Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4332/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X6 varisi İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4332/22 Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönədilməsi Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X6 varisi İddiaçı cavabdeh X3 qarşı “borc və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-51/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında ) nümayəndəsi İddiaçı ilə X5rasında bağlanmış 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alan X3 25.000 (iyirmi beş min ABŞ dolları) məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2017 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. X6 əvəzinə (Bakı şəhəri, 21 saylı notariat kontorunda xx.xx.2017 tarixdə verilimiş 7844 reyestr nömrəli etibarnamə əsasında ) nümayəndəsi İddiaçı ilə X7 arasında bağlanmış 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsindən g örünür ki, ipoteka qoyan X3 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayana ipotekaya qoyulmuşdur.
3. X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
4. Bakı şəhəri notariat kontorunun xx.xx.2018-ci il tarixli 853 nömrəli çıxarışına əsasən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X10 vəfatı ilə əlaqədar, mərhum X6 vərəsələrinin müraciəti əsasında vərəsəlik işi açılmış, mərhum X6 vərəsələri arvadı- X14, qızı X8, oğlu - X11, oğlu - X12 müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları pulun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları pulun və 13.000 ABŞ dolları faizin, cəmi 38.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2019-cu il tarixli H/02-PLS nömrəli "xxxx" MMC-nin qiymətləndirici ekspertinin hesabatına əsasən məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 30 saylı evin 9 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 62.000 (altmış iki min) AZN müəyyən edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1804/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il t arixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi qismən təmin edilmiş, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilsin, ipoteka predmeti ilkin satış qiyməti 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesa bı ilə iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 448.1, 739-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qanunun 34.1, 39.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ o lmamışdır. Belə ki, X9 ölən gün, yəni xx.xx.2018-ci il tarixdə oğluna verdiyi etibarnamə qüvvədən düşmüşdür. Bundan başqa, iddiaçı Əsgər X4 olsa belə, o halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməli idi. Lakin, iddiaçı həmin şəhadətnaməni məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatı isə ekspert rəyi deyildir və əsas kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı əslində faizə pul verən şəxsdir və xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqaviləsini bağlamaqda məqsədi, niyyəti cavabdehin əmlakına, yəni evinə yiyələnməkdən ibarət olmuşdur. Həmin borcun əksər hissəs i faiz şəklində qaytarılmış, lakin bu zaman da iddiaçı cavabdehin etibarından sui-istifadə edərək, onu aldatmış, bu barədə heç bir yazılı qəbz verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-51/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və V.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc verən X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələrinin müraciəti əsasında Bakı şəhə rinin notariusu X15 tərəfindən vərəsəlik işi açılmış və İddiaçı, X11, X8 və X14 vərəsələr kimi müəyyən edilmişdir. X1, X8 və X14 ayrı-ayrılıqda notariat qaydasında təsdiq edilmiş ərizələr verərək, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları pulu ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 kv.m 9 nömrəli iki otaqlı mənzilə yönləndirilməsinə və ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş borcun İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi vərəsə İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur.
16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə 250 00 ABŞ dolları məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu baxımdan iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 25000 ABŞ dolları əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
17. Eyni zamanda, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ip oteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılmasını və tələb etməkdə haqlıdırş
18. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malikdir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin yalnız məhkəmə ekspertizası rəyi əsasında müəyyən edilməsi isə hər hansı qanunla müəyyən edilməmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsinin həyata keçirməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğundur. Həmçinin cavabdeh borc məbləğinin əksər hissəsini iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəlləni n 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerini yetirə bilməmişdir. Bundan başqa məhkəmə aktlarının elektron bazasına əsasən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı cavabdehlə arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (2(005)-380/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269, 317, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1 və MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)51/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılm ası ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
29. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.
30. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
31. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir v ə iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
32. Maddə 36.4, 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin kredit borcunun tutulması hissəsində a pelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Borclu öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı borcverənin hüquqi varisi kimi borcu tələb etməkdə subyektiv hüquqa malikdir.
42. Kassasiya şikayətinin bu hissədə dəlilləri əsassızdır və apellyasiya şikayətinin eyni dəlillərinə apel lyasiya məhkəməsinin verdiyi qiymətlə məhkəmə kollegiyası razılaşır.
43. Buna görə də, kassasiya şikayəti bu hissədə təmin edilməməli, qətnamə cavabdehdən kredit borcunun tutlması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası tutmanın ipotekaya yönəldilməsi hissəsi ilə bağlı isə müəyyən edir ki, cavabdehə məxsus daşınmaz əmlakın kreditin təminatı üçün ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması, həmçinin ipotekaya tutma yönəldilməsi barədə ipotekaqoyana qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsi və bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə sübutlar iş materiallarında mövcud deyildir. Bu isə tutmanın ipotekaya yönəldilməsini mümkünsüz edən hallardır.
45. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 11-ci və 36-cı maddələrinin tələblərinin yerinə yetirilibyetirilməməsinin yoxlanılması üçün qətnamə tutmanın ipotekaya yönəldilməsi hissəsində ləğv edilməli vəiş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yeni baxışa göndərilməli, qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(103)-51/2021 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəni ş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə cavabdehdən kredit borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.