Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4328/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: “X7 XXX” Məhdud Məsuliyyətli Cəmiyyəti İddia tələbi: aylıq müavinət ödənilməsi Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, elektron imza Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “X7 XXX” MMC tərəfindən verilmiş kassasiya şikayətinə d air işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə “X7 XXX” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X3 ölümü ilə əlaqədar ona cavabdeh tərəfindən xx.xx.2017-ci ildən 1130,20 manat ödənilməmiş aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2359/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-647/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh “X7 XXX” MMC-nin nüm ayəndəsi və vəkili X5 oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi və vəkili X5 oğlu tərəfindən tərtib edilib imzalanmış kassasiya şikayəti nəinki PDF formatında, əlavə olaraq e-kassasiya şikayəti formatında xx.xx.2020-ci il tarixdə ASAN imza ilə imzalanıb məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinə 2(103)647/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixinə aid imzalanmış və göndərilən sənədlərin siyahısının müəyyən edilməsi e-məhkəmə portalından onlayn rejimində AsanDoc konteynerini endirməklə mümkündür. AsanDoc proqramın konteynerində cəmləşdirilmiş eənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə ASAN imza ilə imzalanmış kassasiya şikayəti və əlavə olunmuş sənədlər, o cümlədən dövlət rusumun ödənilməsi barədə sənəd, habelə sözügedən işdə cavabdehin nümayəndəsi və vəkili X5 oğlunun vəkil statusunu təsdiq edən ******* saylı xx.xx.2020-ci il tarixli vəkil orderi təqdim edilmişdir. Asan imza sözügedən AsanDoc konteynerin tərkibinə aid bütün sənədlərə şamil olunur və sənədlərin identifikasiya olunmuş şəxs tərəfindən göndərilməsini təsdiq edir. Lakin apelyasiya instansiyası məhkəməsi e-kassasiya şikayətində təqdim edilən dövlət rüsumun ödənilməsi barədə məlumatı etibarlı hesab etsə də, həmin e-kassasiya şikayətinin nümayəndə və eyni zamanda vəkil kimi ASAN imza ilə imzalanmasını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icla sında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili ayrıayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM). Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir (maddə 67.1). Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sə nəd əlavə olunmalıdır (maddə 407.3, 407.4). Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.3). «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir (maddə 10-1.8). “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu. Sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir (maddə 3.2). Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu qanunun 3.2-ci, 3.3-cü maddələ rinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir (maddə 3.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmasa da, cavabdeh tərəf vəkil və nümayəndəsi Vüqar Quliyev tərəfindən elektron imza ilə imzalanmış kassasiya şikayətinin elektron qaydada məhkəməyə təqdim edildiyini bildirir. Elektron məhkəmə informasiya sisteminə baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş elektron kasasiya şikayəti xx.xx.2019-cu il tarixdə sistemə yerləşdirilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi kağız daşıyıcıda daxil olmuş kasasiya şikayətini geri qaytararkən elektron şikayəti nəzərə almam ışdır. Ona görə də hazırkı kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş məhkəmə qətnaməsindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X7 XXX” MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “X7 XXX” MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4328/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4328/2020
19.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver