Məhkəmə qərarları › İş №2(102)-4330/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4330/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4330/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun və cavabdeh “xxxx” MMC-nin vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli 2(103)-9920/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim F.Babayev) 02.07.2018-ci il tarix li, 2(004)2299/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “satılmış malın yenisi ilə əvəz edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, X.Sarıyev) 21.11.2018-ci il tarixli 2(103)-9920/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli, 2(004)-2299/2018 nömrəli qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “satılmış malın yenisi ilə əvəz edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən satın aldığı “Samsung UE55MU6100UXRU” markalı televizorun cavabdeh “xxxx” MMC tərəfindən eyni keyfiyyətdə televizor ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərər qismində 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarını araşdırmadan, 3 hala istinad edərək iddia tələbini rədd etmişdir. Birinci hal onda n ibarət olmuşdur ki, cavabdehlə iddiaçı arasında xxxx imzalanmışdır. Aktın imzalanması səbəbindən məhkəmə hesab etmişdir ki, qeyd edilən qüsur istehsalçı tərəfindən yaranmış qüsur deyil. Lakin qeyd edilməlidir ki, mağazadan avadanlıq alınan zaman xxxx avadanlıq görülmədən sənədləşmə zamanı müştərilərə imzalatdırılır. İstehsalçının keyfiyyətsiz mal istehsalı səbəbindən həmin avadanlıqda bir gündən və ya bir həftədən də sonra nasazlıq yarana bilər. Belə olan halda sadəcə xxxx imzalanıb deyə iddiaçıya ziyan vurulması düzgün deyildir. İkinci hal ondan ibarətdir ki, cavabdeh məhkəməyə 18.04.2018-ci il tarixli texniki rəyin surətini təqdim etmiş, həmin rəydə televizorun mexaniki təsir nəticəsində panelinin sınması və təmir zəmanət şərtlərinə aid olmadığından panelin ödənişli şərtlərlə əvəz ed ilməli olduğu göstərilmiş, məhkəmə həmin rəyin surətini sübut kimi qəbul etmiş və həmin rəyin əsaslı olduğu qənaətinə gəlmişdir. Halbuki, iddiaçı həmin rəylə razılaşmadığı üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin təqdim etdiyi rəy mötəbər sübut kimi qəbul edilməməlidir. Çünki cavabdeh istədiyi rəy tərtib edə və möhürü ilə təsdiq edə bilər. Bu hal onun qanuni və mübahisəsiz rəy olması demək deyildir. Üçüncü hal isə ondan ibarət olmuşdur ki, məhkəmə iddianı əsaslandıracaq hər hansı mötəbər sübut təqdim edilmədiyi üçün iddianı rədd etmişdir. Lakin televizorun hansı səbəbdən nasaz olmasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduğundan, iddiaçı isə bu biliyə sahib olmadığından onun bu barədə hər hansı sübut təqdim etməsi faktiki olaraq mümkün deyildir. Qeyd edilən 3 hal iddianın rədd edilməsi üçün əsas deyildir. İşin əhəmiyyətli və real həlli üçün ekspertiza təyin olunmalıdır ki, bununla bağlı vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin AR MEM məhkəməyə kepsertizanın keçirilməsindən imtina edilməsi barədə 25.05.2018-ci il tarixi məktub göndərmiş, əsas kimi məhkəmə ekspertiza mərkəzində məişət avadanlıqları və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssisin fəaliyyət göstərmədiyi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırmaq üçün yalnız ehtimallara əsaslanmış. Hətta sınma, çatlama kimi qüsurların ilkin yoxlama zamanı müəyyən edilməsi qənaətinə gəlməklə faktiki olaraq ekspert funksiyasını da öz üzərinə götürmüşdür. Məhkəmə iddianı təmin etmədiyindən mənəvi zərərə aid hissəyə də ötəri münasibət bildirmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9920/2018 saylı, 21.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili R kassasiya şikayətin i müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili P kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 22.12.2017-ci il tarixli YK07823 nömrəli “Nisyə satış müqaviləsi”nə əsasən alıcı olan İddiaçı qiyməti 1.999 manat olan avadanlığı (televizoru) 200 manat məbləğində ilkin ödəniş etməklə MMC-dən almış və ödənişin qalan hissəsini hissə-hi ssə MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 22.12.2017-ci il tarixli “xxxx”na əsasən iddiaçıya cavabdeh MMC tərəfindən 1 ədəd televizor təhvil verilmiş və alıcı (iddiaçı) satılmış malın texniki göstəricilərinə və yararlılığına dair iradlar bildirmədən onu təhvil almışdır. İddiaçı cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Texniki rəyin” mötəbər sübut kimi qəbul edilməsinə etiraz edir və bildirir ki, həmin rəy həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Texniki rəyin” mötəbər sübut kimi qəbul edilməməli olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, sözügedən rəy mübahisə predmeti olan televizorda qüsurun yaranmasını təsdiq edir ki, bu xüsusat televizorda nasazlığın mövcud olması ilə bağlı iddiaçının mövqeyi ilə üst-üstə düşür. Hər iki tərəf hal- hazırda televizorun nəzərdə tutulan keyfiyyətdən aşağı olması faktı ilə razılaşır. İddiaçının razılaşmadığı məqam isə bu nasazlığın qüsurlu istehsal nəticəsində deyil, mexaniki təsir nəticəsində yaranmasına dair MMC-nin gəldiyi nəticədir. Məhkəmə bununla bağlı bildirmişdir ki, müvafiq sahədə biliklərə malik şəxslər – mühəndislər tərəfindən imzalanmış “xxxx” cavabdeh MMC televizorda yaranmış qüsura və onun təmirinə olan münasibətini ifadə etmişdir ki, iş üzrə hər bir tərəfin, o cümlədən MMC-nin belə bir hüququ var. Rəyin əsassız olmasını iddia edən iddiaçı mübahisə predmeti olan televizorda əmələ gəlmiş qüsurun mənbəyini göstərməyə borcludur. İddiaçı isə bildirir ki, tərəflər arasında imzalanmış “xxxx” iddianın rədd edilməsi üçün kifayət deyil. Çünki həmin akt televizora baxış keçirilməmi ş imzalandığından formal xarakter daşıyır. Digər tərəfdən isə MMC-nin təqsiri səbəbindən avandanlıqda qüsur yaranıbsa, sırf “xxxx” imzalandığı üçün alıcının maddi ziyana məruz qalması düzgün deyil. Məhkəmə apellyasiya şikayətinin “xxxx”na əsasən iddianın rədd edilməsinin əsassız olması barədə dəlili ilə də razılaşmayaraq göstərmişdir ki, tərəflər arasında imzalanmış 22.12.2017-ci il tarixli “xxxxnın” etibarlılığı nəinki təsdiq edilmədiyindən, ümumiyyətlə mübahisələndirilmədiyindən məhkəmə həmin sənədin mötəbər sübut kimi qəbul edilməsinə və ona istinad edilməsinə hər hansı maneə görmür. Sözügedən aktdan müəyyən olunur ki, cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmiş və televizoru razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (iddiaçı) bu sənədi avadanlığı qəbul etməmişdə n əvvəl imzaladığını bəyan etsə də, bu xüsusat sübuta söykənmir. Digər tərəfdən, belə bir hal mövcud olsa belə, bu halın onun iradəsinə zidd olaraq, başqa sözlə məcburi şəkildə baş verdiyinə dair iddiaçı hər hansı fikir irəli sürməmişdir. Bu isə onu göstərir ki, iddiaçının seçim imkanı olmuşdur ki, o, aktı imzalamazdan əvvəl avadanlığa baxış keçirsin, televizorun məqbul hesab ediləcək keyfiyyətdə olub-olmamasını yoxlasın. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən “xxxxnın” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, Məhkəmə həmin aktı sübut kimi qəbul etmişdir. Apellyasiya şikayətinin digər dəlilləri olan “iş üzrə təyin edilmiş ekspertizanın keçirilməsindən müvafiq sahədə bilikləri olan mütəxəssisin olmaması səbəbindən imtina edilməsi, televizorda yaranmış qüsu run mənbəyinin müəyyən edilməsini mümkünsüz edir. Belə olan halda, hazırki işin obyektiv həlli də sual altında qalır” dəlilinə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbinin əsaslılığının yoxlanması üçün ekspertizanın keçirilməsinin mümkünsüzlüyü aşkardır. Belə olan halda, Məhkəmə yalnız iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə kifayətlənməli olmuşdur. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının bu mövqeyi sübuta söykənmir. Bunun bir səbəbi, onun tərəfindən bu barədə məhkəmələrə hər hansı bir sübutun təqdim edilməməsində ifadə olunur. Digər tərəfdən, iddiaçının mübahisə predmeti olan televizorun əldə edilməsindən 1 ay 9 gün sonra məhkəməyə müraciət etməsi onun iddiasının əsaslılığını şübhə altına almaqla yanaşı, televizorda yaranmış qüsurun avadanlığın əldə edilməsindən bir müddət sonra, yəni istismar nəticəsində meydana gəlməsi ehtimallarını gücləndirir. Bunlardan əlavə, işin mübahisəsiz tərəfi ilə müəyyən edilir ki, televizorda meydana gəlmiş qüsur və ya nasazlıq onun ekranın sınmasından ibarətdir. Sınma, çatlama kimi qüsurların isə daha çox mexaniki təsir, kənar müdaxilə səbəbindən meydana gəlməsi bəlli fakt olmaqla yanaşı, onların görünən olması, yəni avadanlığın ilkin yoxlanması zamanı müəyyən edilməsinin mümkün olması iddianın əsassızlığını təsdiq edir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayəti nin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası apelyasiya şikayətinin də dəlilləri olmuş hallara ayrı-ayrılıqda düzgün hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsi nə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda olmadıqda, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 588.1ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsu rları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)9920/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar