Məhkəmə qərarları › İş №2(102)-4327/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4327/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4327/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdeh Süleymanov Yetər İsrafil qızının və vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E TDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bank “xxxx” ASC-nin iddiası təmin edilmiş, iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5 V saylı evin, 56 saylı mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılması, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh iddiaçı bank “xxxx” ASCnin xeyrinə tutulması qət edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Süleymanov Yetər İsrafil qızı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5V saylı evin, 56 saylı mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5V saylı evin 56 saylı mənzilindən Cavabdeh və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Mə hkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 17950.78 ABŞ dolları əsas borc, 2977.41 ABŞ dolları dolları faiz borcu, 19.22 ABŞ dolları dəbbə pulu, cəmi 20947.41 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 27.3 manat Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5 V, mənzil 56-nin ixtisaslaşdırılmış açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən 20947.41 ABŞ dolları Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumu məbləğindən 27.3 manatın Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi, məzilin satışından əldə edilmiş məbləğ Bank “xxxx” ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh Bank “xxxx” ASC-nin xeyrinə tutulması, artıq məbləğin Cavabdeh qaytarılması, mənzil satıldıqda Cavabdeh, X3, X4, X1, X2, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5 V, mənzil 56-ya olan istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə əsasında “Daşınar və Daşınmaz Əmlakların satışı X9” MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qə səbəsi, 5 V saylı evin, 56 saylı mənzilin herrac yolu ilə satılması məqsədi ilə xx.xx.2018-ci il tarixli hərrac keçirilmişdir. Hərracın yekunları üzrə Bank “xxxx” ASC ilə “Daşınar və Daşınmaz Əmlakların satışı X9” MMC arasında xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 5 V saylı evin, 56 saylı mənzil Bank “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əml aka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbat larının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilməlidir ki, cavabdeh hazırda iddiaçının iradəsinə zidd olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 5 V saylı evin 56 saylı mənzildə yaşadığınd an sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə olan halda apelyasiya instansiyası məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx xx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar