Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4338/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, Ərizəçi, cavabdehin vəkili X1 iştirakı ilə, Ərizəçi cavabdeh maraqlı şəxs olan X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanov) Ərizəçi cavabdeh maraqlı şəxs olan X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi təmin edilmiş, ərizəçinin 26.07.1971-ci il tarixdən 01.01.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonunun Yengicə kəndində yerləşən kolxozda sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və X.Sarıyev) Binqədi rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Maraqlı şəxs X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müra ciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi cavabdeh maraqlı şəxs olan X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə verərək 26.07.1971-ci il tarixdən 01.01.1989-cu il tarixədək Ermənistan Respublikasının Ararat rayonunun Yengicə kəndində yerləşən kolxozda sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş, 1989-cu ildən Ermənistan Respublikasından qaçqın statusu ilə Bakı şəhərində məskunlaşmışdır. İş üzrə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, ərizəçi ilə eyni kənddə doğulub yaşamışlar. O, Ararat rayonunun “Yol idarəsində”, ərizəçi isə həmin rayonun Yengicə kəndində yerləşən kolxozda sürücü vəzifə sində işləmişlər. Ərizəçi həmin işdə 1971-1989-cu illərdə çalışmışdır. Məlum hadisələrdən sonra o, Ermənistanda yaşayan digər azərbaycanlılar kimi, 1989-cu ilin oktyabr ayında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Şahid X adına olan “Əmək kitabçasında” aparılmış qeydlərdən müəyyən edilir ki, o, 1977-1978-ci illərdə Ermənistan Respublikasının Ararat rayonunda “Yol Tikinti İstismar Sahəsində” sürücü işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçi kimi Ararat rayonunun Yengicə kəndində doğulub, yaşamış, ərizəçi ilə qonşu olmuşdur. O, həmin rayonda “Avtobazada” sürücü işlədiyi zaman, ərizəçi də Yengicə kəndində yerləşən kolxozda sürücü işləmişdir. Onda olan məlumata görə ərizəçi orada 1989-cu ilədək işləmişdir. Məlum hadisələrlə bağlı Bakı şəhəri nə köçərkən ərizəçi əmək kitabçasını özü ilə götürə bilməmişdir. Şahid X adına olan “Əmək kitabçasında” aparılmış qeydlərdən müəyyən edilir ki, o, 1978-ci 1982-ci illərdə Ararat Rayonunun Avtotrestin “5 saylı Avtobazasında”, 1982-1984cü illərdə isə həmin Trestin özündə sürücü, 1984-1986-cı illərdə isə gözətçi işləmişdir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, ərizəçi 26.07.1971-ci il tarixdən 01.01.1989-cü il tarixədək Ermənistan Respublikasının Ararat rayonunun Yengicə kəndində yerləşən kolxozda sürücü vəzifəsində işləmiş, lakin yaşadığı ərazini məcburən tərk edən zaman əmək fəaliyyətini təsdiq edən əmək kitabçasını itirmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi üçün sosial sığorta stajının hesab lanması Qaydaları”nın 2.5ci bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçinin əmək pensiyası almaq hüququ vardır, lakin onun işləmiş olduğu və arxiv sənədlərinin saxlandığı yaşayış məntəqəsini məcburən tərk etməsi nəticəsində ərizəçi lazım olan sənədləri əldə edə bilmir və onun həmin sənədləri başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin yuxarıda qeyd olunan müəssisədə işləməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məh kəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinə görə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyin i əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4338/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4338/2019
05.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver