Məhkəmə qərarları › İş №2(102)-4338/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4338/2022

10.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4338/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" X1ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Mill i Observatoriya” X1ə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(001)2982/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 01 avqust 2003-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində (bundan sonra – ETTM) “Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili” şöbəsinə aparıcı metodist təyin edilmişdir.

2. İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs (bundan sonra “cavabdeh” və ya “Observatoriya”) arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Observatoriyanın Əmək bazarının proqnozlaşdırılması şöbəsinə 3 ay müddətinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı 30 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir.

4. Son haqq-hesab cədvəlinə əsasən iddiaçı üçün 2020-ci ilin aprel, may və iyun ayları üçün hesablanmış cəmi məbləğ 1.800 manatdır. Son hesaba düş ən gün 7,5 gün, 1 günə düşən məbləğ 19,74 manat, cəmi hesablanmış son haqq-hesab 148,03 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Observatoriyada əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 11.188,1 manat, maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 16.188,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz miqdarında cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ETTM-də müxtəlif vəzifələ rdə işləyən mütəxəssis olub. ETTM-də işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur.

7. Yeni yaradılan Observatoriya da bu qəbildən olan işlərlə məşğuldur. ETTM-in ləğvi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №-li Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa i cazə vermişdilər) ərizə yazmağa məcbur ediblər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də iddiaçıya Observatoriyada işlə təmin olunmağına dair ərizə yazdırıblar. 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə iddiaçını işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildiriblər.

8. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surə ti, əmək kitabçası və son haqq-hesab iddiaçıya verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02 iyul 2020-ci il tarixdə ƏƏSM Nazirinə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir.

9. İddiaçı öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilmişdir.

10. Eyni zamanda iddiaçı 3 ay fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı tam verilməmişdir.

11. İddiaçı peşəkar, işdə çox geniş səlahiyyətləri, eyni zamanda yüksək stajı olan şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı bir əsas mövcud olmamışdır.

12. Bundan əlavə, əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün iddiaçıya təqdim edilmiş və imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da Observatoriya tərəfindən öncədən pozulmuşdur. Eləcə də, həmin əmrlərə aid müvafiq sənədləşmə işləri ilə, ümumiyyətlə, tanış olmadığından iddiaçı üçün cavabdehin hazırki addımının mahiyyəti anlaşılan deyil.

13. Cavabdehin hazırki əməlləri nəticəsində iddiaçı bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər iddiaçının başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı yoxdur. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, belə olan halda, cavabdeh qanunvericiliklə nəzə rdə tutulmuş cərimə ödəməsi qaydasında cəzalandırılmalıdır.

14. Həmçinin artıq bir neçə müddətdir işsiz qaldığı üçün iddiaçıya mənəvi ziyan vurulmuşdur. Bu vəziyyət iddiaçıya əsəb-stress və mənəvi iztirablar vermişdir. Buna görə də bu mənəvi ziyanın əvəzi olaraq da 5.000 manat pul cavabdehdən tutulmalıdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45, 47, 73-cü, Mülki Məcəllənin 21, 23, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

16. Cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi nəticəsində mərkəzin ixtisar olunan işçilərinin işlə təmin olunması üçün müvafiq tədbirlərin görülüb və həmin işçilər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1də işə götürülmüşdür. Hazırki iş üzrə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi də şəxsin iradə ifadəsinə əsasən bağlanır. İddiaçı müddətli əmək müqaviləsini könüllü bağlamışdır. İddiaçıya əmək müqaviləsini imzalamağı ilə bağlı hər hansı təsir göstərilməmiş və ona qarşı ayrı-seçkiliyə yol verilməmişdir. Əmək müqaviləsinin müddəti bitdiyindən iddiaçının əmək müqaviləsinə xitam verilmiş və bununla da iddiaçının hər hansı hüquqları cavabdeh tərəfindən pozulmamışdır.

17. Cavabdeh tələbə idda müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1729/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 31 oktyabr 2014-cü il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişinə əsasən ETTM ilə iddiaçı arasında 01 avqust 2003-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı “Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili” şöbəsinə aparıcı metodist təyin edilmişdir. 02 may 2016-cı il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişinə əsasən ETTM ilə iddiaçı arasında bağlanmış 01 avqust 2003-cü il tarixdə müddətsiz əmək müqaviləsi üzrə iddiaçı “Əmək şəraiti və əməyin mühafizəsi” şöbəsinə baş elmi işçi təyin edilmişdir. Eyni zamanda tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020 -ci il tarixdə bitmişdir. Cavabdeh 30 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmrlə “Əmək bazarının proqnozlaşdırılması” şöbəsində aparacı mütəxəssis vəzifəsində işləyən iddiaçı ilə bağlanan əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı müddətli əmək müqaviləsini məcbur olub imzaladığını bildirsə də, bununla bağlı hər hansı mö təbər sübut məhkəməyə təqdim edə bilməmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmadığından, iddia tələbinin “işə bərpa” hissəsi əsassızdır.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin “məcburi işəburaxma müddətinə görə əmək haqqı və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 16.188,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində cərimənin cavabdehdən tutulması” hissələri ilə əlaqədar qeyd etmişdir ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və əmək qanunvericiliyinə əsasən bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunubolunmamasından asılıdır. Buna görə də bu tələblər də t əmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edib ki, cavabdeh 30 iyun 2020-ci il tarixli əmrin surətini və əmək kitabçasının iddiaçıya verilməsinə dair sübut təqdim etmədiyi üçün iddiaçı müddəti ötürməmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 43, 45, 47, 68, 73, 83, 296, 300-cü, Mülki Məcəllənin 372.1, 375.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

27. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(103)-4757/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və mərizəçi), Fuad Talışinski, Rəfael Eyvazov)

28. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 01 avqust 2003-cü il tarixdən 30 mart 2020-ci il tarixədək ETTM-də müxtəlif vəzifələrdə çalışmış, həmin Mərkəzin Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanına əsasən ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar 30 mart 2020-ci il tarixdə öz xahişi əsasında Mərkəzdə tutduğu vəzifədən azad olunmuş, həmin tarixdə iddiaçı ilə yeni yaradılmış Observatoriya arasında 3 ay müddətinə ə mək müqaviləsi bağlanaraq, iddiaçı “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə götürülmüş, cavabdeh təşkilatın 30 iyun 2020-ci il tarixli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə tutduğu vəzifədən azad edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasından xəbərdar olmadığını, bu faktla bağlı aldadıldığını bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər və kifayətedici sübut təqdim etməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi onu da vuröulayıb ki, Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

32. Kassasiya şikayət belə əsaslandırılmışdır ki, apellyaisya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib.

33. Azərbaycan Respublikası Ali Mə hkəməsi Mülki Kollegiyasının 2(102)-159/2022 saylı, 01 fevral 2022-ci tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4757/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

34. Kassasiya instansiyası məhkəməsini mövqeyi: - əvvəla, işin müəyyən edilmiş hallarına görə yeni yaradılan publik hüquqi şəxs – Observatoriya iddiaçının əvvəl işlədiyi ETTM-in hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni ETTM ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Digər tərəfdən, iddiaçının ləğv edilmiş ETTM-də, həmçinin yeni yaradılmış Observatoriyada vəzifəsi – “aparıcı metodi st; “baş elmi işçi; “aparıcı mütəxəssis” olub, əmək funksiyası isə dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmək, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda emalı, təhlili və təkliflərin hazırlanması, elmi tezislərin və kitabçaların çap olunması və sairdən ibarət olub. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub; - nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə, onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Yaddan çıxarmaq olmaz ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır; - apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 45, 47-ci maddələrinin tələblərini pozaraq, iddiaçının 01 avqust 2003-cü ildən son 17 il müddət ərzində fasiləsiz və etirazsız olaraq cavabdehdə müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə g ördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilməməsinə, lakin buna baxmayaraq işəgötürənin iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamasına diqqət yetirmədən, sonuncu ilə müddətli əmək müqaviləsinin bağlanması üçün əsasların olub-olmadağını araşdırmadan, yalnız əmək müqaviləsinin müddətinin qurtarmasını əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəl li olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun; - hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, son 17 il müddət ərzində onunla əmək münasibətində olan iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb və sonradan isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam verib; - apel lyasiya instansiyası məhkəməsi, iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini göstərsə də, bununla da razılaşmaq olmaz. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər; - apellyasiya instansiyası məhkəməsi, işə baxarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin təfsirində səhvə yol verib. Belə ki, sözügedən maddənin mənasına görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz. İşəgötürən iddiaçı ilə müddətli əmək müqaviləsini o, vaxt bağlaya bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsinə nəzərdə tutulan hallar olmuş olsun; - Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 02 iyun 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyəsinə də tam uyğundur; - tərəflər arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə apellyasiya qaydasında yenidən qiymət verilərkən ilk növbədə iddiaçının son 17 il müddət ərzində əvvəl Mərkəzdə, sonradan isə yeni yaranmış publik hüquqi şəxsdə fasiləsiz və etirazsız işləməsi, habelə onun gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməlidir; - eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri ba xımından iddiaçıya münasibətdə işəgötürənin daha üstün statusda olması nəzərə alındıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin b)bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində məhz işəgötürənin əsas vəzifəsi sayılır; - qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıx ış etməsi hamıya məlum olan haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. - 17 il müddət ərzində fasiləsiz və etirazsız olaraq ləğv edilmiş Mərkəzdə işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən X1 onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-2982/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1 **********5 nömrəli, 30 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının həmin Şəxsin “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəç), Akif İsgəndərov,İlham Kərimli)

36. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ca vabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq etməsi (Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli 95 nömrəli Qərarı təsdiq edilmiş Nizamnaməsinin 4.1ci bəndi) o demək deyil ki, bu cür standartları tətbiq edərkən əmək qanunvericiliyinin imperativ tələblərini pozmalıdır. Observatoriyada işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq işçinin əmək hüquqlarını pozmamalıdır. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilməsi nəzərdə tutulmuşdur. Yəni, əmək müqaviləsini sınaq müddəti ilə bağlamaq işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin işdən görünür ki, iddiaçı ilə müqavilə 3 ay müddətinə bağlansa da, müqavilədə sınaq müddəti göstərilməmiş, ona görə də Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən bu müqavilə sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. İddiaçının kifayət qədər əmək stajı var, o cümlədən 17 ildən artıq cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Buna görə də iddiaçı ilə hazırki əmək müqaviləsi onun peşəkarlıq səviyyəsi yaxud müvafiq əmək funksiyasını icra etmək bacarığı yüksək olduğundan 3 ay müddət müəyyən edilmədən, yəni müddətsiz bağlanılmalı idi.

37. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 17 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi.

38. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmalıdır.

39. Apellyasiya instansiya məhkəməsi onu da vurğulayıb ki, birinci apellyasiya icraatı zamanı 30 may 2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə ərizə ilə (i.v.164) müraciət edərək Observatoriyada “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməyi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işdən azad olunmağı barədə xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmiş, ancaq apellyasiya mərhələsində iddia tələbinin həcminin azaldılması nəzərdə tutulmasa da əslində iddiaçının məqsədi də elə bu ərizədə göstərdiyinə nail olmaq olmuşdur.

40. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 11188,10 manat maddi, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 16.188,10 manat və qətnamə icra olunan günədək hər gün üçün ümumi məbləğin 1% miqdarında cərimənin cavabdehdən tutulub ona ödənilməsi hissəsi qeyri-müəyyən olduğundan və digər hissələrə dair hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən həmin hissələrdə iddia təmin edilə bilməz. Əvvəla, qeyd olunduğu kimi, iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olaraq onsuz da təmin ediləcəkdir. Bu məbləğin 11188,10 manat olması və ya bundan az, yaxud çox olacağı işə bərpa olunan günə uyğun hesablanacaqdır. Buna görə də hazırki vəziyyətdə konkret məbləğin göstərilməsi qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər.

41. Apellyasiya instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddia tələbi üzrə belə qənaətə gəlib ki, iddiaçı mənəvi zərərə məruz qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən bu hissədə də iddia təmin oluna bilməz. Bundan başqa qətnamə icra olunan günədək hər gün üçün ümumi məbləğin 1% miqdarında cərimə də ca vabdehdən tutula bilməz. Çünki, əmək haqqının gecikdirilməsi tərəflər arasında fərdi əmək mübahisəsi yaratmışdır. Bu cür vəziyyətdə iddiaçıya Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının azı bir faizi məbləğində ödənc verilə bilməz.

42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47, 68.1, 68.2, 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 420-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

44. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozaraq və s əhv təfsir edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsini bildirmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərtinin, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin bağlanmasına işçinin razılığının olmaması qənaətinə gəlmiş və faktiki olaraq onun doğurduğu hüquqi nəticələrin ləğvi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi bir növ tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olması nəticəsinə gəlib çıxarır. Halbuki, nə iddia ərizəsində bu kimi tələb irəli sürülmüş, nə də ki məhkəmə qətnaməsinin nəticə hissəsində bununla bağlı məsələyə münasibət bildirilməmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsızlığını irəli sürmüş, lakin bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə qətnaməsi subyektiv zənn və ehtimallara deyil, konkret sübutlara əsaslanmalıdır. Mübahisəli məhkəmə qətnaməsinin əsasla ndırıcı hissəsi, əsasən də əmək müqaviləsinin müddətli əsaslarla bağlanması zamanı tərəflərin iradə ifadəsinin müəyyən olunması hissəsində faktiki olaraq məhkəmənin subyektiv mülahizə və ehtimallarına əsaslanır. Halbuki, iş üzrə materiallarda əmək müqaviləsindəki imza-xətt nümunəsinin iddiaçıya məxsus olduğunu istisna edən hər hansı sübut (xətşünaslıq ekspertizasının rəyi və s.) mövcud olmamış, iddiaçı özü də həmin imzaxətt nümunəsinin ona məxsus olduğunu təkzib etməmişdir. Bununla yanaşı, müqavilədəki imzanın iddiaçıya məxsus olduğu halda iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməməsini bildirən apellyasiya instansiyası məhkəməsi həmin imzanın iddiaçının iradəsinə zidd olduğunu hər hansı faktiki hal və sübut (hədə-qorxu, təzyiq və s.) ilə əsaslandıra bilməmişdir. Müqavilədəki imza-x ətt nümunəsinə belə nihilist münasibəti praktiki olaraq mülki dövriyyədə bağlanılmış istənilən müqaviləyə şamil etmək olardı ki, bu da mülki dövriyyənin sabitliyinə xələl gətirmiş olardı. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisə üzrə kəsici müddətin tətbiqi ilə bağlı mövqeyi Ali Məhkəmənin Mülki Kollegiyasının analoji işlər üzrə bir sıra qərarlarının hüquqi mövqeyindən fərqlənmişdir. Belə ki, “B.Mürsəlovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununxx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə et məməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. İddiaçı etirazda verilmiş kassasiya şikayətinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Əmək Məcəlləsi Maddə 45. 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xü susiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orq anının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 300.1. Əgər işəgö türən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hall ara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

47. Kassasiya şikayətində cav abdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3642-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya mə hkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

54. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

55. Məhkəmə kollegiyası cavabdehin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinadən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətlərin kəsici müddət olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, qeyd edilən Qərarda Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı, yəni etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətinin kəsici müddət olmasını qeyd etmişdir.

56. Əmək Məcəlləsinin 296-cı maddəsi isə fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nizama salır. Maddənin adından da görünür ki, fərdi əmək mübahisələri ilə bağlı müddət iddia müddətidir.

57. Bundan başqa, əmək mübahisələrində Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarında da bir daha təsdiqini tapıb.

58. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsızlığını bildirməklə iddia tələbindən kənara çıxması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə iddia tələbləri həddində baxmış, hətta iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində əmək müqaviləsinin hər hansı bəndinin etibarsız hesab edilməsi barədə nəticə yoxdur.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X1 kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(001)-2982/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar