Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4335/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 adına Milli Oftalmologiya Mərkəzinə qarşı iddia qaldıraraq, Mərkəzin 132/K nömrəli xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmrin etibarsız hesab olunması, məc buri işburaxma müddəti üçün əmək haqqının və qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) xx xxxx 2019-cu il tarixli, 2(001)-1043/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətn amənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün əsaslar olmamışdır, bu barədə əmrin zəruriliyi ümumiyyətlə əsaslandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi formal mülahizələrlə qətnamə qəbul edərərək, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2007ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X8 adına Milli Oftalmologiya Mərkəzinin “Uşaqlarda gözün patologiyası bölməsinin kiçik elmi işçisi vəzifəsinə işə qəbul edilmiş, Mərkəzin xx xxxxxxx 2018-ci il tarixli 132/k saylı əmri i lə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsas təşkil edən və X3 da ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli təqdimatda, həkim-oftalmoloq İddiaçı fəaliyyət müddəti ərzində dəfələrlə əmək müqaviləsindən və elmi işçinin vəzifə borcları barədə Təlimatdan irəli gələn öhdəliklərini pozduğuna görə intizam məsuliyyətinə cəlb edilməsi, son bir ay ərzində baş verən növbəti intizamsızlıqların və əmək funksiyasının icrası zamanı yol verdiyi kobud pozuntuların onunla olan əmək münasibətinin davam etdirilməsini imkansız hala gətirib çıxarması, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə müvafiq olaraq birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edildiyi qeyd olunmuş, bu qərara dair əsaslandırılmış rəy verilməsi Hə mkarlar Təşkilatından xahiş edilmişdir. İş materiallarından görünür ki, X2 xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixdə töhmət, xx xxxxxx 2008-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxxxxx 2009-cu il tarixdə töhmət, xx xxxxxx 2011-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxx 2013-cü il tarixdə töhmət, xx xxxx 2013-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət, xx xxxxxx 2018-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, sonuncu intizam tənbehi onun tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini n xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. İşin müəyyən olunan digər halına görə, Mərkəzin rezident-oftalmoloqu X1 Abasovun onunla qanunvericiliyə uyğun olmayan, kobud rəftarı ilə bağlı şikayət yazmış, həmin hadisə İddiaçı mühafizəçi x ilə münaqişə yaşamasına və onunla əlbəyaxa olmasına görə ona xx xxxxxx 2018-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsindən qısa müddət sonra baş vermiş, məhz bundan sonra onun əmək müqaviləsi ləğv edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç”bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu ( öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehində n nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, x əmək intizamını pozduğuna və işinə məsuliyyətsiz yanaşdığına görə ona dəfələrlə intizam tənbehi verilmiş, sonuncu dəfə veri lən intizam tənbehi onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin iddia tələbi təmin olunmamışdır. Qeyd olunanlarla bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, habelə əvvəllər də intizam tənbehi aldığı əsas götürülmüşdür. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə d əyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4335/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4335/2020
06.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver