Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4341/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vnun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş k asasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və yeni qeyri-yaşayış sahəsi verilənədək aylıq kompensasiyanın ödənilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı “xxxx” MMC-nin cavabdehlər İddiaçı, AR ƏMDK-yə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-yə qarşı “qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrində mülkiyyət hüququ barədə reyestr yazısının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, AR ƏMDK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx.xx.2017-ci il tarixli yazının (qeydiyyat nömrəsi **********; daşınmaz əmlakın reyestr nömrəsi **********3305101-083002) ləğv edilməsi, AR ƏMDK tərəfindən İddiaçı 21000 manat məbləğində pulun geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh ƏMDK və 3-cü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ap elyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xxx saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında sökülmüş, ümumi sahəsi 84.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzi və həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 20% əlavə qeyri-yaşayış əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və xx.xx.2018-ci il tarixdən başlayaraq tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 800 manat kompensasiyanın verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ƏMDK və 3-cü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinin tərəfindən ve rilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və yeni qeyriyaşayış sahəsi verilənədək aylıq kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında sökülmüş, ümumi sahəsi 84.2 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh “xxxx” MMC tərəfindən onun öz vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC cavabdehlər İddiaçı, AR ƏMDK-yə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-yə qarşı “qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrində mülkiyyət hüququ barədə reyestr yazısının ləğv edilməsi”tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər AR ƏMDK ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx.xx.2017-ci il tarixli yazının (qeydiyyat nömrəsi **********; daşınmaz əmlakın reyestr nömrəsi **********33-05101-083002) ləğv edi lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddianın əsasının və predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında sökülmüş, ümumi sahəsi 84.2 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin qeyri-yaşayış sahəsinin qanuni sahəsindən 35% əlavə qeyri-yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində qeyri-yaşayış sahəsi ilə təmin edilməsi və tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi təhvil verilənədək ona aylıq 1500 manat kompensasiyanın verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi həmin binada hər hansı bir mənzilə xidmət etmək üçün nəzərdə tutulmamış, həmin qeyri-yaşayış sahəsində mühəndis qurğuları və ya binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar, yaşıllaşdırma və abadlaşdırma elementləri mövcud olmamış, həmin qeyri-yaşayış sahəsi binaya xidmət etmək üçün nəzərdə tutulmamış, ən əsası isə fərdi mülkiyyət obyekti olmaqla, paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsus olmamışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə sözügedən qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsus olmasını əsaslandırmamış və bu ha lı təsdiq edə biləcək hər hansı bir sübuta istinad etməmişdir. Belə bir sübut növü də ümumiyyətlə mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi həmçinin Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən 7,5 ha torpaq sahəsinin yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxx” MMC daimi istifadəsinə verildiyi barədə Azərbaycan Respublikası ƏMDK-nın əvvəlcədən məlumatlı olmasının mülki işin hansı materialı ilə istisna edilmədiyini əsaslandırmamış, mülki işin materiallarında da həmin məlumatın ƏMDK-nə verilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi ünvan 3 ünvanda yerləşən yaşayış binasının “xxxx” MMC tərəfindən məhz 2016-cı ilin noyabr ayında sökülməsinin isə əlavə edilm iş 115 savlı MKİS xx xxxx 2018-ci il tarixli arayışı, sonuncu ilə Rəhim Abbasov arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin surəti, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Rəhim Abbasov və Məmmədhüseyn Atakişiyevin ifadələri ilə də istisna edilmədiyini qeyd etmişdir. Məhkəmənin əsaslandığı qeyd edilən sübutlar heç bir halda hazırkı iş üzrə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ilk növbədə 115 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 14 saylı arayışı ilə bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə ilkin apelyasiya baxışı zamanı məhkəmənin əldə etdiyi 2 saylı MKTB-nin 84 saylı, xx xxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli, 6 girişli yaşayış binası Bakı şəhər MKTB-nin balansına qəbul edildikdən sonra birliyin tabeçiliyində olan 116 saylı MKİS-in xidmətinə verilmişdir. Belə olan təqdirdə U5 saylı MKİS xidmət etmədiyi ünvan 4 ünvanında yerləşən binanın sökülməsinə dair arayış vermək səlahiyyətinə malik olmamışdır. Bu hal sözügedən binanın məhz 2016-cı ilin noyabr ayında sökülməsi barədə 115 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 14 saylı arayışın mötəbər olmadığına dəlalət edir. Beləliklə, 115 saylı MKİS-nin arayışı qeyri-yaşayış sahəsinin hansı tarixdə söküməsini təsdiq edən sənəd hesab oluna bilməz. Həmçinin məhkəmənin istinad etdiyi şahid X1 izahatına tənqidi yanaşılmalıdır. Belə ki, şahid mübahisəli qeyri-yaşayış sahəsinin özünün özəlləşdirmək istəyini, bunun üçün Respublika Seysmoloji Mərkəzinə, Azərbaycan Respubl ikasının X5 Komitəsinə bir neçə dəfə müraciət etməsini bildirsə də, bununla bağlı hər hansı sübutları (ərizə, xahiş və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda şahidin qeyri-yaşayış sahəsinin onun sahibliyində olması (açarların onda olması), özəlləşdirməsi üçün müraciət etsə də, ona imtina cavabı verildiyi inandırıcı ifadə kimi qəbul edilə bilməz. Eləcə də, sözügedən yaşayış binasının sökülməsi ilə bağlı cavabdeh «xxxx» MMC ilə fiziki şəxs R.A.Abbasov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə münasibətdə qeyd edilməlidir ki, həmin müqavilə ilə söküntü işlərinin 15 gün müddətində başa çatdırmaq vəzifəsi icraçı R.A.Abbasovun üzərinə qoyulsa da, müqavilə üzrə öhdəliklərin icra olunmasını təsdiq edən hər hansı sənəd (söküntünün başa çatdığı tarix qeyd edilməklə boşalmış mə nzillərin icraçının ixtiyarına verilməsini təsdiq edən təhvil-təslim aktı və s.) əlavə edilmədiyindən həmin müqavilə söküntünün məhz 2016-cı ilin noyabr ayında başa çatdığını sübut edən dəlil kimi qiymətləndirilə bilməz.Bundan başqa, məhkəmə iddiaçının həmin sahədən təyinatı üzrə istifadə etməməsinin nəyə əsasən müəyyən olunduğunu əsaslandırmamışdır. Ən əsası ilə iş materialları ilə də müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 84,2 kv metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası X5 Komitəsi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə iddiaçı Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə RX seriyalı, № ******* saylı «Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən «Çıxarış» verilmişdir. Qeyd olunanlardan da aydın olur ki, qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyəti olmaqla, onun daşınmaz əmlaka qanuni əsaslarla yaranmış müvafiq əşya hüquqları da mövcud olmuşdur və bu hal iş materialları ilə tam təsdiqini tapır.Hazırki iş üzrə qarşılıqlı iddiaçının iddia etdiyi kimi qeyriyaşayış sahəsinə dair alqı-satqı müqavilənin etibarsızlığı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən müqavilənin etibarsızlığı üçün hüquqi əsas mövcud deyildir. Ümumiyyətlə mübahisələndirilən əqdin etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan mübahisəli qeyri-yaşayış s ahəsinin söküldüyü təqdirdə həmin əmlakın sərəncamçısı olan X5 Komitəsinin razılığının alınması tələb olunurdu ki, hazırkı iş üzrə belə bir razılığın alınması, yaxud söküntü barədə Komitəyə hər hansı rəsmi məlumatın göndərilməsi müəyyən olunmamışdır, işin bu halı mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən hansı vaxtda (özəlləşmədən əvvəl və yaxud sonra) sökülməsini müəyyən etməməklə bərabər, mülkiyyətçinin sərəncam vermək hüququnun pozulması ilə həyata keçirildiyini təsdiq edir. Hazırki işdən görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün hərraca çıxarılması barədə ƏMDK tərəfindən qərar qəbul edilmiş, hərrac xx.xx.2017-ci il tarixdə baş tutmuş, ƏMDK ilə hərracın qalibi İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı əsasınd a əmlak iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. İşin hallarından görünür ki, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna əsas verən ilkin sənəd-əmlakın özəlləşdirilməyə çıxarılması barədə ƏMDK-nin müvafiq inzibati aktı olan qərarıdır ki, həmin akt hazırda qüvvədədir və onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Qarşılıqlı iddiaçı sökülmüş qeyri-yaşayış sahəsinə özəlləşmənin qanunsuz olduğunu iddia etdiyi halda özəlləşməyə əsas verən ilkin hüquqi sənədi inzibati orqanın qərarını mübahisələndirməmiş, yalnız həmin qərardan doğan sonrakı hüquqmüəyyənedici sənədləri - alqı-satqı müqaviləsini və çıxarışı mübahisələndirmişdir. Halbuki, hərracın keçirilməsinə əsas olmuş inzibati akt ləğv olunmadan ondan yaranan hü quqi nəticələrin ləğvi və ya etibarsızlığına hüquqi qiymət verilməsi hazırki məhkəmə icraatı qaydasında yolverilməzdir. Göstərilənlərə əsasən onlar onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ƏMDK-nin və qarşılıqlı iddia üzrə 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə yə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Əsədov Samir Aağaəli oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk rədd təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İşin araşdırılmış hallarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətinə yaşayış binasından kənarda və ya binanın daxilində birdən çox mənzilə xidmət edən və fərdi mülkiyyətin obyekti olmayan yardımçı hissələr daxildir. Mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutlan obyektlər, o cümlədən mühəndis qurğuları olan zirzəmilər və həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıqlar; yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi; binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və sair paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Belə obyektlər, o cümlədən zirzəmilər müvafiq dövlət orqanının deyil, yalnız yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar əsasında digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar yaşayış binasının mülkiyyətçilərinin və digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Eləcə də işdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarı əsas tutularaq, B akı şəhəri, Nərimanov rayon İHB xx xxxxxx 2016-cı il tarixli, 264 saylı Sərəncamı ilə rayonun Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən 7,5 ha torpaq sahəsi yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikitisi üçün “xxxx” MMC daimi istifadəsinə verildiyi və bu barədə Azərbaycan Respublikası ƏMDK əvvəlcədən məlumatlı olması mülki iş materialları ilə istisna edilmədiyi halda, sonuncunun, 2016-cı ilin noyabr ayında “xxxx” MMC tərəfindən sökülmüş və mövcud olmayan zirzəmini “hərracın nəticələri haqqında” xx xxxxxx 2017-ci il tarixli, 04/01 saylı protokola və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 21.000 manata İddiaçı satması və həmin zirzəmiyə dair sonuncunun adına xx xxxxx 2017-ci il tarixli “Texniki pasport” və “hüquqları n dövlət qeydiyyatı haqqında” Çıxarış verməsi qanuni, əsaslı sayıla bilməz. Çünki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının “xxxx” MMC tərəfindən məhz 2016-cı ilin noyabr ayında sökülməsi işə əlavə edilmiş 115 saylı MKİS xx xxxx 2018-ci il tarixli arayışı, sonuncu ilə Rəhim Abbasov arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin surəti, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Rəhim Abbasov və Məmmədhüseyn Atakişiyevin ifadələri ilə də istisna edilməmişdir. Həmçinin araşdırma zamanı ilk iddiaçı mübahisəli sahəyə dair hüquqmüəyyənedici sənədləri ərazi üzrə MKİS-ə təqdim etməsi, həmin sahədən təyinatı üzrə istifadə etməsi müəyyən olunmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı daşınmaz əmlaka qanuni əsaslarla yaranmış müvafiq əşya hüquqlarının mövcud luğunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə müvafiq olaraq, qəzalı vəziyyətdə olan binalar (yaşayış sahələri) özəlləşdirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 18-ci maddəsinə əsasən daşınmaz əmlakın tam məhvi və bunun nəticəsində onun qeydiyyatının hüquqi əhəmiyyətinin itirilməsi halında, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə də, apelyasiya kollegiyası hesab etmişdir ki, alqı-satqı əqdinin bağlanması anına mübahisəli qeyri-yaşayış sahəsi mövcud olmadığı halda mübahisələndirilən əqd yararsız obyekt barəsində bağlanmışdır ki, bu da həm satıcının, həm də alıcının mülkiyyət hüququnu əhəmiyyətsizliyinə dəlalət edir. X5 Komitəsinin mübahisəli sahə məhv olduğu üçün həmin əmlaka mülkiyyət hüququ yarana bilməzdi, mülkiyyət hüququ olsa da b elə onu özgəninkiləşdirmək hüququndan istifadə etməsi isə qeyd olunduğü kimi əhəmiyyətsiz olmuşdur. Apelyasiya kollegiyası həmçinin qeyd edilmiş əqdin iştirakçılarının əqdin bağlanmasına yönəlmiş hərəkətlərin qəsdən edilməsi, yəni, onların yuxarıda göstərilən ərazidə aparılan yenidənqurma işlərindən xəbərdar olmaya bilməmələrinə dair iik iddia üzrə cavabdehin, qarşılıqlı iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, müəyyən edilmişdir ki, qeyd edilən layihə, pilot layihə olmaqla, dövlət tərəfindən dəstəklənir. Həmin müddət ərzində sakinlərlə bağlanmış müqavilələr əsasında onlar müvəqqəti vaşayışyerlərinə köçürülmüşlər. Bu halda Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət reyestrində müvafiq qeydiyyat yazıları ləğv edilməli olduğu halda, əksinə sökülmüş və mövcud olmayan əmlak lara dair hərrac keçirilir, əqdlər bağlanılır və s.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qəzalı vəziyyətdə olmuş və sökülmüş binada yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə qarşılıqlı iddia üzrə cavabdehlərin bağladığı əqd və həmin əqd əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin apardığı qeydiyyat formal, əhəmiyyətsiz xarakter daşımaqla qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, ilk iddianı rədd, qarşılıqlı iddia isə təmin etməklə X5 Komitəsilə İddiaçı arasında xx xxxxxx 2017-ci il ta rixində bağlanmış, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı- satqısı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehİddiaçı Bakı şəhəri, Nərimanov rayonu Faiq Yüsifov küşəsi 37 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxx 2017ci il tarixli yazının (qeydiyyat №-si **********; daşınmaz əmlakın reyestr №-si: **********33-05101- 083002) ləğv edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, ilk iddiaçı ilə qarşılıqlı cavabdeh AR ƏMDK arasında mübahisələndirilən qeyri-yaşayış sahəsinə d air xx.xx.2017-ci il tarixli müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olmuş və qeyri-yaşayış sahəsi sökülmüş binada mövcud olmuşdur. Belə ki, binanın 2016-cı ildə sökülməsi şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. İddiaçının həmin sahəsi hansı əsasla istifadə etməsi, icarə münasibətində istifadə edib-etməməsi öz təsdiqini tapmır. Əksinə iş materiallarından da görünür ki, iddiaçı özü bildirmişdir ki, söküntünün başlamasını, ərazinin hasara alınmasını bildikdən sonra o, Daşınmaz Əmlaka müraciət etmişdir. Belə olan halda AR ƏMDK ilə ilk iddiaçı arasında bağlanmış müqavilə formal xarakterli olmuşdur. Belə ki, səlahiyyətli dövlət orqanları tərəfindən sözügedən ərazidə yerləşən 7,5 ha torpaq sahəsinin 2016cı ilin avqust ayından yeni hündürmərt əbəli çoxmənzilli yaşayış binalarının tikitisi üçün “xxxx” MMC daimi istifadəsinə verilməsindən Azərbaycan Respublikası ƏMDK məlumatsız olması inandırıcı, ağlabatan görünmür və mülki iş materialları ilə təsdiq olunur ki, sözügedən layihə, əslində pilot layihə olmaqla dövlət tərəfindən dəstəklənir və Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı ilə sözügedən ərazidə 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılışdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazi lərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi Nərimanov rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Belə olan halda xx.xx.2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması öz təsdiqini tapmış olur. Əhəmiyyətsiz əqd isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığı andan etibarsızdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Həmçinin kasasiya yoxlaması zamanı hər hansı maddi və prosessual hüquq normasının pozuntusu da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsi nə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4341/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4341/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver