mənzil ******* ünvanda yerləşən 3 otaqlı yaşayış evində (bundan sonra – mübahisəli fərdi y aşayış evi) yaşamağa başlamış, 2017-ci ildə münasibətləri yenidən pozulmuş və iddiaçı uşaqları ilə birlikdə evi tərk edib getmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan razılaşamaya görə Suraxanı rayonu, Zabrat 2, İstixanada yerləşən evi satıb satışdan əldə olunan pul vəsaitindən ona ev almaq üçün pul verəcəyini öhdəsinə götürmüşdür. Lakin sonradan yenidən barışdıqlarına görə cavabdehin evin satılmasından əldə olunan vəsaitlə, yəni ona verəcəyi pul da daxil olmaqla mübasəli fərdi yaşayış evini almışlar. Bundan sonra uşaqları ilə birlikdə həmin evə köçmüş və 2016-2017-ci illərdə cavabdehlə bir ailə üzvü kimi qeyd olunan evdə birgə yaşayıb təsərrüfat aparmış, uşaqlarının həmin ərazidə yerləşən poliklinikada qeydiyyata düşüb mütəmadi olaraq həmin poliklinikada həkim nəzarətindən keçmişlər. Böyük oğlu həmin ərazidə yerləşən 113 saylı orta məktəbdə təhsil almağa və qeyd olunan məktəbə gedib-gəlməyə başlamış, 2017-ci il tarixdə cavabdehlə münasibətlərində yenidən soyuqluq yarandığı üçün müvəqqəti olaraq 5-10 günlük valideynlərinin yanına getmiş, geri qayıtdıqda cavabdeh onları evə buraxmamışdır. Başqa yaşayış yerləri olmadığından hazırda ünvan 2 ünvanında kirayədə qalırlar. Heç bir yerdə işləmir və heç yerdən gəliri yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ailə qurduqdan sonra ilk öncə cavabdehin valideyinlərinə məxsus evdə yaşamış, daha sonra həmin evin satışından əldə olunmuş vəsait hesabına hazırda iddiaçının köçmək istədiyi evi alaraq ora köçmüş və bir müddət orada yaşadıqdan sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmışdır. Məhkəmə baxışında eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 həmin evin sahibi olması barədə dəlillər gətirilmiş və müəyyən edilmişdir ki, həmin şəxs tərəflərin qohumu olmaqla artıq tərəflər arasındakı evə dair mübahisə açıldıqdan sonra kommunal xidmətlərə dair müqavil ələri bağlamaqla evin ona məxsus olmasını sübüt etməyə çalışmışdır. Halbuki tərəflərin izahatından müəyyən edilmişdir ki, ev özbaşına tikili olmaqla həmin evə dair ilkin kommunal xidmət barədə qəbzlər, müqavilələr məhz cavabdehin adına olmuşdur. Sonuncu hazırda həmin özbaşına tikilini kirayə verir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı övladları ilə birlikdə cavabdehlə aralarında mübahisə yarananadək həmin mübahisəli evdə yaşamışdır. Ona görə də iddiaçı azyaşlı övladları ilə birlikdə qeyd olunan evə köçürülməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini mübahisəli fərdi yaşayış evinin əmisinin həyat yoldaşı Tamilla Mərdanovaya məxsus olduğu, keçmiş həyat yoldaşı olan iddiaçı ilə birlikdə orada bir müddət kirayədə yaşadıqları və sonradan evi əmisigilə geri qaytardığı, lakin məhkəmənin sübutlara düzgün qiymət verməyərək və işi hərtəfli araşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən üçüncü şəxs Tamilla Mərdanova da apellyasiya şikayəti vermiş, şikayətini cavabdehin şikayətində qeyd etdiyi arqumentlərə bənzər arqumentlərlə əsaslandırmaqla, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində olan tikilinin 2015-ci ildən onun və ailəsinin sahiblik və istifadəsində olduğunu, həmin tikilinin ailənin maddi vəziyyətinin yaxşılaşdırılması üçün kirayəyə verildiyini, 2017-ci ilin təqribən avqust ayından etibarən cavabdehin orada ailəsi ilə birlikdə 10 aya yaxın müddətdə kirayədə yaşadığını, sonradan evin ona (Tam illa Mərdanovaya) qaytarıldığını və hazırda orada başqa kirayənişinlərin yaşadıqlarını, məhkəmənin bu halı təsdiq edən sübutlara, xüsusilə kommunal xidəmət göstərən müəssisələrlə bağlanmış müqavilələrə və tikilinin yerləşdiyi torpaq sahəsinə görə məhz onun (Tamilla Mərdanovanın) vergi ödəyicisi olmasına düzgün qiymət vermədiyini, qanunsuz və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 17 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi rədd edilmişdir. Məhkəmə birinci instansiya m əhkəməsinin gəldiyi nəticə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2016-2017-ci illərdə mübahisəsi gedən evdə yaşadığı müəyyən edildiyindən, mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (ə ri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xit am verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Bununla belə həmin evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin əmisinin həyat yoldaşı olduğu bildirilən X1 qəsəbə Bələdiyyəsində vergi ödəyicisi kimi qeydə alınmış, tikili 29.10.2015-ci il tarixdə onun sifarişi əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən layihələndirilmiş, 05.01.2016-cı il tarixdə evə qaz sayğacı quraşdırılaraq 30.05.2019-cu il tarixdə onunla müvafiq müqavilə bağlanmış, 10.06.2019-cu il tarixdə isə onunla "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi arasında müqavilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, mübahisəsi gedən evin iddiaçının keçmiş həyat yoldaşı olan cavabdehlə hər hansı aidiyyatı müəyyən edilməməkdədir və belə olan halda onun (iddiaçının) “digər qohum” olaraq həmin evə köçüb orada yaşadığı qənaətinə gəlinməsi daha ağlabatandır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləs inin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdı qları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azə rbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəsi fərdi yaşayış evinə sahiblik edən şəxsdən (cavabdehin əmisinin həyat yoldaşından) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də onun həmin evə köçürülməsi tələbinin qanuni əsası mövcud deyildir. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslansırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Üçüncü şəxs ilə kommunal xidmətlərin göstərilməsi barədə aidiyyatı dövlət orqanları ilə müqavilələrin bağlanması 2019-cu ilə təsadüf edir. Lakin onların ailə olaraq, mübahisəli yaşayış evində yaşamaları 2016-2017-ci illərdə olmuşdur. Həmin illərdə mübahisəli yaşayış evində yaşamaları, övladlarının həmin ərazidə yerləşən orta ümumtəhsil məktəbində təhsil alması barədə arayışlarla təsdiq olunur. Bundan əlavə, üçüncü şəxs ilə cavabdeh arasında hər hansı kirayə müqaviləsi imzalanmamış və birlikdə ailə təsərrüfatı apardıqları zaman evin kirayəyə götürülməsi və ya kirayə haqqının ödənil məsi barədə hər hansı söhbətlər aparılmamışdır. Yaşayış evi özbaşına tikili olmaqla həmin evə dair ilkin kommunal xidmət barədə qəbzlər, müqavilələr cavabdehin adına olmuşdur. Həmin dövrə yəni, 2016-2017-ci illərdə kommunal xidmətlərə görə ödənilən bütün qəbzlər cavabdehə aiddir. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən xüsusallara qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin b elə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1-ci və 30.2. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayə sində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisin in keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İddiaçı mübahisəli mənzilin üçüncü şəxsin deyil, cavabdehə məxsus olmasını qeyd etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi hallara dair, nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaç ı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3361/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4325/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4325/2021
02.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver