Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4346/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X4, Cavabdehlər Cavabdeh1, Digər Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC (bundan sonra iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci i tarixli 48-15 USD saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 18%-lə 48 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərədə tutulmuşdur. xx xxxxxx 2015-ci il tarixli ZM-1-48-15 USD saylı zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. xx xxxxxx 2015-ci i tarixli 48-15 USD saylı ipoteka müqaviləsindən və RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngə, 4 saylı fərdi yaşayış evini (bundan sonra fərdi yaşayış evi) xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipotekaya qoyulmuşdur. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli pretenziyadan görünür ki, onlara ipoteka predmetinə yönəldilməsi barədər xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada «xxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 187436,99 ABŞ dolları əsas, 29823,17 ABŞ dolları faiz, 3715,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 220975,38 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkıyyətindəki fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və oradan çıxarılması, evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı il avqustun 26-dək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 187436,99 ABŞ dolları əsas, 15859,11 ABŞ dolları faiz, 1182,96 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 204479,06 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən b oyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və unun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ramil Həsənov) xx xxxxxx 2017-ci il tarixli, 2(010)-445/ 2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 187436,99 ABŞ dolları əsas, 29823,17 ABŞ dolları faiz, 3715,22 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 220975,38 ABŞ dolları məbləğində borcun (pul ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148,56 kvadrat metr ümumi, 92,56 kvadrat metr yaşayış, 56 kvadrat metr yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətinin 270000 manat müəyyən edilməklə satılma sı və əldə olunan vəsait hesabına qeyd edilən pul vəsaitlərinin «xxxx» ASC-yə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit borcu tam ödənildikdən sonra, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 187436,99 ABŞ dolları əsas, 15859,11 ABŞ dolları faiz, 1182,96 ABŞ dolları cərimə, gündəlik hesablanan faiz 87,88 ABŞ dolları və gündəlik hesablanan cərimə 87,88 ABŞ dolları olmaqla ümumilikdə cəmi 204479,06 ABŞ dolları məbləğində borcu vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 187436,99 ABŞ dolları əsas, 29823,17 ABŞ dolları faiz, 3715,22 ABŞ dolları cərimə, 193,72 ABŞ dolları məbləğində hesablanan faiz, 193,72 ABŞ dolları məbləğində gündəlik hesablanan cəriməsi vardır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun tutulma sı və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində qismən ləğv olunmuş, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcu 187438,03 manat, faiz borcu 29706,45 manat, cərimə borcu 2000 manat, cəmi 219144,48 manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148,56 kvadrat metr ümumi, 92,56 kvadrat metr yaşayış, 56 kvadrat metr yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 597650 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya icraatı zamanı isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi (Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 23352 s aylı) ilə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitləri və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxx 2017-ci il tarixdə (maliyyə arayışında göstərilən tarixə) 217144,48 manat kredit borcunun (əsas borc üzrə 187438,03 manat, faiz borcu üzrə 29706,45 manat) olması müəyyən edilmişdir. Ekspert rəyi onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 48-15 USD saylı kredit müqaviləsi üzrə 48 ay müddətinə, illik 18 faizlə, 200000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərədə tutulmuşdur. Tərəflər arasında bağlanmış həmin kredit müqaviləsinin 2.2-ci bəndində “Bu müqaviləyə əsasən kredit borcalana xx.xx.2013-cü il tarixli, 533-13 AZN saylı Kredit müqaviləsi (8114 AZN) və xx.xx.2015-ci il tarixl i, **********0229 saylı Kredit müqaviləsi (57682 AZN) üzrə cari öhdəliklərin bağlanması və dövriyyə vəsaitlərinin artırılması (avtomobil ehtiyat hissələrinin alınması) məqsədilə verilir” göstərilmişdir. İş materiallarında, bank tərəfindən təqdim edilmiş **********32 USD saylı kassa məxaric orderində kredit məbləğinin ABŞ dolları valyutasında verilməsi, orderin müxabirləşməsi hissəsində borcalanın cari hesabı AZ82AZER**********63 USD41010 və kassa hesabı AZ04AZER**********93 USD10020 göstərilmişdir. Kassa məxaric orderində qeyd olunan cari hesabda (Z82AZER**********63 USD41010) kredit məbləğinin valyutası ABŞ dolları (USD) göstərilsə də, faktiki olaraq 41010 saylı cari hesab Azərbaycan Respublikasının valyutasına, yəni manata (AZN) aiddir. Yəni kassa məxaric orderindəki qeyd olunan cari hes ab nömrəsinə əsasən kredit məbləği milli valyutada (AZN) bank tərəfindən borc alanın milli valyutada (AZN) hesabına köçürülmüş, cari AZN hesabında milli valyutada (AZN) olan həmin məbləğ isə ABŞ dolları (USD) valyutasında olan kassa hesabına köçürülərək məxaric edilmişdir. Azərbaycan manatı (AZN) ilə olan cari hesabdan ABŞ dolları (USD) olan kassa hesabına pul vəsaiti köçürüldükdə bank sahəsinə aid normativ sənədlərin tələblərinə görə manatdakı pul məbləği əməliyyat aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq konvertasiya edilməlidir. Lakin, kredit məbləğinin konvertasiyasına dair sənədlər təqdim edilməmişdir. Bundan başqa, işdə olan (iş vərəq 60) və sonradan təqdim edilmiş cari hesabdan çıxarışın dövrü xx.xx.2015-ci il tarixdən xx.xx.2015-c i il tarixədək müəyyən edilmişdir. Həmin çıxarışın başlığında 3811 saylı cari hesab, müxabirləşmə hissəsində əsas borc üzrə 1861 hesabı, faiz üzrə 2444 və kassa üzrə 1011 hesabı göstərilmişdir. Lakin, kassa məxaric orderində kassa hesabı 10020 göstərilmişdir. Qeyd edilməlidir ki, təqdim edilən cari hesabdan çıxarışda göstərilən hesablar həmin çıxarışla əhatə olunan dövrdə (xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək) artıq mövcud olmamışdır. İşdə olan (iş vərəq 59) və sonradan təqdim edilən cari hesabdan çıxarışların dövrü xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Həmin çıxarışların başlığında USD 41020 saylı cari hesab (ABŞ dolları valyutasında cari hesab) kimi qeyd edilsə də, xx.xx.2015-ci ilədək olan car i hesab USD 41010 (ABŞ dolları USD) kimi qeyd edilmişdir. Hansı ki, 41010 saylı hesab Azərbaycan valyutasında olan cari hesabdır. Beləliklə, ekspertiza zamanı belə nəticəyə gəlinmişdir ki, bank tərəfindən Cavabdeh1 milli valyutada (Azərbaycan manatı AZN) cari hesab açılması, həmin hesaba Bank tərəfindən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 200000 manat məbləğində kreditin köçürülməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə borc aşağıdakı kimi hesablanır: İşdə olan kassa məxaric orderi, hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ayrılmış 200000 manat məbləğində kredit üzrə banka ümumilikdə xx xxxxxx 2017-ci il tarixədək 31500 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 12561,97 manat hissəsi əsas borca, 18938,03 manatı faiz borcuna si linmiş, ümumi kredit borcu 217144,48 manat (əsas borc üzrə 187438,03 manat, faiz borcu üzrə 29706,45 manat) təşkil etmişdir. Apellyasiya baxışı zamanı izahat vermiş ekspert Rövşən Cəlilov göstərmişdir ki, o, verdiyi rəyi tam müdafiə edir. Ekspertiza tədqiqatı zamanı işdə olan və əlavə tələb olunmuş sənədlər, eləcə də bankın özünün təqdim etdiyi sənədlər araşdırılmış və belə müəyyən olunmuşdur ki, kredit xarici valyuta ilə deyil, manatla verilmişdir. Bunun səbəbləri rəydə tam və ətraflı göstərilmişdir. Əlavə olaraq bildirir ki, banklar pul vəsaitləri ilə müxabirləşmələri hesablar üzərindən həyata keçirir və milli valyutada olan pul vəsaitləri yalnız analoji hesablar üzrə müxabirləşir. Xarici valyutada olan pul vəsaiti milli valyutada açılmış hesabda yerləşə bilməz. Bankın özünün təqdim etdi yi sənədlər onu deməyə əsas verir ki, hazırki iş üzrə kredit məbləği milli valyutada olmuş, hesablarda manat hesabı üzrə açılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə ekspert rəyinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertiza rəyi ilə kreditin xarici valyuta (ABŞ dolları) ilə deyil, Azərbaycan valyutası (AZN) ilə 200000 manat olmaqla verilməsi, ödənişlər və müqavilə şərtləri nəzərə alınmaqla, kredit borcunun xx xxxxxx 2017-ci il tarixdə (maliyyə arayışında göstərilən tarixə) 217144,48 manat (əsas borc üzrə 187438,03 manat, faiz borcu üzrə 29706,45 manat) olması müəyyən edilmişdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə də qismən ləğv ol unmalıdır. Məhkəmə bu qənaətinin onunla əsaslandırmışdır ki, işdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın dəyəri 270000 manat həddində müəyyən olunmuş, birinci instansiya məhkəməsi də ipotekanın ilkin satış qiymətini 270000 manat müəyyən etmişdir. Cavabdeh isə həmin məbləği mübahisələndirmiş, apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin ən azı 500000 manat olmasını göstərmişdir. Apellyasiya icraatı zamanı ipotekanın dəyərinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici («X5» MMC) təyin edilmiş, qiymətləndiricinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 597650 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipotekanın ilkin satış qiymətini n 597650 manat həddində müəyyən olunması obyektiv və ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 apelyasiya şikayətində kreditin valyutasının mübahisələndirməməsinə baxmayaraq, məhkəmənin məsələyə bu formada münasibət bildirməsi və kreditin valyutasını ABŞ dollarından Azərbaycan manatına çevirməklə maddi və prosessual hüquq normalarının tələblərini kobudca pozmuş və bankın mənafeyinə zərər vurmuşdur. A pelyasiya şikayətində qeyd olunan borc məbləğinin artıq hesablanması məsələsi kreditin valyutasının dəyişdirilməsini deyil, əsas, faiz və cərimə borclarının artıq hesablanmaı kimi başa düşülməlidir. Göründüyü kimi, məhkəmə, barəsində mübahisə olmayan məsələyə münasibət bildirməklə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əsas gətirərək kreditin valyutasını dəyişdirmişdir. Kassa-Məxaric orderində yalnız texniki səhv nəticəsində cari hesab 41010 kimi göstərilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, zaminlik müqaviləsi və ipoteka müqavilələrində kreditin valyutası kimi məhz ABŞ dolları göstərilmişdir. Hətta kassa məxaric orderində kredit götürən şəxs Cavabdeh1 öz əli ilə “iki yüz min ABŞ dolları məbləği ald ım” qeyd etməsinə baxmayaraq məhkəmə bu kimi faktlara əhəmiyyət verməmişdir. Bununla yanaşı ipoteka predmetinə qətnamə ilə müəyyənləşdirilmiş ilkin satış qiyməti əmlakın real dəyərini əks etdirmir. Belə ki, ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 270000 manat qeyd edilmişdir. Qeyd olunan ilkin satış qiyməti tərəflərin razılığı ilə müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən müəyyənləşdirilən 597650 manat ilkin satış qiyməti kifayət qədər yüksəkdir və əmlakın real dəyərini əks etdirmir. Bankın səlahiyyətli nümayəndəsinin təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti də məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirak çılarının izahatları İddiaçının vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər Cavabdeh2 və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götü rür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 39.3.3.-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisən in predmeti bölünməz olduqda isə tam yoxlayır. 407.2-ci maddəsinə əsasən Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı bank apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız borcun manatla tutulması hissədə və ipoteka predmetinin ilkin satış qitymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti vermə mişlər. Ona görə də, qətnamə yalnız iddiaçı bankın kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkili X4, Cavabdeh2 və onun vəkili X1 izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə ekspert rəyini əsas götürərək bank tərəfindən cavabdehə kreditin ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə verilməsi, bu səbəbdən də rəyə uyğun olaraq müəyyən edilmiş məbləğdə borcun Azərbaycan manatı ilə cavabdehdən tutulması qənaətinə gəlmişdir. Lakin məhkəmə ekspert rəyini sübut kimi qəbul edərkən rəyi, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmiş, yalnızca rəyə istinad edərək kreditin manatla verilməsi qənaətinə gəlməklə prosessual normaların pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 101.7 və 103.1-ci maddələrinə görə, Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəy verərkən 41010 saylı hesabın Azərbaycan manatı valyutasına aid olmasını göstərmiş, bu səbəbdən həmin vayutada olan hesaba ABŞ dolları ilə vəsaitin köçürülməsinin mümkün olmamasını qeyd etmişdir. Ekspert rəyindən görünür ki, rəydə bank tərəfindən kreditin AZ82AZER**********63 USD41010 və AZ04AZER**********93 USD10020 hesablarına köçürülməsi qeyd edilmişdir. Göründüyü kimi, kredit yanız 41010 saylı hesab deyil, USD10020 saylı hesaba da məxaric edilmiş, işə baxan məhkəmə bu hala əhəmiyyət verməmişdir. Digər tərəfdən iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra, cavabdeh (borcalan) Cavabdeh1 qətnamə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti verən digər cavadeh Cavabdeh2 apellyasiya şikayətində bu halı mübahisələndirməmiş, kreditin ABŞ dolları ilə verilməsi işin mübahisələndirilməyən halı olmuşdur. Ekspert rəyinə istinad edərək kreditin manatla verilməsi qənaətinə gələn məhkəmə, ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, rəyin digər sübutlarla yanaşı qiymətləndirilməli olmasını diqqətədəq qaçırmışdır. Belə ki, tərəflər arasında bağlanmış kredir müqavilədsinin 2.1-ci bəndində, ipoteka müqaviləsinin 3.1.1 bəndində kreditin valyutası ABŞ dolları kimi göstərilmiş, kassa məxaric orderi, hesabdan çıxarışlar və digər sənədələrdə kreditin ABŞ dolları ilə verilməsi öz əkisni tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosu MMC-nin təqd im etdiyi Çıxarışdan da hazırki iş üzrə kreditin valyutası USD (ABŞ dolları) kimi göstərilmişdir. Krediyin ABŞ dolları ilə verilməsini birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehlər də mübahisələndirməmiş, bu barədə məhkəməyə hər hansı bir etiraz irəli sürməmiş, əksinə Cavabdeh2 apellyasiya şikayətində və apelyasiya instansiyası məhkəməsinə ünvanladığı yazılı vəsatətdə (iş v. 145) kreditin ABŞ dollarında verildiyini qeyd göstərmişdir. Cavabdehlər apelyasiya instansiyası məhkəməsinə ekspert rəyi daxil olduqdan sonra bu halı mübahisələndirməyə başlamış, kreditin ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə verildiyini qeyd etmişlər. Apelyasiya instansiyası məhkəməsi həmçinin diqqətdən qaçırmışdır ki, kredit alan Cavabdeh1 kreit verən bankdakı hesabların hansı valyutada açılması, bu məsələdə nöqsanlara yol verilməsi kreditorla borclu arasındakı münasibətlərə təsir edən amil deyildir. Bu hal bankın fəaliyyəti ilə bağlı olub iş üzrə tərəflərin hüquq və vəzifələrinin dəyişdirilməsinə, yaxud xitam verilməsinə əsas ola bilməz. Tərəflər arasındakı münasibətlər xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən, həmin tarixdə bağlanmış zaminlik və ipoteka müqavilələrindən əməl gəlmiş, həmin müqavilələr mübahisələndirilməmiş, dəyişdirilməmiş, yaxud xitam verilməmişdir. Bank müqavilə üzrə üzərinə düşən öhdəliyə əməl edərək ABŞ dolları ilə kredit vermişdir. Cavabdeh1 isə krediti ABŞ dolları ilə alması və ödəməsi barədə iş materiallarında kifayət qədər mübahisələndirilməyən sübutlar (müqavilələr, kassa məxaric orderi, cavabdeh tərəfin birinci instansiya məhkəməsində izahatları, apellyasiya şikayətində və vəsatətlərdə göstərilən yazılı dəlillər və s.) vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 142 və 14.2.1-ci maddələrinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 739-cü maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bo rc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən də işdə olan sübutları tam, hərtərfli təqdiq etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 270000 manat qiymətləndirilmiş, cavabdeh isə həmin məbləği mübahisələndirmiş, apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin ən azı 500000 manat olmasını göstərmişdir. Apellyasiya icraatı zamanı ipotekanın dəyərinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici («X5» MMC) təyin edilmiş, qiymətləndiricinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 597650 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi əsas götürərək ipoteka predmedinin ilkin satış qiymətini 597650 manat müəyyən etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş qiymətlə, mütəxəssis rəyində olan qiymət arasında kəskin fərqə diqqət verməmiş, ididaçının nümayəndəsinin həmin qiymətlə razılaşmaması barədə şifahi vəsatətinə münasibət bildirməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi idd iaçınınkas şikayətinə əsasən mübahisələndirilən hissələrdə ləğv edilsin və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4346/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4346/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver