Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4328/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4328/2023 (Açar sözlər: razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2654/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh MMC-nin K-51 saylı 02 iyun 2015-ci il tarixli əmrinə əsasən, X1 strukturunun rəhbəri İddiaçı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 nömrəli, 03 iyul 2015-ci il tarxli qətnaməsi ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı əmək müqaviləəsinə xitam verilməsi barədə K-181 saylı əmrin, 4844 saylı yazılı xəbərdarlığın etibarsız hesab edilməsi, 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin qüvvə də olması və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6249/2015 nömrəli, 27 noyabr 2015-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 03 iyul 2015-ci il tarxli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1705/2016 nömrəli, 19 aprel 2016-cı il tarixli qərarı ilə, İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin 27 noyabr 2015-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1599/2020 nömrəli, 24 avqust 2020-ci il tarixi qətnaməs i ilə, “cavabdehin iddiaçının müraciətinə cavab verməməsinin qanunsuz hesab edilməsi, İddiaçı şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin, habelə 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7967/2020 nömrəli, 02 dekabr 2020-ci il tarixl qətnaməsi ilə, birinci instansiya məhkəməsinin 24 avqust 2020ci il tarixi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3226/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarı ilə, apellyasiya instansiya məhkəməsinin 02 dekabr 2 020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8. xx.xx.2015-ci il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh MMC tərəfindən cənab İddiaçı əmək müqaviləsinin xitam edilməsinə “TeliaSonera Eurasia” rəhbərliyinin yanaşması “Azercel”in yanaşması ilə üst-üstə düşür. xx.xx.2014-cü il tarixdə cənab İddiaçı "xxxx" MMC tərəfindən X3 rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən əvvəl “TeliaSonera Eurasia” ofisi ilə razılaşdırılmışdır.
9. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 07 yanvar 2022-ci il tarixli məktubun surətindən gö rünür ki, "xxxx" MMC-nə 01 dekabr 2021-ci il tarixində daxil olmuş İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “müddətli əmək müqaviləsinin və həmin müqaviləyə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa” barədə iddia ərizəsinə baxılarkən (iş № 2(004)-6466/2015) xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi məhkəməyə təqdim edilmiş (162-163-cü vərəqlər), iddiaçının həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı “İddiaçı şəxsi işində olan bütün sənədlərin... iddiaçıya təqdim edilməsi” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1599/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və məhkəmə aktı növbəti məhkəm ə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Həmin icraat çərçivəsində də, iddiaçının məktubla əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehnə qarşı (“TeliaSonera AB” mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən “TeliaSonera Eurasiya” ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu proseduru n hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlayaraq, həmin Cəmiyyətdə X1 Strukturunun direktoru vəzifəsində fəaliyyət göstərmiş, xx.xx.2015-ci il tarixdən qeyd edilən əmək münasibətlərinə xitam verilmişdir. Sonradan, Cəmiyyətlə əmək mübahisələrinə dair məhkəmə araşdırmaları olmuş və məhkəmə iclaslarının birində Cəmiyyətin nümayəndəsi tərəfindən “TeliaSonera Eurasiya” B2B direktoru Jessika Levin tərəfindən göndərilən xx.xx.2015-ci il tarixli məktub məhkəməyə təqdim edilmişdir. Həmin məktubun məzmunundan müəyyən edilir ki, “...xx.xx.2014-cü il tarixdə cənab İddiaçı Cavabdeh MMC tərəfindən X4 rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. xx.xx.2015-ci tarixində müqavilə müddət bitmiş və müqavilə uzadılmamışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən öncə “TeliaSonera Eurasiya” ofisi ilə razılaşdırılmışdır.” Yuxarıda qeyd edilən məktubdan aşkar görünür ki, əmək müqavilələrinə xitam veriməsinə dair iddiaçı ilə rəsmiləşdirilmiş müqavilələr qüvvəyə minməzdən öncə bu məsələ “TeliaSonera Eurasiya” ofisi ilə razılaşdırılmış, başqa sözlərlə xitam müqavilələrinin qüvvəyə minməsi “TeliaSonera Eurasiya” ofisinin razılığı ilə şərtləndi rilmişdir. Belə vəziyyətdə, “TeliaSonera Eurasiya” ofisinin razılaşdırma prosedurunun bilavasitə iddiaçının mənafeyinə toxunduğunu nəzərə alaraq, həmin razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim olunması üçün Cəmiyyətə yazılı müraciət edilmişdir. Lakin, Cəmiyyət yazılı müraciətə imtina məktubu ilə cavab vermişdir. Bundan sonra, cavabdeh mediasiya sessiyasına dəvət edilsə də, sonuncu mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, iddiaçı hesab edir ki, “TeliaSonera Eurasiya” ofisinin razılaşdırma prosedurunun bilavasitə onun mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunduğunu nəzərə alaraq, həmin r azılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
12. Cavabdeh nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-yə məktub ünvanlamışdır. Həmin məktuba cavab verilərək bildirilmişdir ki, “müddətli əmək müqaviləsinin və həmin müqaviləyə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa” barədə iddia ərizəsinə baxılarkən (iş N 2(004)- 6466/2015) xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi məhkəməyə təqdim edilmiş, həmin məktubla icra at çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı İkram oğlunun iddiası Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 nömrəli iş üzrə 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra, iddiaçının növbəti “İddiaçı şəxsi işində olan bütün sənədlərin... iddiaçıya təqdim edilməsi” iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)-1599/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Hazırda İddiaçı İkram oğlu Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən “X5” ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi barədə mübahisə açmaqla iddiaçı 2(004)-6466/2015 nömrəli iş çərçivəsində artıq hüquqi qiymət verilmiş əmək mübahisəsini bir daha süni şəkildə “diriltməyə” çalışır. Bu iddiaçının “yeni açılmış hal” yaratmaq üzrə artıq üçüncü cəhdidir. Əgər iddiaçı xx.xx.2015-ci il tarixli məktubda qeyd edilənlər mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunduğunu hesab edirdisə, o ilkin əmək mübahisəsi çərçivəsində məsələyə hüquqi qiymət verməsini tələb etməli idi. O, bunu etməyib və qanunla müəyyən edilmiş prosessual imkanları da buraxıb. Buna görə də, hazırkı iddia ilə, məhkəməni artıq baxılmış mübah isəyə süni şəkildə müdaxilə etməyə sövq etmək cəhdidir. Yekun hüquqi qiymət verilmiş iş üzrə müəyyən edilmiş və mübahisələndirilməmiş halların yenidən digər prosessual formada mübahisələndirilməsi mümkün deyil. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması, ilk növbədə, hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, iddiaçı Vüqar X2 rayon məhkəməsində Cavabdeh MMC-nin əməkdaşları S.E.Səmədova, L.R.Heybətova və H.S.Hüseynzadəyə qarşı şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 nömrəli iş üzrə verilmiş şahid ifadələrinə münasibətdə qeyd edir ki, “cavabdehlər tərəfindən həqiqətə uyğun olmayan məlumatların verilməsi və yayılması nəticəsində İddiaçı işdən çıxarılmasına, onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl yetirilməsinə səbəb olmuşdur”. İddia Nəsimi Rayon Məhkəməsinin 2(006)-7979/2017 nömrəli qətnaməsi ilə təmin edilməmiş və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Resp ublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı iddia üzrə iddiaçının hansı hüququndan söhbət getdiyi aydın deyil. İddia ərizəsində qeyd edildiyi kimi xx.xx.2015-ci il tarixli məktubda qeyd edilənlər iddiaçının mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunurdusa, 2(004)-6466/2015 nömrəli iş üzrə Yasamal Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi təqdim edilərəkən, iddiaçının həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Beləliklə iddia ərizəsində qeyd etdiklər əsasızdır və bu iddiaya vicdansızcasına iddia vermədən başqa ad vermək mümkün deyildir. Göründüyü kimi iddiaçının “yeni açılmış hal” yaratmaq üzr ə hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan sui-istifadədir. Beləliklə iddiaçı qeyri-konstruktiv yanaşmaqla, bilərəkdən hüquqdan sui-istifadə etmək ilə yeni açılmış hal yaratmaq üçün müxtəlif absurd iddialar qaldırması ilə vəziyyətdən faydalanmağa çalışır. Müvafiq olaraq da iddiaçının məsələyə vicdanla yanaşdığını sübut edən hər hansı dəlil mövcud deyil. Beləliklə, hazırkı iddia tələbi məhz 03 iyul 2015-ci il tarixli 2(004)-6466/2015 nömrəli qanun qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş təkzibolunmaz halların yenidən hüquqi təftiş edilməsi cəhdidir ki, bu hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yolverilməzdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı 01 dekabr 2021-ci il tarixində Cavabdeh MMC-yə məktubla müraciət etmişdir. 07 yanvar 2022-ci il ta rixində 284 saylı məktubla ona cavab verilmişdir. Yaranmış hal üzrə hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halların baş verməsindən 7 aydan çox olan müddətdən sonra irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı işçi hüququnun pozulmasına dair iddianı verərkən belə, iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununda da hazırki iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir ay ərzində irəli sürülə bilən xüsusi iddia müddətləri tətbiq edilən iddiası 1 aylıq iddia müddətinə riayət edilmədən 17 iyul 2022-ci il tarixində verilmişdir. Beləliklə iddia tələbləri əsassızdır, iddiaçının heç bir hüquqi və fakti ki əsası olmayan tələbi təmin edilə bilməz.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(009)-115/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmrin əsaslandırılmasına qiymət verməzdən əvvəl onun tərtib edilməsi zamanı yol verilmiş pozuntuları diqqətə çatdıraraq hesab etmişdir ki, Cavabdeh isə müstəqil hüquqi şəxsdir. İddiaçı Cavabdeh MMC-nin əmri ilə işdən azad edilmiş və həmin əmrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı “TeliaSonera Eurasiya” B2B direktoru Jessica Levin məktubunda qeyd edilən “TeliaSonera Eurasiya” ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlum at verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdeh MMC-nə həvalə edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh müstəqil hüquqi şəxs və işəgötürən olmaqla işçi ilə əmək müqaviləsi bağlamaq və xitam vermək hüququ olmuşdur. Cavabdehin nümayəndəsi isə məktubda qeyd edilən razılaşdırmanın hər hansı xususi proseduru olmadığını, sadəcə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl təsisçi olaraq “TeliaSonera Eurasiyaya” məlumat verildiyini, razılaşdırmanın isə xx.xx.2015-ci il tarixli məktub olduğunu bildirmişdir. Qeyd edilən məktub da, əvvəlki məhkəmə prosesində iddiaçıya təqdim edilmişdir. Belə olan halda, iddiaçı razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nə dən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında israrlı olduğu halda, razılaşdırmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməlidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cü maddəsinin "xxxx" bəndinə və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti v erərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, əvvəlki məhkəmə araşdırmaları zamanı cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubunun tərcümə edilmiş surətindən görünür ki, MMC tərəfindən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi iş üzrə üçüncü şəxs olan Şirkətin rəhbərliyinin yanaşması cavabdeh MMC-nin yanaşması ilə üst-üstə düşür. İddiaçı da həmin razılaşmanın onun maraqlarına toxunduğunu nəzərə alaraq məktubla MMC-yə müraciət edərək, MMC ilə həmin Şirkət ar asında olan razılaşmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və sair sənədlərin) surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin, MMC iddiaçının müraciətinə imtina ilə cavab vermişdir. Bu səbəb də iddiaçı hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, işə baxmış Rayon Məhkəməsi hazırkı iddia tələblərinə birbaşa heç bir aidiyyəti olmayan başqa işlər üzrə məhkəmə aktlarını qətnamədə sadalamaqla kifayətlənmiş və cavabdeh MMC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli məktubunda göstərilən razılaşmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə cavabdehin deyil, iddiaçının sübutlar təqdim etməli olduğu qənaətinə gəlmişd ir. Başqa sözlərlə, Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC-nin təqdim etmiş olduğu rəsmi məktubda göstərilən razılaşmanın hüquqi statusunu iddiaçı tərəf sübut etməlidir. Bununla da Rayon Məhkəməsi razılaşmanın hüquqi statusunu aydınlaşdırmamışdır. Bundan başqa Rayon Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "xxxx" bəndinin hüquq normasını düzgün tətbiq etməyərək, cavabdeh MMC-nin bu məlumatları verməkdən imtina etməsinə haqq qazandırmağa çalışmış, qeyd edilən normanın tələbinə əsasən cavabdeh MMC-nin, onunla iş üzrə üçüncü şəxs olan Şirkətin razılaşması barədə iddiaçıya ətraflı məlumat vermək və bununla bağlı müvafiq sənədləri təqdim etmək vəzifəsi daşıdığına lazımi qiymət verə bilməmişdir. Həmçinin Rayon Məhkəməsi iş üzrə üçüncü şəxs olan Şirkətin nümayə ndəsinin məhkəmə araşdırması zamanı iştirakını da təmin etməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2654/23 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmmədov Məmməd (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh MMC, Azərbaycan Respublikasında fəaliyyət göstərən müstəqil hüquqi şəxsdir. İddiaçı həmin MMC-nin əmri ilə işdən azad edilmiş və həmin əmrin etibarsız hesab edilməsi tələbinə dair onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "xxxx" bəndinə istinad edərək, bildirmişdir ki, Rayon Məhkəməsi cavabdeh MMC-nin həmin Şirkətin xx.xx.2015-ci il tarixli məktubunda göstərilən razılaşma barədə iddiaçıya ətraflı məlumat vermək və bununla bağlı müvafiq sənədləri təqdim etmək vəzifəsi daşıdığına lazımi qiymət verə bilməmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edib ki, istinad edilən normada - iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq əmək müqaviləsi üzrə işçinin hüquqlarından olması müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında əvvəlki məhkəmə m übahisələri zamanı isə xx.xx.2015-ci il tarixli məktub iddiaçıya təqdim edilmişdir. Bundan başqa iddiaçının tələb etdiyi razılaşdırmanın xüsusi prosedura əsasən aparılması işin faktiki halları ilə müəyyən edilməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hazırki mülki işin icraatının başlanmasına səbəb olmuş iddianı bir neçə il keçəndən sonra cavabdeh MMC-yə qarşı irəli sürməklə hüquqdan sui-istifadə etməklə yuxarıda qeyd edilən 2(004)6466/2015 nömrəli iş üzrə qəbul edilmiş qətnamə ilə artıq hüquqi qiymət verilmiş əmək mübahisəsi üzrə “yeni açılmış hal” yaratmaq məqsədini güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlər ə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi, hazırkı iddia tələblərinə birbaşa heç bir aidiyyəti olmayan başqa işlər üzrə məhkəmə aktla rını qətnamədə sadalamaqla kifayətlənmiş və cavabdeh tərəfindən təqdim olnmuş “X6” ofisinin xx.xx.2015-ci il tarixli məktubunda göstərilən razılaşmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə cavabdehin deyil, iddiaçının sübutlar təqdim etməli olduğu qənaətinə gəlmişdir. Başqa sözlərlə, məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etmiş olduğu rəsmi məktubda göstərilən razılaşmanın hüquqi statusunu onlar sübut etməlidirlər. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 30 və 31-ci bəndlərində yazmışdır ki, “İddiaçının, Şirkətin xx.xx.2015-ci il tarixli məktubu ilə əlaqəli məsələləri qaldırmaq imkanı onun tərəfindən MMC-yə qarşı irəli sürülmüş “işçi olmuş iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi barədə” iddiasına dair Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-1599/2020 nömrəli işə baxılarkən də olmuşdur. Göründüyü kimi, iddiaçı hazırki mülki işin icraatının başlanmasına səbəb olmuş iddianı bir neçə il keçəndən sonra cavabdeh MMC-yə qarşı irəli sürməklə hüquqdan sui-istifadə etməklə yuxarıda qeyd edilən 2(004)-6466/2015 nömrəli iş üzrə qəbul edilmiş qətnamə ilə artıq hüquqi qiymət verilmiş əmək mübahisəsi üzrə “yeni açılmış hal” yaratmaq məqsədini güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” Apellyasiya instansiyası məhkəməsi yuxarıdakıları qətnamədə qeyd edərkən nəzərə almamışdır ki, “Şi rkətin xx.xx.2015-ci il tarixli məktubu ilə əlaqəli məsələləri qaldırmaq imkanı” əvvəlki məhkəmə araşdırmalarında ola bilməzdi. Belə ki, həmin məktubun mövcudluğundan, iddiaçı məhz əvvəlki məhkəmə araşdırmasının gedişində, yəni iddia irəli sürüldükdən sonra məlumat almışdır. Digər tərəfdən, təəsüf ki, apellyasiya instansiyası məhkəməsinin hakimləri iş materialları ilə diqqətlə tanış olmamış və bu iş üzrə qanunvericiliyin tələblərini də lazımi səviyyədə nəzərə almamışlar. Belə ki, əvvəlki “işçi olmuş iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi barədə” iddiasına dair əvvəlki mülki iş üzrə iddiaçı öz şəxsi işində olan sənədlərin surətlərini tələb etmiş və qeyd edilən xx.xx.2015-ci il tarixli məktub da məhz həmin məhkəmə araşdırması zamanı şəxsi işdə olan sənəd kimi iddiaçıya təqdim edilmişdir. Hazırkı iddia isə, şəxsi işdə olan sənədlərin tələb edilməsini ehtiva etmir və tamamilə müstəqil tələb kimi çıxış edir. İş materiallarında bunu təsdiq edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7594/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərardadı mövcuddur. Lakin nədənsə, apellyasiya instansiyası məhkəməsinin hakimləri qətnamə qəbul edərkən, öz həmkarlarının qəbul etdiyi həmin qərardadla tanış olmamışlar. Apellyasiya instansiyası məhkəməsinin məsələyə son dərəcə absur yanaşması, iddiaçının, Şirkətin xx.xx.2015-ci il tarixli məktubu ilə əlaqəli məsələləri əvvəlki məhkəmə araşdırmaları zamanı qaldırmaq imkanının olması əsasıdır. Yəni şəxsin bu məsələni əvəllər qaldırmaq imkanı olub, lakin qaldırmayıb, ona görə də iddia rədd edilməlidir. Bu “məntiqlə” məsələlərə yanaşılsa, onda şəxslərin əvəllər imkanlarının olması əsası ilə iddia ərizələrinin qaytarılması, irəli sürülən iddia tələblərinin rədd edilməsinə dair yeni məhkəmə təcrübəsi formalaşdırımalıdır. Beləliklə, hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz vermiş, etirazda kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
25. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
26. Maddə 9 ("xxxx" bəndi). Əmək müqaviləsi üzrə işçinin iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq kimi əsas hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Resp ublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
43. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
44. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.
46. Mülki məhkəm ə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
47. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatl arı iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
49. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək müqaviləsinə xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmiş və iddiaçının cavabdehə qarşı işə bərpa tələbinə dair iddiası məhkəmələr tərəfindən təmin edilməmişdir.
51. Məhkəmə kollegiyası q eyd edir ki, işəgötürənin işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borclu olması Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulsa da, hazlrda iddiaçı ilə cavabdeh arasında işçi və işəgötürən münasibətləri mövcud deyildir.
52. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə iddiaçının cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən “TeliaSonera Eurasiya” ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu p rosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış etmək hüququ yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu b arədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, K onstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlillə ri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2654/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.