Məhkəmə qərarları › İş №2(102)-4326/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4326/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4326/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı, "xxxx" Azərbaycan Şirkətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X2, X1, vəkili Vəkil3, Üçüncü şəxs "xxxx" Azərbaycan Şirkətinin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 06 iyul 2020-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, İddiaçı 11.06.2020-ci il tarixdə "xxxx" Şirkətinin «xx» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «xx» platformasında külli miqdarda neft itkis i ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filialın rəhbərliyinə «xx» platformasında çalışan məsul şəxs A.Ponyakin tərəfindən məlumat daxil olmuşdur. Filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «xx» platformasına çatdırılması barədə qərar verilmişdir. İddiaçı xəstə olmadığı və səhhəti yol verdiyi halda, üzrsüz səbəbdən yuxarıda göstərilən tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «xx» platformasına getməkdən imtina etmişdir. O, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bildirmişdir. Halbuki, bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmişdir. Vaxt məhdudiyyəti ilə bağlı iddiaçının «xx» platformasına göndərilməsi mümkün olmamışdır. Qeyd olunan ciddi vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «xx» platformasında yaranmış vəziyyətin aradan qaldırılması üçün digər işçi cəlb edilmiş, həmçinin bu işçinin də cəlb edilməsi ilə bağlı öz növbəsində zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmişdir. Belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Azərbaycan Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkə tinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi; onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi; 11.06.2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər gəlirlərin tutulması; işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat pul vəsaitinin və hüquqi yardıma görə "xxxx" MMC-nin hesabına ödənilmiş 1.000 manat pulun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh Şirkətinin Azərbaycan Respubl ikasındakı filialı ilə 29 iyun 2018-ci il tarixdə bağlanmış müddətsiz 0040 nömrəli əmək müqaviləsinə əsasən nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli X nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 06 iyul 2020-ci il tarixdən xitam verilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilir ki, İddiaçı 11.06.2020-ci il tarixdə "xxxx" Şirkətinin «xx» platformasında külli miqdarda neft itkisi ilə nəticələnən və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barə də Filialın rəhbərliyinə «xx» platformasında çalışan məsul şəxs Aleksandr Ponyakin tərəfindən məlumat daxil olmuş, filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «xx» platformasına çatdırılması barədə qərar verilmiş, lakin İddiaçı üzrsüz səbəbdən bu tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «xx» platformasına getməkdən imtina etmişdir. Belə ki, İddiaçı tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bəhanə etmiş, onun bu bəhanəsinə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmiş, lakin yaranmış vəziyyətlə bağlı vaxt məhdudiyyəti nəzərə alınaraq, onun «xx» platformasına göndərilməsi mümkün olmamışdır. Bu halda yaranmış vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «xx» platformasında yaranmış vəziyyətin aradan qaldırılmasına digər işçi cəlb edilmiş və bu işçinin də cəlb edilməsi ilə bağlı zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmiş, belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır. Əmrin əsaslandırıcı hissəsində işçi İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə cavabdehin dəlili öz təsdiqini tapmamış və iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Əmək Məcəlləsinin 2.1, 68ci maddəsinin 1 və 2-ci bəndlərini müqayisəli təhlil edərək qeyd edirlər ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin faktiki hallarından görünür ki, əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndindən, 71-ci maddəsinin 2-ci hissəsindən göründüyü kimi, bu halların olmasını birbaşa işəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı sübut etməlidir, lakin sübut olmadığı halda formal əsaslara, yəni Məcəllənin müvafiq normasını heç bir əsas olmadan rəhbər tutmaqla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı 06.07.2020-ci il tarixli X saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir ki, bu da tam qanunsuz və əsassız olmuşdur. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə, 186.3-cü maddəsinə, 71.3-cü maddəsinə, həmçinin 300-cü maddəsinin 1-ci hissəsinə istinad edən iddiaçı əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işlədiyi müddət ərzində barəsində hər-hansı intizam tənbehi tətbiq edilməmişdir. Belə olan halda, işəgötürən tərəfindən birbaşa Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmr qəbul etməsi işçi olaraq onun Azərbaycan Respublikası Konstitusiyasında və Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək hüquqla rının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı maddi hüquq normasında nəzərdə tutulmuş hüquqazidd əməlləri mövcud olmalı idi və onun tərəfindən bu hərəkətlərin bilərəkdən həyata keçirilməsi öz təsdiqini tapmalı idi, lakin sadalanan hallardan heç biri öz təsdiqini tapmadığı halda, işəgötürən tərəfindən qanunsuz və əsassız əmr verilmişdir. İşəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı İddiaçı Armor layihəsində işləmək üçün dəvət etmiş və ona zəmanət məktubu vermişdir ki, layihə bitənədək o, vəzifəsində qalaraq onu icra edəcəkdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 29 iyun 2018-ci il tarixdə bağlanmış müddətsiz 0040 nömrəli əmək müqaviləsinin 6.2-ci bəndinə əsasən orta aylıq 4.900 manat əmək haqqı və illik dövr üçün orta hesabla 58.800 manat ödənilməsi təsbit edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 28 aprel 2020-ci il tarixli məktubunda işçi İddiaçı iş fəaliyyəti yüksək qiymətləndirilməklə gələcəkdə onunla əməkdaşlığa ümid edilmişdir. Həmçinin məktubda 01.03.2020-ci il tarixdən etibarən işçi İddiaçı illik əmək haqqı 65.656 manat müəyyən edilmişdir. İş vaxtından əlavə görülən işlərə görə də ayrıca məbləğ müəyyən edilmişdir. Əmək haqqı və digər gəlirlərlə birlikdə hər təqvim ayı üzrə xalis gəliri 13.384 manat 18 qəpik olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunduğu halda məcburi iş buraxmaya görə işəgötürən tərəfindən hər təqvim ayı üçün 13.384 manat 18 qəpik pul vəsaiti ona ödənilməlidir. 11.06.2020-ci il tarixdə email vasitəsi ilə aparılan yazışm aların məzmunu aşağıdakı kimi olmuşdur: - saat 10.06 cümə axşamı: WA MTL Elektron ünvan 1 elektron ünvandan ABB ARMOR ABBARMOR@bp.com və s. ünvanlara, həmçinin mühəndis Elektron ünvan 2 İCSS F&G Node 35 avadanlıqda xəta baş verdi, bizim texnik ARMOR otağı ilə bu gün əlaqə saxladı və gündüz növbəsi problemləri həll etməyə davam etdi. Node RESET etmək niyyətində idi, lakin gündüz araşdırma aparıldıqdan sonra ARMOR otağında kartın dəyişdirilməsinin lazım olduğu şübhə altına alındı. Nəzərə alsaq ki, Qərbi Azəri indi TR2 SD-nin son mərhələsindədir (FGC TR2 oflayndır) və əsasən bütün işlər tamamlanmışdır, FGC TR2-ni başlamağı planlaşdırdıq. Bu gün günorta yeməyindən sonra və artıq xətt işləri və işə başlamaq üçün hazırlıq, lakin F&G node problemi üzündən hər şey təxirə salınır. Node 35 ilə əvvəl cə problemi həll etməliyik. - saat 10.58 cümə axşamı: x Elektron ünvan 3 email ünvanından ABB ARMOR ABBARMOR@bp.com və s. ünvanlara Salam Saşa, başlığı altında olan məktubdan müəyyən olunur ki, araşdırma aparılmalıdır. - saat 11.09 cümə axşamı: İddiaçı xya məktubda bildirmişdir ki, özünü yaxşı hiss etmir, həkimə müraciət edib, bəzi həblər alıb və nəzarətdədir. - saat 11.55 cümə axşamı: ABB Caspian Healthcare email ünvanından İddiaçı və digər email ünvanlara məktub göndərilərək bildirilmişdir ki, Sənanın xəstə olduğunu və bu xəbərdən Baş Ofisin məyus olduqlarına dair Sənanın geri çağırılmasını, başqa əməkdaşla əvəz olunması göstərilmişdir. - saat 12.21 cümə axşamı: İddiaçı Baş X9 və cənab Roba email göndərərək bildirmişdir ki, xəstəlik əlamətləri yoxdur, vəzifələrini icra edə bilir və pla tformadan çıxarılmasına ehtiyac görmür, sadəcə dənizdə özünü yorğun hiss etdiyi zaman vaxt almaq və bir az istirahət etməyin normal bir təcrübə olmasını qeyd etmişdir. Əlavə olaraq göstərmişdir ki, Xüsusilə COVİD səbəbindən uzun səfərdə olmasını aydınlaşdırma tələb edilərsə ona zəng edilməsini və doktor Eminlə əlaqə saxlamasını göstərmişdir. - saat 12.39 cümə axşamı: Baş ofisdən cənab Rob tərəfindən İddiaçı və digər email ünvanlarına göndərilmiş məktubdan məlum olur ki, İddiaçı sabah yaxşı olacaq və o, platformada müəyyən işləri görməlidir. Sabahkı vəziyyətin pis olmasının ehtimallarını nəzərə alır və hesab edir ki, bu gün saat 16:00-a qədər sabah necə olacağı barədə məlumat versin. - saat 13.20 cümə axşamı: İddiaçı Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərərək bildirmi şdir ki, özünü yaxşı hiss etmir, həkimin tövsiyəsinə görə dincəlməyə ehtiyacı vardır və xahiş edir ki, səhhəti barədə yalnız sabah səhər məlumat verəcəyini bildirir, həmçinin iş davam etməsini və öz dəstəyi barədə məlumat verir. - saat 13.32 cümə axşamı: WA MTL Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərilərək bildirilmişdir ki, daha çox aydınlıq verə bilərsinizmi Neil sabah səfərbər olacaqmı bağlantı qurğusunu əvəz etmək üçün hələ bir həftə oteldə qalmaq üçün karantin tələbi var. - saat 15.38 cümə axşamı: İddiaçı email ünvanından Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərərək bildirmişdir ki, bir neçə mühəndisin dənizdə olmasını təsdiq edir ki, onlardan biri WA-gedə bilər, vəziyyətinin yaxşı olmamasını kritik bir iş görmək risk yaradacağını bildirir və quruya aparılmasının səbəbinin nə olmasını soruşur, hərəkətlərin eskalasiya olmasını və dayandırılmasına ümid edir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı 06.07.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrində göstərir ki, guya İddiaçı 11.06.2020-ci il tarixdə "xxxx" Şirkətinin «xx» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «xx» platformasında külli miqdarda neft itkisi ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filial rəhbərliyinin tapşırığını üzrsüz səbəbdən yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «xx» platformasına getməkdən imtina etmiş, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bəhanə etmişdir. Qeyd olunan email yazışmaları onu təsdiq edir ki, işçi İddiaçı tapşırığı almamışdan əvvəl özünü yorğun, halsız hiss etdiyinə görə 11.06.2020-ci il tarixdə saat 08.00 radələrində Xhəkimə müraciət etmiş və bu barədə Filialın rəhbərliyinə məlumat vermişdir. Bu onu ehtiva edir ki, işçi İddiaçı heç bir bəhanə gətirməmiş və hansı səbəbə görə işə çıxa bilməməsini tam aydın şəkildə bildirmişdir. Bundan başqa, iddiaçının vəkili Vəkil1 sorğu ilə "xxxx" MMC-nin əməkdaşı, Mərkəzi-Azəri dəniz neft-qaz platformasında həkim vəzifəsində çalışan xyə müraciət etmişdir. Sorğuya cavab olaraq bildirmişdir ki, dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətinə işdən azad olunaraq növbədənkənar dincəlməsi qeyri-adi hal he sab edilmir. Bu cavab bir daha onu təsdiq edir ki, İddiaçı həmin gün, yəni 11.06.2020-ci il tarixdə sağlam olmasına baxmayaraq, yorğun, halsız olduğu üçün həkimə müraciət etmiş və onun tövsiyələrinə uyğun olaraq hərəkət etmiş və işəgötürənə bu barədə rəsmi email vasitəsi ilə məlumat vermişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 11-ci bəndinə, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə, 290.1, 290.2, 290.3-cü maddələrinə, 16.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməs inin presedentlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, göründüyü kimi işçiyə vurulmuş mənəvi ziyana görə işəgötürən maddi məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində elan olunmuş xüsusi karantin dövründə işçinin işdən çıxarılması, eyni zamanda İddiaçı xaricdə işlədiyi halda, işəgötürənin verdiyi zəmanət məktubuna inanıb xaricdəki işini bitirib və müqavilənin müddətini uzatmamış işəgötürənlə müqavilə bağlamış və nəticə etibarı ilə işəgötürənin qərəzli münasibəti və ayrı-seçkiliyi nəticəsində işsiz qalmışdır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı bu hərəkəti ilə 100.000 manat mənəvi ziyan vurmuşdur və həmin məbləğ cavabdehdən tutularaq işçi İddiaçı ödənil məlidir.

4. İddia tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın nümayəndəsi bir sıra sənədlər təqdim edərək, iddia ərizəsinə qarşı öz etirazını təqdim etmişdir. Belə ki, etirazda göstərilir ki, İddiaçı 11.06.2020-ci il tarixdə növbədə olarkən «xx» platformasında neft hasilatının istismarının dayanmasına və itkisinə səbəb ola biləcək təhlükənin qarşısını almaqla bağlı yaranmış qəzanın aradan qaldırılması üçün özünü pis hiss etdiyini bəhanə edərək, əmək funksiyalarını icra etməmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» yarımbəndində göstərilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərək ət etmişdir. Bununla bağlı cavabdeh təşkilatın nümayəndəsi sənədlər təqdim edərək əsaslandırmağa çalışmışdır ki, işəgötürən ciddi maddi itkilərə məruz qalmışdır. Bu arqumentlə razılaşmayaraq bildirir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı Xəzər dənizində olan «Qərb-Azəri», «Mərkəz-Azəri», «Şərq-Azəri», Günəşli, Çıraq, X11 platformalarına xidmət göstərir. Həmçinin hər bir platformaya xidmət üçün 2 nəfər mühəndis təhkim edilmiş Sənan və Yelmar «MərkəziAzəri» platformasına xidmət göstərmişdir. Belə olan təqdirdə, Yelmar və ya başqa platformalara xidmət göstərən mühəndislər cəlb oluna bilərdi. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi arayışda göstərilmişdir ki, İddiaçı «Mərkəzi-Aran» platformasından 12.06.2020-ci il tarixdə quruya çıxarılması səbəbindən onun əmək funks iyasının icrası məqsədi ilə həmin vaxt Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının ABB Armor room BP Xəzər mərkəzində işləyən mühəndis Kamran Əhədov həmin mərkəzdəki işlərini dayandırıb və dənizdəki platformaya buraxılmazdan əvvəl 7 günlük karantinə yerləşdirilib. Eyni zamanda arayışda göstərilir ki, digər işçilərin yerlərinin dəyişməsi və təlimə cəlb edilməsi ilə bağlı maddi ziyana uğramışdır. Hesab edir ki, əgər həqiqətən də sözügedən platformada neft itkisinə səbəb ola biləcək təhlükənin qarşısının alınması zərurəti yaranmışdırsa dərhal yaxın platformada olan mühəndislər cəlb edilə bilərdi və əgər bu mühəndislər tərəfindən yaranmış təhlükənin qarşısı alınmasa idi, o halda digər tədbirlərin görülməsi baş verə bilərdi. Bundan başqa, arayışın sonunda qeyd olunur ki, İddiaçı 11 iyun 2020-ci il tarixdə əmək funksiyasını etinasızlıqla yerinə yetirməməsi nəticəsində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 53.231 manat 05 qəpik həcmində maddi ziyan dəymişdir. Eyni zamanda, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının (işçilərin yerdəyişməsi haqqında) 12.06.2020ci il tarixli 01/20-ƏE əmrinin verilməsi üçün İddiaçı 11.06.2020-ci il tarixdən əmək müqaviləsində nəzərdə tutulan vəzifə öhdəliklərini etinasızlıqla yerinə yetirməsindən imtina etməsi ilə bağlı yaranmış zəruriyyət əsas olmuşdur. Bununla qəti olaraq razılaşmayaraq, qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sada lanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən azad edilir. Belə ki, hadisələrin xronoloji ardıcıllığı aşağıdakı kimi olmuşdur: a) ««Qərbi-Azəri» getməyə qərar verilmişdir». Cavab: İlk an, email-də görünən kimi, qərar verildi ki, Nil gedir WA platformasına. Sonradan Rob başlayıb manipulyasiya etməyə, şərtlər qoymağa. b) «Üzrsüz səbəbdən tapşırığı yerinə yetirməmişdir». Cavab: İddiaçı həkimə müraciət etmiş, həkimin cavabı var, məhkəməyə təqdim olunub. Bu üzrlü səbəb idi. c) «Özünü pis hiss etdiyini bəyan etmişdir». Cavab: faktiki vəziyyətini bildirmiş, həkim təsdiqləmiş. Şirkət tərəfindən heç kəs həkimlə əlaqə yaratmamışdır. d) «WA getməkdən imtina etmişdir». Cavab: imtina heç vaxt olmayıb. c) «vaxt məhdudiyyətinə görə «WA» göndərmək mümkün olmamışdır». Cavab: ilk yazışmadan «WA» getməyə Nil təyin olunmuş, fiziki WA gedib çatmaqda vaxt fərqi ola bilməz, yəni, olsun Yelmar, Səxavət, Nil və ya başqası. Göründüyü kimi İddiaçı hərəkətlərindən bu maddənin tələbinin pozulması halı olmamış, əksinə ona qarşı cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qərəzli münasibət olmuşdur. Belə ki, 2020-ci ilin yanvar ayından İddiaçı birbaşa rəisi Rob Uayt, ona qarşı ədalətsiz mövqe tutmağa başlamışdır. Bununla əlaqədar İddiaçı yuxarı müdiriyyətə (Troy Stuart) və Kadrlar Şöbəsinə (Sevda Məmmədova) məlumat vermişdir. Onlar isə bu halların qarşısını almaq üçün heç bir tədbir görməmişlər və nəticədə 11 iyun 2020-ci il tarixdə «xx» platformasında olan İddiaçı həkimə müraciət etdiyinə, halsız olduğuna baxmayaraq, ona qarşı təzyiqlər olmuş, onu əsaslı səbəb olmadan platformadan çıxarmaq istəmişlər. Hansı səbəbə görə Rob Uayt heç bir araşdırma, sorğu olmadan dərhal sahədən uzaqlaşdırmışdır, bunun bir cavabı var – qərəzlilik. Bu faktın olub-olmaması ilə bağlı məhkəmə iclasında Sevda Məmmədovaya sual verilmiş, o isə bu faktın olmasını təsdiq etmişdir. Digər tərəfdən qeyd etməyi lazım bilir ki, İddiaçı əməlində cavabdeh təşkilata qarşı qəsd, səhlənkarlıq və ya etinasızlıq hərəkətləri olmamışdır. Belə ki, qəsd dedikdə – niyyət, məqsəd, məram anlaşılır. Səhlənkarlıq dedikdə – işə, tapşırığa, vəzifəyə qarşı soyuq baxma, laqeyd baxma kimi başa düşülür. Etinasızlıq dedikdə isə, diqqətsizlik, hörmətsizlik, sayğısızlıq, saymamazlıq kimi qəbul edilir. Şərh olunanlardan göründüyü kimi, İddiaçı hərəkətlərində bunların heç biri olmamış, sadəcə 11 iyun 2020-ci il tarixdə o, özünü hals ız, narahat, yorğun hiss etdiyindən bu barədə vaxtında cavabdeh təşkilata məlumat vermişdir. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən ona qarşı aqressiv yanaşılmış, heç bir araşdırma aparılmadan vaxtı ilə heç bir cəzası olmadan təşkilata xeyir verən və onun işində heç bir qüsur, problem olmadığına baxmayaraq, Əmək Məcəlləsinin ən sərt maddəsi tətbiq edilməklə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Eyni zamanda, iddia ərizəsində göstərilmişdir ki, əmrin əsaslandırıcı hissəsində işçi İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmamağı barədə cavabdehin dəlili öz təsdiqini tapmamış və iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur.

5. Cavabdehin nümayəndələri və vəkili birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək tələbin rədd edilməsini xah iş etmişlər.

6. Məhkəməyə təqdim edilmiş iddiaya etirazlarda göstərilmişdir ki, İddiaçı 3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün ən yüksək standartlara cavab verən oteldə pandemiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və 10 iyun 2020-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «xx» platformasına göndərilmişdir. Növbəti gün «Qərbi Azəri» platformasında neft qurğusunda qəza baş verməsi təhlükəsi yaranmışdır. Həmin platformada işləyən məsul şəxs Aleksandr Ponyakin bu barədə məlumat verərək qəza təhlükəsinin aradan qaldırılması üçün «Qərbi Azəri» platformasına mütəxəssis göndərilməsini xahiş edib. Filialın rəhbərliyi həmin platformaya İddiaçı göndərilməsini qərara alıb və bu barədə sonuncuya müvafiq göstəriş v erib. Lakin İddiaçı yorğun olduğunu əsas gətirərək «Qərbi Azəri» platformasına getməkdən imtina edib. Rəhbərlik İddiaçı bu gün dincələrək qeyd edilən platformaya sabah getməyi bildirib. Lakin İddiaçı sabah vəziyyətinin necə olacağını əvvəlcədən deyə bilməyəcəyini bildirərək növbəti gün «Qərbi Azəri» platformasına gedə biləcəyini sual altına qoyub. Həmin platformada qəza təhlükəsinin mövcud olmasını və bu vəziyyətin ciddiliyini əsas götürən Filial rəhbərliyi bir neçə ixtisaslı kadrı bir-biri ilə əvəz etməklə səfərbər edərək (bu barədə məhkəməyə ətraflı arayış verilib) «Qərbi Azəri» platformasındakı təhlükəli vəziyyəti aradan qaldırıb və bu zaman əlavə əmək haqları, karantində qalma xərcləri, plandankənar nəqliyyat xərcləri çəkməklə külli miqdarda maddi zərərə məruz qalıb. İddiaçı hazırkı mü lki iş üzrə 20 avqust 2020-ci il tarixdə keçirilən iclasda izahat verərkən bildirdi ki: - 1-2 il əvvəl «xx» platformasında işdə olarkən «Qərbi Azəri» platformasında oxşar problem baş vermiş, qəza nəticəsində iş dayanmışdı. O, həmin platformaya göndərilib və hətta əcnəbi mütəxəssislərin həll edə bilmədiyi problemi həll edib. Onda o, özünü yaxşı hiss edirdi; o, 2-3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün filialın hesabına oteldə pandemiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və 10 iyun 2020-ci il tarixdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «xx» platformasına gətirilmişdir; - 11 iyun 2020-ci ildə «Qərbi Azəri» platformasında neft qurğularında həqiqətən ciddi problem yarandığı ona məlumdur, orada hər an «shutdo wn» ola, yəni neft avadanlığı dayana bilərdi. Bu zaman milyonlarla itki ola bilərdi. Belə olduğu təqdirdə avadanlığı yenidən işə salmaq üçün 4 gün işləmək lazım gələcəkdi. O, yorğun olduğu üçün bu məsuliyyəti və riski üzərinə götürmək istəmirdi; - iddiaçı izahatında həmçinin bildirdi ki, pandemiya dövründə onların istirahət müddəti azaldılıb, iş vaxtı isə artırılıb və bununla bağlı onlar Filialla müvafiq müqavilə imzalayıblar. Bu isə onun narazılığına səbəb olub. Bundan başqa, 2020-ci ilin əvvəlində onun birbaşa rəhbəri hesab olunan filialın meneceri Rob Uaytla münasibətlərində problem yaranıb. Rob ona qarşı haqsızlıq edib. O, quruda – Filialın Bakı şəhərində «Port Baku» adlı iş mərkəzində yerləşən idarəetmə mərkəzində işlədiyi halda həmin menecer onun dənizdə işləməyə göndərilməsinə dair göstəriş verib. O, hətta onun işdən azad edilməsinə səbəb olan bu hadisədən 2 ay qabaq Filialın rəhbəri Troy adlı şəxsə Robdan e-mail vasitəsi ilə məktub yazaraq şikayət edib. Lakin Troy ona cavab məktubu yazaraq Robun onun birbaşa rəhbəri, meneceri olduğunu və onlar arasındakı münasibətlərə qarışa bilməyəcəyini bildirib. Beləliklə, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan aydın görünür ki, onun 11 iyun 2020-ci il tarixdə öz əmək funksiyalarını yerinə yetirməməsinin səbəbi onun yorğun olması deyil, rəhbərlikdən və onların qərarlarından narazı olması ilə bağlıdır. Bu hal isə iddia tələbinin tam əsassız olmasını bir daha təsdiq edir. Hesab edirlər ki, iddiaçının davranışı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin təsiri altına düşür. Həmçinin İddiaçı ona vurulan mənəvi ziyan ü çün işəgötürəndən 100.000 manat tələb etməsi də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin «qeyd» hissəsinə tam uyğunsuzluq təşkil edir. «Qeyd» hissəsində göstərilir ki, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Bildirir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən və bu məqsədlər üçün araşdırma aparılarkən işəgötürən tərəfindən İddiaçı qarşı «Qeyd» his səsində göstərilən heç bir əməl və ya hərəkət törədilməmiş, işəgötürənin əmrində belə hallara yol verilməmişdir. İddia ərizəsində mənəvi ziyanla bağlı məlum olan qanunvericilik normaları sadalansa da, vurulan mənəvi ziyanın elementləri (işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi və s.) və onları sübut edən hallar mövcud olmadığı üçün iddia ərizəsində göstərilmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 24 avqust 2020-ci il tarixli, 2(006)4027/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhan ə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə, İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. İddiaçı 11.06.2020-ci il tarixdə «xx» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməmiş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «xx» platformasına getməkdən imtina etmişdir. Məhkəmə İddiaçı Əmək Məcəlləsinin 16-cı maddəsinə istinad edərək ona münasibətdə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsinə dair dəlili ilə bağlı qe yd etmişdir ki, iddiaçı buna dair birbaşa və ya dolayı ayrıseçkiliyi sübut edən heç bir halı göstərə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 17 fevral 2021-ci il tarixli, 2(103)-758/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4027/2020 saylı, 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı İddiaçı xəstə olması mübahisə predmeti olmamış, əksinə həmin gün 11.06.2020-ci il tarixdə o işdə olmuş əmək funksiyasını yerinə yetirmiş, lakin digər platformada yəni “xx” platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə işin gör ülməsi ilə bağlı olmuşdur. X5 (ÜST) 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmış 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir. Bu Nizamnaməni qəbul edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq bəyan edirlər ki, aşağıda göstərilən prinsiplər bütün xalqlar arasında xoşbəxtliyin və rəvan münasibətlərin bərqərar olması üçün və həmçinin dünya xalqlarının təhlükəsizliyi üçün əsas prinsiplərdir: Sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması demək deyil, o, həmçinin insanın fiziki, ruhi və sosial rifah halı deməkdir. Ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq, irqindən, dilindən, siyasi əqidəsindən, iqtisadi və ya sosial vəziyyətindən asılı olmayaraq, hər bir insanın əsas hüquqlarından biridir. Bütün xalqların sağlamlığı sülhün və təhlükəsizliyin əldə olunması yolunda əsas amil olub, dövlətlərin və ayrı-ayrı şəxslərin tam əməkdaşlığından asılıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 11.06.2020-ci il tarixdə səhər saatlarında iddiaçının özünü pis hiss etdiyi üçün həkimə müraciət etmiş və tibbi müayinədən keçərək yorğun və halsız olduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 09.01.2019-cu il tarixdə yorğunluq riskinin qiymətləndirilməsi ilə bağlı təsdiq etdiyi qaydaların 4.1-ci bəndinə əsasən iş kontekstində yorğunluq yorğun və yuxulu hiss etməkdən daha çoxdur. Bir insanın təhlükəsiz və effektiv bir iş görmə qabiliyyətini azaldan zehni və ya fiziki tükənmə (və ya hər ikisi) vəziyyətindədir. Yorğunluq simptomlarına aşağıdakılar daxil dir: daha ləng reaksiyalar; məlumatların işlənməsi qabiliyyətinin azalması; yaddaş pozğunluğu; dalğınlıq; şüurun zəifləməsi; diqqət çatışmazlığı; riskin müəyyənləşdirilməsi və hesablanması qabiliyyətinin azalması; koordinasiyanın zəifləməsi; davranışda dəyişikliklər (məsələn, əhval-ruhiyyənin dəyişməsi, əsəbilik). Həmin qaydaların 4.2-ci bəndinə əsasən iş yerində yorğunluq aşağıdakılarla nəticələnir: səhvlər və qəzalar; xəstəlik və zədələnmələr; məhsuldarlığın azalması; aşağı komanda ruhu. Göründüyü kimi İddiaçı sağlam olsa belə, yorğunluq, halsızlıq onu müşayiət etdiyindən, həmin gün platformaya gedib həmin halda müəyyən işi yerinə yetirərkən səhvlərə yol verərək qəzanın baş verməsinə səbəbkar ola bilərdi. Halbuki, cavabdeh israrla bildirmişdir ki, İddiaçı «xx» platformasında yarana biləc ək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməmiş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «xx» platformasına getməkdən imtina etmişdir. İddiaçı əmək funksiyasını yerinə yetirməkdən imtina etməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməsinə baxmayaraq məhkəmə hesab etmişdir ki, güya o “xx” platformasına getməkdən imtina etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdıraraq müəyyən edə bilməmişdir ki, həmin vaxt İddiaçı xəstə deyil, sadəcə yorğun və halsız olduğundan ondan tələb olunan «xx» platformasında yarana biləcək qəzanın aradan qaldırılması ilə əlaqədar işi tam keyfiyyətlə yerinə y etirə bilməyəcəyini əvvəlcədən işəgötürənə bildirmişdir. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, X10 tərəfindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş olmamış əksinə onun işə yararlı olmasını göstərmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş email yazışmaları onu təsdiq edir ki, işçi İddiaçı tapşırığı almamışdan əvvəl özünü yorğun halsız hiss etdiyinə görə 11.06.2020-ci il tarixdə, saat 08:00 radələrində Emin Həkimə müraciət etmiş və bu barədə Filialın rəhbərliyinə məlumat vermiş bu onu ehtiva edir ki, işçi İddiaçı heç bir bəhanə gətirməmiş və hansı səbəbə görə işə çıxa bilməməsini tam aydın şəkildə bildirmişdir. Bundan başqa, iddiaçının vəkili Vəkil1 sorğu ilə "xxxx" MMC-nin əməkdaşı Mərkəzi-x dəniz neft qaz platformasında həkim vəzifəsində çal ışan xyə müraciət etmişdir. X10 sorğuya cavab olaraq bildirmişdir ki, dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətinə işdən azad olunaraq növbədənkənar dincəlməsinə qeyri-adi hal hesab edilmir. Bu cavab bir daha onu təsdiq edir ki, İddiaçı həmin gün yəni 11.06.2020-ci İl tarixdə sağlam olmasına baxmayaraq yorğun halsız olduğu üçün həkimə müraciət etmiş və onun tövsiyələrinə uyğun olaraq hərəkət etmiş və işəgötürənə bu barədə rəsmi email vasitəsi ilə məlumat vermişdir. Apellyasiya instansiyası yuxarıda qeyd olunanları nəzərə almamış, bununla da maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini pozmaqla sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdehin vəkili ərizə göndərərək qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili öz kassasiya şikayətində etiraf edir ki, 11.06.2020-ci il tarixdə İddiaçı xəstə olması mübahisə predmeti olmayıb və həmin gün o işdə olaraq öz əmək funksiyasını yerinə yetirib. İddiaçının nümayəndəsi kassasiya şikayətində mübahisə predmetinin “Vest Azəri” adlanan digər platformada yarana biləcək qəzanın aradan qaldırılması ilə bağlı işlərin görülməsi ilə əlaqədar olmasını qeyd edib. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, İddiaçı sağlam olsa da, yorğunluq, halsızlıq onu müşayət etdiyindən həmin gün platformaya gedib həmin halda müəyyən işi yerinə yetirərkən səhvlərə yol verərək qəzanın yaranmasına səbəb ola bilərdi. Kassasiya şikayəti tamamilə əsassızdır. İşdə olan sənədlərdən, tərəflərin, o cümlədən İddiaçı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlardan görünür ki, İddiaçı 3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün ən yüksək standartlara cavab verən oteldə pandemiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və 10 iyun 2020-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “xx” platformasına gətirilmişdir. Növbəti gün Qərbi Azəri” platformasında neft qurğusunda qəza baş verməsi təhl ükəsi yaranmışdır. Həmin platformada işləyən məsul şəxs Aleksandr Ponyakin bu barədə məlumat verərək qəza təhlükəsinin aradan qaldırılması üçün “Qərbi Azəri” platformasına mütəxəssis göndərilməsini xahiş edib. Filialın rəhbərliyi həmin platformaya İddiaçı göndərilməsini qərara alıb və bu barədə sonuncuya müvafiq göstəriş verib. Lakin İddiaçı yorğun olduğunu əsas gətirərək “Qərbi Azəri” platformasına getməkdən imtina edib. Rəhbərlik İddiaçı bu gün dincələrək sabah qeyd edilən platformaya getməyi bildirib. Lakin İddiaçı sabah vəziyyətinin necə olacağını əvvəlcədən deyə bilməyəcəyini bildirərək növbəti gün Qərbi Azəri” platformasına gedə biləcəyini sual altına qoyub. Həmin platformada qəza təhlükəsinin mövcud olmasını və bu vəziyyətin ciddiliyini əsas götürən Filial rəhbərliyi bir neçə ixtisa slı kadrı biri-biri ilə əvəz etməklə səfərbər edərək (bu barədə məhkəməyə ətraflı arayış verilib) “Qərbi Azəri” platformasındakı təhlükəli vəziyyəti aradan qaldırıb və bu zaman əlavə əmək haqları, karantində qalma xərcləri, plandankənar nəqliyyat xərcləri çəkməklə külli miqdarda maddi zərərə məruz qalıb. İddiaçı hazırkı mülki iş üzrə 20 avqust 2020-ci il tarixdə keçirilən iclasda izahat verərkən bildirdi ki: - 1-2 il əvvəl “xx” platformasında işdə olarkən “Qərbi Azəri” platformasında oxşar problem baş vermiş, qəza nəticəsində iş dayanmışdı. O, həmin platformaya göndərilib və hətta əcnəbi mütəxəssislərin həll edə bilmədiyi problemi həll edib. Onda o, özünü yaxşı hiss edirdi; - o, 2-3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün filialın hesabına oteldə pand emiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və 10 iyun 2020-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “xx” platformasına gətirilmişdir; - 11 iyun 2020-ci ildə “Qərbi Azəri” platformasında neft qurğularında həqiqətən ciddi problem yarandığı ona məlumdur, orada hər an “shatdaun” ola, yəni neft avadanlığı dayana bilərdi. Bu zaman milyonlarla itki ola bilərdi. Belə olduğu təqdirdə avadanlığı yenidən işə salmaq üçün 4 gün işləmək lazım gələcəkdi. O isə yorğun olduğu üçün bu məsuliyyəti və risqi üzərinə götürmək istəmirdi; - iddiaçı izahatında həmçinin bildirdi ki, pandemiya dövründə onların istirahət müddəti azaldılıb, iş vaxtı isə artırılıb və bununla bağlı onlar Filialla müvafiq müqavilə imzalayıblar. Bu isə onun narazılığına səbəb olub. Bundan ba şqa 2020-ci ilin əvvəlində onun birbaşa rəhbəri hesab olunan filialın meneceri Rob Vaytla münasibətlərində problem yaranıb. Rob ona qarşı haqsızlıq edib. O, quruda - Filialın Bakı şəhərində “Port Baku” adlı iş mərkəzində yerləşən idarəetmə mərkəzində işlədiyi halda həmin menecer onun dənizdə işləməyə göndərilməsinə dair göstəriş verib. O, hətta onun işdən azad edilməsinə səbəb olan bu hadisədən 2 ay qabaq Filialın rəhbəri Troy adlı şəxsə Robdan email vasitəsilə məktub yazaraq şikayət edib. Lakin Troy ona cavab məktubu yazaraq Robun onun birbaşa rəhbəri, meneceri olduğunu və onlar arasındakı münasibətlərə qarışa bilməyəcəyini bildirib. Beləliklə, iddiaçının məhkəmə iclasında verdiyi izahatlarından aydın görünür ki, onun 11 iyun 2020-ci ildə öz əmək funksiyalarını yerinə yetirməməsinin səbəb i onun yorğun olması deyil, rəhbərlikdən və onların qərarlarından narazı olması ilə bağlıdır. Məhkəmə araşdırmaları zamanı sübut edilib ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə, İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. İddiaçı 11.06.2020-ci il tarixdə «xx» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməmiş, hətta ertəsi gün (yorğu nluğu çıxdıqdan sonra belə) «xx» platformasına getməkdən imtina etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə olunan email yazışmaları ilə İddiaçı bu emaillər onun özünü yorğun və halsız hiss etməsi barədə həkimə müraciət etməsi, X10 tərəfindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş olmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, X10 tərəfindən iddiaçının işə yararlı olması qeyd edilmişdir. Etirazın hüquqi əsasları. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilə bilər. Əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən birini verə bilməsi onun hüququ kimi təsbit edilmiş və 186-cü maddənin İİ hissəsində nəzərdə tutulan intizam tənbehinin ardıcıllıqla verilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəl lə ilə və digər normativi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Yuxarıda qeyd edilən sübut və hüquqi əsaslardan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirməməsi və bu hərəkəti (hərəkət sizliyi) ilə mülkiyyətçiyə ümumilikdə 20.707.52 (iyirmi min yeddi yüz yeddi, 52) İngilis funtu həcmində maddi ziyan vurması (bu hal Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndində kobud hal kimi tövsif edilmişdir) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin təsiri altına düşür. Bu maddədə deyilir- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Rizvan Kərimov, Sevda Məmmədova, vəkili Vəkil3 və üçüncü şəxsin vəkili Yusif İsmayılov kassasiya şikayətinə etiraz edərə k onun rədd olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

16. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir.

17. Maddə

68. Bənd 1 və

2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəb büsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.

18. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

19. Maddə 71, hissə

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

20. Maddə 71, hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

21. Maddə 72. bənd “e” Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

22. Maddə 83, hi ssə

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

23. Maddə 83, hissə

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə gö rə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

24. Maddə 186, hissə

1. İşçi bu Məcəllə ilə və digər normativi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir.

25. Maddə 186, hissə

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud, keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər.

26. Maddə 300, hissə

1. Əgə r, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdak ıları müəyyən etmişlər.

33. İddiaçı ilə işəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında 01.11.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə işçi bu müqavilə ilə müəyyən edilmiş əmək funksiyasının icrasını həm Azərbaycan Respublikasının ərazisində işəgötürən tərəfindən müəyyən edilən iş yerlərində (Xəzər mərkəzində (Armor room), Sanqaçal Terminalında, ölkə regionlarında, «Bridge Plaza»-da və s.), həm də xarici ölkədə (məsələn, Gürcüstan və s.) aidiyyəti iş yerlərində yerinə yetirməlidir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" şirkəti arasında bağlanmış müqaviləyə əsasən isə Filial "xxxx" Şirkətinə müxtəlif neft-qaz platformalarında müvafiq xidmətlər göstərməlidir. İddiaçı ilə cavabdeh arasında ba ğlanmış əmək müqaviləsinin şərtlərinə görə işçi işəgötürən tərəfindən müəyyən edilən "xxxx" Şirkətinin neft-qaz sahəsi üzrə platformalarında əmək funksiyalarını yerinə yetirməyə borcludur.

34. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 06 iyul 2020-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, İddiaçı 11.06.2020-ci il tarixdə "xxxx" Şirkətinin «xx» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «xx» platformasında külli miqdarda neft itkisi ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filialın rəhbərliyinə «xx» platfor masında çalışan məsul şəxs A.Ponyakin tərəfindən məlumat daxil olmuşdur. Filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «xx» platformasına çatdırılması barədə qərar verilmişdir. İddiaçı xəstə olmadığı və səhhəti yol verdiyi halda, üzrsüz səbəbdən yuxarıda göstərilən tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «xx» platformasına getməkdən imtina etmişdir. O, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bildirmişdir. Halbuki, bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmişdir. Vaxt məhdudiyyəti ilə bağlı iddiaçının «xx» platformasına göndərilməsi mümkün olmamışdır. Qeyd olunan ciddi vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «xx» platforması nda yaranmış vəziyyətin aradan qaldırılması üçün digər işçi cəlb edilmiş, həmçinin bu işçinin də cəlb edilməsi ilə bağlı öz növbəsində zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmişdir. Belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır.

35. Apellyasiya kollegiyası qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəll əsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

36. İşin materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etməsi əsası ilə xitam verilmişdir.

37. Birinci instansiya məhkəmə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 06.07.2020-ci il tarixli 02/AO-2020 saylı əmək müqaviləsinə xitam verilməsi barəsindəki əmrinin təsviri hissəsində cavabdehin heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə dəlillərin əsassızlığı ilə bağlı hesa b etmişdir ki, əmrin təsviri hissəsində İddiaçı «heç bir üzrlü səbəb olmadan işə çıxmaması» halı deyil, işə çıxdıqdan sonra iş günü ərzində əmək funksiyalarını yerinə yetirməməsi, daha dəqiq ifadə edilsə, işə çıxdıqdan sonra iş növbəsi ərzində işəgötürənin istehsalat zərurəti ilə əlaqədar onun əmək funksiyalarına aid olan tapşırığı açıq-aşkar şəkildə yerinə yetirməməsi əsaslandırılmışdır. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilə bilməsi qanunvericilikdə təsbit edilmişdir.

38. Əmrin təsviri hissəsində Əmək Məcəlləsi nin 84-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq kifayət qədər sadə, həmçinin, normativ hüquqi aktlara uyğun formada əsaslandırılaraq göstərilmişdir ki, İddiaçı 11.06.2020-ci il tarixdə növbədə olarkən «xx» platformasında neft hasilatının istismarının dayanmasına və itkisinə səbəb ola biləcək təhlükənin qarşısını almaqla bağlı yaranmış qəzanın aradan qaldırılması üçün özünü pis hiss etdiyini bəhanə edərək əmək funksiyalarını icra etməmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» yarımbəndində göstərilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etmişdir. Kollegiya, əlavə araşdırma aparmaqla belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qənaət i düzgün və əsaslıdır.

39. Apellyasiya məhkəməsi İddiaçı ona işəgötürən tərəfindən yol verdiyi intizam xətasına görə daha yüngül intizam tənbehi tətbiq edilmədən, ona qarşı daha sərt tənbeh (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndində göstərilən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) tətbiq edilməsinə dair iddiaçının dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı dolayısı ilə intizam xətasına yol verdiyini qəbul edir, lakin, işəgötürən tərəfindən sərt intizam tədbirinin görülməsi ilə razılaşmır. İddiaçı iş vaxtı ərzində əmək funksiyalarına daxil olan vəzifəsini işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən tapşırığı yerinə yetirməməsi işəgötürənə kifayət qədər əsas yaratmışdır ki, İddiaçıla ba ğlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin.

40. Apellyasiya baxışında şahid qismində dindirilən "Mediclub” MMC-nin əməkdaşı Mərkəzi-Azəri dəniz neft qaz platformasında həkim vəzifəsində çalışan x ifadəsində bildirmişdir ki: dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətlə işdən azad olunaraq növbədənkənar dincəlməsi üçün rəhbərliyə şifahi olaraq müraciətlər edir və onun müraciətləri nəzərə alınır. İddiaçı onun yanına gələrək, özünü narahat, zəif, yorğun, halsız hiss etdiyini bildirib. O, qızdırmasını ölçüb və xırda qızdırması olub. Bu vəziyyətdə işləsəydi işəgötürənə zərər dəyə bilərdi. İddiaçıya təklif edib ki, 1 gün işdən azad olunması üçün rəhbərinə müraciət edə bilər. İddiaçı isə deyib ki, özü rəhbərinə deyəcək.

41. Kollegiya şahidin ifadəsi ilə bağlı qeyd etmişdir ki, işəgötürən iddiaçının həkimə getdiyi gün üçün istirahət vaxtı vermiş və növbəti gün üçün iddiaçının işə çıxmasını tapşırmışdır. Yəni işəgötürən həkimin şifahi məsləhətini nəzərə almışdır.

42. Bundan başqa, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən birini verə bilməsi onun hüququ kimi təsbit edilmiş və 186-cü maddənin İİ hissəsində nəzərdə tutulan intizam tənbehinin ardıcıllıqla verilməsi qaydası müəyyən edilməmişdir.

43. İş materiallarında olan İddiaçıla bağlanmış əmək müqaviləsinin 5.1.5-ci bəndində göstərilmişdir ki, əgər işçi öz vəzifəsini xəstəlik və ya bədbəxt hadisə s əbəbindən yerinə yetirə bilməsə, işçi əmək qabiliyyətini itirdiyi gündən sonra birinci iş günü başlamamışdan əvvəl (və ya mümkün qədər tez) işəgötürəni xəbərdar etməli və bunun səbəbini və işə çıxa biləcəyi vaxt barədə məlumat verməlidir. İşçi işəgötürənin tələbinə görə öz əmək funksiyalarının yerinə yetirə bilməməsinin səbəbini təsdiq edən müvafiq tibbi sənəd təqdim etməlidir.

44. Həmin müqavilənin 9.11-ci bəndində isə müəyyən edilmişdir ki, işçi istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq məqsədi ilə (sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası və s. hallar) qanunvericiliklə müəyyən edilmiş qaydada haqqı ödənilməklə işlərin yerinə yetirilməsi üçün bilavasitə rəhbərinin və ya ABB şirkətinin aidiyyəti rəhbərlərinin, eləcə də, sifarişçi "xxxx" əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının göstərişinə əsasən iş yerinə gəlməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin tədqiqatı ilə müəyyən edilmişdir ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə, İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. İddiaçı 11.06.2020-ci il tarixdə «xx» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməm iş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «xx» platformasına getməkdən imtina etmişdir. Bu hallar işdə olan email yazışmaları ilə də müəyyən edilmişdir ki, İddiaçı e-maili ilə özünü yorğun və halsız hiss etməsi barədə həkimə müraciət etmiş, X10 tərəfindən işə yararlı olması səbəbindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş verilməmişdir.

46. Apellyasiya kollegiyası, İddiaçı Əmək Məcəlləsinin 16-cı maddəsinə istinad edərək ona münasibətdə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsinə dair apellyasiya şikayətindəki dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı buna dair birbaşa və ya dolayı ayrı-seçkiliyi sübut edən heç bir halı göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçının izahatlarına əsasən xaricdə işləyərkən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından işə qəbul üçün dəvət alması, işəgötürənə inanaraq xaricdən gələrək Filialda işləməyə başlaması, onu 2017-ci ilin noyabr ayında müddətsiz əmək müqaviləsi ilə işə qəbul etməsi kimi işin müəyyən edilmiş halları tərəflər arasında qərəzli münasibətlərin olmasına dair iddiaçının dəlillərinin əsassız olmasına dəlalət edir.

47. Apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini heç bir üzrlü səbəb olmadan yerinə yetirməməsi ilə müşayiət olunan hərəkətləri ilə əlaqədar cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir.

48. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərlənd irmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxxxx nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar