Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4337/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi, vəkili X4, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdeh maraqlı şəxs ƏXyanında Xtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Xna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun Xi ldən X ilə qədər Ağdərə rayonunda keçmiş (Mardakert) “Karl Marks” adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsi barədə hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) xx xxxxxx 2019-cu il tarixli, 2(008)-6420/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sərlik edən və məruzəçi), E.Şamayev və A.Hüseyn) xx xxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin hə ddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili x kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi və vəkili xv kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. X1 məxsus əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, o, 1974-cü ildən 1978-ci ilə qədər “Karl Marks” adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, ərizəçinin iş yoldaşı olmuşdur. Uzun müddət bir yerdə üzümçülükdə fəhlə kimi çalışmışlar. İşğal zamanı ərizəçi əmək kitabçasını götürə bilməmişdir. Həmin dövrün pulu ilə 30-40 manat əmək haqqı alırmışlar. O, öz əmək kitabçasını sonradan bir şəxsin köməkliyi ilə rayondan ala bilmişdir. Şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir k i, o, ərizəçinin iş yoldaşı olmuş, həmin dövrün pulu ilə 40-50 manat əmək haqqı almışlar. İşğal zamanı ərizəçi əmək kitabçasını götürə bilməmişdir. O, 20 il üzümçülük sovxozunda işləmiş, həmin müddətin 7 ilini ərizəçi ilə birlikdə çalışmışdır. İş materiallarında olan X5 məxsus əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər “Karl Marks” adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 saylı məktubu ilə ərizəçiyə bildirilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Ərizəyə əmək kitabçası əlavə edilmədiyi üçün ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ağdam rayon İcra Hakimiyyəti Baş Güney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arayışından görünür ki, keçmiş Ağdərə rayonunun arxivi Dağlıq Qarabağda qaldığı üçün Baş Güney kənd sakini Ərizəçi Ağdərə rayonunda işlədiyi haqqında ərazi nümayəndəliyində heç bir arxiv sənədləri yoxdur. Məcburi Köçkün vəsiqəsindən görünür ki, Ərizəçi 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Qeyd olunan sübutları araşdıraraq və Mülki Prosessual Məcəllənin 307.1, 307.2.11, 308, 311-ci maddələrinin tələblərini nəzərə alaraq apelyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, ərizə əsaslıdır. Çünki ərizəçinin Xci ildən Xci ilə qədər Ağdərə rayonunda keçmiş (Mardakert) “Karl Marks” adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu faktı “Karl Marks” adına üzümçülük sovxozunda işləmiş şahidlər təsdiq etmişlər. Eyni zamanda hər hansı obyektiv və ya subyektiv amillərə görə həmin şahid ifadələrini şübhə altına alınması və qeyrimötəbər sübut kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa işin mübahisəsiz halıdır ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanına malik deyil. Həmçinin maraqlı şəxsin nümayəndəsi bild irmişdir ki, həmin fakt məhkəmə qaydasında müəyyən edildiyi təqdirdə ərizəçi pensiya almaq hüququnu əldə etmiş olur. Apelyasiya instansiyası məhkəməsi hazırki ərizənin təmin edilməsi Mülki Prosessual Məcəllənin 308 və 311-ci maddələrinin tələblərinə tam uyğun olduğunu hesab etmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4337/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4337/2020
12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver