Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4345/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvanoğlunun katibliyi, ərizəçi İddiaçı və vəkili X2, Maraqlı şəxs AR DİN Bakı şəhər Baş Polis İdarəsinin vəkili Vəkil iştirakları ilə, Maraqlı şəxs AR DİN Bakı Şəhəri Baş Polis İdarəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Ray on Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, 2(010)-9613/2016) İddiaçı ərizəsi təmin edilmiş, ərizəçinin 01 noyabr 1985-ci ildən 06 oktyabr 2006-cı ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşı kimi Neft Daşlarında xidmət etməsi faktının müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, S.F.Hacıyev 2(103)-1685/2017) maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Qurbanov(sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, A.N.İmanov 2(103)-1685/2017) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı ilə (G.A.Quliyev, (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və T.A.Qoldman, 2(102)-850/18) AR DİN Bakı Şəhəri Baş Polis İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qərardadı ilə (hakimlər Ş.V.İsmayılov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və Ə.İ.Qasımov 2(103)-1685/2017) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddət ötürülməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə (Ə.Ə.Əliyev, (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev, 2(102)-4263/18)AR DİN Bakı Şəhəri Baş Polis İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnanəsı ləğv edilmiş, iş yeni apellasiya baxışına qaytarılmışdır. Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov, 2(103)-9547/2017) maraqlı şəxs AR DİN Bakı Şəhəri Baş Polis İdarəsinin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışınski 2(103)9547/2018) maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı ş əhər Baş Polis İdarəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadınıntamamiylə ləğv edilməsini və kassasiya şikayəti vermə müddətini buraxılmış hesab edib, qətnamədən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinin tələblərini pozaraq əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında maraqlı şəxs AR DİN Bakı şəhər Baş Polis İdarəsinin vəkili Vəkil kassasiya şikayətinə uyğun izhat verərək, şiayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı və vəkili X3 kassasiya şikayətinin təmin ed ilməməsi barədə qərar qəbul edilməsini xahişetdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instans iyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellasiya Məhkəməsi Mülki Kollegiyası öz qərardadını Azərbaycan Respublikası MPM-nin 130.1,130.3,405-0-405.0.1,408-1.4,408.2-ci maddələrinə istinad etməklə onunla əsaslanmışdır ki, maraqlı şəxs tərəfindən qətnamə 12 noyabr 2018-ci il tarixində rəsmi qaydada alınmış, hazırki kassasiyasiya şikayəti isə 31 yanvar 2019-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim olunmuşdu r. Kasassasiya qanunla nəzərdə tutulmuş 2 ay müddət ötürməklə məhkəməyə daxil olmuş, lakin şikayyətə buraxılmış müddəti bərpasına dair vəsatət əlavə olunmamışdır. Apellasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 405.0-405.0.1-ci maddəsinə əsasən apellasiya instansiyası məhkəməsinin qətnaməsindən kasassasiya şikayəti. qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilər. İş materiallarından görünür ki hazırki iş üzərə Bakı Apellasiyası məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin surəti maraqlı şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis idarəsinə poçt vasitəsi ilə 1 2.11.2018-ci il tarixində təqdim etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin səlaliyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellasiya məhkəməsi Mülki Kollegiyası 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş 10.01.2019-cu il tarixli kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edilmişdir. Kasassiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, qətnamədən verilən kassasiyası şikayətini maraqlı şəxsin nümayəndəsi və vəkili Ali Məhkəməyə 10 yanvar 2019-cı il tarixində təqdim etmişdir. Kassasiya şikayətinin Ali Məhkəmədə hansı tarixlə qeydiyyata alınması onun tərəfindən müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqının müdafiə sinə təminat verir. Kassasiya şikayətinin üzərinə qoyulmuş Elektron ştrix –koddan görünür ki, həmin kassasiya şikayəti Ali Məhkəmədə 31.01.2019-cu il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. -263.6 maddəsinə əsasən qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. -264.0,264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən qeyd oluna n qətnamədən kasassiyasa şikayəti prosessual qanunun yuxarıda göstərilən normasında müəyyən edilmiş 2 ay müddətində, yoxsa həmin müddət ötürülməklə verilməsi üzrə düzgün nəticəyə gəlmək üçün tərəflər məhkəmə iclasına çağırılacaq onların irəli sürdükləri dəlillər hərtərəfli araşdırılmalı və həmin dəlillərə işin yuxarıda qeyd olunan halları ilə birlikdə hüquqi qiymət verilməklə qanuni və əsaslı qərardad çıxarılmalıdır. İşin şərh olunan hallarını müzakirə edilərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kasassiya şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən qərardan ləğv edilərək iş yəni Apellasiya baxımasına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 05 mart 2019-cu il tarixli qərarında ləğv edilsin və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4345/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4345/2019
24.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver