Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4329/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-143/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh uzaq qohumdurlar. Cavabdeh iddiaçı dan iş qurmaq üçün borc pul almışdır. İddiaçı cavabdehə qarşı 120000 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin həcmini azaldaraq 60000 manat tələb etmişdir. 2. 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətinə əsasən, X2 özünü öldürmə həddinə çatdırılması faktı təsdiq olunmadığından ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərkən, İddiaçı iş qurmaq üçün pul aldığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120000 manat məbləğində borcun və 410 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə uzaqdan qohumluqları var. Daima münasibətləri yaxşı olmuşdur. Bir neçə dəfə ondan pul alaraq, sonradan geri qaytarmışdır. Hətta ona verdiyi pulu qaytararkən üstündə pul da vermişdir. O pulun artıq olduğunu bildirərkən, cavabdeh ona borc aldığı puldan gəlir götürdüyü üçün ona əl tutduğu üçün hörmət etdiyini bildirmişdir. Bir müddət sonracavabdeh ondan yenə pul istəmişdir. Pulun nə üçün lazım olduğunu soruşarkən, işlədiyi şirkətdə gəlirli proyektə yatırım edərək gəlir əldə etmək üçün lazım olduğunu bildirdi. Bu barədə cavabdehin atası ilə əlaqə saxlayarkən atası da onu əmin etdi ki, proyekt gəlirlidir narahat olmasın. Həmçinin cavabdeh həmin proyektdən əldə edəcəyi qazancdan ona də pul verəcəyi ni bildirmişdir. Cavabdehə inanaraq ona bir neçə dəfəyə 130000 (bir yüz otuz min) manat pul vermişdir. Lakin bir müddət keçəndən sonra aldandığını başa düşüb cavabdehin atasının yanına getdi. Cavabdehin atası ona Salman məni də, səni də aldadıb deyərək cavab verdi. Çətinliklə də olsa cavabdehdən 10000 (on min) aldı. Lakin qalan 120000 (bir yüz iyirmi min) manat qaytarılmadı. Cavabdehin atası intihar etdi və bu səbəbdən Yevlax rayon prokurorluğunda araşdırma aparılarkən cavabdeh ona 120000 (bir yüz iyirmi min) manat borclu olduğunu etiraf etmişdir. Lakin pulunu qaytarmır. Cavabdeh onu aldatma yolu ilə ondan aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda razılaşmışlar və cavabdehdən 60000 manat tələb edir.
5. Cavabdeh məhkəməyə müraciət edərək göstər mişdir ki, iddia tələbi hər hansı mötəbər sübutlara əsaslanmır, yalnız söz yığınından ibarət cəfəngiyatdır. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı vəkili X6 izah etdi ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Hətta qohumluqları da vardır. Cavabdeh iddiaçını iş qurmaq adı ilə aldadaraq, yəni gəlir əldə etmək məqsədi ilə ondan pul almışdır. Cavabdeh tək iddiaçını yox başqa şəxslərə qarşı da bu hərəkətləri etmişdir. Bu səbəbdən də atası intihar etmişdir. Bununla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh iddiaçıdan pulların alınmasını etiraf edir. Həmin izahatı da özü imzalamışdır.
9. Cavabdeh izah etmişdir ki, şirkətdə işləyərkən İddiaçı pul alaraq gübrə alqı-satqısi ilə məşğul olmuşdur. Hazırda onun Sənana 120000 manat borcu yoxdur. Sənandan 50000 manat borc almışdır. Onunda müqabilində mərhum atası Fəxrəddindən 100000 manat pul alaraq ona vermişdir. O da həmin pulu Sənana vermişdir. Onlar daima Sənanla birgə gəzirdilər. Vüsal Sənana onun yanında borc pul vermişdir. Lakin Sənan həmin pulu ona verməmişdir. Sənan ona zəng etdi ki, Vüsal pulunu istəyir. O da Vüsala zəng edərək Sənana borcun ödənilməsi ilə bağlı vaxt verməsini xahiş etmişdir.
10. Ca vabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissə-hissə ödəyəcək.
11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izah etmişdir ki, tərəflər arasında hər hansı bir yazılı borc müqavilə mövcud deyil. Lakin hazırda tərəflər razılığa gəlmişlər. Cavabdeh iddiaçıya ona 60000 manat borcunu hissə-hissə ödəyəcək.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun oğludur. Oğlunun Sənana borcu olmuşdur. Mərhum əli Fəxrəddindən 70000 manat pul alaraq Sənana vermişdir. Sənan və qohumları onlara gəmişdirlər ki, Salmanın Sənana 130000 manat borcu var. Lakin Salmanın borcu yoxdur. 30 dekabr 2021-ci il tarixdə də, Sənana 10000 manat pul verdilər. Ondan da bir neçə gün sonra həyat yoldaşı Müşfiq intihar etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərmişdir ki, Mingəçevir şəhərində yaşayır və ticarətlə məşğul olur. Sənanı 6-7 ildir ki, tanıyır. Daima aralarında pul alış-verişi olub. Sənan ondan bir neçə dəfə borc pul almışdır. İyul ayında 28000 manat borc vermişdir. Həmin pulu ona avqust ayındaqaytarmışdır. Bundan sonra 13 noyabr 2021-ci il tarixdə Sənan Salmanla gələrək ondan 30000 manat borc aldı. Pulu Sənana verdi. Sənan da pulu sayıb onun yanında Salmana verdi. 20 noyabr 2021-ci il tarixdə Sənan yenə ondan borc pul istədi. O da həmin gün Sənana 15000 manat borc verdi. Sənan həmin gün d ə Salmanla birgə gəlmişdir. Daha sonra Sənan ona Salman onu aldatdığını və ona 130000 manat borclu olduğunu bildirmişdir. O pulu Sənana verdiyindən və əvvəllər Salmanı tanımadığından pulunu Sənandan tələb etdi. Həmin ərəfədə Salman ona zəng edərək, pul onda olduğunu və pulu yaxın vaxtda qaytaracağını demişdir. O da Salmana cavab olaraq, pulu Sənana verdiyini və Sənandan da tələb etdiyini bildirmişdir. Bu barədə Salman ona 4 dəfə zəng etmişdir. Pulu verərkən pul nə üçün lazım olduğunu soruşmamışdır. Belə ki, Sənana etibar edərək pulları vermişdir. Salmanın gübrə işi ilə məşğul olduğu ona bildirilmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, Sənan onun qardaşıdır. Məsələdən 2021-ci ilin dekabr ayının əvvəli xəbəri olmuşdur. Belə ki, Sənan dedi ki S alman ondan iş qurmaq üçün pul almış və 130000 manat pulu mənimsəyərək qaytarmır. Yəni Salman işlədiyi şirkətdə proyekt olmasını və buna pul yatırıb gəlir götürməli idilər. Sənan ona bunları danışdıqdan sonra Salmanın anası Səyalıya zəng etmişdir. Daha sonra da qohumları ilə birlikdə onlara məsələni müzakirə etmək üçün yığışmışlar. Orada Salman, Səyalı, o və digər qohumları var idi. Salman 130000 manat borcu almasını etiraf etdi. Söhbət zamanı razılığa gəlmişlər ki, Salman 10000 manat verir və qalan pulu hissə-hissə qaytarır. Həmin vaxt olan danışıqları yazmışdır. 30 dekabr 2021-ci il tarixdə 10000 manat verildi. Sənan da qalan 120000 manatın hissə-hissə ödənilməsinə razı oldu. Lakin 2-3 sonra Salmanın atası Müşfiq intihar etdi. Onlara puldan keçməsələr Prokurorluqda Sənanın da adını verəc əklər ki, Müşfiqin intihar etməsində onun da günahı var. Bu qayda da bir neçə nəfər pulundan keçmişdir. Bununla bağlı Sənanı da Yevlax rayon prokurorluğuna çağırmışlar. Hətta Sənan 48 saat müddətinə saxlanılmışdır. Lakin günahı olmadığından onun barəsində olan işə xitam verilmişdir.
15. Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 nömrəli (hakim R. Əlizadə) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 60000 manat borc və 210 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsini qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan iş qurmaq üçün pul almışdır. Yevlax rayon prokurorluğunda X2 özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı aparılan araşdırma zamanı cavabdeh iddiaçıdan iş qurmaq adı ilə pul aldığını və həmin pulları qaytardığı barədə izahat vermişdir. İddiaçı 120000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbini azaldaraq 60000 manat tələb etmişdir. Cavabdeh iddianı qəbul edərək, 60000 manat pulu iddiaçıya hissə-hissə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 60000 manat borc və 270 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 410 manat dövlət rüsumu tələb etsə də, 60000 manat üçün 270 manat dövlət rüsumu müəyyən edilmişdir
17. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 1091.1, 1092.1 və 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. Ape llyasiya instansiyası məhkəməsində icraat
18. Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında 120.000 (bir yüz iyirmi min) manat məbləğdə borcun olması ilə bağlı heç bir razılaşma, müqavilə olmayıb. Belə ki, iddiaçı müxtəlif vaxtlarda ona faizə pul vermiş və həmin məbləğlərin üzərində faizlərini götürmüşdür. İddiaçı ona ümumilikdə 50.000 (əlli min) manat məbləğdə faizə pul vermişdir. O, həmin 50000 (əlli min) manatı və onun faizlərini tam olaraq ödəmişdir. O, 100000 (bir yüz min) manat məbləğdən artıq iddiaçıya ödəni ş etmişdir. Bu halı iddiaçı özü də Yevlax rayon Polis Şöbəsində izahat verərkən də etiraf etmişdir. Belə ki, İddiaçı onun ona 40000 (qırx min), 20000 (iyirmi min) və 26000 (iyirmi altı min) manat olmaqla, 86000 (səksən altı min) manat məbləğdə pul verdiyini etiraf etmişdir. İddiaçı izahatında onun ona 40.000 (qırx min) manat qaytardığını bildirsə də, əslində o, ona 42124,63 (qırx iki min bir yüz iyirmi dörd manat altmış üç qəpik) manat ödəniş etmişdir. Belə ki, Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırılmış təhqiqat materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabına 42124,63 (qırx iki min bir yüz iyirmi dörd manat altmış üç qəpik) manat məbləğdə pulu mədaxil etmişdir. Belə olan halda iddiaçının yenidən ondan 120000 (bir yüz iyirmi min) manat məbləğdə pul tələb etməsi real və qanuna uyğun deyildir. O iddiaçıdan faizə aldığı pulu tam olaraq ona qaytarmışdır. Digər tərəfdən isə onun iddiaçıya 120000 (bir yüz iyirmi min) manat məbləğdə borcunun ölması sübutlarla öz təsdiqini tapmamışdır. Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(039)-1518/2022 saylı qətnaməsində onun iddiaçıya 60000 manat məbləğdə borcunun olması qənaətinə gəlsə də, iş materiallarında onun iddiaçıya borcumun olmasını təsdiqləyən heç bir sübut yoxdur. Bununla da Yevlax Rayon Məhkəməsi iş üçün əhəmiyyətli olan halları dəqiqləşdirməmiş, işi tam və hər tərəfli araşdırmamışdır.
20. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-143/2023 saylı, xx.xx.2023 -cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), hakimlər X11 və X3 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, İş üzrə Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(039)-1518/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında heç bir yazılı müqavilə mövcud olmamışdır. Lakin cavabdeh birinci inst ansiya məhkəməsinin yekun məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissə-hissə ödəyəcəkdir.
24. Bundan başqa məhkəmə göstərmişdir ki, cavabdehin iddiaçıdan borc pullar almasını və həmin borcları qaytarmasını qeyd etdiyini özündə əks etdirən 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə və 23 may 2022-ci il tarixli cianyət işinin başlanmasının rədd edilməsi haqqında olan qərarlar mövcuddur. Həmin qərarlarda və iş materialında olan Yevlax Rayon Prokurorluğuna verilmiş izahatlarda iddiaçı da cavabdehin ona olan borcunun ayr ı-ayrı vaxtlarda bir hissəsini qaytarmasını etiraf etsə də, borcun bir hissəsinin qaldığını göstərmişdir. Həmin qərarların qəbul edilməsindən hazırki iş üzrə cavabdehin Yevlax Rayon Məhkəməsinə borcun etirafı barədə xx.xx.2022-ci il tarixli ərizənin verilməsi arasında xeyli müddət keçmişdir. Birinci instansiya məhkəməsi həmin qərarlarda göstərilənləri də nəzərə alaraq tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli ərizələri əsas götürməklə iddianı təmin etmişdir.
25. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçıya 60000 manat borcunun olduğunu etiraf etmiş və həmin pulu iddiaçıya hissəhissə qaytaracağını bildirmişdir. Cavabdeh bunula bağlı məhkəməyə yazılı ərizə vermişdir Cavabdeh apellyasiya şikayətində borcunu ödədiyi və borcunun qalmadığı barədə arqumentlər gətirsə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada borcu etiraf etdiyi göstərilən məhkəmə iclas protokoluna qeyd vermək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir. Həmin maddəyə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
26. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslnadırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 882.1 və 882.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 14.2, 76.1, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir.
27. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(102)2682/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-143/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli 2(107)- 143/2023 nömrəli qərardadı ilə apellyasiya məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(107 )-143/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
30. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət göndərmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti tükədilmiş, müddətin sonunda verilmiş kassasiya şikayəti isə qanunun tələblərini pozmaqla tərtib edilmişdir. Həmin kassasiya şikayəti qaytarıldıqdan sonra da heç bir üzrlü səbəb olmadan yeni kassasiya şikayəti də gecikmə ilə verilmişdir. Belə olan halda, məhkəmə hesa b edir ki, Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(107)-143/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmə müddəti cavabdehin (onun nümayəndəsi və vəkilinin) öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir.
32. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MPM-in 130.1, 133.1, 133.3, 133.4, 133.5, 402 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Cavabdeh (vəkil Nümayəndə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(107)-143/2023 saylı qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi və kassasiya ş ikayətinin aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edmişdir.
34. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh nümayəndəsi və vəkili kimi Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(107)-143/2023 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə tam riayət etməklə kassasiya şikayəti vermişdir. Lakin kassasiya şikayətinə 205 manat dövlət rüsumu ödəməli olduğu halda, 135 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etmişdir. Bundan sonra dövlət rüsumunun ödənilməyən hissəsini də ödəyərək Mülki Prosessual Məcəllənin 405-ci maddəsinin tələblərinə əsasən yenidən kassasiya şikayəti vermişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi kassasiya şikayəti verilməsi üçün buraxılmı ş müddətin bərpa edilməsi barədə vəsatəti təmin etməməklə cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. X13 Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti müddət ötürülmədən, Qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
36. Maddə 133.1. Məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir.
37. Maddə 133.3. Müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаy ət verilməli, sənədlər təqdim оlunmаlıdır)
38. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
39. Maddə 405.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
40. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırki kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətində göstərilən d əlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından hər hansı şikayətin verilməsi deyil, yalnız qanunla müəyyən edilmiş qaydada, forma və məzmuna riayət edilməkdə şikayətin verilməsi həmin aktdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin axımını kəsir, qalan hallarda isə müddətin axımı davam edir. Ona görə Cavabdeh apellyasiya şikayətini vaxtında verməsi, rüsumun ödənilməməsi və sair əsaslara görə şikayətin qaytarılması və bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət verilməsi ilə bağlı keçən vaxtın ştikayət vermə müddətinə hesablanmalı olmaması, fatkiki olaraq müddəti ötürməməsi barədə dəlilləri əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən birinci dəfə kassasiya şikayəti verilərkən kassasiya şikayəti verilməsi müddəti tükədilmiş, müddətin sonunda ver ilmiş kassasiya şikayəti isə qanunun tələblərini pozmaqla tərtib edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-143/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.